Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə10/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

36
Şəkil  1.  Qızılağac körfəzinin  iki  hissəyə ayrılan  cizgi-xəritəsi
A -  su  axıdılan  kanal 
В  -   qəza  kanalı 
V  -  balıq  keçən  kanal
37
Qeyd  etmək  lazımdır  ki,  kürü  tökmək  üçün  Kiçik  Qızılağac 
körfəzinə  gələn  balıqlar,  növündən  asılı  olaraq,  əsasən,  fevral- 
aprel  (bəzən  də  may)  aylarında  kütləvi  (sürü)  şəklində  keçirlər. 
İlin  yaz  fəslinin  hava  şəraiti,  xüsusən,  suyun  temperatur  reji­
mindən,  axım  sürətindən  asılı  olaraq  kürütökmə  vaxtı  dəyişə 
bilir.  Mütəxəssislərin  nəzarəti  altında  kürütökmə  vaxtı  qurta­
randan  sonra  kanalların  şlyuzları  bağlanırdı.  Kiçik  Qızılağac  kör­
fəzində  milyon-milyardlarla  balıq  körpələri  «dünyaya  göz  açır», 
fəal  qidalanmağa  başlayırlar.  Müəyyən  çəkiyə və  böyüklüyə  ça­
tandan  sonra,  şlyuzlar  ikinci  dəfə  açılır  və  Kiçik  Qızılağac  kör­
fəzindəki  balıq  körpələri  yenə  şirin  su  axarı  ilə  Böyük  Qızılağac 
körfəzinə  «köçür».  Onlar  Xəzərdə tam  yetkinliyə  çatandan  son­
ra,  öz  əcdadlarının  nəsil  vermək  ənənələrini  davam  etdirirlər. 
Qızılağac  körfəzi  iki  hissəyə  ayrılandan  sonra,  böyük  və  kiçik 
körfəzlərin  fauna-florası  müxtəlif  istiqamətlərdə  formalaşmağa 
başladı  (aşağıda  izah  edilir).  Bundan  başqa,  hər  iki  hövzənin 
sahəsi,  sututumu,  dərinliyi,  dib  çöküntüləri,  suyun  hidrokimyəvi 
xüsusiyyətləri  də  dəyişdi.  Ona  görə,  əsrlər  boyu  birgə,  oxşar 
keyfiyyətlərlə səciyyələnən  hövzə,  bəndlə  ayrılandan  sonra  «şi­
rin  sulu»  və  «dəniz  xislətli»  kimi  qeyd  edilir  (növbəti  bölmədə 
göstərilir).
Qızılağac  körfəzinin  iki  hissəyə  ayrılması  zəruriyyətini, 
onun  ümumi  əhəmiyyətini  qısa  şəkildə  izah  etdik.  Əlbəttə,  sa­
də,  asan  anlaşılan  tərzdə  təqdim  olunan  məlumat,  Kiçik  Qızıla- 
ğac  körfəzinin  imkanlarından  səmərəli  istifadə  olunması  niyyət­
lərini  əks  etdirir.  Təəssüflər  olsun  ki,  hərtərəfli  ölçülüb-biçilən 
(imkan  daxilində  və  texniki  cəhətdən  mümkün  olan)  şərtlərə, 
təbii  qanunauyğunluqlara  yönəldilən  tədbirlərin  düzgün  icrasına 
lazımi  qaydada  əməl  olunmadığı  üçün,  Cənubi  Xəzərin  incisi 
sayılan  Qızılağac  körfəzlərində  təzadlı  vəziyyət  yaranmışdır  ki, 
bu  barədə  də növbəti  yazılarda  məlumat verilir.


38
Məlum  səbəblərə  görə  Böyük  Qızılağac  körfəzindən 
ayrılan  Kiçik  Qızılağac  körfəzinin  (şirin  su  hövzəsi  kimi) 
balıqçılığın  inkişafında  kəsb  etdiyi  imkanlardan  səmərəli  istifadə 
etmək  üçün,  burada  xüsusi  balıqçılıq  (və  ya  balıqartırma)  təsər­
rüfatı  yaratmağı  qərara  aldılar.  Həmin  təsərrüfat  Kiçik  Qızılağac 
körfəzi  sahilində  1956-cı  ildə  təşkil  edildi.  Körfəzdə  balıqçılıq 
təsərrüfatının  səmərəli  fəaliyyəti  üçün  onun  su  balansının  sabit 
saxlanması  əsas  amil  hesab  olunmuşdur.  Təsərrüfatın  ilk  çağ­
larında  vətəgə  əhəmiyyətli  pullu  balıq  törədiciləri  sarıdan  kasa­
dlıq  heç  yada  düşməmişdir.  Çünki,  1960-cı  illlərin  sonuna  kimi 
Kiçik  Qızılağac  körfəzini  Böyük  Qızılağac  körfəzi  ilə  əlaqə­
ləndirən  kanallarda  kifayət  qədər  artırılması  nəzərdə  tutulan 
törədicilər  əldə  etmək çətinlik  törətməmişdir.
Qeyd  etmək  lazımdır  ki,  Kiçik  Qızılağac  körfəzinin  su  ba­
lansı  əsasən  Qumbaşı  və  Viləşçaydan  asılı  olmuşdur.  Bundan 
başqa,  körfəzdə  su  səviyyəsinin  hər  hansı  ölçüdə  saxlanması 
əlaqə  kanallarının  istismarı  ilə  də  tənzimlənirdi.  Göründüyü 
kimi,  su  rejiminin  təmini  və  tənzimi  Kiçik  Qızılağac  körfəzinin 
sahəsinə,  dərinliyinə,  qaz-duz  rejiminə fəal  təsir  edə  bilir.  Kiçik 
Qızılağac  körfəzi  təcrid  olunanda  onun  sahəsi  16,5  min  hektar 
olmuşdur (Quliyev,  1989).  Lakin,  elə  ilk  dövrlərdən,  bir tərəfdən 
çay  sularının  həcmcə  azalması  (xüsusi  ilə  quraqlıq  keçən  il­
lərdə),  digər  tərəfdən  kanallardan  düzgün  istifadə  olunmaması 
üzündən  1963-cü  ilin  mart  ayında  körfəzin  sahəsi  2  min  hektar 
kiçildi.
Sübut  olunmuşdur  ki,  Kiçik  Qızılağac  körfəzinin  sahəsinin 
kiçilməsi,  balıqların  çoxalmasına  mənfi  təsir  göstərir.  Bundan 
başqa,  kanalların  mühəndis-hidrotexniki  cəhətdən  qüsurlu 
olması  da  hövzənin  balıqartırma  imkanlarından  tam  istifadə  et­
məyə  maneçilik  törətmişdir.  Məsələn,  müşahidələr  göstərdi  ki, 
suburaxma  kanalı,  sahə və  su  tutumuna görə  balıqyolu kanalın­
dan  böyükdür.  Bu  da  o  deməkdir  ki,  kürüləməyə  gələn  balıq
39
sürüləri  lazımi  istiqamətə  yönəlmir və  onlar  kütləvi  surətdə  bra- 
konyerlər  tərəfindən  ovlanır,  on-yüz  minlərlə  kol-kos  arasında 
qırılıb  məhv  olur.  Maraqlıdır  ki,  Kiçik  Qızılağac  körfəzində  balıq­
çılığın  inkişafı  üçün  həm  artırılması  zəruri  sayılan  balıqların  nö­
vü,  həm  də hər hektar su  sahəsinə düşəsi  balığın  miqdarı  nəzə­
rə  alınmışdır.  Belə  ki,  çəki  balığı  -   8,9%,  külmə  -  79,2%,  ziyad 
(kütüm)  isə  11,9%  təşkil  etməli  idi.  Başqa  növ,  məsələn, 
şamayı,  qarasol,  çapaq  balıqlarının  da  artırılması  ehtimal  olun­
muşdur.  Tənzim  olunan  qapalı  balıqçılıq  təsərrüfatlarında  höv­
zənin  sahəsindən  başqa,  onun,  artırılması  nəzərdə tutulan  balıq 
növlərinin  hər  birinin  özünəməxsus  qida  ilə  təmin  etmək 
imkanları  da  əvvəlcədən  müəyyənləşdirilir.  Bu  baxımdan,  Azər­
baycanda  ixtiologiya  elminin  təməldaşı,  respublikamızda  balıq­
çılıq  təsərrüfatlarının  yaradılmasında  əvəzsiz  xidmətləri  olan 
akad.  A.N.Derjavinin  Kiçik  Qızılağac  körfəzində  balıqçılığın  inki­
şafı  üçün  tərtib  etdiyi  proqnozu  yad  etmək  faydalı  olar  (Der- 
javin,  1956).  Beləliklə,  Derjavinin  hesablamalarına  görə  -   Ki­
çik  Qızılağac  körfəzinin  hər  hektar  sahəsinə  3  kürülü  çəki,  3 
çapaq,  0,5  sıf,  27  külmə  və  4  kürülü  ziyad  balığı  düşmüşdür. 
Göründüyü  kimi,  hər hektara  37,5 balıq  nəzərdə tutulur.  Bu  nor­
mativlərə  görə  körfəzin  sahəsinin  dəyişilməsini  nəzərə  alaraq, 
ümumi  sahəni  təyin  etmək  və  ümumi  balıqların  sayını  bilmək 
çətin  deyildir.  Əlbəttə,  bu  şərtlərə  əməl  olunmamış  və  hər  dəfə 
təxmini  rəqəmlər göstərilmişdir (Abbasov,  1972).
Təxmini  hesablamalara  görə,  1960-cı  ildə  körfəzin  hər 
hektarına  60  kürülü  külmə,  13  ziyad,  1  çəki,  2  çapaq  düş­
müşdür.  Həmin  rəqəmi  körfəzin  sahəsinə  şamil  etsək,  məlum 
olar  ki,  körfəzdə  600-900  min  külmə,  130-195  min  ziyad,  10-15 
min  çəki  və  bir  o  qədər  də  çapaq  balıqları  məskunlaşmışdır. 
Maraqlıdır  ki,  kürü  tökməyə  gedən  balıqların  cinsi  nisbəti  1:1-ə 
bərabəri  kimi  qəbul  olunur.  Bundan  başqa,  hər dişi  balığın  kürü­
lərinin  orta  kəmiyyəti,  əmələ  gələn  balıq  körpələrinin  və


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə