Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə12/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

44
mışdır.  Məsələn,  1931-1932-ci  illərdə  qoruqda  80  min  quş  ov­
lanmışdır.  Bundan  başqa,  Kiçik  Qızılağac  körfəzinin  su  rejiminə 
riayət  olunmadığına  görə,  1960-cı  ilin  yayında  suyun  duzluluq 
dərəcəsi  0,7-dən  12 promilə çatmışdır1.  Həmçinin,  kiçik körfəzin 
şorlanması  Böyük  Qızılağac  körfəzi  suyunda  da  duzluluğun 
artmasına  səbəb  olur.  Çünki,  tarix  boyu  Kiçik  Qızılağac  körfə­
zindən  Böyük  Qızılağac  körfəzinə  şirin  su  qarışmışdır  ki,  bu  da 
böyük  körfəzdə  «əsil  Xəzər  suyuna»  nisbətən  duzların 
durulmasına  (azalmasına)  səbəb  olmuşdur.  Ona  görə,  Qızıl- 
ağac  körfəzinin  su  rejimi  və  suyun  biokimyəvi  xüsusiyyətləri 
hövzənin  canlı  aləminin  tez-tez  kəmiyyət-keyfiyyətcə  tərəddüd 
etməsinə  zəmin  yaradır.  Odur  ki,  elmi  ədəbiyyatda  körfəzin  fa­
una-florası  barədə bir-birindən fərqli  rəqəmlərə rast gəlinir.
Son  bir neçə  ildir  ki,  Qızılağac  Dövlət Qoruğu  - AD  Təbiət 
Qoruğu  adlandırılır və  hər  il  onun  barəsində  «təbiət  salnaməsi» 
adlı  hesabat  tərtib  olunur.  Qoruq  haqqında  əlimizdə  olan  çox­
saylı  mənbələrə  baxmayaraq,  2008-2009-cu  illərə  aid  salnamə­
lərə  əsasən  qoruğun  mövqe-sahəsi  barədə  son  məlumatlar  qı­
sa  şəkildə aşağıda göstərilir1
 2.
Öncə  qeyd  etmək  lazımdır  ki,  Qızılağac  Dövlət  Təbiət Qo­
ruğunun  sahəsi  Xəzərin  səviyyə  rejimindən  asılı  olaraq  kate­
qoriyalar baxımından sabit  deyildir (cədvəl 4).
Cədvəldən  aydın  olur  ki,  göstərilən  7  parametrin  hamısı  illər 
üzrə  dəyişir.  Maraqlıdır  ki,  akvatoriya  ilə  quru  sahənin 
dəyişməsi  tərs  mütənasiblik  təşkil  edir.  Belə  ki,  su  ilə  örtülən 
və  bataqlığa  aid sahələrin  qeyri-sabitliyi  də  kəskin  dəyişir ki,  bu
1 Qeyd: 
Sularda  duzun  miqdarı  «%o»  promil  işarəsi  ilə  qeyd  olunur.  1  litr
suda  duzların  vəhdəti  1  qr.  olsa,  bu  bir  promilə  bərabər  qəbul 
edilir.
2 Qeyd: 
Qızılağac  Dövlət  Təbiət  Qoruğunun  2008-2009-cu  illərə  aid
«təbiət  salnaməsi»  hesabatı  ilə  tanış  olmağa  imkan  verdiyi  üçün 
qoruğun  elmi  işlər  üzrə  direktor  müavini  A.N.Abbasova  dərin 
təşəkkürümüzü  bildiririk.
45
da  yenə  səviyyə  rejimi  ilə  əlaqədar  sayıla  bilər.  Son  məlumata 
görə  (2009),  qoruğun  sahəsinə  (88360  h)  10700  h  Kiçik  Qızıla- 
ğac yasaqlığı  əlavə  edilmişdir  ki,  ümumi  sahə  hazırda  99060  h 
təşkil  edir.
Cədvəl 4
Qoruq ərazisinin  kateqoriyalar üzrə bölgüsü 
və  dəyişmənin 5 illik müqayisəsi (h)
Kateqoriyalar
2005
2006
2007
2008
2009
Ümumi sahə
88360
88360
88360
88360
88360
o cümlədən:
a) quru sahə
16141
26761
26960
27010
27078
b) akvatoriya
62219
61599
61400
61350
61281
Meşə örtülü sahə
90
90
90
90
56
Açıq sahələr
26051
26671
26870
26920
27022
Otlaqlar
25560
25840
26459
26479
26652
Bataqlıq yerlər
235
190
530
109
139


46
ııı Hlsse
QIZILAĞAC KÖRFƏZİNİN  FAUNA  VƏ FLORASI BARƏDƏ 
ÜMUMİ MƏLUMATLAR
Körfəzin  florası.  Ərazinin  florası  əsasən  keçən  əsrin  40- 
50-ci 
illərindən  tədqiq  olunmağa  başlanmışdır  (Hacıyev, 
Yusifov,  2003).  Bununla  belə,  hələ  1936-1937-ci  illərdə 
A.Q.Rubsova  (1940)  nisbətən  əhatəli  tədqiqatlar  aparmış  və 
139  bitki  növü  göstərmişdir.  Lakin,  50  il  qabaq  qoruq  ərazisinin 
bitki  aləmini  hərtərəfli  öyrənən  və  özündən  qabaq  aparılan 
tədqiqatların  nəticələrini  təhlil  edən  C.Əliyev  (1962;  1969)  244 
növ,  162  cins  və  43  ailə  müəyyən  etmişdir.  Maraqlıdır  ki,  çox­
saylı  tədqiqatlarda  Qızılağac  körfəzi  və  eyni  adlı  qoruğun  su 
bitkilərinə  lazımınca  diqqət  yetirilməmişdir.  Bundan  başqa,  nis­
bətən  geniş  məlumat  kiçik  körfəzdəki  su  və  bataqlıq  bitkilərini 
əhatə  etsə  də,  Böyük  körfəzin  bitki  aləmi  indiyə  kimi  qəna­
ətbəxş  dərəcədə  öyrənilməmişdir.  Bununla  belə,  hər  iki  kör­
fəzin  su  və  bataqlıq  bitkiləri  barədə  nisbətən  əhatəli  məlu­
matlar  yenə  də  C.Əliyevin  əsərlərində  verilir  (1962;  1964; 
1969).  Bundan  başqa,  Böyük Qızılağac körfəzinin  ali  su  bitkiləri 
1963-1979-cu  illərdə  E.  B.  Zaberjinskaya  tərəfindən  tədqiq 
olun-muşdur.  Hər  iki  körfəzin  bitki  aləmi  barədə  İ.A.Şipanova 
(1979),  V.Ə.Əliyevin  (1954)  əsərlərində  də  məlumatlar  verilir. 
Qızılağac  Dövlət  Qoruğunun  bitki  aləmi  barədə  sonuncu 
məlumata  V.C.Hacıyev  və  E.F.Yusifovun  monoqrafiyasında 
rast gəlinir  (2003).  Səciyyəvidir  ki,  müəlliflər keçən  əsrin  50-70- 
ci  illərində  başa  çatdırılan  tədqiqatların  nəticələrini  təhlil  edərək 
qeyd  edirlər  ki,  Qızılağac  körfəzinin  florası  yenidən  sistemli 
şəkildə  öyrənilməlidir.  Yuxarıda  istinad  olunan  -  Qızılağac 
Dövlət  Qoru-ğunun  florası  əsərində  360  bitki  növü  qeyd  edilir. 
Həmçinin,  göstərilən  360  növün  215  cinsə  və  64 ailəyə  məxsus
47
olması  əsaslandırılır  (Hacıyev,  Yusifov,  2003).  Bununla  belə, 
Qızılağac  körfəzinin  bitki  aləminin  dəyişməyə  məruz vəziyyətdə 
olması  məqbul  sayılmalıdır.  Bunun  da  başlıca  səbəbi  hər  iki 
körfəzdə  suyun  səviyyə  rejiminin  sabit  olmamasıdır.  Maraqlıdır 
ki,  əgər  Böyük  Qızılağac  körfəzində  floranın  inkişaf  etməsi 
Xəzər  dənizinin  su  balansı  ilə  əlaqədardırsa,  Kiçik  Qızılağac 
körfə-zində  isə çaylarla gətirilən  şirin  su  həcminin  azalması  bitki 
alə-minin  kəmiyyət  və  keyfiyyətinə  fəal  təsir  edən  başlıca  amil- 
fak-tor sayıla  bilər.
Bir  daha  yada  salmaq  lazımdır  ki,  Qızılağac  körfəz- 
qoruğunun  əsas  «vəzifəsi»  köçəri  və  yerli  ornitafaunanın  mü­
hafizəsinə  xidmət  etməkdən  ibarətdir.  Əlbəttə,  hövzənin  başqa 
«xidmətləri»  də  vardır  (aşağıda  müfəssəl  göstərilir).  Bununla 
yanaşı,  su-bataqlıq  quşları  və  başqa  quru  biotoplarda  yaşayan 
faunanın  əsas yem  bazası  bitkilərdir.  Geniş təsnifata və  izahata 
varmadan,  ərazinin  bitki  aləmi  barədə  yığcam  şəkildə  (son  mə­
lumatlara  istinad  etməklə)  məlumat aşağıda  təqdim  olunur (Ha­
cıyev,  Yusifov,  2003)1.
Səciyyəvidir  ki,  indiyə  kimi  hövzənin  ibtidai  bitkiləri  (fito- 
plankton)  barədə  elmi  mənbələrdə  məlumatlar çox azdır.  Bunu­
nla  belə,  aydın  olmuşdur  ki,  Qızılağac  körfəzinin  florasında  say­
ca  üstünlük  təşkil  edənlər -   su  yosunlarıdır  və  onlar  iki  ekoloji 
taxçada  məskunlaşmışdır:  bentik  və  plankton  qruplar.  Fizioloji 
xüsusiyyətlərinə  görə  Böyük  körfəzdə  dəniz-duzlu  sularda 
inkişaf  edən,  kiçik  körfəzdə  isə  şirin  sulara  aid  yosunlara  tə­
sadüf  olunur.  Sistematik  cəhətdən  səciyyələndirmədən  qeyd 
etmək  lazımdır  ki,  körfəzlərdə  57  növ  plankton  yosunlar  ayırd 
olunmuşdur  (Rzayeva,  1986;  Babayev,  1983;  Salmanov, 
1985).  Bunların  28  növü  diatomlara,  14  növü göy-yaşıl,  12  növü 
yaşıl və 3  növü  qamçılı  yosunlara aiddirlər.
1 Qeyd: 
Maraqlıdır  ki,  müəlliflər təqdim olunan  «siyahını» tam  hesab etmir.


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə