Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə32/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

124
2001;  Klepas-Ceraj  Vanya,  2004;  Hutcens  Elena,  2004).  De­
məli,  kiçik  körfəzdə  biodestruksiya  göstəricilərinin  minimum 
həddə  çatmasını,  energetik  məhsulun,  biogen  elementlərin,  ok­
sigen  qazının  az  olması  ilə  izah  etmək  çətindir.  Ona  görə  eh­
timal  etmək  olar  ki,  hövzədə  bakterioplanktonun  fizioloji  və  bi- 
okimyəvi  aktivliyi  başlıca  olaraq  temperatur  amilindən  asılı  və­
ziyyətdədir.  Əgər  temperatur  amilinə  görə  qışda  (C°  -  8,6) 
mineralizə  olunan 
üzvi  maddə  kütləsi  0,7  mq/l-ə,  payızda 
isə  (C °-  17,3)  5  mq/l-ə  bərabərdirsə,  yəni  7  dəfə  fərqlənirsə, 
yaz  fəsli  ilə  yay  fəsli  arasında  temperatur  fərqi  10-13°  təşkil 
etsə  də  mineralizə  olunan  üzvi  maddələrin  miqdarı  eynidir (bax: 
cədvəl  14).  Səciyyəvidir  ki,  birinci  halda  əmələ  gələn  fərqli  cə­
hət  temperatur  amilindəki  fərqlə  izah  olunduğu  halda,  yaz-yay 
aylarında  temperatur  amili,  bir növ  əsas  rol  oynamır.  Eyni  za­
manda  suyun  üst  qatında,  suda  həll  olan  oksigenin  miqdarı  yaz 
aylarında  9,3-8,2  mq  0 2/l  olduğu  halda,  yayda  (iyulun  sonu,  av­
qustun  əvvəli)  körfəzin  sularında  (üst  qatda)  oksigenin  miqdarı 
7,3-6,2  mq02/l-dən  artıq  olmamışdır.  Bundan  başqa,  yazın  əv­
vəllərində  suda  biogen  elementlərdən  nitrat-nitrit,  fosfor  bir­
ləşmələri  müvafiq  olaraq  0,33-0,11  və  0,046  mq/l  təşkil  etdiyi 
halda,  yayda  həmin  elementlər  suda  aşkar  edilməmişdir.  Ona 
görə  ehtimal  etmək  olar  ki,  Kiçik  Qızılağac  körfəzində  üzvi  mad­
dələrin  biodestruksiyası  hövzənin  oksigen,  temperatur rejimləri 
və  biogen  elementlərlə  əlaqədardır.
Sudan  fərqli  olaraq,  körfəzin  dib  çöküntülərində  (lildə)  üzvi 
maddələrin  biodestruksiyası  2004-cü  ilin  yayında  təyin  edil­
mişdir.  Məlum  olmuşdur  ki,  Kiçik  Qızılağac  körfəzinin  ali  su  bit­
kiləri  inkişaf edən  akvatoriyalarında lil-qrunt əsasən  detrit qarışı- 
qlıdır,  sərbəst  lil  çöküntü  demək  olar ki,  yoxdur.  Ali  su  bitkilərin­
dən  kənar sahələrdə  lil-qrunt olduqca  yumşaq  qatılıqda olmaqla 
tünd  qara  rəngli  və  hidrogen  sulfid  iylidir.  Kiçik  Qızılağac  kör­
fəzinin  dib  çöküntülərində  biodestruksiya  110-125  q  C/m2 təşkil
125
edir.  Xəzərin  şelfi,  xüsusilə  dənizin  Kürətrafı  akvatoriyasında 
qeyd  edilən  biodestruksiya  göstəricisi  ilə  müqayisədən  aydın 
olur  ki,  kiçik  körfəzin  qruntunda  üzvi  maddələrin  biodeqrada- 
siyası  olduqca  zəif gedir  (Salmanov,  2003;  1986;  1999).  Bunun 
da  səbəbi  aydındır:  kiçik  körfəzin  dib  çöküntülərində  əsasən 
oksigen  çatışmır və  ona  görə  lil-qruntda  aerob  mikrobiotanın  fə­
aliyyəti  çətinləşmişdir.
Azərbaycanda  müxtəlif  xüsusiyyətli  və  ölçülü  hövzələrdə, 
o  cümlədən  də  Xəzər  dənizində  aparılan  geniş  miqyaslı  təd­
qiqatlardan  məlum  olmuşdur  ki,  bütün  hallarda  hövzədə  əmələ 
gələn  ilkin  üzvi  maddələrin  miqdarı,  biodestruksiya  proses­
lərində  mineralizə  olunan  ümumi  üzvi  maddələrin  cəmindən  2-3 
dəfə  (bəzən  daha  çox)  kiçikdir  (Salmanov,  1985;  Abdullayevə, 
1995;  Manafova,  1986;  1994).  Bunun  da  səbəbi  alloxton  mən­
şəli  üzvi  maddələrlə  hövzələrin  çirklənməsi  hesab  olunur.  Bildi­
yimiz  kimi,  Kiçik  Qızılağac  körfəzi  ətrafında  onu  çirkləndirən  iri 
yaşayış  məntəqələri,  sənaye  obyektləri  yoxdur.  Qumbaşı  və Vi- 
ləşçayla  az  miqdar  nəql  olunan  alloxton  maddələr,  avtoxton 
mənşəli  substratlarla  müqayisə olunmaz dərəcədə  kiçikdir.  Ona 
görə  hövzədə  əmələ gələn  və bioloji  yolla  bəsidləşən  üzvi  mad­
dələrin  müqayisə  edilməsi  elmi  və  praktiki  cəhətdən  çox  qiy­
mətlidir.  Xüsusilə  də,  vətəgə  əhəmiyyətli  balıq  növlərinin  çoxal­
ması  və  artıb-böyüməsi  üçün,  dövlət  qoruğu  kimi  fəaliyyət gös­
tərən  hövzədə  qeyd  olunan  cəhətlərə aydınlıq gətirmək  olduqca 
vacibdir.  Bu  məqsədlə  2004-cü  ilin  yayında  eyni 
sahələrdə 
aparılan  tədqiqatlardan  əldə  edilən  elmi  nəticələr şəkil  6-da təq­
dim  olunur.
Şəkildən  aydın  görünür  ki,  kiçik  körfəzdə  avtoxton  üzvi 
maddələrin 
əmələ  gəlməsi  və 
biodestruksiyası 
yay  fəsli 
müstəsna  olmaqla,  ilin  başqa  mövsümlərində,  bir  növ  paralel 
gedir.  Hər  iki  hadisə-prosesdə  iştirak  edən  üzvi  maddələr  miq- 
darca  da  bir  növ  oxşar vəziyyətdədir.  Bununla  belə,  proseslərin


C
 m
q
/l
126
dinamikası  eyniliyə  malik olsa  da,  müxtəlif  miqdar  göstəriciləri 
ilə  seçilir.  Bunu  daha  aydın  təsəvvür etmək  üçün  cədvəl  15-ə 
nəzər salaq
6
o
qış 
yaz 
yay 
payız
Şəkil 6. 
К içik Qızılağac körfəzində
fitoplanktonun ilkin məhsulu  və  üzvi 
maddələrin  biodestruksiya 
göstəricilərinin müqayisəsi
1  -  biodestruksiya
2 -  ilkin  üzvi maddələr
127
Cədvəl  15
Kiçik Qızılağac körfəzində ilkin üzvi maddələrlə ümumi 
biodestruksiya olunan üzvi maddələrin fəsillər üzrə 
dəyişməsinin müqayisəsi (mq  C/l)
Stansiya
Qış
Vaz
Yay
Payız
M.
B.
M.
B.
M.
B.
M.
B.
1
1,4*
1,10
3,3
3,6
1,6
4,7
5,1
7,7
2
2,6
0,9
4,5
4,8
2,4
3,3
7,1
7,8
3
2,4
1,0
4,5
3,3
2,6
4,1
6,8
2,2
4
1,9
0,6
3,4
3,8
2,3
3,1
4,4
4,1
5
2,2
0,6
4,5
2,4
2,9
3,2
5,4
4,3
6
2,3
0,7
3,9
2,3
2,4
3,2
4,0
3,9
Orta
2,2
0,7
4,0
3,6
2,4
3,6
5,7
5,0
Qeyd:  1.  M.  -  ilkin məhsul; B.  -  biodestruksiya 
göstəricisi.
2.  * -  Bütün nəticələr statistik işlənmişdir 
və P   < 0,49
Cədvəldən  məlum  olur  ki,  il  boyu,  yay  fəsli  müstəsna  ol­
maqla  ilkin  üzvi  maddələrin  miqdarı,  biodestruksiya  proses­
lərində  mineralizə olunan  üzvi  maddələrin cəmindən  çoxdur.
Bir  daha  yada  salmaq  lazımdır ki,  kiçik  körfəzdə  üzvi  mad­
dələrin  müqayisəsində  ilkin  məhsulun  üstünlük  təşkil  etməsi 
respublika  ərazisində  tədqiq  olunan  hövzələr  içərisində  yeganə 
haldır.  Çünki,  indiyə  kimi  son  40  ildə  tədqiq  olunan  su  an­
barları,  göllər və Xəzərdə  bir qayda  olaraq  destruksiyada  bəsid- 
ləşən  üzvi  substratların  çoxluq  təşkil  etməsi  bütün  müəlliflər tə-


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə