180
Böyük Qızılağac körfəzinin qruntunda azot dövranında iş
tirak edən bakteriyalardan sərbəst atmosfer azotunu mənimsə
yənlərdən Azotobacter və Clostridium pasteurianum cinslərinə
aid bakteriyalar və denitratlaşdırıcı bakteriyalar öyrənilmişdir.
Tədqiqatlardan aydın olmuşdur ki, Azotobacter - əsasən
lil qarışıqlı, xüsusifə detritlə zəngin nümunələrdən əldə edilir.
Qış və yaz fəsillərində onların sayı 8-10 min/q-dan artıq olmur.
Yay (xüsusilə) və payızda Azotobakter-lərin sayı 1-1,5 dəfə
çoxalır və az da olsa, qumlu, iri dənəli alevritli qruntdan əldə
edilir. Körfəzdə yayılmasına, say tərkibinə görə ehtimal etmək
olar ki, körfəzin su və qruntunda mineral azotla təmin edilmə
proseslərində aerob azotmənimsəyən bakteriyaların rolu müs
bət qiymətləndirilə bilər. Hövzədə müsbət oksigen rejiminin sa
bit saxlanması, üzvi maddələrin intensiv mineralizasiyası, sap-
rofit-heterotrof bakteriyaların sayca il boyu yüksək səviyyədə
qalması onu göstərir ki, hövzədə nitrifikasiya prosesləri üçün
əlverişli şərait mövcuddur. Bu da o deməkdir ki, ammonifikator-
denitratlaşdırıcı bakteriyaların metabolitik məhsulu olan amon-
yak biotopun özündə nitratlaşdırıcı bakteriyaların iştirakı ilə nit-
rat-nitritə çevrilir.
Qeyd etmək lazımdır ki, kiçik körfəzdən fərqli olaraq, bö
yük körfəzin suyunda biogen elementlərdən azot və fosfor duz
ları il boyu təyin edilir (Semenov, 1978). Bununla belə, hər iki
maddənin analitik qatılıq həddi əsasən yay aylarında görünür ki,
bu da, çox güman ki, fitoplanktonun kütləvi inkişafı ilə əlaqə
dardır. Həmçinin razılaşmaq olar ki, Böyük Qızılağac körfəzinin
mineral azot, fosfor və başqa biogen elementlərlə təmin olun
ması yerli çay suları, subasar sahillərin aşılanması ilə də əla
qədardır.
Anaerob şəraitdə atmosfer azotunu mənimsəyən Clos-tridium
pasteurianum və onun əksinə olaraq üzvi azot birləş-mələrini
molekulyar azota çevirən Vibrio denitrificans cinsinə məxsus
181
bakteriyaların körfəzin qruntunda həm kəmiyyəti, həm də
yayılması göstəricilərində oxşar cəhətlər aşkar edilmişdir.
Səciyyəvidir ki, hər iki qrup bakteriya tənəffüsə görə anaerob-
dur. Onlardan Clostridium pasteurianum mühiti nitrat-nitritlə
zənginləşdirir, digəri - Vibrio denitrificans isə əksinə, nitrat-nit-
riti ISİ
2
-yə çevirir. Deməli, birinci halda mühit biogen azotla zən
ginləşir, ikinci halda isə, mühitdə azot azalır-tükənir. Böyük kör
fəzdə oksigen rejimində təzadlar olmadığına görə denit-
ratlaşdırcı bakteriyaların həyat-fəaliyyəti ilə əlaqədar yaranan
ammonyak həmin ekoloji baryerdəki nitratlaşdırıcı bakteriyalar
tərəfindən yenidən nitrit-nitrata çevrilir və mühitdə mineral azot
itkisi baş vermir. Hər iki qrupa aid tədqiqatların nəticəsi göstərir
ki, mühitin aerob olmasına baxmayaraq, körfəzin qruntunda
mikrobiotanın enerji və konstraktiv maddələrlə təmin edilməsi
optimal vəziyyətdədir. Başqa qrup bakteriyalar kimi denitrat-
laşdırcı və Clostridium
pasteurianum bakteriyaların miqdarı
fəsillər üzrə dəyişir (cədvəl 35).
Cədvəl 35
Böyük Qızılağac körfəzinin qruntunda denitratlaşdırıcı və
Clostridium pasteurianum bakteriyalarının miqdarı
____
(min/q)
_________
Stan
siya
Qış
Yaz
Yay
Payız
D.
Cl. p.
D.
Cl. p.
D.
Cl. p.
D.
Cl. p.
1
4 *
7
6
14
16
20
12
10
2
6
9
11
19
20
31
-
12
3
4
8
13
21
19
28
13
14
4
7
11
14
20
20
29
12
11
5
9
13
17
22
24
30
-
-
6
10
14
19
21
25
33
18
19
Qeyd: 1. D
- denitratlaşdırıcı bakteriyalar;
C/, p - Clostridium pasterurianum.
2. *
- Bütün nəticələr statistik işlənmişdir
və P <0,040.
182
Cədvəldən məlum olur ki, hər iki qrupa aid anaerob bak-
teriyaların sayı, orta hesabla, anaerob desulfatlaşdırıcılardan və
sellülozaparçalayanlardan 1,5-2 dəfə çoxdur.
Böyük
Qızılağac
körfəzinin
su
və
qruntunda
mikrobiotanın müfəssəl tədqiq olunması - mikrosenozun
yayılması, fəsillər üzrə dəyişməsi morfoloji növ müxtəlifliyinin
araşdırılması,
ayrı-ayrı
taksonomik
qrupların
maddələr
dövranında fizioloji aktivli-yinin öyrənilməsi nəticəsində etiraf
etmək
olar
ki,
hövzədə
məh-suldarlıq-produksiya
və
destruksiya prosesləri intensiv gedir, trofik piramidada iştirak
edən hidrobiontların normal inkişafı üçün körfəzdə optimal
şərait vardır (hal-hazırkı dövrdə). Bunun-la yanaşı, Böyük
Qızılağac
körfəzində
evtroflaşma
prosesinin
ildən-ilə
intensivləşməsi və onunla əlaqədar olaraq bakteriop-lanktonun
kütləvi inkişaf etməsi, oksigen məsrəfinin artması, suyun
şəffaflığının azalması və başqa əlamətlər hövzəyə məx-sus
ekosistemdə ekoloji sabitliyin tam bərqərar olmamasını sü-but
edir. Əslində başqa cür ola bilməz, çünki böyük körfəz Cə-nubi
Xəzərlə, kiçik körfəzlə, yerli çaylarla və nəhayət, hövzədə
yerləşən şəhər-qəsəbələrlə bilavasitə əlaqədardır.
183
VI HİSSƏ
Qızılağac körfəzinin ekoloji vəziyyəti və hövzədə
ekosistemin sabitliyinin bərpa olunması zəruriyyəti
İlk növbədə qeyd etmək lazımdır ki, Qızılağac körfəzinin
müasir ekoloji vəziyyəti ilə əlaqədar olan məsələlərin bir çoxu
barədə əvvəlki fəsillərdə məlumatlar verilmişdir. Başqa sözlə,
bəlli olan yazılı mənbələrin və şəxsi müşahidələrimizin nəticə
lərinə əsasən körfəzin yaxın keçmişi və bu günü ilə tanış ol
muşuq. Bununla belə, təkrara yol verməmək şərtilə, körfəzin re
gion - Xəzər üçün, ölkəmizin fauna-florası və başqa cəhətlərlə
bağlı əhəmiyyətini qısa şəkildə qeyd etməkdə məqsəd ondan
ibarətdir ki, onun qədir-qiyməti daha aydın dərk olunsun. Bir da
ha nəzər-diqqətə çatdırmaq lazımdır ki, körfəzin son 50-60 ildə
ən kəskin antropogen təsirlərə məruz qalan sahəsi - kiçik kör
fəzdir. Ona görə aşağıda başlıca olaraq onun barəsində izahat
verilir.
Qızılağac körfəzinin əsrlər boyu regionun hidrogeoloji
xü-susiyyətlərinə əsasən formalaşması, təbiətin ən optimal
(həm insanlar, həm də fauna-floraya görə) vəziyyətdə fəaliyyət
gös-tərməsinə imkan vermiş, şərait yaratmışdır. Körfəzin
keçmiş marsolar, çaylar, mərdolarla əlaqəsini bərpa etmək
mümkün
deyildir,
çünki
onların
çoxu
ləğv
olunmuş,
qurudulmuşdur. Hə-qiqətən, indi Gamışovanı, Cil gölünü,
Alxovkanı, Xurşudçalanı və başqa sututarları necə bərpa
edəsən? N.Knipoviç (1923-1930), A.Derjavin (1940; 1947;
1951; 1956), Q.Gül (1967), Z.Quliyev (1989; 2002) və başqaları
Qızılağac körfəzini Cənubi Xəzərin balıq sərvətinin əsas artıb-
çoxalma akvatoriyası hesab etmişlər. Xəzər hövzəsinə aid
buxta-körfəzlərin heç biri Qı-zılağac körfəzi kimi çay, göl,
marso, axmazlarla bilavasitə əlaqəli olmamışdır. Qızılağac
Dostları ilə paylaş: |