Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə35/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

136
dairəsi  kiçik  körfəzdə  olduqca  təcrid  vəziyyətdədir.  Məsələn, 
əgər  kiçik  körfəzdə  yosunların  (fitoplankton)  çiçəklənməsi  0-35 
sm-dən  dərinə  yayılmırsa,  nisbətən  zəif  inkişaf  edən  fitoplan­
kton  kütləsi  böyük  körfəzdə  bütün  dərinlik  boyu  yayılır (0-4 m).
Böyük  körfəzdə  bioloji  proseslərin  daha  aktiv getməsi  höv­
zənin  qruntunda  mövcud  olan  biodestruksiya  ilə  də seçilir.  Əgər 
30-35  il  qabaq  kiçik  körfəzdə  biodestruksiya  göstəricisi  900- 
1200  mq  C/m2,  böyük  körfəzdə  isə  -   400-600  mq  C/m2  təşkil 
edirdisə,  indi  (2004-cü  il),  əksinə,  biodestruksiya  göstəricisi  bö­
yük  körfəzdə  1200-2100  mq  C/m2  çatmışdır  ki,  bu  da  kiçik  kör­
fəzdə  qeyd  edilən  kəmiyyətdən  1.5-1,7  dəfə yüksəkdir.
Böyük  Qızılağac  körfəzində  antropogen  evtroflaşma  ha­
disəsini  yaradan  amillərə  toxunulsa  da,  qeyd  etmək  lazımdır  ki, 
hövzədə  üzvi  maddələrlə  zənginləşmə  proseslərində  kiçik  kör­
fəzin  suları  ilə  nəql  edilən  üzvi  maddələr kütləsinin  rolu  olduqca 
böyükdür.  Təcrübələrlə  sübut olunmuşdur  ki,  kiçik  körfəzdə  «çi­
çəklənmədən»  sonra  suda  olan  oksigen  (7-8  mq  0 2/l)  təcrid 
olunan  nümunələrdə  13-15  saatdan  sonra  tam  tükənir  (Sal- 
manov,  1987;  1999).  Ona  görə  ehtimal  olunur  ki,  Böyük  Qı- 
zılağac  körfəzində  suların  üzvi  maddələrlə  zənginləşməsi  kiçik 
körfəzlə bilavasitə əlaqədardır və proses  ildən-ilə  artmağa  meyl 
edir.  Hövzənin  ildən-ilə  üzvi  maddələrlə  (istər avtoxton,  istərsə 
də  alloxton  mənşəli)  aramsız  zənginləşməsi,  ekoloji  baxımdan 
zərərsiz sayılmamalıdır.
M.Salmanovun  (1987;  1999)  uzunmuddətli  tədqiqatlarına 
görə  Cənubi  Xəzərin  qərb  şelfı,  xüsusilə  də  Kür-Astara  sa­
hələri,  dənizin  intensiv  evtroflaşan  ərazilərinə  aiddir və  bu  pro­
ses  genişlənərək  ərazinin  mərkəz  hissəsində  yay-payız ayların­
da  qeyd  olunur.  Əgər  nəzərə  alsaq  ki,  bütün  su  hövzələrinə 
antropogen  təsirlər,  əksər hallarda  onun  sahillərindən-şelfindən 
başlanır,  onda  qətiyyətlə  demək  olar  ki,  hal-hazırda  Cənubi 
Xəzərin  dərin  suları  -   mərkəz  hissələrində  ildən-ilə  davamlı  və
137
geniş  sahələrdə  suyun  «çiçəklənməsində»  böyük  körfəzin  üzvi 
maddələrlə və hidrokimyəvi  inqradientlərlə zəngin  sularının  payı 
az deyildir.
Körfəzdə  ilkin  məhsul  ilə  (əmələ  gələn)  biodestruksiyada 
oksidləşən  üzvi  maddələr  kütləsinin  müqayisəsindən  aydın  olur 
ki,  il  ərzində  parçalanan  substratın  miqdarı,  hövzənin  özündə 
sintez  olunan  enerji  məhsulundan  1,5-1,7  dəfə  çoxdur.  Əgər 
dib  çöküntülərində mineralize olunan  üzvi  maddələrin  cəmini  də 
(təxminən  360-370  min  ton)  nəzərə  alsaq,  onda  «xərclənən» 
məhsul  daha çox  olar.
Məlum  həqiqətdir  ki,  elm  dəqiqlik  tələb  edir.  Lakin  Qızıla- 
ğac  körfəzində  mövcud  olan  vəziyyətin  ekoloji  mahiyyətini 
təsəvvür  etmək  üçün  yuxarıda  göstərilən  nəticə-rəqəmlər  kifa­
yətdir.  Ona  görə  şübhəsiz  etiraf etmək  olar ki,  hal-hazırda  Kiçik 
Qızılağac  körfəzində  bioloji  məhsulun  formalaşmasında  ekoloji 
gərginlik  mövcuddur və  bu  qiymətli  hövzənin  sabit  vəziyyətinin 
bərpası  üçün zəruri tədbirlər görülməlidir.


138
V   HİSSƏ
QIZILAĞAC KÖRFƏZİNİN MİKROBİOLOJİ REJİMİ
Qeyd  etmək  lazımdır ki,  körfəzin  hər  iki  hissəsində  ilk  dəfə 
mikrobioloji  tədqiqatlar  keçən  əsrin  60  və  80-cı  illərində  aparıl­
mışdır  (Salmanov,  1966).  Bundan  başqa  1995-ci  ildə  (avqust) 
M.Salmanov  (2003)  tərəfindən  su  və  dib  çöküntülərindən  bir 
neçə  nümunə  toplanaraq  analiz  olunmuşdur1.  Mövcud  ədəbiy­
yat məlumatları  və  bizim  tədqiqatların  müqayisəli  analizlərindən 
belə  bir  yəqinlik  yaranır  ki,  sanki  müxtəlif  hövzələrdən  söhbət 
gedir.  Rəqəm-nəticələr  arasında  kəskin  fərq-kontrastlıq  ən  çox 
Kiçik  Qızılağac  körfəzinə  aid  rəqəmlərdə  nəzərə  çarpır.  Böyük 
körfəzdə  isə  mikrobioloji  tədqiqatların  nəticələrindən  aydın  olur 
ki,  hövzədə  mineralizasiya  prosesləri  sıçrayışla  olmasa  da, 
zaman-vaxta  görə,  tədricən  intensivləşməyə  meylli  vəziy­
yətdədir.
Kiçik  Qızılağac körfəzinin  su  və dib  çöküntüləri
Kiçik  Qızılağac  körfəzinin  su  qatlarında  ilkin  mikrobioloji 
tədqiqatlar  aparılan  dövrlərdə  dərinlik  indikindən  iki  dəfə  artıq 
olduğu  üçün  mikrobiotanın  miqdarı  hövzənin  mərkəzində suyun 
həm  üst,  həm  də  dib  qatlarından  əldə edilən  nümunələrdə  təyin 
olunmuşdur.  Tədqiqatlarda  cəmi  1-1,7  m  fərqli  olan  «üst  və 
dib»  qatlarda  müəyyən  edilən  göstəricilər  arasında  fərq  5-7%- 
dən  çox  olmamışdır.  Ona  görə  aşağıda  mikrobiotanın  indiki  kə­
miyyət-keyfiyyəti  barədə  izahatda  bakterio-mikroplanktonun 
vertikal-şaquli  yayılmasına xüsusi  yer verilmir.
2004-cü  ilin  fəsillərində  körfəzin  sularında  mikrobiotanın
1 Qeyd:  Həmin  tədqiqatların  nəticələrini  müqayisə  üçün  istifadə  etməyə 
imkan verdiyinə görə,  ona  öz dərin təşəkkürümüzü  bildiririk.
139
ümumi  miqdarı,  orta  hesabla  4,3  (qış)  -   17,6  (payız)  mln/ml 
arasında  dəyişir (cədvəl  18).  Maraqlıdır ki,  ümumi  mikrobiotanın 
sularda  fəsillər  üzrə  və  stansiya-məntəqələrə  müvafiq  yayılma 
dinamikası  fitoplanktonun  ilkin  üzvi  maddələri  biokütləsinin 
kəmiyyətcə paylanmasına  uyğun  gəlir (bax:  cədvəl  13).
Son  40  ildə  körfəzin  sularının  üst  qatında  mikrobiotanın 
ümumi  miqdarı  yay aylarında  (iyul-avqust)
Cədvəl  18
Kiçik Qızılağac körfəzinin suyunda  (2004) 
mikrobiotanın ümumi miqdarı  (mln/ml)
Stansiya
Qış
Yaz
Yay
Payız
1
7,8±0,30
11,7 ±0,57
16,3±0,80
24,0±0,9
2
2,6±0,12
6,9±0,33
7,4±0,27
11,6±0,50
3
6,5±0,31
10,8±0,51
14,6±0,60
24,3±1,10
4
4,7 ±0,23
9,2±0,44
10,0±0,40
21,0±0,40
5
2,1 ±0,10
4,3±0,20
8,7 ±0,25
13,6±0,57
6
2,4±0,11
3,0±0,14
8,9±0,31
11,3±0,45
Orta
4,3
7,6
11,0
17,6
eyni  stansiyalarda  toplanan  nümunələrdə  eyni  üsul-metodla 
təyin  edilmişdir.  Yuxarıda  qeyd  edildiyi  kimi,  nəticə  etibarilə  rə­
qəmlər  olduqca  fərqlidir.  Əgər  rəqəmlərə  nəzər  salsaq,  aydın
görünür  ki,  keçən  əsrin  60-90-cı  illərində  suda  mikrobiotanın 
ümumi  miqdarı  ildən-ilə  artdığı  halda,  son  15  ildə,  əksinə -  mik- 
robiotanın  vegetasiyası  2-3  dəfə  azalmışdır.  Daha  aydın  olmaq 
üçün  müqayisə  edilən  nəticələrin  dəyişməsi  şəkil  7-də  əks 
olunmuşdur.  Şəkildən  məlum  olur  ki,  30  il  müddətində  (1964- 
1995)  Kiçik  Qızılağac  körfəzinin  su  qatlarında  mikrobiotanın 
generasiyası,  biokimyəvi  aktivliyi  üçün 
şərait  əlverişli  olmuşdur.  Həmçinin  məlum  olur  ki,  əgər  30  ildə, 
yəni  1964-cü  ilə  nisbətən  (8 mln/ml)  1995-ci  ildə  mikrobio- 
tanın  ümumi  sayı  cəmi  3-4  dəfə 
artmışsa


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə