Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə18/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

68
qışlamasını  təmin  etmək  üçün  payızlıq arpa  əkilən  sahələrin  4-5 
dəfə  böyüdülməsi  diqqətəlayiq  sayılmalıdır.  Məhz  bu  qiymətli 
təşəbbüs  sayəsində  qoruqda  qışlayan  qazların  sayı  1970-1971- 
ci  illərdə  1,5  min  olduğu  halda,  1985-1988-cı  illərdə  burada  21 
min  qaz qeyd  edilmişdir.
Turac  kimi,  MDB  ölkələrinin  ən  iri  populyasiyalı  sultan 
toyuğu  koloniyası  da  Qızılağac  qoruğunda  qeyd  olunmuşdur. 
Turac  barədə  söylənən  xoş  sözlər,  müsbət  epitetlər  haqlı  ola­
raq,  bu  göllər  gözəlinə  də  şamil  edilməlidir.  Bu  göz  oxşayan, 
çəhrayı  kəkilli  «cəngəlliklər»  pərisi,  su  bitkilərinin  sıx,  gen-bol 
inkişaf  etmiş  sahələrinin  sərkərdəsidir.  Bu  gözəl  məxluqun  da 
qənimi  şaxtalı  qış  və  yırtıcılardır.  Sultan  toyuğu  sututarların 
dayaz  yerlərində  qidalanır.  Ona  görə,  suyun  üzü  buz  bağ­
layanda  bu  quş  yem-dən  tapmaq  üçün,  doğma,  yaxşı  bələd  ol­
duqları,  xəlvət,  özgələrin  (xüsusilə  düşmənlərin)  «girə  bilmə­
dikləri»  qamışlığı  tərk  etməyə  məcbur  olur.  Beləliklə,  nabələd 
sultan  toyuğu  asanca  çaqqal  kimi  qəddar  acgözlərin  şikarına 
çevrilir.  Su  səviyyəsinin  qalxması  və son  bir  neçə  ildə  qışın  nis­
bətən  mülayim  keçməsi  sultan  toyuğunun  artmasına  zəmin  ya­
ratmış  və  hazırda  qoruqda  onların  sayının  10-11  minə  çatması 
ehtimal  olunur.  Qoruqda  sultan  toyuğu,  demək  olar  ki,  əsil 
mənada,  hamı  üçün  toxunulmaz  məxluq  sayılır.  Mübaliğəsiz 
göstərmək olar ki,  turac və  sultan  toyuğu  qoruğun  müdriyyəti  və 
işçiləri  tərəfindən  yüksək  professional  qayğı  ilə  əhatə  olunurlar. 
Təsadüfi  deyildir  ki,  son  üç  ildir  ki,  sultan  toyuğu  yaşayan 
sahələr  sabit  qalmaqla,  yeni,  «cavan»  koloniyaların  əmələ  gəl­
məsi  müşahidə edilir.
Quşlar  barədə  söhbətə  yekun  kimi  bir  daha  qeyd  etmək 
lazımdır  ki,  Yer kürəsində  kökü  kəsilmək təhlükəsinə  məruz  qa­
lan  bir  çox  nadir  quş,  min  əzab-əziyyətə  qatlanıb  uca  zirvələr, 
geniş  səhralar  qət  edib,  neçə-neçə  təhlükədən  yayınıb  etibarlı 
Xəzərin  cənub-qərbində  yerləşən  gen  sinəli,  bəhrəli  və  isti-hə­
69
lim  nəfəsli  Qızılağac  körfəzinə-qoruğuna  pənah  gətirir.  Bizim 
borcumuz onları  qorumaqdır!
Qeyd  etmək  lazımdır  ki,  körfəzdə  heyvanların  miqdarı,  ya­
yılması,  artıb-çoxalması  barədə  məlumatlar  fərqlidir.  Bununla 
yanaşı,  son  nəticələr aşağıda  təqdim  olunur.
Qızılağac  körfəzi-qoruğunda  məməli  heyvanların  növ  tər­
kibi  və  miqdarı  yaxın  illərlə  müqayisədə  bir  növ  sabit  qalsa  da, 
ornitafaunanın  sayı  ildən-ilə  dəyişir (cədvəl  6).  Göründüyü  kimi 
körfəz-qoruqda  qeyd  edilən  köçəri  quşların  növ  və  say tərki­
bi  illər  üzrə  dəyişir  ki,  bu  da  bir  növ  qanunauyğun  sayılır.  Orni- 
toloqların  monitorinq  yönümlü  tədqiqatlarından  aydın  olmuşdur 
ki,  məsələn,  qaş-qaldaq  dəstə-koloniyalarının  bizim  qoruğa
Cədvəl  6
Su quşlarının qış mövsümündə sayı
Növ
2007-2008
2008-2009
Çay ördəkləri,  o cümlədən:
269810
245080
Yaşılbaş ördək
96800
71000
Boz ördək
6400
4200
Enliburun ördək
34400
32200
Marek ördəyi
45900
48700
Fitçi-cürə -  Qırıldayan cürə
41000
42100
Bizquyruq  ördək
38900
40500
Cumuldaq  ördəklər
227360
250740
Qular -  cəmi
2050
7930
Qaşqaldaq
151000
158000
Qızılqaz
13700
14200
Qazlar -  cəmi
16180
17400
Qutanlar -  cəmi
420
4740
Qarabatdaq -  cəmi
22300
23700
İyrənclər -  cəmi
9100
11300
Ümumi -  cəmi
711920
733090
gəlmələri 
qar-çovğun 
və 
iqlim-temperatur 
amilləri 
ilə 
əlaqədardır  (Tuayev, 
1978).  Bundan  başqa,  quş  dəstə- 
koloniyalarında  fərdlərin  sayının  bro-konyerliklə  də  əlaqədar


70
olması  göstərilir.
Qızılağac  körfəzinin  fauna-florasının  geniş  şərhi  xüsusi 
yazının  mövzusudur.  Bununla  belə,  təkrar  olsa  da  etiraf  etmək 
lazımdır 
ki, 
qoruqda 
yaşayan 
quşlar 
aləmi 
içərisində 
toyuqkimilərə  aid  olan  turaca,  Azərbaycanda  xüsusi  hüsn-rəğ­
bət  vardır.  Müəlliflərdən  biri,  1960-cı  ilin  aprelindən  2010-cu  ilin 
iyun  ayına  kimi  qoruqda  saysız-hesabsız  elmi  tədqiqat-müşa­
hidələr aparan  vaxtlarda,  həmişə  turacın  vəziyyəti,  onun  qorun­
ması  məsələləri  ilə  maraqlanmış,  ikinci  müəllif  direktor  olduğu 
illərdə  canlı  aləmə  aid  heyvan-bitkilərin  ümumi  mühafizəsində 
turacın  artıb-çoxalması,  qorunması  qayğılarını  ön  planda  saxla­
mışdır.
Cədvəl  7
Turacın biotoplar üzrə məskunlaşması və illər-fəsillər üzrə 
sayca dəyişməsi (Qoruğun hesabatı -  2007-2009)
Biotoplar
Qış
Yaz
Yay
Payız
2007-
2008
2008-
2009
2007-
2008
2008-
2009
2007-
2008
2008-
2009
2007-
2008
2008-
2009
Otluq
525
610
310
270
630
760
580
620  !
Böyürtkən
kolları
760
780
410
380
1720
1710
1450
1260
Yulğunluq
270
250
290
250
480
550
520
480
Qamışlıq
15
25
20
15
25
10
10
15
Cığlıq
50
75
40
45
20
20
20
25
Cəmi:
1620
1740
1070
960
2870
3050
2580
2400
Qoruqda  uzun  illər  işləyən  və  hər  iki  körfəzin  fauna-florasına 
yaxşı  bələd  olan  Fazil  Sadıqov  etiraf edir  ki,  uşaq-lıqdan  indiyə 
kimi  (70  yaşlı)  ərazisində  yaşadığım  qoruğun  quru  sahəsində 
1986  və  1993-cü  illərdə  olduğu  kimi,  turac  sürü-lərinin  şahidi 
olmamışam.  Bütün  qoruqda xidmət edən  işçilər şahiddir ki,  ana 
turac  balaları  ilə  birgə  bütün  marşrutlarda,  hətta  qəsəbə 
qonşuluğunda  dəstə ilə  görünərdi.  Turacın  son  iki  ildə  biotopları
71
saxlansa  da  (otluq,  böyürtkən  kolları,  yulğunluq,  qa-mışlıq,  cığ- 
lıq və s.),  fəsillər üzrə onun  sayca  dəyişməsi  qeyd  edilir (cədvəl 
7).
Maraqlıdır  ki,  hər  iki  ildə  turacın  miqdarı  eyni  kəmiyyətə 
(8140-8150)  bərabər  olmuşdur.  Həmçinin  səciyyəvidir  ki,  turac 
üçün  daha  münasib  biotop  böyürtkən  kolluqlarıdır.
iqlim-hava  şəraitinin  körfəzdə  fauna-floranın  ümumi  inki­
şafına 
təsiri-formalaşması  xüsusiyyəti  ilə  əlaqədardır.  Bu 
barədə,  məsələn,  hava-suyun  temperaturu  Böyük  körfəzə 
nisbətən  kiçik  körfəzdə  bərqərar  olan  canlı  aləmə  daha  fəal 
təsir  edir.  Belə  ki,  qış  dövründə  şax-talı  günlərdə  Böyük 
körfəzdə  suyun  üzü  açıq  olanda,  kiçik  kör-fəzdə  su  buzla 
örtülür,  su  quşları,  qunduzlar və  başqa  hidrobi-ontların  yaşama 
şəraiti  pisləşir.  2007-2009-cu  illərdə  su  obyek-tləri  üzərində  qış 
aylarında  aparılan  müşahidələrdən  məlum  ol-muşdur  ki,  Kiçik 
Qızılağac  körfəzində  ərazinin  buz-qarla  örtül-məsi  vaxtları  da 
dəyişir,  müxtəlif olur (cədvəl  8).
Qeyd etmək lazımdır ki,  dünya miqyasında iqlim  dəyişməsində 
orta illik temperaturun  yüksəlməsi tez-tez yad edilsə  də
Cədvəl 8 :  2007-2008 və 2008-2009-cu illərin qış aylarında
kiçik körfəzdə suyun buzla örtülməsi hadisələri
Suyun buz bağlaması hadisələri
2007-2008
2008-2009
Sahildə ilk bu\\c~ 
WWzun görünməsi
22.12.2007
16.12.2008
Dayaz yerlərin buz bağlaması
26.12.2007
18.12.2008
Akvatoriyanın buzla örtülməsi
05.01.2008
20.12.2002
Dayanıqlı buzla örtülmə
08.01.2008
01.01.2009
Donmuş qarın görünməsi
13.01.2008
02.01.2009
Donmuş sahənin açılması
25.02.2008
17.01.2009
Ərazinin buzdan tam açılması
04.03.2008
27.01.2009
Buzla örtülü günlərin sayı
30
16


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə