Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə13/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

48
49
Xəzərdə  yaranan  ekoloji  vəziyyətlə  əlaqədar  olaraq 
antropogen  evtroflaşma,  oksigen  məsrəfinin  artması,  lil-qruntda 
anaerobiozun  vaxtaşırı  baş  verməsi  hadisələri  Qızılağac  kör­
fəzində  də  (xüsusilə  Kiçik  Qızılağac  körfəzində)  müşahidə  edi­
lir.  Göstərilən  təzadlı  proseslərin  əsas  səbəbi  bakteriop- 
lanktonun,  o  cümlədən  -  fitoplanktonun  intensiv  inkişafı  ilə  əla­
qədar olduğunu  nəzərə  alaraq,  regionun  alqoflorası  barədə son 
elmi  nəticələrin  qısa  məğzini  ümumi  şəkildə  izah  etmək  faydalı 
olar.
Yada  salmaq  lazımdır  ki,  Xəzərin  alqoflorası  XX  əsrin  əv­
vəlindən  indiyə  kimi  nisbətən  ətraflı  şəkildə  onun  Şimal  və  Orta 
hissələrində  öyrənnilmişdir  (Qenkel,  1909;  Leonova,  1983). 
Ümumi  Xəzərə  aid  alqoloji  məlumat  İ.A.Kiselyev  (1938)  və 
P.j.Usaçev  (1947,  1948)  tərəfindən  verilmişdir.  Qızılağac  kör­
fəzinə  hərtərəfli  təsir  edən  Cənubi  Xəzərin  fitoplanktonu 
H.B.Babayev  (1970;  1980;  1983),  Y.M.Leonova  (1983)  və
S.A.Sokolova  (1957)  tərəfindən  tədqiq  edilmişdir.  Hər  iki  kör­
fəzin  fitoplanktonu  isə  floristik  cəhətdən  S.H.Rzayeva  (1957; 
1958;  1959;  1967)  tərəfindən  öyrənilmişdir.  Bundan  başqa,  ke­
çən  əsrin  60-və  80-cı  illərində  körfəzlərin  bioloji  məhsuldarlığını 
öyrənən  Y.Süleymanov  (1967)  və  M.Salmanov  (1963;  1966) 
dominantlıq  təşkil  edən  fitoplanktonların  əsas  taksonları  barədə 
məlumatlar  vermişlər.  Göründüyü  kimi,  Xəzər  dənizinin  fitop­
lanktonu vaxtaşırı  müxtəlif mütəxəssislər tərəfindən tədqiq  olun­
muşdur.  Bununla  belə,  fitoplanktonun  Xəzərdə,  o  cümlədən  də 
Qızılağac  körfəzində  yayılması,  biokütləsi,  növ  tərkibi  və  başqa 
xüsusiyyətləri  barədə  məlumatlar  olduqca  fərqlidir.  Lakin, 
göstərilən  müəlliflərin,  Xəzər  dənizində  qeyd  olunan  fitop­
lanktonun  tərkibində  diatomlara  məxsus  növlərin  çoxluq  təşkil 
etmələri  barədə  fikirləri  üst-üstə  düşür.  Göstərilən  vəziyyət  Qı- 
zılağac  körfəzində  qeyd  edilən  yosunlara  da  aid  edilə  bilər.  O 
cümlədən  də,  Qızılağac  körfəzinin  Xəzərin  bioloji  məhsul­
darlığında,  ekoloji  sabitliyində  başlıca  amillərdən  biri  hesab  edi­
lən  alqofloranın  inkişafında  suda  duzluluq  dərəcəsinin  sahələr 
üzrə  fərqlənməsi  əsas  şərt  kimi  qiymətləndirilir.  Xəzər  dənizin­
də  fitoplanktonun  növ  tərkibinin  qeyri-sabitliyi  ən  çox  çay 
mənsəblərində  qeyd  edilir ki,  bu  da bir növ qanunauyğun sayılır 
(Kisandvelja,  2001).  Bununla belə,  çayların  illik su balansının  az 
və  yaxud  çox  olmasından  asılı  olaraq,  çay  və  dəniz  sularının 
qarışan  akvatoriyalarında  fitoplanktonun  kəmiyyət  və  keyfiyyət 
baxımından  kəskin  fərqlənmələri  də  qeyd  edilir  (Geodcop, 
2003;  Guazini Zean-Marc,  2002).
Səciyyəvidir  ki,  Kiçik  Qızılağac  körfəzində  Qumbaşı  və  Vi- 
ləşçay  tənzimlənməmiş  illərdə  yaşıl  və  göy-yaşıl  yosunların 
bütün  hövzədə,  il  boyu  üstünlük  təşkil  etməsi  adi  hal  sayıldığı 
halda,  çay  sularının  xeyli  azalması,  bütün  hövzədə  diatom  yo­
sunlar  şöbəsinə  məxsus  taksonların  geniş  yayılmasına  səbəb 
olmuşdur.  Maraqlıdır  ki,  dominantlıq  təşkil  edən  diatom  yosun­
lar  şöbəsinə  məxsus  növlər  içərisində  də  çoxluq  təşkil  edən 
taksonlar  aşkar  edilir.  Məsələn,  Kiçik  Qızılağac  körfəzində  yaz- 
payız  aylarında  kütləvi  yayılan  diatom  yosunlar  içərisində 
Chaetoceros  cinsi  birinci  yer  tutur  (18  növ).  H.Babayev  bu 
cinsə  aid  növlərin  Cənubi  Xəzərdə  də  geniş  yayılmasını  qeyd 
edir  (Babayev,  1983).  Böyük  Qızılağac  körfəzində  yosunların 
növ  göstəriciləri  Cənubi  Xəzərin  cənub-qərb  şelfindəki  yosun 
növlərindən  fərqlənmir.  Səciyyəvidir  ki,  bu  sahələrdə  di- 
atomlarla  yanaşı  Thalassiosira  cinsinə  məxsus  növlər  ikinci 
mövqe 
təşkil 
edir. 
Əgər  kiçik 
körfəzin 
suları 
qarışan 
akvatoriyalarda  Chaetoceros  geniş  yayılırsa,  daha  duzlu  -   bila­
vasitə Xəzərə  aid  akvatoriyalarda 
Rhizosolenia__cinsi,_Qara_dənizdə_olduğu_ki­_mi,_Xəzər_dənizində_də_Üç_növlə_-__Rhizosolenia_alala,_Rhizo­__solenia_fragilissima'>Rhizosolenia_calsar-avis'>Rhizosolenia calsar-avis
 
kütləvi 
inkişaf edir.
Qeyd  etmək  lazımdır  ki,  Rhizosolenia  calsar-avis  Xəzər 
dənizinə  Azov-Qara  dəniz  hövzəsindən  keçmişdir  və  ilk  dəfə 
1934-cü  ildə  P.j.Usaçev  tərəfindən  qeyd  olunmuşdur  (1947;


50
51
1948).  Hələ  keçən  əsrin  30-cu  illərində  P.İ.Usaçev  qeyd  et­
mişdir  ki,  Rhizosolenia  calsar-avis-ln  Xəzər  dənizində  inkişaf 
etməsinə  maneçilik  törədən  rəqib  yosun  növü  yoxdur.  Həm­
çinin,  Xəzər  dənizinin  florasına  yaxşı  bələd  olan  A.İ.Proşkina- 
Lavrenko  (1965)  vaxtilə  göstərmişdir  ki,  Xəzər  dənizi  yosun 
növləri  ilə  zəngin  olmadığına  görə  Rhizosolenia 
calsar-avis-m 
geniş  yayılması  üçün  əlverişli  şərait  mövcuddur,  çünki,  dənizdə 
«azad»  ekoloji  taxça  (nişa)  vardır.  Həqiqətən  Xəzər  sularında 
az  vaxt  ərzində  geniş  yayılan 
Rhizosolenia  ca/sar-avis
 
böyük 
ekoloji  plastikliyə  malikdir  və  hal-hazırda  Xəzər  dənizində  ilkin 
üzvi  maddələr  balansında  aparıcı  yerlərdən  birini  tutur  (Sal- 
manov,  1987;  1999).  Diatom  şöbəsinə  aid  yosunların  Xəzər 
sularında  il  boyu  yüksək  dərəcədə  vegetasiyası  müxtəlif  tədqi­
qatçılar  tərəfindən  də  qeyd  edilir  (Babayev,  Karkov,  1999;  La­
kin,  1973;  Usaçov,  1948).  Cənubi  Xəzərin  cənub-qərb  suların­
da,  o  cümlədən  Böyük  Qızılağac  körfəzinin  açıq  dənizə  aid  ak­
vatoriyasında  fitoplanktonun  ümumi  kütləsində  diatomların 
çoxluq  təşkil  etməsini  H.B.Babayev  (1983)  uzun  müddət  müşa­
hidə  etmişdir.  Son  20  ildə  Xəzərdə səviyyənin  yüksəlməsi,  kiçik 
körfəzdə  kanallar  üzərindəki  qurğuların  (şlyuz)  sıradan  çıxması 
sayəsində  dəniz  suları  kiçik  körfəzə  axır  və 
Rhizosolenia-nm 
intensiv inkişafı  müşahidə olunur  (Hüseynov,  2006).
Qeyd edilən  şöbəyə  məxsus 
Melosira
 
(7), 
Thalassiosira
 
(7), 
Coscinodiscus
 
(8), 
Chaetoceros
 
(15), 
Nilzchia
 
(9), 
Cumphulodiscus 
cinsləri  il  boyu  akvatoriyada  inkişaf edir.
Səciyyəvidir ki, 
Rhizosolenia
 
cinsi,  Qara  dənizdə  olduğu  ki­
mi,  Xəzər  dənizində  də  Üç  növlə  - 
Rhizosolenia  alala,  Rhizo­
solenia fragilissima
 
və 
Rhizosolenia calsar-avis
 
təmsil  olunmuşdur. 
Maraqlıdır  ki,  Qara  dənizdə  əvvəlki  iki  növ  il  boyu  həm  kəmiy­
yət,  həm  də  biokütləcə  üstünlük  təşkil  etdiyi  halda,  onlar Xəzər 
sularında  kütləvi  inkişaf  etmir  və  əksərən  lokal  vəziyyətdə 
fəaliyyət  göstərirlər.  Bununla  belə,  üçüncü  növ  -  
Rhizosolenia
calsar-avis
 
Qara  dənizdə  nisbətən  zəif  inkişaf  edir,  Xəzər 
dənizində isə həmin  növ  daha geniş yayılmışdır.  M.Ə.Salmanov 
qeyd  edir  ki,  Cənubi  Xəzərin  qərb  şelfində  -   xüsusilə  Kür- 
dilindən  cənuba  doğru  akvatoriyalarda  ilin  fəsillərindən  asılı  ol­
mayaraq,  ümumi  fitoplankton  kütləsinin  95-97%-ni  diatom 
şöbəsinə  aid  növlər  təşkil  edir  (Babayev,  1980;  Butorin,  1989; 
Vinberq,  1934).
Növ  zənginliyi  baxımından  Qızılağac  körfəzində  (əsasən 
yay  ayları)  fitoplankton  florasında  ikinci  yer  göy-yaşıl  yosun  şö­
bəsinə  aiddir.  Geniş  yayılan  və  böyük  biokütlə  ilə  -  
Anahaena 
hergi fo r minor,  Anahaenopsis  ianganyikae,  Nodıdaria harveyna,  Ar- 
hanazomenorflos-aqua
 
növləri seçilirlər.
Qızılağac  körfəzində  fitoplanktonun  inkişafı  ilin  fəsil­
lərindən  asılı  olaraq  xeyli  dəyişir.  Bununla  belə,  ərazidə  il  boyu 
yosunların  vegetasiyası  davam  edir  (Salmanov,  1985;  1993; 
2005).  Həmçinin,  hər  fəsilə  aid  çoxluq  təşkil  edən  -   yəni,  nis­
bətən  kütləvi  inkişaf edən  növlər  də  aşkar  edilmişdir.  Məsələn, 
qış  aylarında 
Pediastrnm
 
və 
Scenedesmus
 
cinsinə  aid  növlər daha 
geniş  yayılır.  Yaz  aylarında  Cənubi  Xəzərdə  və  o  cümlədən  də 
Qızılağac  körfəzinin  fitoplanktonunun  əsasını  diatomlar  təşkil 
edir.  Yayda  fitoplankton  növ  zənginliyi  ilə  fərqlənir  və  bu  ay­
larda  göy-yaşıl  yosun  şöbəsinə  məxsus  taksonlar  daha  geniş 
yayılır,  diatomlar  isə  ikinci  mövqe  təşkil  edir.  Ərazi  sularında 
əsas  biokütlə 
Kxsuvella  cordala
 
növü  tərəfindən  əmələ gəlir.  La­
kin  həmin  növün  kütləvi  vegetasiya  dövrü  nisbətən  qısa  müd­
dətlidir.  Maraqlıdır  ki,  Böyük  Qızılağac  körfəzində  davamlı  inki­
şaf və  kəmiyyətcə 
Thalassionema  caspica,  Th.  variahUis,  Coscino­
discus  granii,  Aclinocyclus  ehrenbergii  v.  ehrenhergii
 
növləri  seçi­
lirlər.  Payız  aylarında  isə  yenə  diatomlar  birinci  yeri,  göy-yaşıl 
yosun  şöbəsi  isə  ikinci  yeri  tutur  (Axundova,  2001;  Babayev, 
1980).
Qeyd  etmək  lazımdır  ki,  növ  tərkibinə  nisbətən  fitoplan-


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə