Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə52/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   49   50   51   52   53   54   55   56   57

206
vaxtlar Kür və Araz çaylarının  su  balansı  göstərilən  layihələri  re­
allığa  keçirməyə  imkan  verə  bilməzdi.  Çünki,  60-70-ci  illərə  aid 
hesablamalar  göstərdi  ki,  Kür  çayının  su  səviyyəsi  və  sərfi  illər 
boyu  azalmağa  meyl  etmiş və o səviyyəyə çatmamışdır.
Lakin  çon  2-3  ildə  Kür-Araz  hövzəsində suların  çoxalması, 
xüsusilə  2010-cu  ildə  Muğan-Mil,  Şirvanda  böyük  itkilərə  səbəb 
olan  daşqınların  qarşısının  alınması tədbirləri  içərisində  artıq  s u ­
ların  sərfəli  istifadəsində  Kiçik  Qızılağac  körfəzinin  şirin  suya 
olan  tələbatının  ödənilməsi  olduqca  aktual  sayılmalıdır.  Ekoloji 
və  iqtisadi  baxımdan  bu  problem  üzrə  məsələlərin  həllinə  m ütə­
xəssis-təşkilatların  nəzər-diqqətini  səfərbər etmək  lazımdır!
Göründüyü  kimi,  Kiçik  Qızılağac  körfəzinin  nəzərdə  tutulan 
istiqamətdə  fəaliyyət  göstərməsi  üçün  şirin  su,  əsl  mənada, 
körfəzdə  həyat  amili  mahiyyətinə  çevrilir.  Əlbəttə,  vəziyyətdən 
çıxış  üçün  mümkün  olan  tədbirləri  ön  plana  çəkmək  lazımdır. 
Problemin  mahiyyətinə  kifayət  dərəcədə  bələd  olmağımız  əsas 
verir  ki,  Kiçik  Qızılağac  körfəzinin  Qumbaşı  və  Viləşçayla  əla­
qəsinin  maneəsiz  bərpasını  günün  tələblərinə  çevirməyi  etiraf 
edək.  Bu  fikir  heç  də fərziyyə  deyil  və  göydən  götürülməmişdir. 
Kiçik  Qızılağac  yaranmamışdan  (şirin  su  hövzəsi  kimi)  o, 
həmişə  bu  çaylarla  bir  ekoloji  sistem  olmuşdur  və  bu  qanunu 
(ekoloji  baxımdan)  əlaqəni  bütün gücü  ilə  bərpa  etmək  lazımdır.
Şübhəsiz,  hər  iki  çayın  sularına  əsaslanan  əkin  sahələrinin 
tələbatını  ödəmək  üçün  yerli  imkanlar  var  və  onlardan  istifadə 
etmək böyük maliyyə  xərci,  texniki vasitə və vaxt tələb  etmir.
Kiçik  Qızılağac  körfəzində  əsaslı  surətdə  hidromeliorativ 
yönümlü  işlər  aparılmalıdır.  İlk  növbədə  kanalların  rekonstruk­
siyası,  su  tənzimedici  qurğuların  müasir tələblər baxımından  ya­
radılması  zəruri  sayılmalıdır.
Qeyd  etmək  lazımdır  ki,  Kiçik  Qızılağac  körfəzi  yaradı­
landa,  onu  Böyük  Qızılağac  körfəzi  ilə  əlaqələndirən  kanalların 
fəaliyyətində  xeyli  qüsurlar  aşkar  edilmişdir.  Ona  görə  hər  iki
207
körfəzi  əlaqələndirən  su  qovşaqları,  əvvəlki  çatışmamazlıqları 
nəzərə  almaqla,  hövzələrdə  su  səviyyəsinə  əsasən  yaradıl­
malıdır.  Bunun  üçün  ərazinin  geomorfoloji  quruluşu,  mailliyi, 
Böyük  Qızılağac  körfəzidə  kürüləməyə  gələn  balıq  sürülərinin 
«ərazi  seçimi»  və başqa  cəhətlər nəzərə alınmalıdır.


208
ÜMUMİ YEKUN
Cənubi  Xəzərin,  xüsusilə  Kürətrafı  akvatoriyanın  vətəgə 
əhəmiyyətli  və  qiymətli  balıq  növlərinin  artıb-çoxalması,  böyü­
məsi  üçün  əvəzsiz  «örüş»  yeri  və  dünyanın  müxtəlif  qitə- 
ölkələrindən  milyonlarla  köçəri  quşların  pənah  gətirdikləri  Qı- 
zılağac  körfəzinin  müasir  vəziyyətini  əhatəli  təsəvvür  etmək 
xatirinə,  hövzə  və  onun  yerləşdiyi  ərazinin  coğrafi,  hidroloji,  g e ­
omorfoloji  və  b.  cəhətləri  yad  edilmişdir.  Körfəzin  qoruq  kimi, 
ekosistem  şəkildə  yaxın  keçmişi  (dünəni),  müasir  vəziyyəti  (bu 
günü)  və  gələcəyi  (sabahı)  barədə  əldə  olan  elmi  mənbələrə, 
müasir  tələblərə  cavab  verən  metodoloji  imkanlardan  istifadə 
etməklə  alınan  nəticələrə  əsasən  Azərbaycanın  qiymətli  sahə­
lərindən  biri  sayılan  Qızılağac  körfəzi  barədə  qayğı,  arzu  və 
narahatlığımıza  yekun  kimi  aşağıda  göstərilən  şərhimizlə  əsəri 
tamamlayırıq.
Azərbaycanın  Xəzər sektorunda  (həmçinin  bütün  dənizdə) 
fauna-flora  zənginliyi,  yüksək  bioloji  məhsuldarlığı  və  başqa 
xüsusiyyətləri  ilə  seçilən  Qızılağac  körfəzində  (böyük  və  kiçik) 
ilk  dəfə  olaraq  planlı  şəkildə  kompleks  tədqiqatlar  aparılmışdır. 
Hövzədə  əsas  biotopları  əhatə  etməklə  mikrobioloji,  hidro- 
bioloji,  hidrokimyəvi  və  başqa  tədqiqat-müşahidələr,  ilin  fəsil­
lərinə  aid  abiotik  amilləri  nəzərə  almaqla  yerinə  yetirilmişdir. 
Tədqiqat  müddətində  körfəzin  ekosisteminə  antropogen  təsir­
lərin  əmələ  gətirdikləri  müasir  vəziyyətin  bioloji  məhsuldarlığa, 
maddələr  dövranı  gedişinə,  fauna-floranın  inkişafına  münasibəti 
xüsusi  araşdırılmışdır.
ilk  dəfə  olaraq,  qabaqcadan  öyrənilməsi  nəzərdə  tutulan 
məsələlərin  həlli  üçün  geniş  miqyasda  və  çox  sahəni  əhatə 
etməklə,  başa  çatdırılan  kompleks  xüsusiyyətli  tədqiqat-müşa­
hidələrdən  alınan  əsas  nəticələrdən  aşağıdakıları  qeyd  etmək
209
olar.
1.  İlk  dəfə  olaraq  Kiçik  və  Böyük  Qızılağac  körfəzi  üçün 
üzvi  maddələr  balansı  hesablanmışdır:  kiçik  körfəzdə  2004-cü 
ildə  əmələ  gələn  ilkin  maddələrin  cəmi  120  min  ton  C  (karbon 
göstəricisi)  və  ya  1500  q/m2  təşkil  etmişdir.  Biodestruksiya 
olunan  üzvi  maddələrin  kütləsi  isə  116  min  tona  bərabər 
olmuşdur ki,  bu  da  ilkin  məhsuldan  3-4%  azdır.
Böyük  körfəzdə  həmin  göstəricilər,  müvafiq  olaraq,  232 
(1000  q/m2),  348  min  ton  C  təşkil  edir.  İlkin  üzvi  maddələrin 
miqdarına  görə  (m2),  hər iki  körfəz evtrof tip  hövzələrə aiddir.
2.  Kiçik  körfəzdə  fitoplanktonun  yay  aylarında  inkişafı 
payız  və  yaza  nisbətən  2  dəfə  zəifdir.  Ümumiyyətlə,  kiçik 
körfəzdə  yayda  sularda  biogen  elementlər tam  tükənir,  su  çiçə­
kləyəndə  fitonsidlər,  anaerob  proseslərin  metabolitik  məh­
sulları  bakterioplanktona  mənfi  təsir  edir.  Böyük  körfəzdə 
fitoplanktonun  inkişafında  ekoloji  təzadlar qeyd olunmur.
3.  Mikroorqanizmlərin  suda  ümumi  miqdarı  kiçik  körfəzdə 
4,3  (qış)  -   17,6  (payız)  mln/ml  təşkil  edir.  Son  20  ildə  mikro- 
biotanın  miqdarı  2  dəfə  azalmışdır.  Saprofit  bakteriyaların 
miqdarı  il  ərzində  2  (qış)  -  4,8  (payız)  min/ml  arasında  də-yişir. 
Son  17-20  ildə  saprofit  bakteriyaların  sayı  2  dəfə  ixtisar 
olunmuşdur.
4.  Hövzədə evtroflaşma  prosesinin  intensivləşməsi,  ali  su 
bitkilərinin  kütləvi  inkişafı  su  qatları  və  dib  çöküntülərini  asan 
mənimsənilən  üzvi  maddələrlə  zənginləşdirir  ki,  nəticədə 
oksigen  məsrəfi  güclənir.  Ona  görə  kiçik  körfəzin  sularında 
anaerob  bakteriyalardan  desulfatlaşdırıcılar,  denitratlaşdı-rıcılar, 
metan  əmələ gətirənlər və b.  geniş  yayılmışlar.  Böyük  Qızılağac 
körfəzində  suda  mikrobiotanın  ümumi  miqdarı  2-6  mln/ml  təşkil 
edir.  Maksimum  göstərici  yay aylarında  mü-şahidə  olunur ki,  bu 
da  fəsil  amilləri  və  fitoplanktonun  inkişafına  uyğun  gəlir.  Kiçik 
körfəzdən  fərqli  olaraq,  böyük  körfəzdə  mikrobiotanın  bütün


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə