Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə27/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

104
kütləsi,  layihəyə  uyğun  gəlir.  Əlbəttə,  son  18-20  ildə  Kiçik 
Qızılağac  körfəzində  çox  gərgin  ekoloji  vəziyyət  yaranmışdır  və 
körfəz  öz  balıq  ehtiyatı  baxımından  əhəmiyyətini  demək  olar  ki, 
itirmişdir.
Təbii  şəraitdə  hövzələrdə  balıq  ehtiyatının  sabit  saxlanı­
lması,  akvatoriyada  məskunlaşan  ixtiofaunanın  xəstəlikləri,  təbii 
düşmənləri  və  b.  cəhətlərdən  asılı  olaraq  dəyişə  bilər.
Başqa  canlılar  kimi  balıqların  da  sirayətedici  və  invazion 
(parazit)  xəstəlikləri  vardır.  Balıq  xəstəlikləri  təbii  sututarlara 
nisbətən,  göl  balıq  təsərrüfatlarında  daha  müfəssəl  öyrənil­
mişdir.  Ona görə,  göl  balıqartırma  şəraitində xəstəliklərlə  müba­
rizə  daha  asandır.  Çünki,  bu  və  ya  başqa  gölün  istənilən  vaxt 
suyu  boşaldılır,  balıqlar  müvafiq  dezinfeksiyaedici  məhlullarla 
«çimizdirilir».  Məhz göl  balıq təsərrüfatlarında  hovuzlar vaxtaşırı 
boşaldılır,  şumlanır,  əhəng  məhlulu  ilə  dezinfeksiya  edilir,  bit­
kilərdən,  kol-koslardan  təmizlənir  və  s.  Ancaq  təbii  göllərdə,  o 
cümlədən  Qızılağac  körfəzlərində  (xüsusi  ilə  kiçik  körfəzdə) 
göstərilən  tədbirlərin  həyata  keçirilməsi  demək olar ki,  mümkün 
deyildir.  Qanunauyğun  olaraq,  balıq  körpələri  daha  çox  xəs­
tələnir  və  təbii  düşmənlər  tərəfindən  məhv  olunur.  Balıq  xəs­
təlikləri  xüsusi  elm  sahəsidir  və  ixtiopotologiya  adlanır.  Bu  sa­
həyə  geniş  izahat vermək  imkanı  olmasa  da,  bir neçə  səciyyəvi 
xəstəlikləri ötəri  yada salaq.
Öncə  qeyd  etmək  lazımdır ki,  balıqlar arasında  parazitlərlə 
əlaqədar olan  xəstəliklər keçici xəstəliklərə nisbətən  daha geniş 
yayılmışdır.  Bundan  başqa,  su,  bataqlıq  quşları  çox  olan  höv­
zələrdə  balıq  körpələrinin  (yaşlı  balıqlar  da  istisna  edilmir)  xəs­
tələnmə ehtimalı  nisbətən  yüksəkdir.  Çünki,  quşlar bir çox para- 
zitlərin,  ya aralıq,  ya  da  əsas sahibi  sayılır.
Azərbaycanın  su  hövzələrində  balıq  xəstəlikləri  əsas 
T.K.Mikayılov  və  onun  tələbələri  tərəfindən  öyrənilmişdir 
(1965).  Təkcə  çapaq  da  -   7,  çəkidə -  4,  külmədə -   5,  ziyadda
105
-  4,  sıfda -  6 xəstəlik  aşkar edilmişdir.  Maraqlıdır  ki,  bir çox  pa- 
razitlər  müxtəlif  növ  balıqlarda  xəstəlik  törədir.  Bu  baxımdan, 
yuxarıda  göstərilən  balıq  körpələrində  11  xəstəlik  qeyd  olun­
muşdur.  Bundan  başqa,  elə  parazitlər  də  vardır  ki,  onlar  yalnız 
bu  və ya  digər növ  balıqda  parazitlik edir.  Məsələn,  diploztomoz 
bütün  növlərdə,  daktilogiroz,  karifilloz  və  piskikoloz  ziyaddan 
başqa  hamısında,  postodiplostomoz  çəkidə  və  külmədə  müşa­
hidə  edilmişdir.  Həmçinin  səciyyəvidir  ki,  elə  parazitlər vardır ki, 
onlar,  eyni  xəstəlikləri  bütün  növlərdə  törədirlər.  Lakin,  elə  eyni 
xəstəliklər  də  vardır  ki,  onları  müxtəlif  parazitlər  əmələ  gətirir. 
Məsələn,  karifilloz xəstəliyini  çəkidə  bir,  çapaq,  külmədə  isə  ta­
mamilə  başqa  növ  parazit  törədir.  Balıq  körpələrinin  ən  çox  dü­
çar olduqları  daktilogiroz xəstəliyi  də  müxtəlif növə  mənsub  kör­
pələrdə ayrı-ayrı  parazitlər tərəfindən  baş verir.
Parazitlərin  körpələrdə  xəstəlik  əmələ  gətirməsi,  onların 
müxtəlif  üzvlərində  (orqanlar)  məskunlaşması  sayəsində  törə­
nir.  Onlardan  bir  neçəsini  göstərək.
D iploztom oz.  Bu  xəstəlik  yuxarıda  göstərilən  5  növ  balı­
ğın  hamısında  qeyd  edilmişdir  (Abbasov,  1972).  Parazitin  xəs­
təlik  əmələ  gətirməsi  üçün  o,  bir  neçə  inkişaf  mərhələsindən 
keçməlidir1.  Bu  nə  deməkdir?  Parazitin  yetkin  forması  quşların 
bədənində  olur  və  onun  yumurtaları  quşun  ifrazatı  ilə  suya  dü­
şür.  Suda  isə  yumurtadan  kirpikli  sürfə  törənir  və  sürfə  kirpik- 
ciklər vasitəsilə  hərəkət edib  (üzüb),  qarınayaqlı  ilbizlərin  bədə­
nində  məskunlaşır.  İlbizlərin  bədənində  həmin  sürfələr  kirpik­
lərini  itirib  sporosistaya  çevrilir  və  serkarilər  halına  çatandan 
sonra  təkrarən  su  mühitinə  düşür.  Serkarilər  suda  quyruq- 
cuqları  vasitəsilə  hərəkət  edib  balıqlara  rast  gəlir  və  balığın 
dərisini,  qəlsəməsini  deşib  qana  keçir,  qan  dövranında  «cövlan 
edib»  balığın  gözündə  parazitlik  edərək  xəstəlik törədir.  Parazit
1  Qeyd:  Parazitlərin xəstəlik törətməsi üçün inkişaf mərhələləri oxşar 
olduğu  üçün,  başqa  parazitlər barədə  məlumat verilmir.


106
gözü  zədələyir,  göz  böyüyərək  öz çanağına-almacığa  sığmayıb, 
onu  partladır və  nəhayət,  xəstə  balıq  məhv  olur.  Bu xəstəlik  hə- 
şəm,  şirbit  və  şamayı  körpələrində  də  müşahidə  olunur  və 
böyük  itkiyə səbəb  olur.
Piskikoloz.  Xəstəliyini  zəliyə oxşar parazit törədir və balıq 
körpələrinin  geniş  düçar  olduqları  xəstəliklərdəndir.  Parazit  ba­
lıqların  bir  neçə  üzvündə  məskunlaşır.  Ən  çox  qəlsəmələrə, 
sonra  dəri  üzərinə  və  ağız  boşluğuna  yapışıb  xəstənin,  əsil 
mənada  qanını  sorur.  Xəstələr  inkişafdan  qalır,  qansızlaşır  və 
məhv  olur.  Bir  çox  hallarda  parazit  yapışan  nahiyyələrdə  yara­
lar  əmələ  gəlir,  qan  sızır,  mikrobların,  xüsusi  ilə  irin  yaradan 
bakteriyaiarın  inkişafına  zəmin  yaranır  və  kütləvi  qırğın  baş 
verir.  Bu  xəstəlik  Qızılağac  körfəzində  olan  balıqlar  arasında 
(sıfdan  başqa)  geniş  yayılmışdır və böyük iqtisadi ziyan verir.
Karifilloz.  Bu  xəstəlik,  yuxarıda  qeyd  olunduğu  kimi,  hər 
növ  balıqda  müxtəlif parazitlər tərəfindən  törədilir.  Lakin,  mahiy­
yətcə  eyni  xəstəlik  yaranır.  Parazitlər  lentvari  (lentşəkilli)  qurd­
lardır.  Onlar  balıqlara  yedikləri  həşərat-xərçəngkimilər  və  qurd­
lar  vasitəsilə  keçirlər.  Balığın  bədənində  bu  parazitlər  proser- 
kond  mərhələsindən  yetkin  yaşa  kimi  inkişaf  edirlər.  Səciy­
yəvidir  ki,  bir çox  lentşəkilli  qurdlar xərçəngkimilərdən  balıqlara, 
balıqlardan  quşlara,  beləliklə,  bəzən  məməli  heyvanlara,  hətta 
insanlara  da  keçir.  Qəribədir  ki,  belə olduqda  parazitin  iki aralıq 
sahibi  (balıq  və  xərçəngkimilər)  və  üç  əsas  sahibi  olur  (quş, 
məməli  heyvan  və  insan).  Göründüyü  kimi,  bu  parazitlər balıq­
lara,  necə  deyərlər,  ikitərəfli  ziyan  vurur  -   həm  sürfə,  həm  də 
yetişkən 
formada. 
Parazitlər 
əsasən 
balığın 
bağırsaq 
boşluğunda  məskunlaşır,  qan azlığı  yaradır,  inkişafdan  qoyur və 
orqanizmi  məhv edirlər.
Daktilogiroz.  Bu  xəstəliyin  çəkidə  3,  külmədə 2,  ziyadda  3 
(bəzən  daha  çox),  çapaqda  isə  1  törədicisi  qeyd  edilmişdir. 
Maraqlıdır  ki,  göstərilən  parazitlər  müxtəlif  növlərə  aiddirlər.  Bu
107
parazitlər  balığın  əsas  qəlsəmələrində  məskunlaşır,  onun  qanını 
sormaqla  yanaşı,  tənəffüs  prosesini  pozur  və  məhv  edirlər. 
Daktilogiroz xəstəliyi  şirin  su  balıqları  arasında geniş yayılmışdır.
Liquloz  xəstəliyini  törədən  parazit,  lentşəkilli  qurddur  və 
əsasən  çapaq  sürfələrində,  iri  balıqlarda  görünür.  Liqulozun 
parazitlik  dövrü  onların  sürfə  mərhələsində  davam  edir.  Özü  də 
bu  dövr  daha  uzun  və  davamlıdır.  Belə  ki,  yumurta,  yetkin 
dövrü  quş  və  xərçəngkimilərin  bədənində  2-3  həftə  çəkirsə, 
onun,  balıqların  qarın  nahiyyəsində  sürfə  (parazitlik)  dövrü  illər­
lə  davam  edir.  Liquloz  çox  iri  qurddur.  Çox  vaxt  balığın  qarın 
boşluğunda  onun  uzunluğu  100  sm-ə  çatır,  yumaq  şəklində 
qarına  yerləşir  və  onu  partladaraq  xaricə  çıxır.  Nəticədə  xəstə 
balıq məhv olur.
İxtioftiroz.  Bu  xəstəliyə  ən  çox  çəki  və  sıf balıqları  tutulur­
lar.  Törədici  isə  infuzorlardır.  Parazitin  çoxalması  sistaların 
daxilində  davam  edir.  Sista  yetkinliyə  çatandan  sonra  partlayır 
və  parazit  infuzorlar  suya  dağılaraq  balıqları  yoluxdururlar. 
Xəstə  balıqların  bədən  səthində  çoxlu  ağ  rəngli  şişlər  əmələ 
gəlir.  Sonra  onlar yaralara,  xoralara  çevrilir və  xəstə  məhv  olur. 
Müalicə  və  mübarizə  məqsədi  ilə  5%-li  duz  məhlulu,  0,025%-li 
formalin  tətbiq  olunur.  Xəstə  balıqlar  xüsusi  qablarda  həmin 
məhlullarda  5-10  dəqiqə saxlanır.
Eustrongiloz  geniş  yayılan  xəstəliklərdəndir.  Xəstəliyə 
bütün  qiymətli  balıqlar  tutulur  (nərə,  naqqa,  həşəm,  şamayı, 
poru  və  b.).  Parazit yumru  qurdlardandır.  Əsasən  balıqların  qa­
rın  boşluqlarında  irinli  şişlər əmələ gəlir və orqanizm  ölür.
Erqaziloz  xəstəliyi  ən  çox  balıqartırma  təsərrüfatlarında 
müşahidə  olunur  və  balıqların  qəlsəmələrini  zədələyir.  Törədici 
-  xərçəngkimilərə aiddir.
Arquloz  da  ağır  keçən  və  böyük  itkiyə  səbəb  olan  xəstə­
liklərdəndir.  Törədici,  qəlsəməquyruqlulardır  ki,  bu  parazitlərə 
xalq  arasında  «balıq  biti»  də  deyirlər.  Parazit  əsasən  qanın


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə