Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə11/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

40
onlardan  cinsi  yetişgənliyə  çatanların  da  faizə  görə  miqdarını 
təyin  edirlər.  Göstərilən  mərhələlərin  hər  birinin  xüsusi  cəhət­
ləri,  mühitin  fiziki-kimyəvi  xüsusiyyətləri,  ərazinin  müxtəlif canlı­
lardan  təşkil  olunmuş  yem-qida  ehtiyatı,  onların  artım  sürəti,  bi­
okütləsi  və  məhsuldarlığı  hesaba  alınır.
Balıq  təsərrüfatının  hər il  körfəzə  200  milyon  balıq  körpəsi 
buraxması  nəzərdə  tutulmuşdur.  Bunların,  plana  görə  100  mil­
yonu  çəki,  70  milyonu  külmə,  25  milyonu  ziyad,  5-7  milyonu  ça­
paq balığı  olmalıdır.
Etiraf etmək lazımdır ki,  körfəzin  bioloji  məhsuldarlığı  dina­
mikası  ilə  məşğul  olduğumuz son  45  ildə  (ardıcıl)  yuxarıda gös­
tərilən amillərin  düzgün  müəyyənləşdirilməsinə,  şərtlərin həyata 
keçirilməsinə  zəmin  yaratmaq  işlərinə  fikir  verilməmişdir.  Ən 
zəruri  şərtlərdən  biri  -   milyonlarla,  özü  də  müxtəlif  qida  mən­
bələrinə  əsasən  inkişaf  edən  balıq  körpələrinin  həyatiliyi  təmin 
edilməmişdir.  1960-1968-ci  illərdə  balıqların  kürütökmə  vaxtı 
kanalların  ziyad,  külmə,  şamayı,  qarasol,  çəki  kimi  balıqlarla, 
necə  deyərlər,  sututumu  qədər  dolu  olduğunu  görməsəydik, 
indi  həmin  kanalların  yaz  aylarında  lal,  balıqsız,  peşiman- 
peşiman  axmasına  qəlbən  acımazdıq.  Kim  inanar  ki,  1964-cü 
ilin  aprelində  1  moruşla  240,  hər biri  2-2,5  kq çəkiyə bərabər zi­
yad balığı  kəməndə salındı,  şamayını,  qarasolu  (külməni  bəyən­
mirdilər)  sudan  vedrə  ilə  kisələrə  doldururdular!  Bir  dəfə 
brakonyerlər  Böyük  Qızılağac  körfəzinin  suburaxma  kanalı  sa­
həsində  birdəfəlik  süzmə  torla  14  ton  (!)  iri  çəki  balığı  ovlan­
mışlar.  1992-ci  ilin  yazında  isə  balıq  zavodu  2  ay kanallarda ge­
cə-gündüz  keşik  çəksə  də,  cəmi  300  baş  kütüm  törədicisi,  500 
çəki  balığı tədarük edə  bilməmişdir.
Biz,  əvvəlki  bölmədə  körfəzdə  tədarük  olunan  balıq  sər­
vətini  göstərmişik.  Səciyyəvidir  ki,  heç  bir  insan  müdaxiləsi  ol­
madan  (artırma)  körfəz  204  min  sentner  balıq  verdiyi  zaman, 
indi  hövzə  yarımbataqlığa  çevrilmiş  və  əvvəlki  sərvətdən  də
41
(balıq)  məhrum  olmuşdur..  Əlbəttə,  bunun  da  səbəbləri  var  və 
növbəti  hissədə onlara toxunulacaq.
Qızılağac Dövlət Qoruğu,  onun tarixi və yaranma  səbəbləri
Qızılağac qoruğu  kiçik  körfəzin  əsas  akvatoriyasını,  Böyük 
körfəzin  isə  müəyyən  hissəsini  əhatə  edir.  Qoruq  materikin  da­
xilinə  doğru  3  km  uzanmaqla  Qızılağac  körfəzinin  və  Kürdilinin 
sahillərini tutur.
Təbii  sərvətləri,  iqlim  şəraitləri  ilə  səciyyələnən  Azər­
baycan  ərazisində  Qızılağac  qoruğu  özünəməxsus  və  bənzər­
siz  guşədir.  Bu  yerlərin  iqlimi,  sularının  hərarəti,  il  boyu  həlim­
liyi,  müxtəlif  növ  heyvanların,  quşların,  sürünənlərin  və  başqa 
canlı  aləmin  yaşaması,  nəsil  verməsi,  inkişafı  üçün  hərtərəfli, 
geniş  imkanlara  malikdir.  Tarix  boyu  haldan-hala  düşən,  gah 
kiçilən,  gah  böyüyən  Xəzər,  səmtini,  yönünü  və  gücünü  dəyi­
şən  Kür,  Araz,  Talış  dağlarından  şığıyan  çaylar,  Muğandan  sa­
kit yön  alan  axarlar  Xəzərin  cənub-qərbində  Qızılağac  körfəzini 
formalaşdırmışdır.  Çaylar,  göllər  çələnginə  bürünən,  həlim 
Xəzərə söykənən  bu  ərazi,  həqiqətən göz oxşayan,  könül  açan, 
fərəh-qürur  doğuran  ümidgaha  çevrilmişdir.  Bir  daha  bu  yerləri 
səciyyələndirən  cəhətlərə  nəzər  salaq.  Sara  yarımadası 
qoruğun  sularını  cənub  və  cənub-şərq  küləklərindən  qoruduğu 
halda,  Kürdili  onu  şərq  və  şimal-şərq  küləklərinin  isti-soyuğun­
dan  sovundurur.  Qərbdən  quru,  cənubdan  nəmişli  subtropik,  şi­
maldan  mülayim,  şərqdən  səhra  iqlimləri  düyünündə  duran, 
gen-bol  günəş  işığına-şüalarına  bürünən  Qızılağac  körfəzi  kimi 
ikinci  guşə  Yer  kürəsində  çətin  tapılar!  Bütün  bunlarla  yanaşı, 
körfəzin  ətrafında  yerləşən  məxmər  çəmənliklər,  cod  qamış­
lıqlar,  münbit  əkənəklər,  çay  vadiləri,  mərdo-axmazlar  və  b. 
Özlərinə  məxsus  fauna-floranın  püxtələşməsinə,  il  boyu  artıb- 
çoxalmasına  zəmin  yaratmışdır.  Qızılağac  körfəzi  lap  qədimdən


42
iki  əsas  cəhətə  görə  diqqəti  cəlb  etmişdir.  Əlbəttə,  onun  balıq 
sərvəti  ilk  şərt  sayılmışdır,  ikinci  cəhət  isə  -   köçəri  və  yerli  su, 
bataqlıq  quşlarının  məskəni  olmasıdır.  Bu  etibarlı  əraziyə  dün­
yanın  müxtəlif yerlərindən  milyonlarla  quş  uçub  gəlir.  Qızılağac 
körfəzinə  Avropanın  şimalından,  Qərbi  Sibirdən,  Uraldan,  Qa­
zaxıstandan,  Karsk  və  Ağ  dəniz  sahillərindən,  Peçora,  Ob  çay­
ları  hövzələrindən,  Baykal  gölündən,  Uzaq  şərqdən,  Yaponiya, 
Skandinaviya  ölkələrindən,  Misir,  Sudan,  İraq,  İsrail,  Yeni  Ze­
landiya  və  b.  dövlətlərdən  quşlar gəlir.
Uzun  illər  boyu  Qızılağac  körfəzi,  ona  qonşu  göl,  bataqlıq 
və  mərdolarla  birlikdə  «Quşlar  diyarı»  kimi  təbiətşünasların, 
səyyahların, 
nəhayət 
ornitoloq-zooloqların 
diqqətini 
cəlb 
etmişdir.  Məhz  bu  səbəbdən,  hələ  1913-cü  ildə,  Tiflisdə  keçi­
rilən  naturalistlərin,  tibb  işçilərinin  XIII  qurultayında  Azərbaycan 
sularında  qışlayan  quşların  mühafizəsini  təşkil  etmək  məsələsi 
müzakirə  olunmuşdur.  Bu  məqsədlə  Şirvanda,  Muğanda,  Lən­
kəran  mahalında,  Qızılağac  körfəzi  və  b.  sahələrdə  quşların 
qorunması  üçün  rəsmi  qoruq-yasaqlıqların  yaradılması  tə­
şəbbüsü  irəli  sürülmüşdür.  A.N.Karamzinin  təklifinə  əsasən  hə­
min  qurultayın  zoologiya  bölməsinin  sədri  K.A.Satunin  1914-cü 
ildə  Kür,  Aquşa,  Qumbaşı  çayları  mənsəbini,  Qızılağac  körfəzini 
qoruq  elan  etməyi  məsləhət  gördü.  Lakin,  göstərilən  təkliflərin 
heç  biri  həyata  keçirilmədi.  Ancaq,  mütəxəssis-alimlər  öz  istək­
lərinə  14  ildən  sonra  nail  oldular:  Qızılağac  körfəzi  1926-cı  ildə 
yasaqlıq,  1929-cu  ildən  isə  qoruq  statusu  aldı.  Yeri  gəlmişkən 
demək  lazımdır ki,  Qızılağac  Dövlət  Qoruğu  həmişə  keçmiş  İtti­
faqın  Kənd Təsərrüfatı  Nazirliyinin  tabeliyində  olmuşdur.
Qızılağac  qoruğunun  ümumi  sahəsi  88360  ha-dır.  Ya­
ranma  tarixinə  görə  üçüncü  sayılan  Qızılağac  qoruğu  Azər­
baycan  ərazisində  yaradılan  qoruqların  ən  böyüyüdür  (bütün 
qoruqların  ərazisinin  45%-nə  bərabərdir).  Qoruğun  sahəsi  təbii 
landşaft  baxımından  rəngarəng  və  müxtəlifdir.  Onun  sahəsinin
43
58,4%-i  su  akvatoriyası,  20,3%-i  cəngəllik,  21,3%-i  isə  quru 
düzənlikdir.  Məhz  qoruq  ərazisinin  bu  keyfiyyəti  burada  su,  ba­
taqlıq,  quru  mühitə  alışan  müvafiq  heyvan  və  quş  növlərinin 
məskunlaşmasına zəmin  yaradır  (cədvəl 3).
Səciyyəvidir  ki,  Qızılağac  qoruğu  1976-cı  ildən  Beynəlxalq 
konvensiyanın  ilk  12  su-bataqlıq regionunun  biri  kimi  qeyd  olun­
muşdur  (Əliyev,  Həsənov,  1993).
Cədvəl 3 Qızılağac qoruğunun təbii landşaft sahələri
(Əliyev,  Həsənov,  1993)
Landşaft sahələrinin adı
Təbii landşaft sahələri
hektarla
faizlə
Su sahəsi
51580
58,38
Dərin su sahəsi
41490
46,96
Dayaz su sahəsi
10090
11,42
Cəngəllik sahəsi
17936
20,30
Qamış cəngəlliklər
4358
4,93
Bataqlı cəngəlliklər
12478
14,12
Göl bitkiləri sahəsi
1100
1,25
Quru sahə
18844
21,32
Yarımsəhra
Bitiklər sahəsi
18082
20,46
Şoranlı sahə
57
0,06
Əkin sahəsi
704
0,79
Ymumi sahə
88360
100
Başqa  sözlə  desək,  hazırda  Qızılağac  qoruğu  beynəlxalq 
əhəmiyyətli  qoruqlar  cərgəsindədir.  Bu  cür  şərəfə  nail  olan  qo­
ruğun  mühafizəsi,  qorunması  daha  ciddi  nəzarət  və  lazımi  qay­
ğıkeşlik  tələb  edir.  Qoruğun  qayğıları  yarandığı  illərdən  üzü  bəri 
get-gedə  artır.  Region  həmişə  brokonyerlərin,  kənd  təsərrüfatı 
işçilərinin,  maldarların  qanunsuz  müdaxilələrinə  məruz  qal­


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə