36
Cədvəl 5
Əsas aqroiqlim göstəriciləri
hududlar
Havanın 0
0
C-dən yuxarı orta sutkalıq temperaturlarının
cəmi,
0
C
2800-
5200
Havanın 5
0
C-dən yuxarı orta sutkalıq temperaturlarının
cəmi,
0
C
2500-
5000
Havanın 10
0
C-dən yuxarı orta sutkalıq temperaturlarının
cəmi,
0
C
2000-
4500
Havanın 15
0
C-dən yuxarı orta sutkalıq temperaturlarının
cəmi,
0
C
2400-
3600
Havanın orta sutkalıq temperaturunun 0
0
C-dən yuxarı
olan günlərinin sayı, gün
300-350
Havanın orta sutkalıq temperaturunun 5
0
C-dən yuxarı
olan günlərinin sayı, gün
180-300
Havanın orta sutkalıq temperaturunun 10
0
C-dən yuxarı
olan günlərinin sayı, gün
120-210
Havanın orta sutkalıq temperaturunun 15
0
C-dən yuxarı
olan günlərinin sayı, gün
50-175
Ən soyuq ayda (yanvarda) havanın orta temperaturu,
0
C
(-2.5), -3
Ən isti ayda (iyulda) havanın orta temperaturu,
0
C,
10-24
Havanın temperaturunun
0
C-dən aşağı olan dövrünün
uzunluğu, günlər
10-100
Subtropik qurşağın şimal hüdudlarında qış mövsümünün termik
şəraitinin təhlili göstərir ki, Azərbaycan ərazisi Qərbi Gürcüstanın çox
yumşaq qışı ilə Orta Asiyanın mülayim soyuq qışı arasında orta
mövqe tutur. Qış mövsümünün sərtliyi ən soyuq ayın orta
temperaturundan asılı olaraq aşağıdakı dərəcələrə bölünür:
•
həddən çox yumşaq, 5 –2.5
0
C;
•
çox yumşaq, 2.5 – 0
0
C;
•
yumşaq, 0 – (-5)
0
C;
•
mülayim, (-5) – (-10)
0
C;
•
mülayim soyuq, (-10) – (-15)
0
C.
Biosfer rezervatın yerləşdiyi ərazi qışı «çox yumşaq» keçən
yarımtipə daxildir. Növbəti cədvəldə Talış dağlarında qar örtüyünün
37
ən böyük orta ongünlük qalınlıqlarının hündürlükdən asılılığı
verilmişdir:
Cədvəl 6
Hündürlük, m
300
600
900
1200
1500
1800
Qalınlıq, sm
17
20
24
29
30
24
Növbəti cədvəl isə şaxtasız dövrün davamiyyət günləri verilmişdir:
Cədvəl 7
Hündürlük, m
500
1000
1500
2000
2500
Davamiyyət, gün 235
215
190
156
-
Aşağıdakı cədvəldə küləyin orta sürətinin dəniz səviyyəsindən olan
hündürlükdən asılılığı verilmişdir.
Cədvəl 8
Hündürlük, m
1000 1200 1400 1600 1800 2000 2200 2400
Küləyin
sürəti,
m/san
2.0 1.9 1.9 1.9 2.0 2.1 2.2 2.4
Külək recimi hava kütlələrinin insan boyu səviyyəsində insan
orqanizminə təsiri ilə bağlıdır. Bununla əlaqədar olaraq külək şəraiti
aşağıdakı dərəcələrə bölünür:
•
aerostatik – sakit hava (küləyin sürəti v=0 m/san);
•
zəif dinamik (v<1 m/san);
•
orta dinamik (v=1-4 m/san);
•
güclü dinamik (v>4 m/san)
Küləyin sürəti 7 m/san-dən yüksək olan yerlərin rekreasiya
potensialı zəifdir. Göründüyü kimi biosfer ərazidə küləyin sürəti orta
və zəif dinamik dərəcədə olaraq rekreasiya üçün əlavə əlverişli şərait
yaradır.
Yekun olaraq onu qeyd etmək olar ki, cədvəllərdən göründüyü
kimi ərazi optimal insolyasiya reciminə, qış və yay rekreasiya
mövsümü potensialına, əlverişli külək, termik, yağıntı, rütubət
recimlərinə malik olduğundan ərazi yüksək rekreasiya potensialına
malikdir.
38
II BÖLMƏ
Ərazinin flora biomüxtəlifliyi
Hirkan Biosfer Rezervatı Respublikanın cənubunda 3 inzibati
rayonun ərazisində yerləşməklə, sahəsi 195-200 km
2
-dir. Biosfer
rezervatın 96,8%-ni dağlar, dərələr, dərə yarıqları təşkil edir. Dəniz
kənarından, yəni litoral mühitlərdən başlayaraq üfüqi zonallıqla –
yüksək dağlarla qovuşan bu ərazinin flora zənginliyi, bitkilik
örtüyünün rəngarəngliyi, onun fiziki-coğrafi və təbii tarixi şəraitinin
qədimliyi və müxtəlif olmasıdır. Ərazi Respublikanın başqa qonşu
regionlarının bitki örtüyünə bənzəmir. Burada üçüncü dövrlərdən
sonra buzlaşma erası yan keçdiyindən təbiət bu ərazidə milyon illərin
yadigarlarını – relikt dendroloji biomüxtəlifliyi qoruyub saxlaya
bilmişdir. Mütəxəssislər Buzlaşma dövrünün Üçüncü dövr Talış
meşələrinə təsir etməməsinin əsas səbəbini Xəzər dənizində görürlər.
Bu konsepsiyaya əsasən Üçüncü dövr meşələri daxili səbəbdən
salamat qalmışdır: Xəzərin cənub hissəsinin daha dərin olması (1098
m) yay istisinin iri su həcmində toplanaraq temperaturun mövsüm
qradientinin mülayimləşməsinə səbəb olmuşdur.
Müxtəlif tərkiblərdə formalaşmış bu relikt meşəliklər zaman-
zaman, şüurlu və şüursuz olaraq məhv edilmişdir. Yalnız XIX-XX
əsrlərdə, xüsusilə XX əsrin əvvəllərində Avropa alimlərinin bu regiona
axınının nəticəsi bu mənfi tendensiyanı bir qədər soyutmuşdur.
Avropa alimlərinin 1800-1900 ildən bəri regiona axını nəticəsində
botanika elminin yüzlərcə yeni-yeni bitkilərinin aşkar edilməsi buna
sübutdur.
A.A.Lomakin (1894, 1895, 1897), Y.S.Medvedyev (1882, 1902,
1909) və onlarla başqalarının regiona ekspedisiyaları meşə qırıntısının
qarşısını ala bildi. Əvvəldə qeyd edildiyi kimi, Qafqaz florasının ən
görkəmli alimlərindən akad. A.A.Qrossheym 1912-1918-ci illərdə bu
regiona 12 dəfə botaniki ekskursiya etmiş, öz tələbələri ilə birlikdə
yüzlərcə yeni bitki növləri aşkar etmişdir.
Ədəbiyyat siyahısından görünür ki, keçmiş əsrlərdə Avropa
botaniklərinin bu regiona maraqları çox böyük olmuş, onlar öz
əsərlərində Talış florasının bitki örtüyünə aid yüzlərcə elmi əsərlər
yazmışlar. Bu zəngin relikt cinslər dünya «Qırmızı kitab»ına
salınmışdır. Bunların bir çoxu dünyanın müxtəlif botanika bağlarında
1>
Dostları ilə paylaş: |