Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə41/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

160
da  isə  anaeroblar daha  intensiv  inkişaf edir.
Maraqlıdır  ki,  il  boyu  hər  iki  qrupa  aid  bakteriyaların  ümumi 
sayı  da  olduqca  oxşardır.  Bununla  belə  hər  qrupun  kiçik  körfə­
zin  sularında  maksimum  inikşaf dövrü  bir-birindən  fərqlənir.  Be­
lə  ki,  aerob  sellülozaparçalayanların kütləvi  inikşafı yaz və payız 
aylarına  təsadüf  edirsə,  anaerob  sellülozaparçalayan  bakte- 
riyaların  ən  yüksək  səviyyədə  inkişafı  yayda  nəzərə çarpır.  Ona 
görə  bir  daha  ehtimal  etməyə  əsas  vardır  ki,  anaerob  sellü­
lozaparçalayan  bakteriyaların  vegetasiya  və  generasiya  prose­
sləri  mühitin  oksigen  rejimi  ilə əlaqədardır (şəkil  12).
Əvvəlki  bölmələrdə  Kiçik  Qızılağac  körfəzində ilin  isti ay-larında 
anaerobioz  hadisəsinin  (zamor)  yaranmasını  və  nəticə-də 
fauna-floranın  kütləvi  qırğını  dəfələrlə 
qeyd  edilir.  Həmçinin 
məlumdur  ki,  su  hövzələrində  anaerobiozun  yaranması  proses­
lərində  bir  neçə  qrup  anaerob  bakteriyalar  iştirak  etsələr  də, 
metabolitik-aralıq  məhsullar  içərisində  hidrobiontlar  üçün  ən 
təhlükəli  maddə hidrogen sulfiddir.  (H
2
S).  Evtrof,  distrof tipə  aid 
hövzələrdə  kükürd  dövranında  iştirak  edən  bakteriya  qrupları, 
başqa  fizioloji  qrupa  aid  bak-teriyalara  nisbətən  daha  ətraflı 
öyrənilmişdir  və  bu  barədə  kifayət  qədər  ədəbiyyat  mənbələri 
vardır  (Sorokin,  1954;  1960;  Romanenko,  1964;  Klepax,  2004). 
Məhz  körfəzdə  son  illər  get-dikcə  daha  davamlı  və  geniş 
yayılması 
nəzərə 
çarpan 
anaero-bioz 
hadisəsində 
desulfatlaşdırıcı  bakteriyaların  iştirakını  nəzərə  alaraq,  onların 
körfəzdə  yayılma  dinamikası  da  tərəfimizdən tədqiq edilmişdir. 
Öncə  qeyd  etmək  lazımdır  ki,  istər  elmi,  istərsə  də  tətbiqi 
baxımdan  çox  maraqlı  olan  xüsusi  qrup  bakteriyaların  əldə  edil­
məsi  üçün  təklif  olunan,  laboratoriyalarda  sınaqdan  keçirilən  və 
praktikada  geniş  tətbiq  edilən  metod-qida  mühitlərini  labora­
toriyada  müqayisə  etmişik.  Məlum  olmuşdur  ki,  tədqiqatda  isti­
fadə  olunan  Van-Delden,  Post-Q eytvə  Kravskov-Sorokin  qidalı 
mühitlərindən  körfəzdə  yaşayan  desulfatlaşdırıcılar  üçün  ən  əl­
161
verişli  mühit  sonuncudur.  Belə  ki,  məlum  olmuşdur  ki,  aqarlı 
və  süd  turşusunun  kalsium  duzu  əlavə  olunmaqla  hazırlanan 
Krav-skov-Sorokin 
mühitində  eyni 
miqdar  suspenziyadan 
nisbətən  az  müddətdə  (4-5  gün)  15-20%  yüksək  nəticə  alınır. 
Kiçik Qı-zılağac  körfəzində  desulfatlaşdırıcı  bakteriyalar  bütün  il 
boyu toplanan  su  nümunələrində qeyd edilmişdir.
Şəkil  12.
Kiçik  Qızılağac  körfəzində  suyun  dərinliyi  və  oksigen 
tutumundan  asılı  olaraq 
fəsillər  üzrə  aerob  və  anaerob 
sellülozaparçalayan bakteriyalarınsayca dəyişilməsi:
A  -   aerob  və  anaerob  sellülozaparçalayan  bakteriyalar 
(1  m l suda),  В -  dərinlik (m ilə),  C -  oksigen (mq/l)
1.  Anaeroblar
2.  Oksigen -  O2
3. 
Aeroblar.


162
Maraqlıdır  ki,  nis-bətən  dərin  stansiyaların  su  qatlarında 
desulfatlaşdırıcı  bakte-riyaların  miqdarı  arasında  fərq  olduqca 
azdır.  Məlumdur  ki,  de-sulfatlaşdırıcı  bakteriyalar  obliqat 
anaeroblara  aiddirlər.  Ona  görə  Kiçik  Qızılağac  körfəzinin 
oksigen 
tutumuna 
görə 
fərq-lənən 
su 
qatlalarında 
desulfatlaşdırıcı 
bakteriyaların 
bərabər  sayda 
yayılmasını 
aydınlaşdırmaq  çətinlik  yaradır. 
Görünür, 
desulfatlaşdırıcı 
bakteriyaların  sularda  geniş  yayılması  (oksigen  olan  su  qatları 
nəzərdə  tutulur)  dib  çöküntülərinin  aşılanması  ilə  əlaqədardır, 
Çünki,  hövzədə  dərinlik  az  olduğu  üçün  yüngül  dalğalanma 
suların  bulanmasına  səbəb  olur.  Desulfatlaşdırıcı  bakteriyaların 
kiçik  körfəzin  sularında  yayılması  cədvəl  24-də təqdim edilir.
Cədvəl 24
Kiçik Qızılağac körfəzində desulfatlaşdırıcı bakteriyaların
1 m l suda) sayca,  fəsillər üzrə  dəyişilməsi
Stansiya
Qış
Yaz
Yay
Payız
1
14±0,50
26±1,1
120±5
57±25
2
10±0,45
41 ±2,0
200±7
90±4
3
9±0,30
38±1,6
300±12
110±5
4
8±Ö, 15
30±1,4
440±21
210±10
5
11 ±0,40
51 ±2,2
560±18
300±12
6
7 ±0,25
44±2,0
600±24
420±19
Orta
10
37
370
200
Cədvəl  24-də  göstərilən  rəqəmlər  yuxarıda  qeyd  edilən 
bütün  bakteriyaların  orta  illik  kəmiyyətindən  çoxdur.  Bundan 
başqa  qış  minimumu  ilə  yay-payız  maksimumu  arasında  olan 
fərq  də  başqa  fizioloji  qruplara  aid  bakteriyaların  fəsillərə  aid 
say  fərqindən  də  yüksəkdir.  Ona  görə  ehtimal  etmək  olar  ki, 
Kiçik  Qızılağac  körfəzinin  su  qatlarında  desulfatlaşdırıcı  bakte- 
riyaların  inkişafı  üçün  optimal  şərait yaranmışdır.  Öz fizioloji  xü­
susiyyətlərinə  görə,  obliqat  anaerob  olduqları  üçün  desul- 
fatlaşdırıcı  bakteriyaların  biokimyəvi  aktivliyinin  oksigenin  miq­
163
darına  tərs  münasibəti  şübhə  doğurmur.  Sözsüz  ki,  körfəzin  su 
qatlarında  oksigen  azlığı  (əsasən  yay-payızın  birinci  yarısında) 
desulfatlaşdırıcı  bakteriyaların  inkişafına  müsbət  təsir  göstərir. 
Bundan  başqa,  bir çox  tədqiqatçılar,  o  cümlədən  S.İ.Kuznetsov 
(1942),,  Y.İ.Sorokin  (1967),  M.Y.İvanov  (1956)  təcrübələrlə  sü­
but  etmişlər  ki,  hövzələrdə  suyun  temperaturunun  yüksəlməsi, 
desulfatlaşdırıcı  bakteriyaların  biokimyəvi  aktivliyinə  müsbət 
təsir  edir.  Kiçik  körfəzdə  fəsillər  üzrə  temperaturanın  və  desu- 
Ifatlaşdırıcı  bakteriyaların  yayılması  şəkil  13-də  təqdim  edilir. 
Şəkildən  aydın  görünür  ki,  desulfatlaşdırıcı  bakteriyaların  ilin 
fəsillərində  sayca  dəyişməsi  suyun  temperatur  rejimi  ilə  sıx 
əlaqədardır.
Kiçik Qızılağac  körfəzinin  qruntunda fizioloji  qrupa  aid  bak- 
teriyaların  inkişafına  nəzər  saldıqda  (xüsusilə  anaeroblar)  elə 
təsəvvür yaranır  ki,  burada  bakteriyaların  generasiyası  üçün  ol­
duqca  əlverişli  şərait  formalaşmışdır.  Həqiqətən  də  hal-hazırda 
kiçik  körfəzin  dib  çöküntülərinin  1  qramından  (təbii  nəmişlikdə) 
milyondan  çox  anaeroblara  məxsus  bakteriyaların əldə edilməsi 
son  40 ildə ilk  dəfədir qeyd  edilir (cədvəl  25).
Kiçik Qızılağac körfəzinin qruntunda  desulfatlaşdırıcı, 
denitratlaşdırıcı  və metan  əmələ gətirən bakteriyaların miqdarı
mln/q,  2004)
I
S
ta
n
s
iy
a
Desulfatlaşdırıcı
Denitratlaşdırıcı
Metan  əmələ gətirən
Q ış
Y a z
Y a y
P a ­
y ız
Q ış
Y a z
Y a y
P a ­
y ız
Q ış
Y a z
Y a y
P a ­
y ız
1
0,1*
0,2
0,8
0,5
0,1
0,1
1,5
1,2
0,2
0,4
1,2
1,5
2
0,1
0,3
1,2
1,2
0,1
0,2
1,4
1,2
0,4
0,6
1,5
1,0
3
0,1
0,2
1,0
0,9
0,1
0,2
1,5
1,2
0,4
0,5
1,3
1,2
4
0,3
0,4
1,4
1,0
0,1
0,1
1,0
1,0
0,3
0,4
1,4
1,1
5
0,4
0,5
1,3
1,2
0,1
0,1
1,3
1,1
0,2
0,3
1,2
1,0
6
0,1
0,2
1,0
0,9
0,1
0,1
0,8
0,6
0,3
0,4
1,3
0,9
Orta
0,1
0,3
1,3
0,8
0,1
0.1
1,1
1,0
0,3
0,4
1,3
1.1
Qeyd:  * -  bütün nəticələr statistik işlənmişdir  və P  <0,044


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə