Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə164/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   160   161   162   163   164   165   166   167   ...   179

504

XVI


KÖNÜL  HÜCRƏSİNDƏ

Görəsən,  insan  kamalı  sayəsində  xariqələr 

yaratmaq  qüdrətində  olan  nə  qədər  adamlar 

başını  bostanda  işlədir,  ömrü  boyu  bir  qarpızı  o 

birindən  seçə  bilməyənlərin  də  nə  qədəri

saraylarda,  məbədlərdə  yer  tuturlar.

Xacə  Nəsirəddin  TUSİ

(XIV  yüzil)

498.  Bir-birindən  seçilməyən  günlər  məni  darıxdırmırdı,  ona 

görə  ki,  səhərin  açılıb,  axşamın  düşdüyünü  ancaq  günün  əlamət-

lərindən,  qulağıma  çatan  səslərdən  bilir,  vəfalı  Qütbəddinin  əzab 

çəkdiyinisə  danışığından,  nəfəsindən,  gizlicə  çəkdiyi  ahlardan 

duyurdum.  Qət  elədim  ki,  qış  düşüb  yol-riz  çətinləşməmiş  onu 

dilə  tutub  Təbrizə  göndərim.  Artıq  bundan  ötrü  əlaltından  ha-

zırlıq  da  görmüşdüm:  aradabir  həyətdə  oturub  özümü  havaya 

verəndə  yanıma  gələn,  ordan-burdan  söhbət  eləyən  Kərbəlayı 

Mahmudla  ünsiyyət  yaratmışdım,  bir  dəfə  dərdimi  ona  açdım, 

mənə  halal,  abırlı  bir  həyan  tapmasını  istədim.  Şahımızın  və  Xa-

nımızın xidmətində olduğumu biləndən mənə hörmətlə, bir az da 

ehtiyatla  yanaşan  Kərbəlayı  Mahmud  söz  verdi,  istədiyim  adamı 

tapdı,  aylıq-illik  haqqını  danışıb-barışdı,  üstəlik,  hücrələrindən 

birində  qalan  iki  təbrizli  tacirin  üç  gündən  sonra  yola  çıxa-

caqlarını  xəbər  verdi.  Əlbəttə,  Qütbəddinlə  vidalaşmaq  üçün 

bundan  yaxşı  fürsət  yarana  bilməzdi.  Amma  vəfalı  yol  yolda-

şımı  dilə  tutmaq  o  qədər  də  asan  olmadı,  axırda  yalvarışa  keç-

dim,  özümə  yeni  həyan  tapdığımı  söylədim.  Axır  ki,  Qütbəddin 

gerçəkliklə  barışıb  çar-naçar  razılaşdı.  Şahımızın  bəxşişi  olan, 

Muğan  çölündəki  görüşümüzdən  bəri  sandığımda  yatıb  qalan 

bir  dəst  şahanə  paltarı,  halallıq  haqqını  qəbul  etdirməyim  də 

o  qədər  asan  olmadı.  İstanbulda  bir  zərgərdən  sərfəli  qiymətə 



505

aldığım,  üstündə  Qurandan  ayə  yazılmış  gümüş  üzüyümü  də 

ona  yadigar  verdim.  Miniklərdən  ancaq  öz  atıyla  qatırını  götür-

dü,  təbrizli  tacirlərlə  də  yol  yoldaşlığı  barədə  danışdı.  O  gecəni 

dirigözlü  açdıq,  Qütbəddinə  Təbrizdə  Mirzə  Hüseynə  və  Mirzə 

Qulama  Ərdəbildə  Mirzə  Kəmaləddinə  yetirmək  üçün  namələr 

yazdırdım.  Çox  istəyirdim  ki,  bu  iki  abırlı  adam  bir-birinə  rast 

gəlsin,  Qütbəddin  könül  sirdaşımın  qızıyla  evlənib  köç-külfət 

yiyəsi olsun. Səhər obaşdan vidalaşmağımız da əsl müsibət oldu, 

qucaqlaşıb  ağlaşdıq,  bir-birimizin  sinəmizi-çiynimizi  göz  yaşıy-

la  islatdıq.  Şübhəsiz,  vəfalı  Qütbəddinin  yola  necə  düzəldiyini 

görmədim,  amma  qəfildən  elə  rahatlandım  ki,  elə  bil,  cənnətə 

düşmüşdüm  –  onun  cavan  ömrünün  qiymətli  günlərini  mənə 

sərf  eləməsilə  bağlı  vicdan  əzabından  qurtulmuşdum.

499. Yeni həyanım Kərim adlı on beş-on altı yaşlı yeniyetməydi, 

Kərbəlayı  Mahmudun  uzaq  qohumlarındadı,  başlıcası  fağır,  dili-

ağzı  özündə,  Allahdan  qorxan  bəndəydi,  Qütbəddinin  yatağında 

yatır, öz borcunu abırla yerinə yetirir, bir söz soruşmasam, dinib-

danışmırdı.  Ondan  razı  qalmışdım,  çünki  öz  içimlə  əlləşməyimə 

mane  olmurdu,  çölümdənsə  bir  ildən  artıqdı  ki,  xəbərim  yox  idi, 

daha  doğrusu,  zahiri  dünyamı  təkcə  səslər,  nəfəslər,  təmaslar 

vasitəsilə  «görürdüm».  Barmaqlarım  kütləşmiş,  qələmi  unut-

muşdu,  hərdən  zərif  kağıza  toxunmaq,  lələk  qələmi  götürmək, 

mürəkkəbə batırmaq, kağız üzərində axıb getmək istəyirdi. Amma 

bütün  bunlar  artıq  keçmişdə  qalmışdı,  gecələr  şam,  gündüzlər 

gün  işığında  könlümdən  keçənləri  sözlərə  çevirmək,  sətirlərə 

düzmək  səadətini  daha  yaşamayacaqdım,  bundan  sonra  ancaq 

söylədiklərimi  başqa  bir  kimsə  qələmə  ala  bilərdi,  o  kimsəni 

tapmağı  da  Kərbəlayı  Mahmuddan  təvəqqe  eləmişdim.  Az  qala, 

yetmişi  haqlamışdım,  Allahın  nə  qədər  möhləti  qaldığını  bil-

mirdim,  istəyirdim,  bu  fani  dünyayla  vidalaşmamış,  heç  olma-

sa,  yaddaşımdakıları  kağıza  köçürtdürüm,  uşaqlıq  yaşantılarımı, 

qəfil  faciəmizi,  yad  mühiti,  uzaq  məmləkətləri,  bitib-tükənməyən 

yolları,  o  yollarda  olmuşları  ipə-sapa  düzüm,  yəni  yazıb  sandığı-

ma  yığdığım  parçaları  bir-birilə  bağlayım,  çatışmayan  məqamları 

diktə  eləyim,  möhlətim  tükənməmiş  ortaya  həyat  hekayəmi,  bu-

nunla  yanaşı,  görüb-eşitdiklərimi  qoyum.  Yazdıqlarım  yəqin  bir 

insaflı  Allah  bəndəsinin  əlinə  keçər,  o  da  oxuyub  üzrə  çıxarar, 




506

ən  azı,  özümdən  sonra  yalan  dünyada  bir  izim  qalar.  Şübhəsiz, 

bu  vaxtacan  saysız-hesabsız  kitablar  yazılıb,  bundan  sonra  da 

yazılacaq,  mən  bilən,  Mirzə  Mehdi  də  Şahımızdan  kitab  yazır, 

bu  gedişlə  Məhəmməd  Kazımın  da  nəsə  yazacağına  inanıram. 

O  sırada,  əlbəttə,  mənim  yazdığım  daha  çox  özümə  məxsus 

olacaq,  onu  cavan  Xanımıza  göndərməyə  dəyməz.  Qismətimdə 

varsa,  yazdığım  itib-batmayacaq,  məqamı  çatanda  üzə  çıxacaq. 

Əlbəttə,  tarixdə  qalmaq  iddiasında  da  deyildim,  İsgəndər  Mün-

şi,  Övliya  Çələbi,  Rəşidəddinlə  bir  cərgədə  dayanmaq  fikrimdə 

yox  idi,  mən  məmləkətin,  xanədanın  tarixini  yox,  öz  taleyimin 

keşməkeşlərini  qələmə  almaq  istəyirdim. 

500.  O  yeknəsəq  payız  günlərindən  birində  Mirzə  Mehdi-

nin  üçüncü  naməsini  aldım.  Amma  nə  çapar  oxumaq  bilirdi, 

nə  də  yaxın  ətrafda  savadlı  bir  kəs  tapıldı.  O  gecə  namə  açarı 

itmiş  sehrli  sandıq  kimi  qaldı,  üstəlik,  elə  bil,  itirəcəyimdən 

qorxurdum,  əvvəlcə  xeyli  müddət  əlimdə  saxladım,  sonra  yastı-

ğımın  altına  qoydum.  Ömrümün,  az  qala,  əlli  ilini  tərcümanlıq, 

mirzəlik,  salnaməçilik  eləmiş,  sandıq-sandıq  kitabları  dönə-dönə 

oxumuş  adamın  indi  bir  qarışlıq  kağızı  oxumaqdan  məhrum 

olması  sinəmi  dağ-dağ  elədi.  Bu  da  taleyin  işiydi,  olub-keçənlə 

barışmışdım,  kürkçünün,  çarvadarın  oğlunu  səltənətə  ucaldan 

qüvvə  səltənətdəkini  də  zindanlar  küncündə  boğdurur.  Səhəri 

gün  vəziyyətdən  xəbər  tutan  Kərbəlayı  Mahmud  buyruqçu  Mur-

tuzəlini  göndərib  xanın  dəftərdarı  Mirzə  Tahiri  gətirtdi,  o  da 

naməni  oxuyub  məzmunundan  məni  hali  elədi.  Mirzə  Mehdi 

həmişəki  kimi  həmd-sənadan  sonra  yazırdı,  Tabasaranda,  Qub-

den  yaxınlığında,  Şahımızın  «İran-i  xarab»  adı  verdiyi  ordu-

gahdayıq,  hələ  ki  dağlıları  itaətə  gətirmək  mümkün  olmayıb. 

Yazırdı,  ləzgilər,  qaraqaytaqlar,  avarlar  tez-tez  qoşunlarımıza, 

gözətçi  dəstələrimizə  basqın  eləyirlər,  kumıklar  bizə  at  və  ərzaq 

satmaq  istəmirlər,  tələf  olanların,  yaralananların  sayı  get-gedə 

artır,  üstəlik,  istidən  və  sudan  uğan  dəstələri  vəba  xəstəliyinə 

tutuldular,  Şahımız  xəstələnənləri  Buynağa  göndərməyi  əmr 

elədi. Yazırdı, hökmdarımızın avarlara və kumıklara dərs vermək 

niyyəti  də  rus  qoşunlarının  yaxınlaşması  səbəbilə  baş  tutmadı, 

qoşunumuz  Ağquşu,  Quraişi  ələ  keçirsə  də  itkilərimizin  çoxluğu, 

Əhməd  xanın  Avarıstana  qaçması  Şahımızın  hüdudsuz  qəzəbinə 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə