Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə17/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

64
Quşlar.  Qızılağac  körfəzində  qeyd  olunan  heyvanat  a lə ­
minin  70%-dən  çoxunu  quşlar  təşkil  edir.  Təsadüfi  deyildir  ki, 
məhz  bu  xüsusiyyətinə  görə  Qızılağac  qoruğu  yaradılmış  və  o, 
beynəlxalq  qoruqlar  sistemində  ilk  növbədə,  quşlar  məskəni 
sayılır.
Mütəxəssislərin  araşdırmalarına  görə  Qızılağac  qoruğun­
da  (hazırki  dövrdə)  keçmiş  SSRİ  ərazisində  məskunlaşan  26 
quş  dəstəsinin  22-si  və  yaxud  da  85%-i  Qızılağac  qoruğu 
ərazisində  toplaşır.  Səciyyəvidir  ki,  qıvrımlələk  qutan,  çəhrayı 
qutan,  qara  leylək,  mərmər  cürə,  dəniz,  məzar  qartalları,  ber- 
kut,  turac,  dovdaq,  bəzgək,  sultan  toyuğu,  ərsindimdik,  qızılqaz 
(flaminqo),  qırmızıdöş  qaz,  fısıldayan  qu,  kiçik  qu,  çökükburun 
cüllüt,  ağquyruq  çökükburun,  çöl  haçaquyruq  cüllüt  kimi  qiy­
mətli  və  nadir  quşlar Azərbaycanın  Qırmızı  kitabında  qorunması 
zəruri  sayılan  heyvanat aləmi  siyahısındadır.
Göründüyü  kimi,  Qızılağac  qoruğunun  əsas  mahiyyəti 
quşların  mühafizə  və  qorunmasından  ibarətdir.  Bundan  başqa, 
hövzədə  balıq  ehtiyatının  saxlanması  kimi  vacib  problemin  də 
həllində  Qızılağac körfəzinin  əhəmiyyəti  olduqca  böyükdür.
Qoruğun  ərazisinə  pənah  gətirən  quşların  iki  qismə  ayrıl­
masını  (şərti  də  olsa)  qəbul  etsək,  onda  məlum  olur  ki,  ərazidə 
qeyd  olunan  quşların  75-80%-i  qışlama  dövrü  keçirənlərdən 
ibarətdir.  İkinci  qism  -   yuvalama  dövrü  məskunlaşan  quş  növ­
ləri  sayca  azlıq  təşkil  etsələr  də,  onların  ümumi  miqdarı  bəzən 
100  minə  çatır.  Məsələn,  təkcə  sarı  vağ  və  karavay  koloniya­
larında  50-60  min  quş saymaq  olar (Əliyev,  Həsənov,  1993).
Qızılağac  qoruğunda  il  boyu  məskunlaşan  quşların  miq­
darı  və  növ  tərkibi  üzərində  aparılan  müşahidələr  göstərmişdir 
ki,  həmin  rəqəmlər  kəskin  dərəcədə  dəyişə  bilir.  İlk  növbədə 
quşların  kəmiyyət  və  keyfiyyətcə  tərəddüd  etməsi,  ərazinin  və 
ona  qonşu  regionların  iqlim-hava  şəraitindən,  miqrasiya 
yollarında  baş  verən  atmosfer  çöküntülərinin  xüsusiyyətindən
65
asılıdır.  Bundan  başqa,  köçəri  su  quşlarının  nəsil  verdiyi  ərazi- 
dövlətlərdə  onlara  məxsus  biotoplara  və  nəhayət,  onların  po- 
pulyasiyasına  təsir  edən  çoxcəhətli  antropogen  amillər  də  hə­
min  nisbiliyi  dəyişə  bilir.  Lakin,  bir fakt şübhə doğurmur ki,  Qızıl- 
ağac  qoruğuna  pənah  gətirən  quşların  növ  tərkibi  və  sayı- 
miqdarı  ilbəil  azalmağa  meyl  edir.  V.Vinoqradov  və  S.Çer- 
nyavskayaya  görə  (1956),  50-ci  illərin  sonuna  kimi  qoruqda, 
orta  hesabla  5-7  milyon  quş  qışlayır  ki,  bunun  da  3,9  milyonunu 
ördəklər,  2,5-3  milyonunu  qaşqaldaq,  0,85  milyonunu  maygülü 
təşkil  edir.  Qoruğun  ərazisində  kənd  təsərrüfatı  işləri,  qon­
şuluqdakı  göl-mərdoların  ləğvi,  zostera  bitkisinə  aid  sahələrin 
yararsız  hala  düşməsi,  Marso,  Alxovka  kimi  sututarlarda  əlve­
rişli  biotopların  ixtisarı  -   qışlama  sahəsinin  kiçilməsi,  qida-yem 
bazasının  azalması  və  b.  səbəblər  əlbəttə,  qoruğa  xas  olan 
quşların  miqdarına,  növ  xüsusiyyətinə  təsir  etmişdir.  Qızılağac 
qoruğunda  quşların  azalması  1959-cu  ildən  bəri  stabil  xarakter 
daşımışdır.  S.İ.Çernevskaya  yazır  ki,  1959-cu  ilə  nisbətən,  Bö­
yük  Qızılağac  körfəzində  təkcə  ördək  və  qaşqaldaqların  sayı 
1971-ci  ildə  15-16  dəfə  azalmışdır.  Bir daha  təkrar etmək  lazım­
dır  ki,  Qızılağac  Dövlət  Qoruğundakı  quşların  ümumi  sayı,  növ 
müxtəlifliyi  barədə,  axırıncı  10  ildə,  statistik  məlumatlarda  gös­
tərilən  rəqəmlər  (illər  üzrə)  başqa-başqadır.  Bununla  belə,  qo- 
ruqdakı  quşların  kəmiyyət  və  keyfiyyəti  barədə  təsəvvür  üçün 
mümkün  olan  sonuncu  məlumat 5-ci  cədvəldə  əks etdirilir1.
Qızılağac  Dövlət  Qoruğunu  dünya  miqyasında  məşhur 
edən  cəhətlərdən  biri  -   planetin  bir  çox  guşələrinə  məxsus 
qiymətli  quş  növlərinin  mövcud  olmasına,  nəsil  artırmasına 
imkan  yaratmasıdır.  Onlardan  bir neçəsini  qeyd  edək.  Qoruğun 
gözəl,  şux  qamətli  quşlarından  biri  qızıl  qazdır.  Bu  quşların  əsas 
qışlama  yeri  Böyük Qızılağac  kör-fəzidir.  Başqa  quşlar kimi  qızıl
1 Qeyd: 
Cədvəldə  göstəriilən 
cəhətlərdən  aydın  olur  ki,  verilən  arayış
qüsursuz deyildir.


66
qazın  sayı  ilbəil  dəyişir.  Məsələn,  N.Vereşaqin  50-ci  illərdə 
qoruqda  20  min  qızıl  qazın  qış-lamasını  qeyd  etmişdir. 
Lakin,  son  25-30  il  ərzində  qoruğa  gə-iən  qızıl  qazın  miqdarca
8-10  dəfə  ixtisar edildiyi  də göstərilir.
Cədvəl 5
Qızılağac qoruğunda  quşların  sayı (Əliyev,  Həsənov,  1993)

Adları
Miqdarı
Qışlama  dövrü
Çay ördəkləri
85200 
1
Yaşılbaş
38800
Bizquyruq
1500
Enlibururı
3400
Boz ördək
500
Marek
23700
Anqut
60
Fitçi cürə
7600
Dalqıc ördəkləri
158030
Qırmızıbaş
42800
Kəkilli qara  ördək
21300
Qazlar
15000
Boz qaz
1110
Qaşqa  qaz
6300
Qaşqaldaq
3060
Qu quşu
6700
Turac
1200 
I
Sultan  toyuqu
10000
Bəzqək
6000
Flaminqo
3800
Qırmızılələk qutan
400
Yuvalama  dövrü
Sarı baq
34800
Qarabay
17600
Qarıldaq
7600
Kiçik aq baq
7000
M isir baqi
6000
Kürən baq
870
Maraqlıdır  ki,  70-ci  illərin  a xırından  indiyə  kimi  qızıl  qazların, 
necə  deyərlər,  rekord  sayı  1985-ci  ilin  qışında  müşahidə 
edilmişdir  -   13,5  min.  Həmçinin,  qoruğa  gələn  qazların  son  5
67
ildə  artımı  ehtimal  olunur.  Mütəxəssislər  bu  faktı,  Böyük  Qızıla- 
ğac  körfəzinin,  Xəzərdə  su  balansının  artması  ilə  əlaqədar  ola­
raq,  genişlənməsində görürlər.
Səciyyəvidir  ki,  son  12-14  ildə  qoruğa  qışlamağa  gələn 
qızıl  qazların  yaşayış  tərzində,  həyat vərdişində  bir növ  «uyğun­
suzluq»  müşahidə  olunmuşdur.  Məsələn,  1980-1982-ci  illərdə 
Kalinov  limanı  ərazisində  «yaylayan»,  yəni  geri  qayıtmayıb  bu­
rada  yuva  qurub  nəsil  verən,  500-1500  qızıl  qaz  qeyd  edil­
mişdir.  Son  illər,  məsələn  2008-2009-cu  illərdə  Mahmudçalada 
böyük  qızılqaz  koloniyalarının  il  boyu  yaşaması  qeyd  edilir. 
Məlum  olmuşdur  ki,  təbiətcə  çox  həssas  və  sakitliyi  sevən  qızıl 
qazların  yuva  qurduqları  əraziyə çaqqal  dadanmışdır.
Qızılağac  qoruğu  keçmiş  ittifaqın  ən  çoxsaylı  turac  ərazisi 
sayılmışqdır.  Həqiqətən,  turac  Qızılağac  qoruğunun  fəxri  sayıla 
bilər.  Turac  Azərbaycan  torpağının,  həlim  nəfəsli  təbiətinin  gö­
zəl,  xoş  əhval-ruhiyyə  yaradan  canlı  məxluqlarından  biridir. 
Vaxtilə  bu  yerlərdə  ildə  25-30  min  turac  ovlanardı.  Ancaq  indi 
turacın  sayı  xeyli  azalmış,  su  səviyyəsinin  quru  ərazilərə  yayıl­
ması  ilə  əlaqədar  olaraq,  onların  həyat  arealı  ixtisar  edilir.  Qo­
ruqda  turacın  sayca  azalmasında  şaxtialı-qarlı  qış  əsas  amil  sa­
yılır.  Bu  barədə  ikinci  amil,  onun  qəddar  düşməni  olan  yırtıcı­
lardan  -  çaqqalın  sayca  çoxalmasıdır1.  Yeri  gəlmişkən,  insafən 
qeyd  etmək  lazımdır  ki,  vaxtilə -  yəni  80-cı  illərin  ikinci  yarısı  və 
90-cı  illərin  əvvələrində  qarlı-şaxtalı  qış  günlərində  qoruğun 
əməkdaşları,  turac,  sultan toyuğu  və  başqa  qiymətli  heyvanların 
qayğısına  qalır,  xüsusi  təmizlənən  sahələrə  dən  səpir,  talvarlara 
ot-ələf  qoyur,  hətta  dayaz  yerlərin  buzlarını  sındırılır  və  başqa 
tədbirlər görərdilər.  Həmçinin  bu  illərdə  qoruqda  qaz sürülərinin
1 Qeyd: 
Son  50  ilə  bərabər  müddətdə  körfəzin  hər  yerində  (quru  sahə)
turacın  rekord  saya  çatdırılması  1986-1993-cü  illərdə  müşahidə 
edilmişdir  ki,  bunun  da  əsas  səbəbi  -   əsil  mənada  turac 
ovlanmasına  qadağa  qanunlarının  tam  icrasına  nail  olmaq 
sayılmalıdır.


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə