Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə20/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

76
sində  yırtıcı  heyvanlar  xüsusi  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  on­
ların  bəziləri  qoruğun  «çağrılmamış  qonağı»  kimi  qeyd  olunur. 
Bu  mənada  çaqqalın  qoruqda  peyda olması  maraqlıdır.
V.Livinova  görə,  1924-cü  ilə  kimi  qoruğun  ərazisində  çaq­
qal,  tülkü,  canavar,  qamış  pişiyi  qeyd  olunmamışdır.  Ehtimal 
olunur  ki,  1924-1925-ci  illərdə  qış  şaxtalı  keçmiş,  kiçik  körfəz 
buzla  örtüldüyü  üçün  həmin  yırtıcılar  Sara  adasına  keçməyə 
müyəssər  olmuşlar.  Yeni  ərazidə  olduqca  əlverişli  şərait  tapan 
bu  heyvanlar  artıb  çoxalmış  və  o  vaxtdan  Qızılağac  qoruğunun 
«qanuni»  sakinləri  sayılırlar.  Qoruqda  təsadüf  olunan  su  sa- 
muru,  bu  «gəlmələrin»  ən  az stajlısı  sayılır.
Qoruqda  ən  iri  yırtıcı  -   canavardır.  1977-ci  ildə  qoruqda 
36,5  kq  ağırlıqda,  117  sm  uzunluqda və  81  sm  hündürlükdə ca­
navar  öldürülmüşdür  ki,  bu  da  bir  növ  «rekord»  sayılır.  Cana­
varların  həyat tərzi  olduqca  maraqlıdır və  heç  də təsadüfi  deyil­
dir  ki,  yırtıcı  heyvanlardan  öz  davranışı,  ov  etmək  xüsusiyyəti, 
güclü  «bacarığı»,  hətta  hiylə və  «ağıllılıq»  dərəcəsi  baxımından, 
canavarlar  -   zooloqlar,  təbiətşünaslar,  etoloqlar1  üçün  ən  çox 
diqqət cəlb  edən  heyvanlardan  biridir.
Karl  Lorens  qeyd  edir  ki,  nağıl-əfsanələrdə,  bəzən  də  po­
pulyar toplularda  tülkü  «ağıllı»,  hiyləgər heyvan  kimi  təqdim  olu­
nur.  Əslində,  canavarla  müqayisədə  tülkü  olduqca  səfeh  sayıl­
malıdır.
Canavar çox  dözümlü  və  bədən  böyüklüyünə görə  heyrət­
amiz  güclü  heyvandır.  Aclığa  davamlı  (8-10  gün),  lakin  susuz­
luğa tab  gətirmir.
Vəhşi  heyvanların  əksəriyyətində  nəsli  davam  etdirmək,  o 
cümlədən  də  balalarını  qorumaq  hissi  çox  güclüdür.  Ana  cana­
varın  isə  öz balasını  xilas  etmək  üçün  cəfakeşliyi,  cəsarəti,  qəti- 
liyi  az  heyvanlara  məxsusdur.  Həmçinin,  yırtıcı  heyvanlara  xas
1 Qeyd: 
Etologiya  -  heyvanların davranışını  öyrənən elmdir.
77
olan  ov  ərazisinə  sahibkarlıq  hissi  canavarlarda  daha  güclüdür 
və  onlar  özlərinə  məxsus  ərazidə  şikarlarının  sayını  da  «tən­
zim»  edə  bilirlər.  Canavarların  fərdi  ərazi  bölgüsü  prinsipi,  «ilk 
növbədə  ərazidə  məskunlaşan,  yem,  qida  üçün  yararlı  sayılan 
canlıların  növündən,  sayından  asılıdır.  Bəzi  elmi  mənbələrdə 
hər  canavarın  ov  ərazisi  şərti  olaraq  20-80  km2-ə  bərabər  he­
sab  olunur.  Canavar  ov  axtarmaq  üçün  bir  gecədə  40-50  (bə­
zən  60-70)  km  məsafə  qət edə  bilir.
Qızılağac  qoruğu  şəraitində  canavar,  çox  güman  ki,  bir 
qarın  yemək  üçün  çox  əziyyət  çəkmir.  Çünki,  canavarın  iştahı 
yaxşı  olduğu  kimi,  onun  qidaya  qarşı  şıltaqlığı,  ərköyünlüyü  də 
çox  azdır,  Məsələn,  sübut  olunmuşdur  ki,  qoruqda  olan  cana­
varların  qida  siyahısına  11  növ  məməlilər,  12  növ  quş,  5  növ 
balıq,  2  növ  suda-quruda  yaşayanlar,  həşərat-bitkilər  daxildir. 
Həmçinin  məlum  olmuşdur  ki,  canavarların  qidasında  bu  və  ya 
başqa  yemin  nisbəti  fəsildən  asılı  olaraq  dəyişir.  Bununla  belə, 
canavarın  qidasının  əsasını  qoruğun  vəhşi  donuzları təşkil  edir.
Maraqlıdır  ki,  qoruqda  donuzların  sayının  tənzimlənməsin­
də  canavarların  əsas  amil  rolu  oynaması  ehtimal  olunur. 
Həmçinin  məlum  olmuşdur  ki,  qoruq  ərazisində  canavar  ailələ­
rinin  məskunlaşdıqları  yerlər  həmişə  çöl  donuzlarına  yaxın  sa­
hələrdir.  Hesablamalara  görə  hər  canavara,  orta  hesabla,  10- 
12  baş  çöl  donuzu  düşür.  Maraqlıdır ki,  bu  nisbilik  1972-ci  ildən 
1982-ci  ilə  kimi  sabit  qalmışdır.  Ehtimal  olunur  ki,  qoruqda  ca­
navarların  sayı  50-70  arasında  tərəddüd  edir1.  Qızılağac 
qoruğunda  geniş  yayılan  və  sayca  çoxluq  təşkil  edən  vəhşi 
heyvan  -  çaqqaldır (200-250  baş),  ikinci  yeri  tülkülər tutur (100- 
120).  Ehtimal  olunur  ki,  qamışlıq  pişiyi  də  qoruqda  çoxluq  təşkil 
edir  (90-110).
Maraqlıdır  ki,  son  vaxtlar  qoruq  ərazisində  zolaqlı  kaftar
1 Qeyd: 
Qafqaz qoruqları,  «Мысл»  nəşr.,  1990  (rus dilində).


78
qeyd  olunmuşdur.  Qoruqda  geniş  yayılanlardan  porsuq,  demək 
olar  ki,  bütün  ərazi  boyu  təsadüf  olunur.  Hesablamalara  görə, 
qoruğun  hər  min  ha  sahəsinə  4-5  porsuq  düşür.  Qırmızı  kitaba 
düşən  Qafqaz  su  samuru  sayca  az  olsa  da,  o  qoruğun  canlı 
aləmini  zənginləşdirən  faunadır.  İlk  dəfə  su  samuruna  1938-ci 
ildə  təsadüf  olunub,  hazırda  isə  onu  qoruğun  cənub-qərbində 
tez-tez görmək olur.
Vəhşi  məməlilərin  ən  kiçik  nümayəndəsi  -  gəlincik  də  qo­
ruqda  məskunlaşmışdır.  Siçanabənzər  gəmiricilərlə  qidalanan 
gəlincik  qoruğun  əsasən,  Kalinin,  Lopatin  və  Kulaqin  ərazilə­
rində  yayılmışdır.  Gəlinciklərin  miqdarı,  onların  əsas  qida  mən­
bəyi  sayılan  siçanların  biokütləsi  və sayından asılı olaraq  dəyişə 
bilir.
Balıqlar.
Qızılağac  qoruğunun  balıqları,  ərazidə  qeyd  olunan  canlı­
lara  nisbətən  geniş  və  müfəssəl-ardıcıl  öyrənilən  faunadır.  Kör- 
fəzn  balıq  sərvəti  barədə  əvvəlki  bölmələrdə  bəzi  məlumatlar 
verilmişdir.  Bununla  belə,  qoruğa  məxsus  sututar  sahədə  qey­
də alınan  balıq  növlərinə  nəzər salaq.  Öncə  yada  salmaq lazım­
dır  ki,  körfəzdəki  balıqlar  vaxtaşırı  müxtəlif  müəlliflər  tərəfindən 
tədqiq  olunsa  da,  biz  əsasən  son  illərə  aid  mənbələrə  əsas­
lanırıq  (Abbasov,  1972;  Quliyev,  1989).
Qızılağac  körfəzlərindəki  balıq  növləri  Xəzərə  məxsus  ba­
lıq  növləri  ilə  üzvi  surətdə  əlaqədardır.  Səciyyəvidir  ki,  başqa 
dənizlərə  nisbətən  Xəzərin  balıq  ailəsi  növcə  kasıbdır.  Lakin, 
başqa  hövzələrlə  əlaqəsi  olmayan  Xəzərin  balıqlarının  50%-i 
endemik  sayılır.  Xəzər  təcrid  olunsa  da,  burada  «kənardan 
gələn»  balıqlar  məskunlaşmışdır.  Onlardan  dəniz iynəciyi  (iynə- 
balıq),  tikanbalıq,  aterina,  kefal  (atlantik  balıqları)  və  s.  Göstər­
mək  olar.
Son  təsnifata  görə  Böyük  Qızılağac  körfəzində  44,  Kiçik 
Qızılağac  körfəzində  isə  31  növ  balıq  yaşayır.  Həmçinin,  Böyük
79
körfəzdə  iki  yarımnöv  -   külmə  ilə  ziyad  və  külmə  ilə  çapaq 
balıqlarının  mələzləri  (hibrid),  kiçik  körfəzdə isə  ağ amur və  qalı- 
nalın  balıqlar  da  qeyd  edilir.  Sonuncu  iki  növ,  yəni  ağ  amur  və 
qalmalın  balıqlar  Kiçik  Qızılağac  körfəzinə  1964-cü  ildə  buraxıl­
mışdır  (gətirilmişdir).  Həmin  balıqlar  Uzaq  Şərq  hövzələrinə 
məxsus balıqlardandır.  Onlar bitki  ilə  qidalanır,  az vaxtda  10-12, 
bəzən  də  16-20  kq  çəkiyə  çatırlar.  Kiçik  Qızılağac  körfəzi  su 
bitkiləri  ilə  zəngin  olduğu  üçün,  bu  balıqların  yüksək  məhsul 
verməsi  ehtimalı  qanunauyğun sayılır1.
Böyük  Qızılağac  körfəzinin  balıqlarının  əksəriyyəti  Xəzər 
faunasına  aiddir,  kiçik  körfəzdə  məskunlaşan  balıq  növiəri 
tərkibində isə şirin su  balıqları  üstünlük təşkil  edir (cədvəl  9).
Cədvəl  9  :  Böyük  və  Kiçik  Qızılağac  körfəzlərinin  balıqları 
(Quliyev,  1989)
Balıqların növü
Böyük
körfəz
Kiçik
körfəz
... 

1 
"
2
" 3
X əzər ilanbalıqı -  Kaspiomizon  vaqneri/
Kür bölgəsi -  Huso huso kaspikus 
Kür nərə balığı -  Asipenser persikus 
Kür uzunburun balığı -  Asipenser stellatus 
X əzər şipi  (kələmo) -  Asipenser nudiventris  derjavini
+
+
+
+
+
" . . .
Şişqarın Xəzər siyənəyi -  Alosa kaspia 
Şişqərın  Sara siyənəyi -  Alosa  kaspia knipoviç 
Dolqin  siyənəyi -  Alosa brasnikovi
+
+
+
Aqraxan siyənəyi -  A\losa brasnikovi aqraxanika
+
-
Sara  siyənəyi -  Alosa  brasnikovi sarensus
+
-
iriqöz siyənək -  Alosa  autumnalis
+

Ağbaş siyənək -  Alosa  qrimmi
+
-
Qarasol -  Alosa kesleri
+
-
X əzər qızılbalığı -  Salmo truta kaspius
+
-
1 Qeyd: 
Əgər  hövzədə  oksigen  rejimi  pozularsa,  balıqla  yanaşı,  başqa
aerob canlıların  da  burada  yaşaması  mümkün olmaz
2 Qeyd: 
Balıqların  latınca  adı  hazırda  işlətdiyimiz  əlifba  ilə  qeyd  edilir
(ixtisarla).


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə