507
səbəb oldu, heç edamlar da onun hiddətini yatıra bilmədi; yazır-
dı, Sultan Mahmud Əhməd xanın Qaytaq usmisi olması barədə
fərman verib, fərmanı da İbrahim Mütəfərrikəylə göndərib –
bu da Allahın işiydi: nə vaxtsa bir yerdə çalışmışdıq, indi ay-
rı-ayrı tərəflərdəydik; yazırdı, Şahımızın göz-qulaqları Sari və
Əşrəf arasında ona güllə atan adamı Heratda yaxalayıb hüzuru-
na gətiriblər, hökmdar da onunla təkbətək söhbət eləyib, sonra
Şahzadə Rzaqulu Mirzəni Tehrandan hüzuruna gətirmək üçün
dəstə göndərib, görünür, daha fəlakətin qabağını daha heç bir
qüvvə ala bilməz. Mirzə Tahirdən oxuduqları barədə susmağı
təvəqqe elədim, haqqını verib yola salandan sonra dərin-dərin
düşüncələrə daldım…
501. Bilirdim ki, Şahımız gecə-gündüz oba-oba, tayfa-tay-
fa, el-el itaətə gətirdiyi, birləşdirdiyi bu məmləkətin taleyini
fikirləşir. Bu yolda Zahir-üd-dövlə məqamına ucaltdığı qardaşına
belə rəhm eləməzdi. Mirzə Mehdinin mənə gözlərimin nurunun
qayıdacağına ümidli günlərimdə mərhum Xanımızın səksəkəli
günləri barədə danışdığı bundan xəbər verirdi. Dediyinə görə,
hicri 1139-cu ildə (miladi 1726/1727-ci illərdə) Durundakı əlisli,
imrəli, çorlu, şeyxvanlu tayfalarını itaətə gətirəndə, rəhmətlik
İbrahim xan onun əmrilə Mərvdəki Sultanbəndi uçurub camaatı
susuz qoyanda xələt almışdısa, bir neçə ay sonra çemişkəzək
və qaraçorlu kürdlərilə döyüşdə basılanda, az qala, başını
itirəcəkdi. Rəhim xan Kərailiylə Kərmənəxanada kürdlərə hü-
cum eləyən xan əvvəl üstün gəlib düşmənə xeyli tələfat ver-
mişdi, amma qaçanları təqib eləməyib səhv buraxmışdı, kürdlər
təzədən toplaşıb arın-arxayın ordugaha qayıdan İbrahim xana
arxadan zərbə endirmişdilər. O dəhşətli davada min nəfər itirib
məğlub olan xan qaçıb Qalayi-yüzbaşıda gizlənmiş, Rəhim xa-
nın qaçdığından xəbər tutandan sonra gecə qaranlığında özünü
Raz qalasına yetirib canını qurtarmışdı. Bu vaxt Dəşti-Qıpçaqda
türkmənləri itaətə gətirməklə məşğul olan Təhmasibqulu xan
– indiki Şahımız qəzəbindən zəncir çeynəyə-çeynəyə qarlı yol-
larla özünü Kərmənəxanaya yetirmişdi. Onda İbrahim xan qo-
şundan olan-qalanlarla qardaşının qabağına çıxıb bağışlanması
üçün yalvarmışdı. Amma Mirzə Mehdinin danışdığına görə, Bö-
yük xanın üz-gözündən qəzəb yağırmış, əmr eləyib ki, qarda-
508
şını tərk-silah eləyib, ələ keçən çemişkəzək kürdlərinin başçısı
Məhəmmədhüseyn xanın yanına salsınlar. Sonra qardaşına han-
sı cəzanı verəcəyini uzun-uzadı fikirləşmiş, götür-qoy eləmiş,
hətta qoşunun gözü qabağında qırmancla döydürmək fikrinə
də düşmüşdü; bununla belə, çox fikirləşəndən sonra ürəyində
rəhm tapıb təqsirindən keçmiş, əvvəlki məqamına qaytarmışdı,
amma bu tamam bağışlamaq anlamına gəlmirdi, qardaşına yalnız
səhvindən nəticə çıxarmaq üçün fürsət verirdi, əgər İbrahim xan
o fürsəti lazımınca dəyərləndirməsəydi, qardaşının cəzasından
qurtara bilməyəcəkdi.
502. Elə beşcə il sonra, hicri 1143-cü ildə Xarəzm türkmənlərinin
Əbivərdə hücumlarının qabağını almaq üçün göndərdiyi İbrahim
xana inanmayıb geri çağırmış, özü şaban ayının ikinci günü
(yəni miladi 1731-ci il fevralın 28-də) yürüşə çıxıb, üç gündə qırx
altı fərsəng yol keçib Tecendə türkmənlərin düşərgəsinə basqın
eləmiş, kişilərini qılıncdan keçirib arvad-uşaqlarını əsir almış,
yerlərini-yurdlarını yandırmışdı. Mirzə Mehdinin danışdığına
görə, İbrahim xan Fərəhə gedəndə də, Böyük xanın qoşununa
qatılmış türkmən dəstələrinin başıpozuqluğunun qabağını alma-
ğa yollananda da qardaşından təqdir almamış, hətta göklən tay-
fasını itaətə gətirəndə belə, yalnız Xorasanın hüdudlarında əmin-
amanlığı qorumaqla «mükafatlandırılmışdı». Üç il sonra İbrahim
xan Naib-üs-səltənədən özünün dağıtdığı bəndi bərpa eləmək
əmri alıb Mərvə getmişdi. Sultanbəndi əvvəlki halına qaytarmaq
qardaşının etibarını qaytarmaqdan ötrü Zahir-üd-dövlə gecələr
yatmamış, gündüzlər dincəlməmişdi. Düzdü, bundan sonra eti-
barın əlamətləri görünməyə başlamış, Muğan çölünə dəvət almış-
dı, üstəlik, Vəliəhd məqamına yüksəlib Azərbaycanın valisi, cəmi
Azərbaycan qoşunlarının sərdarı olmuşdu. Amma Şahımızın ca-
nında olub-keçənləri unutmaq, uğursuzluqları bağışlamaq yox
idi, mərhum Xanımız quzey səfərindən sağ-salamat dönsəydi
belə, yəqin ki, onunla məsləhətləşməmiş səfərə çıxdığını, üstəlik,
basıldığını sinirməyəcək, bəlkə də vəliəhdlikdən kənarlaşdıracaq,
əyalətlərdən birinə göndərəcəkdi. Bu məsələdə Mirzə Mehdinin
fikrinə şərikdim, indi Rzaqulunu gözləyən fəlakəti dərk eləyəndə
qəlbimdə ağrıdan başqa bir duyğu hiss eləmədim. Məsələ
Şahzadənin günahsız, yada günahkar olmasında deyildi, Şahı-
509
mız get-gedə tənhalaşır, ətrafındakı hər kəsdən şübhələnməyə
başlayırdı, ən yaxın kəsləri belə, artıq ondan qorxurdular, bu
da, şübhəsiz, həddən artıq təhlükəliydi. Əgər gənclik illərindən
bəri yanında olan könül sirdaşları Mirzə Zəki və Təhmasib
xan Cəlayir artıq ona söz deyə, məsləhət verə bilmirdilərsə,
deməli, Şahımızın şəkkaklığı artıq xəstəliyə çevrilirdi. Mizə Meh-
di haqlıydı, Ələvi xanın yanında olmaması Şahımız üçün əsl
fəlakətə çevrilirdi, görünür, bir yadellinin köməyilə tapdığı yezu-
it türkəçarəçinin dava-dərmanının o qədər də köməyi olmurdu.
503. Öz dərdimi unudub Şahzadəni gözləyən fəlakət, Şahımı-
zın şahanə tənhalığı barədə düşünürdüm: bu tənhalığı doğuran,
nifrətiydimi, qorxuydumu, yoxsa ruhani duyğulardımı – bundan
baş çıxarmağa can atırdım. Axı, ola bilməzdi ki, barmağının bircə
işarəsilə gözlər çıxaran, boyunlar sındıran, qulaqlara qurğuşun
tökdürən, başlar kəsdirən, şəhərlər dağıdan, qalalar uçuran Şahın
bu dünyada könlünə yaxın bir kəsi olmayaydı, insan mehrinə
ehtiyacı duyanda həmin adamla baş-başa qalıb dərdini ovut-
maq istəməyəydi. Köçəri tayfanın sıra nəfəri kimi çöldə-çadırda
doğulan, ona-buna sərdarlıq-sarbanlıq eləyən, kürkçülüklə çulu-
nu sudan çıxaran atasının qolundan tutmuş, sonra basqınçılara
qoşulub çalıb-çapıb gətirmiş, hökm sahiblərinin qulluğunda ol-
muş, yavaş-yavaş arxa-dayaq toplamış, yoluna çıxanları aradan
götürüb taxt-tacın bir addımlığına gəlmiş, uzun illər hökmda-
rın adından məmləkəti idarə eləmiş, axırda iki yüz otuz il-
lik xanədanı tarixin xarabalığına gömüb, taxt-tacın yiyəsi olub
ölkələr fəth eləmiş Şahımızın Allahın kölgəsi məqamına çatması,
əlbəttə, Yaradanın iradəsiydi. Bütün bunlara qol zoruna yetmək
olmazdı, bundan ötrü ağıl, səbir, tədbir gərəkdi, məğlubiyyəti
dünyanın sonu kimi qəbul eləməmək, hər atacağın addımın
zamanını gözləmək, həmlə vaxtı gələndə fürsəti qaçırmamaq,
əyanları itaətdə saxlamaq, düşmənləri qorxuya öyrətmək gərəkdi,
o da bunu yaxşı bacarırdı, yoxsa bir ucu gündoğana, bir ucu
günbatana çatan ucsuz-bucaqsız məmləkət qurmazdı, yarınma
da olsa, İkinci İskəndər adlandırılmazdı. Az qala, iyirmi illik
bu yolda yanında saxladığı, güvəndiyi kəsləri qəzəbi, şübhəsi,
qəddarlığı ucbatından bir-bir itirirdi, qorxu səbəbindən dil tapıb
birləşənlər sonralar öz canlarını qurtarmaq üçün Şahımızın ba-
Dostları ilə paylaş: |