Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə29/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

112
Y.Sorokinin  metoduna  (1959)  əsasən  birbaşa  0,06  normal  duz 
turşusu  məhlulu  ilə  titr  etməklə  təyin  olunmuşdur.  Ümumi  üzvi 
maddələrin  biodestruksiya  dərəcəsi  sutka  ərzində  (24  saat) 
oksigenin  sərfinə  əsasən  Vinkler-Vinberq  üsuluna  müvafiq 
hesablanmışdır  (Vinberq,  1934;  1948).  Fitoplanktonun  məh­
sulunu  təyin  etmək  üçün  nümunələr  24  saatlıq  ekspozisiyadan 
sonra  5  №-li  membran  filtrdən  (keçmiş  SSRİ  istehsalı) 
süzüldükdən  sonra  çöküntü  formalin  buxarında  fiksə  edilmişdir. 
Membran  filtr  çöküntü  ilə  birlikdə  Heyger-Müller  sayğacında 
(radioaktivlik)  hesablanmışdır.  Suda  ilkin  üzvi  maddələrin  sut­
kalıq  miqdarı  (kvadrat  metrə  görə)  M.Ə.Salmanov,  V.İ.Rom­
anenko  (1987)  üsuluna  əsasən təyin  edilmişdir.
Mikroorqanizmlərin  suda  və  lil-qruntda  ümumi  miqdarı 
A.Razumovun  (1932;  1947)  və  S.Vinoqradskinin  (1952)  metod­
larına  istinad  olunmaqla  müəyyən  olunmuşdur.  Membran filtrlər 
(3  №-li)  3%-li  eritrosinlə  boyanandan  sonra  yuyularaq,  təkrarən 
fuksinin  zəif məhlulu  ilə  rənglənmişdir (Sorokin,  1959).
Müxtəlif  fiziolorji  qruplara  aid  bakteriyaların  miqdarı,  bu 
məqsəd  üçün  istifadə  edilən  müasir  metodlara  əsasən  təyin 
edilmişdir.  Bunun  üçün  götürülmüş  nümunələri  müxtəlif  nis­
bətlərdə  (1:10;  1:100  və  s.)  durulaşdırmaqla,  V.Romanenko, 
S.Kuznetsovun 
(1974) 
və  A.Rodinanın 
(1965) 
işlərində 
göstərilən  elektiv  qidalı  mühitlərə  əkilmişdir.
Saprofit  bakteriyalar ətli  peptonlu  aqar mühitində  Kox  üsu­
luna  əsasən  dərin  əkməklə  becərilmişdir.  Cücərən  bakteriya 
koloniyaları  əkiləndən  11-12  sutka  sonra  hesablanmışdır.  Üs­
tünlük  təşkil  edən  koloniyalardan  yaxmalar  hazırlanmış,  mik- 
roskopda  müşahidə  edilərək,  ştamın  morfoloji  əlamətləri  öyrə­
nilmişdir.  Saprofit  bakteriyaların  spor əmələ  gətirən  formalarının 
sayının  (suda,  lil-qruntda)  öyrənilməsində  əkmə  materiallarının 
qızdırılması 
üsulundan 
istifadə  olunmuşdur  (Romanenko, 
Kuznetsov,  1974).
113
Azot  dövranı  tsiklində  iştirak  edən  bakteriyalardan  aerob 
azot fiksə  edən  bakteriyalar  Eşbi,  anaerob  azot fiksə  edən  bak­
teriyalar  (Clostridium  pasteurianum)  qatı  nitratlaşdırıcı  bakte­
riyalar  duru  Vinoqradski  mühitlərində,  denitratlaşdırıcı  bakteri­
yalar isə  Qiltay  qidalı  mühitində  becərilmişdir.  İnkişaf edən  bak­
teriya  koloniyaları  metodikaya  əsasən  müəyyən  vaxtdan  sonra 
hesablanmışdır (Romanenko,  Kuznetsov,  1974).
Kükürd  dövranında  iştirak  edən  anaerob  desulfatlaşdırıcı 
bakteriyalar Krovsov-Sorokin  qidalı  mühitində  becərilmişdir.  Bu­
nun  üçün  su  və  lil-qrunt  nümunələrini  müəyyən  nisbətdə  duru- 
laşdırdıqdan  sonra,  sınaq  şüşələrində  dərin  əkmə  aparılmış  və 
10-15  sutkadan  sonra  əmələ  gələn  koloniyalar  (qara  rəngdə) 
hesablanmışdır.
Körfəzdə  ali  bitkilərin  intensiv  inkişafını  nəzərə  alaraq, 
aerob və anaerob sellülozaparçalayan  bakteriyalar tərəfimizdən 
öyrənilmişdir.  Aerob  sellülozaparçalayan  bakteriyalar  Hetçin- 
son,  anaerob  sellülozaparçalayan  bakteriyalar  Omelyanski  qi- 
dalı  mühitində  əkilib  becərilmiş  və  müvafiq  metoda  əsasən  he­
sablanmışdır.
Metan  əmələ  gətirən  bakteriyalar  Romanenko  qidalı  mühi­
tində  əkilib  becərilmişdir.  Bu  bakteriyalar  obliqat  anaerob  ol­
duqları  üçün,  su  və  qrunt  nümunələrindən  sınaq  şüşəsində  də­
rin  əkmə  aparılmış  və  müvafiq  durulaşdırmaya  əsasən  əmələ 
gələn  koloniyalar  hesablanmışdır  (Romanenko,  Kuznetsov, 
1974).
Nəticələrin  şərhində  müqayisə  üçün  istifadə  edilən  mə­
lumatlar  M.Ə.Salmanovun  (2003;  1981;  1966;  Rubençik,  1959; 
Salimovskaya-Rodina,  1963,  Sadlayev,  1974)  işlərindən  gö­
türülmüşdür.  Bütün  təcrübələr  4  təkrarda  qoyulub  və  alınmış 
nəticələr  statistik  işlənmişdir.


114
Qızılağac körfəzində fitoplanktonun fotosintezində əmələ 
gələn  ilkin məhsul və ümumi üzvi maddələrin 
biodestruksiyası
Yada  salmaq  lazımdır  ki,  ilkin  üzvi  maddələr  dedikdə  kör­
fəzdə  plankton  yosunların  (fitoplankton)  fotosintez  prosesində 
əmələ gətirdikləri  məhsul  (biokütlə)  nəzərdə  tutulur.  Əslində  üz­
vi  maddələrin  cəmində  ali  su  bitkiləri  və  avtotrof  mikrobiotanın 
da  payı  vardır.  Biodestruksiya  prosesi  isə  mühitdə  olan  ümumi 
üzvi  maddələrin  oksidləşməsi  -   mineralizasiyasını  əhatə  edir. 
Başqa  sözlə,  biodestruksiya  həm  ilkin  üzvi  maddələrin,  həm  də 
alloxton  mənşəli  substratların  sadələşmə  dərəcəsini  müəyyən 
edir.  Hər  iki  prosesin  birgə  tədqiqi  isə  hövzənin  ümumi  bioloji 
məhsuldarlığının  trofik  növü  -   tipini,  onun  qaz-duz  rejimini, 
ümumi  ekoloji  vəziyyətini  və  başqa  xüsusiyyətlərini  müəyyən 
etməyə  imkan  verir.  Çünki  bütün  su  hövzələrində,  istər göl,  də­
niz,  istərsə  də  okean  olsun,  bərqərar  olan  canlı  aləmin  hə­
yatiliyi,  məhsuldarlığı  məhz  ilkin  üzvi  maddələrin  kəmiyyət-key­
fiyyətindən  asılıdır.  Qeyd  etmək  lazımdır  ki,  ümumi  hövzə 
sayılsa  da  və  eyni  adla  yad  edilsə  də  Böyük  və  Kiçik  Qızılağac 
körfəzlərində  əksər  hidrokimyəvi,  hidrobioloji  və  mikrobioloji 
proseslərin  gedişi,  intensivliyi  bir-birindən  əsaslı  surətdə  fərq­
lənir.  Ona  görə  üzvi  maddələrin  sintezi,  biodestruksiyası  və  on­
larla  bağlı  proseslərin  mahiyyətini  ayrı-ayrılıqda  şərh  etməyi 
məqbul  sayırıq.
115
Kiçik Qızılağac körfəzi
Öncə  yada  salmaq  lazımdır  ki,  Kiçik  Qızılağac  körfəzində 
ilkin  üzvi  maddələrə və  ümumi  biodestruksiyaya aid  tədqiqatlar, 
hələ  keçən  əsrin  60-90-cı  illərində  də  aparılmışdır  (başlıca 
olaraq  ilin  yay  aylarında).  Həmin  dövrlərdə  körfəzdə  su  reji­
mində  kəsərli  dəyişiklik  olmadığına  və  hövzədə  planlı  hidro- 
meliorativ  tədbirlərə  düzgün  əməl  edildiyinə  görə,  hidroekosis- 
temdə  ekoloji  təzad  qeyd  edilməmişdir  (Salmanov,  Süleyman­
ov,  1966).  90-cı  illərin  əvvəlində  Xəzərdə  səviyyə  rejiminin  də­
yişməsi,  hər  iki  körfəzi  əlaqələndirən  kanallar  və  hidrotexniki 
qurğuların  yararsız  hala  düşməsi  sayəsində  Kiçik  Qızılağac 
körfəzində  limnoloji-hidrobioloji  proseslər  öz  əvvəlki  sabitliyini 
itirdi.  Ona  görə  son  15-18  ildə  hövzədə  məhsuldarlıq  (produk- 
siya)  və  destruksiya  prosesləri  olduqca  gərgin  ekoloji  şəraitdə 
davam  edir.
Təkrar  olsa  da  qeyd  etmək  lazımdır  ki,  kiçik  körfəzdə 
əmələ  gələn  ağır  ekoloji  vəziyyət,  birinci  növbədə  onun  səviyyə 
rejimi  ilə,  yəni  şirin  su  ilə  təmin  olunmamasına  görə  yaran­
mışdır.  Məhz  bu  səbəbdən  hələ  1965-1989-cu  illərdə  körfəzdə 
dərinlik  0,8  m  azalmışdır.  Dayazlaşma  prosesi  isə  ali  su 
bitkilərinin  intensiv  inkişafına  və  lilləşmə  prosesinin  (sedimen- 
tasiya)  intensivləşməsinə  zəmin  yaratmışdır  (Salmanov,  2003). 
Maraqlıdır  ki,  35-40  il  öncə  kiçik  körfəz  evtrof  hövzə  sayılmışdır 
(Süleymanov,  1967).  Bununla  belə,  körfəzdə  oksigen  rejimində 
gərginlik  qeyd  edilməmişdir.  Çünki,  qış-yaz  aylarında  körfəzdə 
şirin  su  toplanaraq  şlyuzların  vasitəsilə  böyük  körfəzə  axıdılan 
aylarda  kiçik  körfəzdə  suyun  cərəyan  etməsinə,  axım  rejiminə 
müsbət  təsir  göstərmiş,  qaz  rejiminin  sabit  saxlanmasına, 
metabolitik  məhsulun  ixracına  şərait  yaratmışdır.  Bizim  tədqi­
qatlarımız  aparılan  aylarda  -   yəni  qışın  sonu  və  payızın


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə