Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə40/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

156
şayan  azotmənimsəyən  bakteriyalar  tərəfindən  mənimsənil­
məsidir.  Təbiətdə  böyük  əhəmiyyət  kəsb  edən  bu  prosesdə 
əsasən  Azotobacter,  (kök  yumrusu)  və  Clostridium  paste- 
urianum  cinsinə  aid  bakteriyalar  iştirak  edir.  Hər  iki  körfəzdə 
yuxarıda  qısa  izah  olunan  -   azot  dövranında  iştirak  edən  bak- 
teriya  qrupları  müfəssəl  öyrənilmişdir.
Tədqiqatlardan  aydın  olmuşdur  ki,  Kiçik  Qızılağac  kör­
fəzində  ammonifikator  bakteriyalar  geniş  yayılmışdır.  Ekosis­
temdə  ammonifikator  bakteriyaların  həyat  fəaliyyəti  zamanı 
amonyak,  hidrogen  sulfid  kimi  aralıq  məhsullar  əmələ  gəlir. 
Hiper-evtrof  sayılan  (üzvi  maddələrlə  zəngin)  kiçik  körfəzin  su 
qatlarında  ammonifikatorların  sayı  il  boyu  yüksək  səviyyədə  (2- 
10  min/ml)  saxlanır və  şübhə  yoxdur  ki,  onlar  biodestruksiyada 
aktiv  iştirak  edirlər.  Lakin,  üzvi  maddələrin  mineralizasiyasında 
əmələ  gələn  amonyak  qazının  nitrat-nitritə  çevrilməsi  proses­
lərinin  kəsərli  olması  olduqca  şübhəlidir.  Çünki,  təbiətcə  nitrifi- 
kator  qruplarına  məxsus  bakteriyalar  obliqat  aeroblar  sayılır. 
Bizim  tədqiqatların  əksəriyyəti  hövzədə oksigen  rejiminin təzad­
lı  olmasını  sübut  etmişdir.  Ona  görə  Kiçik  Qızılağac  körfəzinin 
su  və  qruntunda  avtoxton  mənşəli  mineral  azot  birləşmələrinin 
kifayət qədər bərpa olunması ehtimalı olduqca şübhəlidir.
Atmosfer  havasında  olan  azotmənimsəyən  -   Azotobacter 
cinsinə  məxsus  bakteriyaların  ali  su  bitkiləri  ilə  bir  növ  simbioz 
münasibətdə  inkişafı  barədə  kifayət  qədər elmi  mənbələr vardır 
(Ustinova,  2004;  Marqolina,  1969).  Nitrifikatorlar  kimi  aerob 
olan,  lakin  qidalanmasına  görə  tələbkar  heterotrof  sayılan 
azotobakterlər  kiçik  körfəzin  suyunda  geniş  yayılmamışdır. 
Miqdarca  ən  çox  (200-400/ml)  yaz  və  payız  aylarında  təsadüf 
edilən  bakteriyalar  açıq  sularda  daha  az  müşahidə  olunur. 
Maraqlıdır  ki,  yazın  əvvəlində  vegetasiyaya  başlayan  ali  su 
bitkiləri  inkişaf edən  sularda Azotobacterlər asanlıqla əldə edilir. 
Səciyyəvidir  ki,  vegetasiyası  başa  çatan  bitkilərlə  əlaqədar
157
sularda  azotmənimsəyən  bakteriyaların  miqdarı  kəskin  dərəcə­
də  azdır  -   20-30/ml.  Atmosferdəki  azotu  mənimsəyən,  tənəf­
füsə  görə  anaerob,  qidalanmağına  görə  hetertrof  sayılan 
Clostridium  pasteurianum  azotobacterlərdən  fərqli  olaraq 
nisbətən  geniş  yayılmışdır.  Belə  ki,  Clostridium  pasteurianum 
körfəzin  sularında  il  boyu  nibətən  daha  yüksək  sayda  -   600- 
800/ml  müşahidə edilir.  Sərbəst azotmənimsəyən  bakteriyaların 
oksigen  rejimi  ilə  əlaqədar  olması  ş ə k illi- d ə  əks  etdirilir və 
aydın  görünür  ki,  tənəffüs  tipi  və  başqa  fizioloji  xassəsindən 
asılı  olaraq  azot  dövranında  iştirak  edən  əsas  bakteriya  qrupları 
suda  həll  olan  oksigenlə  sıx  əlaqədar vəziyyətdə fəaliyyət gös­
tərirlər.
yaz
yay
payız


158
Şəkil  11.  Kiçik Qızıl ağac körfəzinin suyunda 
oksigen və azotmənimsəyən 
bakteriyaların fəsillər üzrə dəyişilməsi 
A -  dərinlik (m ilə); В -  oksigen(mq/l);
C -  Azotobacter və Cl.  pasteurianum  (102/ml)
1  -  Azotobacter;
2 -  Oksigen;
3 -  Cl.  pasteurianum.
Kiçik  körfəzdə  fosfor  birləşmələrinin  kəmiyyət-keyfiyyəti 
barədə  xüsusi  tədqiqatlar  aparmasaq  da,  ilkin  üzvi  maddələrin 
biosintezi,  ümumi  biosubstratların  biodestruksiyası,  ümumi  mik- 
robiota,  saprofit  və  nəhayət,  fizioloji  qrup  bakteriyaların  hövzə­
də  yayılması,  fəaliyyəti  barədə  əldə  edilən  nəticələrə  əsaslana­
raq,  etiraf  etmək  olar  ki,  yüksək  dərəcədə  davam  edən  dissi- 
milyasiya  prosesləri  fosforun  dövranına  müsbət  təsir  göstərir. 
Bildiyimiz  kimi,  azot,  kükürd,  dəmir,  karbon  və  başqa  biogen 
elementlərdən  fərqli  olaraq,  fosfor  birləşmələrini  bəsidləşdirən, 
bərpa  edən  xüsusi  obliqat  (mütləq)  bakteriya  qrupları,  demək 
olar  ki,  yoxdur.  Bununla  belə,  üzvi  fosfor  birləşmələrinin  sadə 
fosforlara  çevrilmə  hadisəsi  də  mikroblarsız  həyata  keçirilmir. 
Belə  ki,  bu  vacib  prosesdə  demək  olar  ki,  bütün  saprofit-am- 
monifikatorların  iştirakı  sayəsində  mühitdə  pH  turşuluğa  meyl 
edir,  bio-kimyəvi  reaksiyalar  intensivləşir və fosfatlar alınır.  Ona 
görə,  bir daha  qeyd  etmək  olar  ki,  hövzədə fosfor  dövranı  azot­
dan fərqli  olaraq  daha  intensiv gedir.
Kiçik  Qızılağac  körfəzində  başa  çatdırılan  və  maraq  doğu­
ran  tədqiqatlardan  biri  də  sellülozanın  parçalanmasında  iştirak 
edən  aerob  və  anaerob  bakteriyaların  öyrənilməsidir.  Bildiyimiz 
kimi,  kiçik  körfəzdə  ali  su  bitkiləri  çox  intensiv  inkişaf  edir.  Son
159
məlumatlara  görə  hazırda  körfəzin  45-50%  sahəsi  ali  bitkilər 
tərəfindən  zəbt edilmişdir.  Həmçinin  məlumdur ki,  bitki  ilə örtülü 
ərazilərin  hər  kvadratmetrində  20-30  kq  yaş  biokütlə  əmələ 
gəlir  (Əliyev,  1962).  Beləliklə,  bitki  ilə  örtülən  ərazinin  ümumi 
sahəsi  və  biokütlənin  çəkisini  bilərək  asan  müəyyən  etmək  olar 
ki,  orta  hesabla  hər ha  sahədə  100  min  tondan  çox  bitki  kütləsi 
əmələ  gəlir,  on  illərlə  toplanaraq  aramsız  çürüyür,  sulara  külli 
miqdarda  bitki  mənşəli  -   selluloza,  liqnin,  pektin  və  başqa  mü­
rəkkəb  quruluşlu  üzvi  substratlar  qarışır.  Kiçik  Qızılağac  körfə­
zində  həm  aerob  və  həm  də  anaerob  sellülozaparçalayan  bak- 
teriyaların yayılması və  ilin fəsilləri  üzrə sayca  dəyişilməsinə da­
ir nəticələr cədvəl  23-də təqdim  olunur.
Cədvəl 23
Kiçik Qızılağac körfəzində aerob  və anaerob ellülozaparçalayan 
______ bakteriyaların fəsillər üzrə yayılması (1  ml.  suda)______
Stansiya
Qış
Yaz
Yay
Payız
A 1
An.
A.
An.
A.
An.
A.
An.
1
46*
12
136
42
44
190
130
70
2
80
13
124
40
43
200
150
60
3
90
14
141
49
46
180
160
50
4
70
14
130
48
47
210
150
40
5
80
16
122
44
40
340
140
40
6
80
0
116
43
39
400
140
50
Orta
80
14
128
44
42
254
143
51
Qeyd:  1.  A -  aerob; An -  anaerob bakteriyalar.
2.  * -  Bütün nəticələr statistik işlənmişdir və P  <0,045.
Cədvəldən  aydın  görünür  ki,  kiçik  körfəzdə  sellülozanın 
parçalanmasında  hər  iki  qrupa  məxsus  bakteriyalar  iştirak  edir. 
Lakin,  ilin  fəsillərindən,  hövzədə  yaranan  temperatur,  qaz,  duz 
rejimlərindən  asılı  olaraq,  yaz və  payız  aylarında  aeroblar,  yay­


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə