Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə28/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

108
zərdabı  ilə  qidalanır,  xəstələrdə  qan  sızmaları  əmələ  gəlir  və 
bu  cür  zədələnən 
nahiyyələrdə  bakteriyalar,  göbələkciklər 
inkişaf edir və xəstəlik  sürətlənərək ölümlə nəticələnir.
Yuxarıda  göstərilən  xəstəliklərlə  mübarizə işini  və müalicə 
tədbirlərini  balıqartırma  təsərrüfatlarında  aparırlar.  Hər  xəstəlik 
üçün  müvafiq  müalicə  üsulları  mövcuddur.  Əlbəttə,  xəstəliklər 
dəfələrlə  çoxdur.  Həmçinin,  balıqlar arasında  sirayətedici-keçici 
xəstəliklər  də  geniş  yayılmışdır.  Məsələn,  qızılbalıqlar  (o 
cümlədən  də  çay  forelləri)  arasında  böyük  iqtisadi  itki  törədən 
keçici  qansızlıq  xəstəliyini  göstərmək  olar.  Yeri  gəlmişkən,  bu 
xəstəliyi  (infeksion  anemiya)  viruslar törədir.
Bir  daha  etiraf  etmək  lazımdır  ki,  şərh  olunan  məlumatlar 
ümumi  xarakter  daşıyır və  bu  barədə  müəyyən  təsəvvürə malik 
olmaq  məqsədinə xidmət edir.
Son  illər  Salyan,  Neftçala  rayonları,  Kür-Araz  ovalığı,  Mil- 
Şirvanda  da  göl  balıqçılığı  inkişaf  etdirilir,  fərdi  təsərrüfatlar 
yaradılır.  Ona  görə  həmin  təsərrüfatların  rentabelli  işləməsi 
üçün  respublikamızın  ixtioloq,  ixtiologiya  elminə  aid  mütə­
xəssislərin  məsləhət-tövsiyyələrindən  istifadə  etmək  olduqca 
faydalı  ola  bilər.
109
IV   HİSSƏ
QIZILAĞAC  KÖRFƏZİNİN MÜASİR  EKOLOJİ 
MİKROBİOLOGİYASI  VƏ  BİOLOJİ MƏHSULDARLIĞININ
ƏSASLARI
Son  50  ildə  dəfələrlə təkrar  olunan  və  son  dəfə  həyata  ke­
çirilən  tədqiqatlarımız  zamanı,  Qızılağac  körfəzinin  hər  iki  his­
səsində  (Böyük,  Kiçik  Qızılağac)  nümunələrin  toplanması  və 
müşahidələrin  aparılması  üçün  hövzənin  bütün  biotoplarını 
əhatə  edən  12  stansiya-nöqtə  təyin  edilmişdir  (hər  hövzədə  6). 
Bir  növ  standart  sayılan  həmin  stansiyalar  elə  seçilmişdir  ki, 
ekosistemə  davamlı  təsir  edən  antropogen  faktorun  rolunu  qiy­
mətləndirmək  mümkün  olsun  (şəkil  3).  Nümunələrin  toplanması 
və  müşahidələrin  aparılması  2004-cü  ilin  qış,  yaz,  yay və  payız 
fəsillərində  başa  çatdırılmış  və  2005-ci  ilin  yay  və  payızında 
təkrar  olunmuşdur.  Qeyd  etmək  lazımdır  ki,  Qızılağac  körfəzin­
də  dərinlik  2  (kiçik  körfəz),  3-4  (böyük  körfəz)  metrdən  artıq 
olmadığına  görə  su  nümunələri  əksər  hallarda  suyun  üst  təbə­
qəsindən  (0-25  sm)  götürülmüşdür.  Bu  məqsədlə  Y.İ.Sorokinin 
(1962)  steril-butulka  batometrindən  istifadə  olunmuşdur.  Hidro- 
bioloji,  hidrokimyəvi  təhlillər üçün  su  nümunələri  Knudsen  bato- 
metri  ilə,  lil-qrunt  isə  kiçik  Peterson  cihazı  ilə  toplanmışdır.  Təd­
qiqat  və  müşahidələr  aparılan  müddətdə  toplanan  materialların 
sayı,  edilən  təhlillərin  miqdarı  cədvəl  11-də  təqdim  olunur. 
Yada  salmaq  lazımdır  ki,  nümunələr toplanan  biotop-sahələrin 
bir  neçəsində,  keçən  əsrin  60-70  və  80-ci  illərində  əsasən 
yayda)  M.  Salmanov  və  Y.  Süleymanov  tərəfindən  əsaslı  mü­
şahidələr aparılmışdır (1963;1966;  2003).  Bu  da  imkan verir  ki, 
bəzi  nəticələri  müqayisə  etməklə son  50  ildə  körfəzdə yaranan 
ekoloji  vəziyyətin  mahiyyətini  elmi  və  praktiki  cəhətdən  düzgün


110
qiymətləndirək.  Körfəzdə  suyun  fiziki  göstəricilərindən  şəffaflıq 
Sekki  lövhəsi  ilə,  temperatur  isə  adi  civə  sütunlu  termometrlə 
ölçülmüşdür.  Kiçik  körfəzdə  suda  ümumi  duzluluq,  buxarlanma 
-  çəki  metoduna əsasən  təyin  edilmişdir.
Cədvəl  11
Qızılağac körfəzində  toplanan nümunələrin,
aparılan  analizlərin növü  və miqdarı
Böyük körfəz
Kiçik körfəz
Tədqiqatın növü
Stan-
Nümu-
Təh-
Stan-
Nümu- I  Təh-
siya

lil
siya

lil
İlkin  üzvi 
maddələrin təyini
30
30
60
30
30
60
Suda karbonatiarm 
təyini
30
30
30
30
30
30
Suda  0 2 miqdarının 
təyini
30
45
90
30
45
90
Üzvi maddələrin 
destruksiyası
45
45
90
45
45
90
Mikroorqanizm. 
ümumi sayı (suda)
60
60
60
60
60
60
Mikroorqanim.  lildə 
ümumi sayı
24
24
48
24
24
48
Saprofit bakter. 
sayı  (suda və lildə)
60
60
120
60
60
120
Suyun şəffaflığı
30
30
30
30
30
30
Suyun tem peraturu

30
30
30
30
30
30
111
Şəkil  3.  Qızılağac körfəzinin xəritə-sxemi
Rəqəmlər -  nümunə  toplanan - 
müşahidə  aprarılan 
sahə-stansiyaların nömrələridir 
A -   su axıdılan kanal 
В -   qəza kanal 
V -  balıq keçən kanal
Fitoplanktonun  fotosintez  proseslərində  əmələ  gətirdiyi 
ilkin  üzvi  maddələr karbon C 14 izotopu vasitəsilə təyin edilmişdir 
(Stemann,  1952).  Suda  ümumi  mineral  karbon  birləşmələri


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə