Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə33/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

128
rəfindən  qeyd  edilmişdir  (Salmanov,  1999;  Manafova,  1982; 
Marqolina,  1969;  1989;  Pavelyeva,  2003;  Sadçikov,  2002; 
Goedkopp Willem,  200;  Guilford,  2002).
Kiçik  Qızılağac  körfəzində  müsbət  balansın  əmələ  gəl­
məsi,  təxmini  də  olsa  iki  amillə  əlaqədar  olaraq  yaranmışdır. 
Birinci  səbəb  -   oksigen  və  biogen  elementlər  rejimində  əmələ 
gələn  təzadlar,  vegetativ  və  xüsusilə  də  aerob  tənəffüs  tipinə 
məxsus  mikrobiotanın  biokimyəvi  aktivliyi  üçün  optimal  şəraitin 
olmaması;  ikincisi  isə  -   mühitdə  olan  üzvi  maddələrin  yalnız 
asan  mənimsənilən,  yüngül  komponentlərinin  biodeqradasiya 
proseslərində  yüksək  qatılıqda  olmasıdır.  Sonuncu  hadisənin 
real  olması  suda  saprofit  bakteriyaların  kəmiyyət-keyfiyyəti  ilə 
də sübut olunur.
Bölmənin  əvvəlində  qeyd  edilmişdir  ki,  daxili  su  höv­
zələrində,  xüsusilə  göllərdə  üzvi  maddələr  balansını  öyrən­
məklə,  həmin  sututarda  vətəgə  əhəmiyyətli  balıq  məhsulu  barə­
də  proqnoz  vermək,  hövzənin  trofik  tipini  və  başqa  xüsusiy­
yətlərini  təyin  etmək  olar.  Hələ  keçən  əsrin  40-50-ci  illərində 
S.i.Kuznetsov  (1942),  Q.S.Karzınkin  (1934),  G.G.Vİnberq 
(1960)  və  başqaları,  təcrübələrlə  sübut  etmişlər  ki,  hər  bir  höv­
zədə  əmələ  gələn  ilkin  üzvi  maddələrin  1-0,7;  0,5-0,3%-i  balıq 
məhsuluna  çevrilməlidir  (su  hövzəsinin  trofik  tipindən  asılı 
olaraq).  Bu  məqsədlə  ilk  dəfə  olaraq  Kiçik  Qızılağac körfəzində 
üzvi  maddələr  balansı  hesablanmışdır.  Təxmini  hesab-müqa­
yisəyə  əsasən  2004-cü  ildə  Kiçik  Qızılağac  körfəzində  fit- 
oplankton  tərəfindən  120  min  ton  ilkin  üzvi  maddə  sintez 
olunmuşdur.  Bu  da  kvadratmetr  hesabı  ilə  1300-1500  qram 
təşkil  edir.  Müqayisə  üçün  göstərmək  lazımdır  ki,  həmin  rəqəm 
təbii  evtrof  tipli  hövzələrə  aid  göstəricilərdən  3-4  dəfə 
yüksəkdir.  Başqa  sözlə  desək,  kiçik  körfəz  «hiper  evtrof» 
hövzələrə  aid  olunur.  İl  ərzində  sularda  biodestruksiya  olunan 
ümumi  üzvi  maddələrin  miqdarı,  ilkin  məhsula  bərabər  vəziy­
129
yətdədir  (3-5%  azdır).  Yuxarıda  göstərilən  rəqəmlər  kiçik 
körfəzin  su  kütləsinə  aiddir.  Eyni  zamanda  hövzənin  dib  çökün­
tülərində  də  ardı-arası  kəsilmədən  assimilyasiya  və  dissimilya- 
siya  prosesləri  gedir.  Böyük  Qızılağac  körfəzi  və  Kür  çayı 
vadisinin  dib  çöküntülərində  qeyd  olunan  biodestruksiya  gös­
təriciləri,  kiçik  körfəzin  (üzvi  maddələrlə  dəfələrlə  zəngin)  lil- 
qruntunda  alınan  nəticələrdən  yüksəkdir.  Bu  da  o  deməkdir  ki, 
Kiçik  Qızılağac  körfəzinin  dib  çöküntülərində  üzvi  maddələrin 
biodestruksiyası  olduqca  zəif  gedir.  Ona  görə  həm  suda  və 
həm  də  sedimentasiya  olunan  materallarda  üzvi  maddələrin 
daha  çətin  parçalanan  və  mürəkkəb  kimyəvi  tərkibli  kompone­
ntləri  ildən  ilə  çoxalır,  mühitdə  bir  növ  üzvi  çirklənmə-autosa- 
problaşma  baş verir.


130
Böyük Qızılağac körfəzi
Əvvəlki  bölmənin  mahiyyətinə  və  əhatə  etdiyi  məsələlərin 
izahına-şərhinə  diqqət  yetirdikdə  asanlıqla  məlum  olur  ki,  Kiçik 
Qızılağac  körfəzinə  daha  çox  fikir  verilmişdir.  Bu  da  səbəbsiz 
deyildir.  Çünki  kiçik  körfəzin  ekosistemində  baş  verən  ekoloji 
təzadlar  çox  kəskindir  (bu  barədə  bir  daha  məlumat veriləcək). 
Əsas  məsələ  ondadır  ki,  Kiçik  Qızılağac  körfəzi  bəndlə  ayrılan­
da,  onun  funksiyası  da  dəyişmişdir -  keçid  balıqların  kürüləmə- 
sinə  şərait  yaratmaqla,  Cənubi  Xəzərin,  Kürətrafı  regionun  və­
təgə  əhəmiyyətli  balıq  növləri  ehtiyatının  sabit  saxlanması  və 
başqa  səbəblər nəzərə  alınmışdır.  Bununla  yanaşı,  qeyd olunan 
cəhətlər heç  bir vəchlə  Böyük  Qızılağac  körfəzinin  əhəmiyyətini 
azaltmır.  Əgər kiçik  körfəz  Cənubi  Xəzərin  keçici  və  yarımkeçici 
balıqlarının  çoxalma  ərazisi  sayılırsa,  böyük  körfəz  isə  ümumi 
ixtiofaunanın  əlverişli  örüş  sahəsi  hesab  olunur.  Ona  görə  hər 
iki  körfəzin  əhəmiyyəti  olduqca  böyükdür,  onlar  üzvi  surətdə 
bir-biri  ilə əlaqəli  və  asılı  vəziyyətdə fəaliyyət göstərirlər.  Bunun­
la  belə,  geomorfoloji,  fiziki-coğrafi,  hidroloji  və  başqa  xüsusi­
yyətlərinə  görə  hər  iki  hövzədə  eyni  limnoloji,  hidrobioloji  pro­
seslərin  gedişi  olduqca  fərqlidir.  Böyük  Qızılağac  körfəzində 
mövcud  ekoloji  vəziyyət  ilk  növbədə  Xəzərlə,  daha  doğrusu 
onun  cənub  hissəsi  ilə  əlaqədardır.  Bundan  başqa,  körfəzin  sa­
bitliyinə  Kür  çayı  və  Lənkəran  təbii  vilayətindəki  çaylar  da  təsir 
göstərir.  Bu  baxımdan  Xəzər  dənizində  səviyyə  rejiminin  dəyiş­
məsi  ilə  əlaqədar  olaraq  körfəzin  sahəsi  böyümüş,  dərinlik  art­
mış  və  hövzəyə  on  min  tonlarla  alloxton  maddələr  əlavə 
olunmuşdur.
Əlbəttə,  göstərilən  amillər  böyük  körfəzdə  bakterioplan- 
ktonun  inkişafına,  maddələr  mübadiləsi  dövranına,  suyun  fiziki- 
kimyəvi  xassələrinə  və  s.  proseslərin  gedişinə  təsir  etmişdir. 
Heç  də  təsadüfi  deyildir  ki,  keçən  əsrin  70-ci  illərinə  nisbətən
131
indi  böyük  körfəzdə zooplankton-zoobentosun  ümumi  biokütləsi 
2-3  dəfə  çoxalmışdır  (Qasımov,  1994).  Əvvəldə  qeyd  olunan 
hidrobiontların  artıb-çoxalması,  ilk  növbədə fitoplanktonun  əmə­
lə  gətirdiyi  ilkin  üzvi  maddələrə  əsaslanır  (Qasımov,  2005;  Mir- 
zəyev,  1993).
Qeyd etmək  lazımdır ki,  Xəzərin  ayrılmaz  hissəsi  kimi,  son 
45  ildə  Cənubi  Xəzərdə  ardıcıl  aparılan  mikrobioloji-hidrobioloji 
tədqiqatlar  böyük  körfəzi  də  əhatə  etmişdir  (Salmanov,  1999). 
Bizim  son  dəfə  apardığımız tədqiqatlardan  məlum  olur ki,  böyük 
körfəzdə  ilkin  üzvi  maddələrin  sintezi  keçən  əsrin  80-cı  illərin­
dən  indiyə kimi  artır.
Son  40  ildə  böyük  körfəzdə  fitoplanktonun  sintez  etdiyi  il­
kin  üzvi  maddələrin  kütləsi,  orta  hesabla  3  dəfə  artmışdır. 
Böyük  Qızılağac  körfəzində  fitoplanktonun  inkişaf  dinamikası, 
fizioloji 
xüsusiyyətləri,  növ  tərkibi  Cənubi  Xəzərə  xas  olan 
şəkildədir  (Axundova,  2001;  Salmanov,  1999;  Babayev,  1980). 
Ərazinin  açıq-aşkar  görünən  antropogen  evtroflaşması,  kiçik 
körfəzdən  fərqli  olaraq,  anaerobioz təhlükəsi  yaratmır.  Xəzərlə 
fəal  su  mübadiləsi,  küləklər,  yerli  su  axınları,  dalğalanma  və 
başqa  amillər  su  qatlarının  oksigenlə  optimal  dərəcədə  təmin 
edilməsinə  səbəb  olur.  Bununla  belə,  müəyyən  olunmuşdur  ki, 
son  18-20  ildə  su  qatlarında,  xüsusilə  yumşaq  xassəli  dib  çö­
küntülərində  oksigen  məsrəfi  25-30%  artmışdır  (Hüseynov, 
2005).
Qeyd  etmək  lazımdır  ki,  Xəzərdə  su  səviyyəsinin  artması 
ilə  əlaqədar  olaraq  Böyük  Qızılağac  körfəzinin  sahəsi  sahil  çə­
mənlik-otlaqları  hesabına  böyümüşdür.  Yeni  subasar ərazilərdə 
ali  su  bitkiləri  intensiv  inkişaf  edərək  bir  növ  dayaz  gölməçə- 
axmazların yaranmasına  səbəb olmuşdur.  Bu  cür,  özü  də geniş 
sahəli  kolluqlarla  «örtülü»  sahələrdə  isti  aylarda  suyun  tempe­
raturu  36-38°C-yə  çatır,  sularda  oksigen  tam  tükənir, 
su­
yun 
duzluluq  dərəcəsi 
15-20%o-ə 
bərabər  olur.  Göstərilən  tə-


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə