40
onlardan cinsi yetişgənliyə çatanların da faizə görə miqdarını
təyin edirlər. Göstərilən mərhələlərin hər birinin xüsusi cəhət
ləri, mühitin fiziki-kimyəvi xüsusiyyətləri, ərazinin müxtəlif canlı
lardan təşkil olunmuş yem-qida ehtiyatı, onların artım sürəti, bi
okütləsi və məhsuldarlığı hesaba alınır.
Balıq təsərrüfatının hər il körfəzə 200 milyon balıq körpəsi
buraxması nəzərdə tutulmuşdur. Bunların, plana görə 100 mil
yonu çəki, 70 milyonu külmə, 25 milyonu ziyad, 5-7 milyonu ça
paq balığı olmalıdır.
Etiraf etmək lazımdır ki, körfəzin bioloji məhsuldarlığı dina
mikası ilə məşğul olduğumuz son 45 ildə (ardıcıl) yuxarıda gös
tərilən amillərin düzgün müəyyənləşdirilməsinə, şərtlərin həyata
keçirilməsinə zəmin yaratmaq işlərinə fikir verilməmişdir. Ən
zəruri şərtlərdən biri - milyonlarla, özü də müxtəlif qida mən
bələrinə əsasən inkişaf edən balıq körpələrinin həyatiliyi təmin
edilməmişdir. 1960-1968-ci illərdə balıqların kürütökmə vaxtı
kanalların ziyad, külmə, şamayı, qarasol, çəki kimi balıqlarla,
necə deyərlər, sututumu qədər dolu olduğunu görməsəydik,
indi həmin kanalların yaz aylarında lal, balıqsız, peşiman-
peşiman axmasına qəlbən acımazdıq. Kim inanar ki, 1964-cü
ilin aprelində 1 moruşla 240, hər biri 2-2,5 kq çəkiyə bərabər zi
yad balığı kəməndə salındı, şamayını, qarasolu (külməni bəyən
mirdilər) sudan vedrə ilə kisələrə doldururdular! Bir dəfə
brakonyerlər Böyük Qızılağac körfəzinin suburaxma kanalı sa
həsində birdəfəlik süzmə torla 14 ton (!) iri çəki balığı ovlan
mışlar. 1992-ci ilin yazında isə balıq zavodu 2 ay kanallarda ge
cə-gündüz keşik çəksə də, cəmi 300 baş kütüm törədicisi, 500
çəki balığı tədarük edə bilməmişdir.
Biz, əvvəlki bölmədə körfəzdə tədarük olunan balıq sər
vətini göstərmişik. Səciyyəvidir ki, heç bir insan müdaxiləsi ol
madan (artırma) körfəz 204 min sentner balıq verdiyi zaman,
indi hövzə yarımbataqlığa çevrilmiş və əvvəlki sərvətdən də
41
(balıq) məhrum olmuşdur.. Əlbəttə, bunun da səbəbləri var və
növbəti hissədə onlara toxunulacaq.
Qızılağac Dövlət Qoruğu, onun tarixi və yaranma səbəbləri
Qızılağac qoruğu kiçik körfəzin əsas akvatoriyasını, Böyük
körfəzin isə müəyyən hissəsini əhatə edir. Qoruq materikin da
xilinə doğru 3 km uzanmaqla Qızılağac körfəzinin və Kürdilinin
sahillərini tutur.
Təbii sərvətləri, iqlim şəraitləri ilə səciyyələnən Azər
baycan ərazisində Qızılağac qoruğu özünəməxsus və bənzər
siz guşədir. Bu yerlərin iqlimi, sularının hərarəti, il boyu həlim
liyi, müxtəlif növ heyvanların, quşların, sürünənlərin və başqa
canlı aləmin yaşaması, nəsil verməsi, inkişafı üçün hərtərəfli,
geniş imkanlara malikdir. Tarix boyu haldan-hala düşən, gah
kiçilən, gah böyüyən Xəzər, səmtini, yönünü və gücünü dəyi
şən Kür, Araz, Talış dağlarından şığıyan çaylar, Muğandan sa
kit yön alan axarlar Xəzərin cənub-qərbində Qızılağac körfəzini
formalaşdırmışdır. Çaylar, göllər çələnginə bürünən, həlim
Xəzərə söykənən bu ərazi, həqiqətən göz oxşayan, könül açan,
fərəh-qürur doğuran ümidgaha çevrilmişdir. Bir daha bu yerləri
səciyyələndirən cəhətlərə nəzər salaq. Sara yarımadası
qoruğun sularını cənub və cənub-şərq küləklərindən qoruduğu
halda, Kürdili onu şərq və şimal-şərq küləklərinin isti-soyuğun
dan sovundurur. Qərbdən quru, cənubdan nəmişli subtropik, şi
maldan mülayim, şərqdən səhra iqlimləri düyünündə duran,
gen-bol günəş işığına-şüalarına bürünən Qızılağac körfəzi kimi
ikinci guşə Yer kürəsində çətin tapılar! Bütün bunlarla yanaşı,
körfəzin ətrafında yerləşən məxmər çəmənliklər, cod qamış
lıqlar, münbit əkənəklər, çay vadiləri, mərdo-axmazlar və b.
Özlərinə məxsus fauna-floranın püxtələşməsinə, il boyu artıb-
çoxalmasına zəmin yaratmışdır. Qızılağac körfəzi lap qədimdən
42
iki əsas cəhətə görə diqqəti cəlb etmişdir. Əlbəttə, onun balıq
sərvəti ilk şərt sayılmışdır, ikinci cəhət isə - köçəri və yerli su,
bataqlıq quşlarının məskəni olmasıdır. Bu etibarlı əraziyə dün
yanın müxtəlif yerlərindən milyonlarla quş uçub gəlir. Qızılağac
körfəzinə Avropanın şimalından, Qərbi Sibirdən, Uraldan, Qa
zaxıstandan, Karsk və Ağ dəniz sahillərindən, Peçora, Ob çay
ları hövzələrindən, Baykal gölündən, Uzaq şərqdən, Yaponiya,
Skandinaviya ölkələrindən, Misir, Sudan, İraq, İsrail, Yeni Ze
landiya və b. dövlətlərdən quşlar gəlir.
Uzun illər boyu Qızılağac körfəzi, ona qonşu göl, bataqlıq
və mərdolarla birlikdə «Quşlar diyarı» kimi təbiətşünasların,
səyyahların,
nəhayət
ornitoloq-zooloqların
diqqətini
cəlb
etmişdir. Məhz bu səbəbdən, hələ 1913-cü ildə, Tiflisdə keçi
rilən naturalistlərin, tibb işçilərinin XIII qurultayında Azərbaycan
sularında qışlayan quşların mühafizəsini təşkil etmək məsələsi
müzakirə olunmuşdur. Bu məqsədlə Şirvanda, Muğanda, Lən
kəran mahalında, Qızılağac körfəzi və b. sahələrdə quşların
qorunması üçün rəsmi qoruq-yasaqlıqların yaradılması tə
şəbbüsü irəli sürülmüşdür. A.N.Karamzinin təklifinə əsasən hə
min qurultayın zoologiya bölməsinin sədri K.A.Satunin 1914-cü
ildə Kür, Aquşa, Qumbaşı çayları mənsəbini, Qızılağac körfəzini
qoruq elan etməyi məsləhət gördü. Lakin, göstərilən təkliflərin
heç biri həyata keçirilmədi. Ancaq, mütəxəssis-alimlər öz istək
lərinə 14 ildən sonra nail oldular: Qızılağac körfəzi 1926-cı ildə
yasaqlıq, 1929-cu ildən isə qoruq statusu aldı. Yeri gəlmişkən
demək lazımdır ki, Qızılağac Dövlət Qoruğu həmişə keçmiş İtti
faqın Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuşdur.
Qızılağac qoruğunun ümumi sahəsi 88360 ha-dır. Ya
ranma tarixinə görə üçüncü sayılan Qızılağac qoruğu Azər
baycan ərazisində yaradılan qoruqların ən böyüyüdür (bütün
qoruqların ərazisinin 45%-nə bərabərdir). Qoruğun sahəsi təbii
landşaft baxımından rəngarəng və müxtəlifdir. Onun sahəsinin
43
58,4%-i su akvatoriyası, 20,3%-i cəngəllik, 21,3%-i isə quru
düzənlikdir. Məhz qoruq ərazisinin bu keyfiyyəti burada su, ba
taqlıq, quru mühitə alışan müvafiq heyvan və quş növlərinin
məskunlaşmasına zəmin yaradır (cədvəl 3).
Səciyyəvidir ki, Qızılağac qoruğu 1976-cı ildən Beynəlxalq
konvensiyanın ilk 12 su-bataqlıq regionunun biri kimi qeyd olun
muşdur (Əliyev, Həsənov, 1993).
Cədvəl 3 Qızılağac qoruğunun təbii landşaft sahələri
(Əliyev, Həsənov, 1993)
Landşaft sahələrinin adı
Təbii landşaft sahələri
hektarla
faizlə
Su sahəsi
51580
58,38
Dərin su sahəsi
41490
46,96
Dayaz su sahəsi
10090
11,42
Cəngəllik sahəsi
17936
20,30
Qamış cəngəlliklər
4358
4,93
Bataqlı cəngəlliklər
12478
14,12
Göl bitkiləri sahəsi
1100
1,25
Quru sahə
18844
21,32
Yarımsəhra
Bitiklər sahəsi
18082
20,46
Şoranlı sahə
57
0,06
Əkin sahəsi
704
0,79
Ymumi sahə
88360
100
Başqa sözlə desək, hazırda Qızılağac qoruğu beynəlxalq
əhəmiyyətli qoruqlar cərgəsindədir. Bu cür şərəfə nail olan qo
ruğun mühafizəsi, qorunması daha ciddi nəzarət və lazımi qay
ğıkeşlik tələb edir. Qoruğun qayğıları yarandığı illərdən üzü bəri
get-gedə artır. Region həmişə brokonyerlərin, kənd təsərrüfatı
işçilərinin, maldarların qanunsuz müdaxilələrinə məruz qal
Dostları ilə paylaş: |