Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə44/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

172
kiçik  körfəzdə olduğu  kimi -  yumşaq  lildən  ibarət  deyildir.  Həm­
çinin,  böyük  körfəzdə  qruntda  detrit  (əsas  bitki  mənşəli),  əsa­
sən  bitki  ilə  örtülü  dayazlıqlardan  əldə  edilən  nümunələrdə  mü­
şahidə  olunur.  Körfəzin  su  ilə  örtülü  sahələrinin  Kür  dilinə  qon­
şu  akvatoriyasında  qrunt  balıqqulağı  qarışıqlı,  bərk  konsisten- 
siyalıdır.  Körfəzin  cənub  -   cənub-qərbində  qruntda  narın  dənəli 
qum,  nisbətən  iri  alevrit  qarışıqlı  çöküntülərə  təsadüf  olunur. 
Balıqqulağılı,  balıqqulağılı-qumlu  lil  -   yalnız  körfəzin  nisbətən 
dərin  (2,3-3  m)  yerlərində  yayılmışdır.  Böyük  körfəzin  qruntu  bir 
də  onunla  səciyyələnir  ki,  bütün  hallarda,  çöküntünün  üst  qatı­
nın  strukturu  pozulmayan  (cihazla götürən  zaman)  nümunələri­
nin  ən  üst  təbəqəsində  (0,3-0,5  mm)  təzə  (nailka  deyilən) 
çöküntüyə  təsadüf  olunur.  Maraqlıdır  ki,  həmin  nailka  deyilən 
yumşaq  çöküntü  mikrobiota,  ibtidai  bentik  orqanizmlər,  üzvi 
maddələrlə  ən  zəngin  təbəqə  sayılır  (mikrobioloqlar,  hidrokim- 
yaçı-hidrobioloqlar  öz  tədqiqatları-təcrübələrində  həmin  nailka- 
dan  istifadə etməyə üstünlük  verirlər).
Qranulometrik  ölçüyə  və  mexaniki  quruluşa  görə  alevrit- 
lərlə zəngin  olan  qruntda  mikrobioloji göstəricilər yüksəkdir (Ro­
manenko,  1969).  Bu,  ilk  növbədə  qruntda  mikroorqanizmlərin 
ümumi  miqdarında aydın  nəzərə çarpır (cədvəl  31).
Cədvəl 31
Böyük Qızılağac körfəzinin qruntunda ümumi mikrobiotanın 
_______  sayca  (mlrd/q) fəsillər üzrə  dəyişilməsi__________
Stansiya
Qış
Yaz
Yay
Payız
1
2,2±0,10
3,4±0,16
4,3±0,20
6,4±0,30
2
1,7 ±0,08
2,2±0,10
2,3±0,10
3,1±0,15
3
0,9±0,04
1,6±0,06
1,9±0,09
2,7±0,13
4
1,8±0,07
2,3±0,11
2,9±0,14
3,3±0,15
5
1,6±0,06
2,3±0,10
2 ,1±0,10
3,2±0,14
6
1,7±0,05
2,6±0,13
2,1 ±0,09
3,3±0,16
Orta
1,6
2,4
4,0
3,7
173
Məlum  olmuşdur  ki,  körfəzin  dib  çöküntülərində  ümumi 
mikrobiotanın  il  boyu  inikşafı  mövsüm  amilləri  ilə əlaqəli  şəkildə 
davam  edir.  Qış  aylarında  mikrobiotanın  generasiyasının  zəiflə­
məsi  qanunauyğun  olaraq  birinci  növbədə,  temperatur  amilinə 
görə  baş  verir.  Hövzədə  ümumi  mikrobiotanın  yaz  aylarında  in­
kişafı  intensivləşərək  yayda  maksimum  həddə  çatır.  Körfəzdə 
yay  aylarında  evtroflaşma  proseslərinin  güclənməsinə  baxma­
yaraq  ümumi  mikrobiotaya  fitonsidlərin  mənfi  təsiri  müşahidə 
olunmamışdır.  Bundan  başqa,  qruntda  aerob-vegetativ  vəziy­
yətdə  olan  mikrosenozun  mineralizasiya  proseslərində  fəal  işti­
rak etməsi,  mühitdə əmələ gələn  metabolitik  məhsulların  da  on­
lara  mənfi  təsiri  qeyd  edilməmişdir.  Böyük  Qızılağac  körfəzinin 
qruntunda  mikrobiota  üçün  optimal  şəraitin  mövcud  olması sap- 
rofit bakteriyaların  sayı  və  morfoloji  növ tərkibi  ilə  də  uyğunlaşır 
(cədvəl 32).
Cədvəl 32
Böyük Qızılağac körfəzinin qruntunda saprofit bakteriyaların
miqdarı (mln/q)
Stansiya
Qış
Yaz
Yay
Payız
1
1,3 ±0,06
2,4 ±0,11
3,6 ±0,18
3,1  ±0,15
2
1,2  ±0,04
2,3 ±0,10
4,4  ±0,20
2,4  ±0,11
3
1,3 ±0,05
2,6 ±0,12
4,8 ±0,22
3,3 ±0,15
4
1,4  ±0,06
2,7 ±0,13
4,9  ±0,24
3,4  ±0,16
5
1,6 ±0,07
3,1  ±0,15
4,7 ±0,21
3,6 ±0,17
6
1,7 ±0,08
3,2 ±0,14
5,2 ±0,25
3,8 ±0,16
Orta
1,5
2,8
4,6
3,6
Maraqlıdır  ki,  saprofit  bakteriyaların  morfoloji  görünüşü  kiçik 
körfəzdə  olduğu  kimidir.  Burada  da  spor  əmələ  gətirməyən


174
formalar  əldə  edilən  kulturanın  75-80%-ni  təşkil  edir.  Ona  görə 
ehtimal  etmək  olar  ki,  böyük  körfəzin  dib  çöküntüləri  asan  mə­
nimsənilən  (mikroflora  tərəfindən)  üzvi  maddələrlə  zəngindir. 
Həqiqətən  körfəzin  dib  çöküntülərində  üzvi  substratların  top­
lanması  üçün  şərait olduqca  əlverişlidir.
Yada  salmaq  lazımdır  ki,  Y.İ.Sorokinin  dəniz-okeanlarda 
(1982), 
S.İ.Kuznetsovun 
daxili 
su 
hövzələrində 
(1970), 
M.Ə.Salmanovun  (1987;  1999),Mansurov,  Salmanovun  (1996), 
V.İ.Romanenkonun  (1985;  1987)  su  anbarlarında  başa  çat­
dırılan  tədqiqatları  ilə  sübut  olunmuşdur  ki,  su  hövzələrinin 
dərinliyi  artdıqca,  onun  qruntunda  üzvi  substratların  yüngül  frak­
siyaları  azalır,  çünki  asan  oksidləşən  üzvi  maddələr  su  sütu- 
nundakı  bakterioplankton  tərəfindən  mənimsənilir.  Yuxarıda 
qeyd  olunmuşdur  ki,  kiçik  körfəzdə  maksimum  dərinlik  1,0-1,7 
m,  böyük  körfəzdə  isə  3-4  m-dən  artıq  deyildir.  Ona görə şübhə 
yoxdur  ki,  il  ərzində  intensiv  inkişaf  edən  plankton  orqanizm­
lərin  vegetasiyası  başa  çatandan  sonra  qrunt  üzvi  maddələrlə 
zənginləşir.  Olduqca  səciyyəvidir  ki,  kiçik  körfəzdən  fərqli  ola­
raq,  böyük  körfəzin  qruntunda  mikro-bakteriosenozun,  bizim 
tərəfimizdən  tədqiq  olunan  bütün  qruplarının  inkişafında  təzadlı 
vəziyyət  qeyd  edilmir (şəkil  14).
Şəkil  14-dən  aydın  görünür  ki,  böyük  körfəzin  qruntunda 
ümumi  mikrobiotanın  inkişafı  üçün  şərait optimal  vəziyyətdədir.
Qeyd  etmək  lazımdır  ki,  su  hövzələrində  sahə  və 
dərinlikdən  asılı  olmayaraq  dib  çöküntülərində  mikrobioloji, 
fizikikimyəvi  və  başqa  proseslərin  gedişi  daha  mütəşəkkildir. 
Çünki,  biotopmühit  kimi  dib  çöküntüləri  həm  enerji  və  həm  də 
konstruktiv  materialları  ilə  daha zəngindir.  Ona görə eyni  həcm- 
miqdar  qruntda  və  suda,  daha  doğrusu  1q  qruntda  ümumi 
mikrobiotanın 
sayı 
yüz  min, 
milyon 
dəfə 
1ml  sudakı 
mikroorqanizmlərin  miqdarından  yüksək olur.
175
qış 
yaz 
yay 
payız
Şəkil  14. 
Böyük Qızıl ağac körfəzinin qruntunda 
ümumi mikrobiotanın  və sa profit 
bakteriyaların fəsillər üzrə inkişaf 
dinamikası
1- Mikrobiotanın  ümumi miqdarı
2- Saprofit bakteriyaların sayı
Bununla  yanaşı,  dib  çöküntülərinin  növü,  mexaniki  tərkib 
quruluşu,  qranulomerik  və  başqa  xassələrindən  asılı  olaraq 
onlarda  müxtəlif yönümlü  proseslərin  gedişi fərqlidir.  Müxtəlif su 
hövzələrində  aparılan  çoxsaylı  tədqiqatlardan  mə-lum  olmuşdur


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə