Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə21/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

80
Durna balığı -  Esox lusis
+
+
Azərbaycan külməsi -  Rutilus kaspius
+
+
Ziyad (kütüm) -  Rutilus  frissi kutum
+
+
Qızılüzgəc -  Skardinnius eriftroftalmus
+
+
Həşəm -  Aspius  tepiatus
+
+
Lil balığı -   Tinka  tinka

+
Xəzər şirbiti -  Barbus  kaspius
+
-
Lənkəran şamayisi -  Xalkarburnus xalkoudes
+
+
Zaqafqaziya qümüşcəsi -  Alburnus xarusini

+
Kür qümüşcəsi -  Alburnus  filippi

+
Zaqafqaziya kərqəsi -  Blika  transkaikazia
-
+
Şərq çapağı -  Abramis brama  orientalis
+
+
Cənub Xəzər alaqözü  (ağqöz) -  Abramis sapa
+
+
Xəzər qarasolu -   Vimba  vimba  persa
+
+
Qılınc balıq -  Pelekus kultratus
+
+
Qorçaq  (kəkrə) -  Rodeus seriseus amarus
+
+
Çəki -  Kuprinus karpio
+
+
Ağ am ur -  Stenofarinqodon idella
+
+
Qalmalın -  Hipoftalmixtus molitrx

+
Xəzər şipovkası -  Kobitis kaspia

+
Zaqafqaziya şipovkası -  Kobitis satunini

+
Naqa -  Silirus  qlanis Linne
+
+
Avropa  və ya  çay angvili (uqor) -  Anquilla
+
+
Tikanbalıq -  Punqitius platiqaster
+
+
iynəbalıq -  Sintnatus kaspius
+

Hambuziya -  Qambuzia affinis
+
+
Kefal -  Muqil auratus
+

Aterina -  Aterina moxon pontika
+
+
Sıf (çay) -  Lusioperka Linne
+
-
Sıf (dəniz) -  Lusioperka marina
+

Xanı balığı -  Perka fluviatilis
+
+
Xul (girdə,  yumru) -  Neoqobius melanostomus
+
+
Xul (Qafqaz xulu) -  Knipoviç kaukazika
+
+
Xəzər xulu (şirman) -  Neoqobius
+
-
Xəzər xulu (qumm xulu) -  Neoqobius flaviatilis
+
-
M ərmər xul -  Proterorinus marmoratus
+
+
Xəzər qorlap xulu -  Neoqobius kessleri qorlan
+
+
Cəmi:
44

31
 
ı
Cədvəldə göstərilən  növlərdən  başqa,  körfəzdə təbii yolla, 
külmə  ilə çapağın və  külmə ilə ziyadın  iki  hibridi törənmişdir. 
Qeyd  olunan  növlərin  müqayisəsindən  asan  məlum  olur
81
ki,  Kiçik  Qızılağac  körfəzində  əsil  dəniz  suyuna  uyğunlaşan 
növlərə,  Böyük  Qızılağac  körfəzində  isə  şirin  su  balıqlarına  tə­
sadüf  olunmur.  Məhz  bu  səbəbdən  kiçik  körfəzdə  4  növ  nərə 
balıqları,  Xəzər ilanbalığı,  Xəzər qızılbalığı,  şirbit,  iki  növ xul,  də­
niz sıfı  görünməmişdir.  Həmin  balıqların  şirin  sularda  kürüləmə- 
sini  nəzərə  alsaq,  onda  sual  meydana  çıxır:  Nə  səbəbə  nərə, 
qızılbalıq şirin sulu  Kiçik Qızılağac körfəzinə keçmir?
Öncə  qeyd  etmək  lazımdır  ki,  Qızılağac  körfəzlərinin  ixti- 
ofaunasını  ardıcıl  öyrənən  Z.M.Quliyevə  (1989)  görə  son  80-90 
ildə  Qumbaşı  və  Viləşçayda  nərə  balıqları  və  qızılbalığın  kürü- 
ləməsi  müşahidə  olunmamışdır.  Bundan  başqa,  göstərilən  ba­
lıqların  bioloji  xüsusiyyətləri,  xüsusi  ilə onların  artıb-çoxalmasına 
imkan  verən  fizioloji  məziyyətlər  daha  gur  axan,  böyük  həcmli 
(su)  şirin sulara görə  uyğunlaşmışdır.  Prof.  R.Y.Qasımov (1969) 
sübut  etmişdir  ki,  kürüləmək  üçün  Kür  çayına  qalxan  nərə  ba­
lıqlarının  çaya  keçməsində  başlıca  amil  -  suyun  axım  sürətidir. 
Nərə  balıqları  üçün  dərinlik  də  mühüm  rol  oynayır.  Məlum  ol­
muşdur  ki,  axar  suyun  sürəti  2,5  m/saniyədən  az  olmamalıdır. 
Bundan  başqa,  çay  sularının  fiziki-kimyəvi  xassələrinin  kəskin 
dərəcədə  dəyişməsi  də  keçici  və yarımkeçici  balıqların  şirin  su­
lara  keçməsinə  maneçilik  törədir.  Təkamül  dövründə  bu  cür ar­
tıb-çoxalmağa  uyğunlaşan  balıqların  hər  iki  yan  nahiyyəsində 
suların  duzluluq  dərəcəsini,  hətta  iyini,  dadını  və  başqa  xas­
sələrini  hiss edən,  duyan xüsusi sinir şaxələri vardır.
Maraqlıdır  ki,  şirin  sularda  «dünyaya  göz  açan»,  dəniz- 
okeanların  geniş  ənginliklərində  cinsi  yetişkənliyə  çatan  balıq­
ların  çoxu,  min,  bəzən  10  min  kilometrlərlə  məsafə  qət  edib  öz 
«ana  yurdlarına»  qayıdır,  azmır,  «yolu»  səhv  salmır.  Balıqların 
bu  xüsusiyyəti  (köçəri  quşlar kimi)  indiyə  kimi  tam,  dəqiq  müəy­
yən  edilməmişdir.
Vaxtı  ilə  keçici  balıqların  yüz illər boyu  kürütökmə  əraziləri 
sayılan  çayların  indi  əvvəlki  balıq  sürüləri  cəhətdən  «kasıb-


82
laşması»  səbəblərindən  biri  -   həmin  suaxarların  çirklənməsi, 
onların  sabit  vəziyyətinə  xas  olmayan  kimyəvi  maddələrlə  zən­
ginləşməsidir.  Ona  görə,  hazırki  dövrdə  çay  məcralarında  cəm­
ləşən  suyun  həcmi  ilə  yanaşı,  suyun  fiziki-kimyəvi  xassə  cəhət­
dən  də  sabit  saxlanması  fauna-flora  üçün  zəruri  şərtlərdəndir, 
Sututarların  əksəriyyətində  bioloji  məhsuldarlığın,  o  cümlədən 
də  vətəgə  əhəmiyyətli  balıqların  azalması,  birinci  növbədə,  su­
ların  çirklənməsi  ilə əlaqədardır.
Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  hövzələrin,  xüsusi 
ilə  Kiçik  Qızılağac  körfəzi  kimi  sututarların  çaylarla  əlaqəsi  po­
zulan  zaman,  gölə  çevrilən  akvatoriyada  balıqların  keyfiyyəti  də 
dəyişir,  ixtiofauna  cırlaşır,  əlvan  növlər ixtisar olunur və  daha  ki­
çik,  vətəgə əhəmiyyəti  olmayan  növlər üstünlük təşkil  edir.
Prof.  H.S.Abbasov  (1972)  göstərir  ki,  70-ci  illərin  əvvəlinə 
kimi  Kiçik  Qızılağac  körfəzində  qeyd  olunan  balıqların  13  növü 
(ziyad,  külmə,  durna  balığı,  həşəm,  lil  balığı,  şamayi,  çapaq,  çə­
ki,  sıf,  ağgöz,  qarasol,  xanı  balığı  və  b.)  vətəgə  əhəmiyyətli 
balıqlar  idi.  İndi  isə  (1992-ci  il)  külmə,  ziyad,  çəki  balıqları  6-10 
dəfə  az tutulur,  qarasol,  şamayi,  çapaq,  sıf kimi  qiymətli  balıqlar 
isə  tam  ixtisar olmaq təhlükəsindədir.
Biz,  yuxarıda  Qızılağac  körfəzinin  təbii  sərvətlərinə  toxu­
narkən,  ərazidə  balıq  ehtiyatının  saxlanması  üçün  xüsusi  balıq­
çılıq  təsərrüfatının  yaradılmasını  göstərmişik.  Bununla  belə,  tə­
krara  yol  verməmək  şərti  ilə,  bu  təsərrüfatın  vəziyyəti,  fəaliyyəti 
barədə  qısa  arayış verməyi  zəruri  sayırıq.
Kiçik  Qızılağac  balıqçılıq  təsərrüfatı  1956-cı  ildə  təşkil  edil­
mişdir.  Təsərrüfatın  istismar  qaydalarına  az-çox  riayət  olunan 
zaman,  xüsusi  ilə  balıq  körpələrinin  fəal  qidalanma  dövrü  sahil 
dayazlıqlarında  bəzi  hidromeliorativ  işlər  görülərdi.  Beləliklə, 
açıq  su  səthinin  genişliyi,  su  kütləsinin  küləklər  və  daxili  axım 
ətaləti  ilə  cərəyan  etməsinə  imkan  verərdi.  Su  qatlarının  oksi­
genlə  təchizatı,  plankton  orqanizmlərin  inkişafına  maneçilik  et­
83
mirdi.  Beləliklə,  milyonlarla  balıq  körpələri  lazımi  yemlə,  oksi­
genlə  təmin  olunardı,  normal  inkişaf edərdi.  Təəssüflər  olsun  ki, 
son  18-20  ildə  Kiçik  Qızılağac  körfəzi  başlı-başına  buraxılmışdır. 
Onun  su  balansı  barədə  yuxarıda  qeyd  edilmişdir.  Lakin,  dərin­
liyin  azalması,  qamışların  inkişafına  qarşı  heç  bir  kəsərli  tədbir­
lərin  aparılmaması,  körfəzin  ən  azı  60%  ərazisinin  su  bitkiləri  ilə 
zəbt  olunmasına  səbəb  olmuşdur.  Maraqlıdır  ki,  təsərrüfat  ya­
radılanda  balıqçılar yalnız  Kiçik  Qızılağac körfəzində təbii  olaraq 
artıb-çoxalan  balıq  körpələrinin  inkişafına,  kürütökmə  dövründə 
isə törədicilərin  körfəzə  keçməsinə  nəzarət edərdilər.  Lakin,  kü­
rütökmə  zamanı  Böyük  Qızılağac  körfəzindən  keçən  balıqların 
kəskin  dərəcədə  azalması,  balıq  təsərrüfatını  süni  yolla  balıq 
sürfələri  almağa  vadar etdi.
Kiçik  Qızılağac  körfəzinə  kürüləmə  vaxtı  keçən  balıq  sü­
rülərinin,  necə  deyərlər,  birdən-birə  qeyb  olmasını  heç  də  təsa­
düfi saymaq,  təbiəti,  Xəzəri  lənətləndirmək  lazım  deyil.
Yaranmış  müşkül  vəziyyətin  başlıca  səbəbi  ondan  ibarət­
dir  ki,  bir  qayda  olaraq  hər  il  yanvar ayından  aprel  ayının  sonu­
na  kimi  hər iki  körfəzi  əlaqələndirən  üç  kanalın  suyunu  dəfələrlə 
brakonyerlər  (yüzlərlə)  «xəlbirlərindən»  keçirmiş,  hər  vasitə  ilə 
kürüləməyə  gələn  balıqlar  kütləvi  şəkildə  ovlanmışdır.  Axı,  ayrı 
sularda  dünyaya  göz  açan  balıq  körpəsi  zamanın,  ruzigarın  qa­
da-bəlasından  yayınıb  böyüyəndən  sonra,  öz doğma  ümmanına 
can  atır!  Mübaliğəsiz  demək  lazımdır  ki,  əgər  illərdən  bəri  kiçik 
körfəzə  nəsil  verməyə gələn  törədicilər məhv edilməsəydi,  yenə 
də  körfəz bu  cür balıq  sarıdan  kasadlaşmazdı.
Kiçik  körfəzin  balıq  təsərrüfatı  son  20  ildə  tam  ləğv  olun­
muşdur.  1988-1990-cı  illərdə  balıq  sürfələri  almaq  üçün  hər cür 
vəsaitlə  təchiz  olunan  sexlər  yenidən  təşkil  olundu.  1990-cı 
illərdə  başlanan  siyasi  oyunlardan  sonra,  1991-ci  ildə  biçarə  tə­
sərrüfata  adi  sürücü  direktor  təyin  olundu.  1993-cü  ilin  mart 
ayında  suburaxan  kanalda  həmin  başabəla  direktoru,  özü


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə