Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə25/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

96
ançaus  kilkəsinin  ehtiyatı  son  8  ildə  kəskin  olaraq  dəyişir.  Belə 
ki,  1988-ci  ildə  756  min  ton,  2000-ci  ildə  -   600,  2002-ci  ildə  -  
372  min  ton,  2004-cü  ildə  isə,  cəmi  162  min  tona  bərabər  ol­
muşdur.  Bununla  belə,  indi  də  Xəzərdə  ovlanan  kilkələrin  çoxu 
ançausun  payına  düşür.  Məsələn,  1960-cı  ildə 303  min  sent, 
adi  kilkə,  1749  min  sent,  ançaus tutulmuşdur (Qasımov,  1979).
Olduqca  maraqlıdır  ki,  əsrlər  boyu  Xəzərdə  aşıb-daşan 
kilkələr,  20-ci  yüzilliyin  30-cu  illərinə  kimi  balıqçıları  maraq­
landırmamışdır  və  ov  obyekti  sayılmamışdır.  Xəzərdə  ovlanan 
balıqların  statistik  arayışlarında  kilkə  ilk  dəfə  1931-1935-ci 
illərdən  qeyd  olunur.  Əgər  1935-ci  və  1940-cı  illərdə  cəmi  60 
min  sent,  kilkə  tutulmuşdursa,  bu  rəqəm  20  ildən  sonra  1224 
min  sent.-ə  çatmışdır  (Gül,  1967).  Əgər  Xəzəryanı  respubli­
kaların  birgə  ovladıqları  kilkələrin  kütləsini  nəzərə  alsaq,  onda 
məlum  olar  ki,  son  20-25  ildə  Xəzərdə  tutulan  balıqların  70- 
80%-ni  kilkə  təşkil  edir.  Necə  deyərlər,  «Varlığa  nə  darlıq»,  kil- 
kəni  balıq saymamışlar.  On  illərlə,  milyon  tonlarla  ovlanan  kilkə- 
nin  90-95%-i  «balıq  unu»  üçün  istifadə  olunmuşdur,  özü  də  ne­
cə?  Balıq zavodları,  vətəgələr,  anbarlarda  yüz  min  tonlarla  kilkə 
çürüyər,  qoxardı.  Əslində  öz  keyfiyyətinə,  dadına,  həzm  olunma 
və  başqa  xüsusiyyətlərinə  görə  kilkə,  heç  də  o  biri  balıqlardan 
əskik  deyildir.  Atlantik  okeanı  sahilləri,  Baltik  dənizi  dövlətləri 
ançaus,  şprot  ovuna  görə  dəfələrlə  müharibə  etmək  dərəcəsinə 
qədər  mübahisələr  etməli  olduqları  halda,  demək  olar  ki,  eyni 
balıqları  Xəzərətrafı  regionlarda  qiymətsiz  sayıb,  zay  etmişlər. 
Başqa  sərvətləri  kimi  Xəzərin  kilkə  balıqları  da  soyuqqanlılıqla 
talan  edilmişdir.
1960-cı  illərdə  Salyan  reydində,  Pirsağat  buxtasında  500- 
600  kilkə  ovlayan  gəmi  toplanardı.  Hətta,  öz  sahəsinə  görə, 
dünyada  ançausun  zəngin  yeri  -   Çili  sahilləri  də  Xəzər  qədər 
kilkə yetirməmişdir.
Azərbaycanın  Xəzər  payında  başqa  iri  vətəgə  əhəmiyyətli
97
balıqlar  yox  dərəcəsində  olduğu  halda,  kilkə  ehtiyatı  yenə  də 
az  deyildir.  Bununla  belə,  indi  də,  Xəzərdən  istifadə  məsələləri 
elə  quraşdırılır  ki,  başqa  dövlətlərin  nəhəng,  özü  də  mütərəqqi, 
müasir ov ləvazimatları  ilə təchiz olunan  kilkə gəmiləri  bizim  su­
ları  «ələkdən»  keçirsin!
Əgər  bizim  balıq  sənayemiz  kilkəni  şprot  kimi  emal  etmə­
yə  qadir  olsa,  biz  çox-çox  qazanar,  ərzağa,  zülala  olan  ehtiya­
clarımızı  qismən  ödəyər,  valyuta  qazanarıq.  Ərzaqdan  korluq 
çəkən  əhali  vaxtı  ilə  əfsanəvi  balıqlar  məkanı  (özü  də  necə  ba­
lıqlar?)  sayılan  Bakı  şəhəri  indi  kilkəni  baha  qiymətə  də  ala  bil­
mir.  Bu faciədir,  bağışlanmaz  günahdır.  Əmin  ola  bilərik  ki,  tək­
cə  bir-iki  seyner  ovladığı  kilkə  ilə  Bakını  təmin  edə  bilər.Axı  Az­
ərbaycan  suları  heç  olmasa  kilkəyə  görə  yenə  də  zəngindir! 
Torpaq  əkilmir,  məhsul  becərilmir,  orda-burda  hasil  olan  sərvət 
toplanmır,  Xəzərdə də  kilkə ovlanmır.  Təbii sərvət lazımınca  qo­
runmadığı  kimi,istehsal  da  edilmir.Tanrı  Özü  yetsin  imdadımıza!
Qızılağac körfəzlərinin balıq ehtiyatı barədə bir neçə söz
Qızılağac  körfəzlərində  məskunlaşan  balıq  növləri  və  on­
lardan  bir  neçəsinin  yayılması,  çoxalması  və  b.  məziyyətlər  ba­
rədə  qısa  izahat  verilmişdir.  Etiraf  etmək  lazımdır  ki,  körfəzlərin 
çoxsahəli  əhəmiyyətlərindən,  hər birimizi  ən  çox  maraqlandıran 
cəhətlərdən  biri,  onların  balıq  ehtiyatı,  ümumiyyətlə bioloji  məh­
suldarlıqla  əlaqədar  olan  yönümün  açıqlanmasıdır.  Haqqında 
danışılası  məsələ xüsusi  mövzu  olsa  da,  bu  barədə  də  qısa  mə­
lumat verməyi  zəruri  sayırıq.
Balıq  ehtiyatı  dedikdə,  təkcə  iri  balıqlar  (yetkin)  nəzərdə 
tutulmur.  Bütün  canlı  aləmin  ehtiyatı,  törədici  və  körpələrin  vəh­
dətindən  ibarətdir.  Bildiyimiz kimi,  körpələr daha  davamsız,  incə 
və  xarici  mühitin  amansızlıqlarına  qarşı  tabsız  olurlar.  Heç  də 
təsadüfi  deyildir  ki,  100  min,  bir  milyon  və  daha  çox  mayalanan 
kürülərdən  1-5 (çox halda  0,3) faiz ruzigarın  kəhkəşanından  ke­


98
çib  nəsil  verə  bilir.  Su  mühitində  çarəsiz  sürfə,  körpələrin  yüz­
lərlə  qənimi,  təbii  düşməni  cövlan  edir,  onları  hər an,  gecə-gün­
düz  təhlükə  haqlayır.  Təsəvvür  edək:  nərə  balıqlarının  yetkin 
mərhələyə  çatması  üçün  8-18  il  tələb  olunur.  Deməli,  orta  he­
sabla,  4000-5000  gün,  hər  günün  24  saatı,  hər  saatın  60  dəqi­
qəsi,  onun  da  60  saniyəsi  bir  kiçik  məxluq  üçün  təhlükədir.  Bi­
çarə  balıq  körpələrinin  vəhşi,  yırtıcı,  acgöz  düşmənlərindən  baş­
qa,  axı  onların  da  xəstəlikləri  vardır.  Bundan  başqa,  balıq  kör­
pələrinin  ərsə  yetməsi  üçün  mühit  də  sağlam,  zərərsiz  olmalı­
dır.  Bəs  onların  qida  problemləri?  Təbiət  hər  növ  balıq  körpəsi­
nin  yaş  mərhələsinə  uyğun  ayrıca  qida-yem  «təyin»  etmişdir.  O 
biçarələrin  dayəsi,  nazını  çəkən  yoxdur.  Onların  normal  mühit­
dən,  zəruri  şəraitdən,  həyat  amillərindən  məhrum  olunmasında 
bizim,  təbiətin  ali  şüurlularının  günahı  çoxdur,  hələ  üstəlik  balıq 
qıtlığından  ahu-zar  edir,  təbiəti,  çox  vaxt  elə  balığın  özünü  də 
lənətləyirik.
Hər bir  hövzənin,  o  cümlədən  Qızılağac  körfəzlərinin  balıq 
ehtiyatını  təyin  etmək  üçün  dəqiq  müşahidələr  aparılmalıdır.  Bu 
məqsədlə  ovlanan  balıqlar,  onların  növ,  yaş  tərkibi,  həmçinin 
körpə  balıqların  miqdarı,  müxtəlif  yaş  mərhələlərinə  mənsub 
olan  ixtiofaunanın  bir-birinə  nisbəti  və  b.  cəhətlər  nəzərə  alın­
malıdır.
Qızılağac körfəzlərində göstərilən şərtlərə əməl  olunmaqla 
yerinə  yetirilən  tədqiqatlar  çox  azdır.  Bununla  belə,  bizə  məlum 
olan,  körfəzlərin  balıq  ehtiyatına  aid  tədqiqatlardan  Z.M.Quli­
yevin  (1989)  və  H.S.Abbasovun  (1972)  nəticələrinə  istinad  olu­
nur.  Əvvəlcədən  demək  lazımdır  ki,  həmin  müəlliflərin  göstər­
dikləri  rəqəmlər  müasir  vəziyyəti  əhatə  etmir.  Şübhəsiz  son  il­
lərdə  Xəzərin,  o  cümlədən  də  körfəzlərin  su  balansında  əmələ 
gələn  dəyişikliklər  və  başqa  cəhətlər  balıq  ehtiyatına  təsir  gös­
tərmişdir.  Ona  görə,  aşağıda  göstərilən  statistik  məlumatlar, 
körfəzlərin  balıq  ehtiyatının  səciyyələndirilməsində  ümumi  tə­
99
səvvür  yaradır.  Böyük  Qızılağac  körfəzində  qeyd  olunan  balıq­
lar əsas 4 qrupa bölünürlər;
1.  İl  boyu  körfəzdə  məskunlaşan  balıqlar  (çəki,  kefal,  ate- 
rina,  xul,  iynə balığı və b.);
2.  Yaz  vaxtı  Kiçik  Qızılağac  körfəzinə  kürüləmək  üçün 
toplaşan  balıqlar  (ziyad,  külmə,  çapaq,  qarasol,  şamayı,  sıf  və 
b.).  Həmin  balıqlar üçün  Böyük Qızılağac körfəzi,  bir növ,  tranzit 
yol-ərazi  rolunu oynayır;
3.  Böyümək  üçün  körfəzdə  məskunlaşan  balıqlar  (həşəm, 
ağgöz,  nərə,  uzunburun,  bölgə,  siyənəklər,  durna balığı və b.);
4.  Körfəzə təsadüfən  daxil olan  balıqlar (naqqa,  dəniz sıfı, 
ilanbalıq,  şirbit və b.).
Z.M.Quliyevə  görə,  yaz  mövsümündə  Böyük  Qızılağac 
körfəzində  əsasən  yaşlı  balıqlar  cəmləşir.  Payız  aylarında  isə 
vətəgə  balıqlarının  körpələri  çoxluq təşkil  edir.  Balıq körpələrinin 
böyük  körfəzdə  məskunlaşması  yayın  əvvəllərinə  təsadüf  edir. 
Külmə,  çəki  körpələri  sahil  dayazlıqlarında  məskunlaşır.  Ziyad, 
şamayı  körpələri  dayaz  yerlərdə  az  vaxt  keçirir  və  əsasən  kör­
fəzin  mərkəzinə,  nisbətən  dərin  yerlərə yayılırlar.
Məlum  olmuşdur  ki,  Böyük  Qızılağac  körfəzində  vətəgə 
əhəmiyyətli  balıqların  bu  və  ya  başqa  növünün  üstünlük  təşkil 
etməsi  daimi  xarakter  daşımır.  Ancaq  külmə,  çəki  balıqları  ovla­
nan  məhsulun  əsas  hissəsini  təşkil  edirlər.  Ziyad  balığı  isə  illər 
üzrə  azalır-çoxalır (cədvəl  10).
Cədvəldən 
görünür 
ki, 
kefal 
balığı 
nəzərə  alın­
mamışdır.  Lakin,  körfəzdə  ovlanan  karp  ailəsinə  mənsub  vətə­
gə  balıqları  (külmədən  sonra)  ikinci  yer  tutması  barədə  istəni­
lən  qədər  məlumat  vardır.  Məsələn,  1963-cü  ilin  iyul  ayının  so­
nunda  birdəfəlik  süzmə  torla  ovlanan  balıqların  90%-nin  kefal 
balıqlardan  ibarət  olması  göstərilir  (Quliyev,  1989).  Həmin  ilin 
oktyabrında  da  kefal  balığının  ümumi  balıqlara  nisbətən  83% 
təşkil  etməsi  qeyd  edilmişdir.  Əgər kefalın  da  miqdarını,  çəkisini


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə