Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə15/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

56
30  dəfə  çoxalır.  Təcrübə  müddətində 24-26-cı  sutka  bütün  a n a ­
liz  göstəricilərinin  maksimal  həddi  sayılır  və  bu  günlərdə 
saprofit  bakteriyalar  14-16  dəfə,  destruksiya  göstəriciləri  4 -5  
dəfə,  mikrofloranın  ümumi  sayı  11-12  dəfə  çoxaldığı  halda,  s u ­
da  (təcrübə  sahəsi  )  oksigenə  görə  kritik  vəziyyət yaranır və  s u  
qatlarında  sərbəst  oksigenin  konsentrasiyası  0,03  mq  0 2/-d ə n  
artıq  olmur  (təcrübənin  əvvəlində  7-8  mq  0 2/l  təşkil  etmişdir). 
Səciyyəvidir  ki,  təcrübənin  36-40-cı  günü  mikrofloraya  (aero- 
blar)  aid  göstəricilər əvvəlki  vəziyyət səviyyəsində  qeyd  edildiyi 
halda,  biodestruksiya  proseslərinin  kəskin  zəifləməsi  müşahidə 
olunur  ki,  bu  da  birinci  növbədə,  suda  oksigenlə  təmin  olun­
manın  pozulması  ilə  əlaqələndirilir  (Salmanov,  1999).  Həmçi­
nin  məlum  olmuşdur  ki,  40  gün  ərzində  təcrübə  aparılan 
sahədə  suda  oksigen  100%  sərf  edildiyi  halda  açıq  sahədə 
(kontrol)  həmin  müddətdə  oksigen  məsrəfi  20-22%-dən  çox 
olmamışdır.  Aparılan  təcrübədən  əldə  edilən  qiymətli  nəticə­
lərdən  biri  də  tənəffüsə  görə  bir-birindən  fərqlənən  mikro- 
orqanizmlərin  inkişafında  yaranan  (vaxta  görə)  fərqli  cəhət­
lərdir.  Belə  ki,  mühitdə  əlavə  qidalı  maddələr  yaranan  (meta- 
bolitlər)  günlərdə,  oksigenlə  optimal  təmin  zamanı  aerob 
heterotroflara  aid  mikrosenozun  intensiv vegetasiyası  baş  verir. 
Mühitdə  qaz  rejimində  gərginlik  yarananda,  heterotrof  aero- 
bların  generasiyası  kəskin  dərəcədə  zəifləşir.  Maraqlıdır  ki,  ok­
sigenə  görə  ekstremal  şərait,  fizioloji  cəhətdən  fərqlənən  ana- 
erob  tənəffüs  tipinə  aid  mikrofloranın  inkişafına  təkan  verir. 
Kiçik  Qızılağac  körfəzində  təcrübənin  40-45-ci  günü  anaerob 
bakteriyalardan  denitratlaşdırıcıların,  sulfatlaşdırıcıların  tədricən 
artaraq,  50-55-ci  sutkada  maksimum  miqdara çatması  (kontrola 
nisbətən  14-16  dəfə)  onu  göstərir  ki,  mühitdə  üzvi  maddələrin 
qatılığı  yüksək  səviyyədə  saxlanır.  Məlum  olmuşdur  ki,  bitki 
kütləsinin  çürüyən  sahələrində  anaerobioz  prosesləri  dərinlik­
dən  asılı  olmayaraq  bütün  su  qatlarını  və  dib  çöküntülərini  (lil-
57
qrunt)  əhatə  edir  və  biotopda  məskunlaşan  fauna-floranın  küt­
ləvi  qırğınına səbəb  olur.  Ona  görə hələ 30-35  il  öncə təklif edil­
mişdir  ki,  Kiçik  Qızılağac  körfəzi  şəraitində  ali  bitkilər  tərəfindən 
əmələ  gələn  biokütlə  hövzənin  sularında  ikinci  dərəcəli  bioloji 
məhsulun  əmələ gəlməsinə  mənfi  təsir göstərir və  körfəzin  eko­
loji sabitliyi  üçün  təhlükə  mənbəyi  sayılır (Salmanov,  1999).
Körfəzin  yerləşdiyi  ərazi  və  florası  dəniz  sahillərinə  xas 
olan  bitki  aləminin  xüsusiyyətlərini  özündə  əks  etdirməklə,  Xə­
zərin  su  səviyyəsi  ilə  sıx və  əlaqədar şəkildə formalaşır.  Belə  ki, 
su  çəkilən  ərazilərdə  floranın  əsasını  halofitlər  (quraqlığa  da­
vamlı,  duzluluğa  dözümlü)  təşkil  edir.  Bu  zaman  əvvəl  subasar 
ərazilərdə  inkişaf  edən  bitkilər  məhv  olur.  Su  səviyyəsi  qalxa­
nda  isə,  əksinə,  halofitlər  sıradan  çıxır.  Hər  halda  göstərilən 
təbəddülatı  nəzərə  almadan,  qoruqda  mövcud  olan  ali  bitkilərin 
cəmi  3%-i  su  bitkilərindən  (II  növ),  qalan  97%-ii  isə  quru  ərazi­
lərə aid  bitki  növlərindən  ibarətdir (Quliyev,  1989).  Maraqlıdır ki, 
qoruğun  florasına  Lənkəran  düzənliyinə  aid  bitkilər çox  az  təsir 
etmişdir  (Əliyev,  1962).  Qoruqda  qeyd  olunan  bitkilərin  çox 
qismini  ot  bitkiləri  təşkil  edir.  Mürəkkəb  çiçəkli  və  paxlalı  bitkilər 
ailəsinə  aid  bitkilər  sayca  ikinci  yerdədir.  Qoruqda  4  növ  az 
yayılan  və  3  növ  Qafqaz  endemik  bitkisi  müəyyən  edilir:  hibrid 
qovağı,  sapvari  bağayarpağı,  Qrozgeym  topgülü  və  bir  növ  Az­
ərbaycan  endemiki  -  buruncuqlu  turp.  Qoruğun  ərazisində  bitki 
aləminin  yayılmasında  sahil  xüsusiyyəti  həlledici  rol  oynayır. 
Ona  görə,  yeraltı  duzlu  su  laylarının  münbit  qata  yaxın  və  dərin 
olması,  körfəz ətrafında müşahidə edilən  bitkilərin,  konusvari  üç 
əsas  qurşaqda  yayılmasına  səbəb  olmuşdur:  1)  qamış  cəngəl­
likləri;  2)  şabdar  çəmənlikləri;  3)  yarımsəhra  dənli  efımerlər 
qurşağı.  Məhz  bu  prinsipə  əsasən  körfəzin  sahil  boyu  subasar 
ərazilərdə  duzlaq  çağanından,  çərəndən  ibarət  halofit  bitki 
zonası 
əmələ  gəlmişdir. 
Növbəti 
qurşaq-zonada  şoranlı 
çəmənliklər,  dəvətikanı  ilə  qarışıq  cığ,  cığ-böyürtkən,  yovşan  və


58
nəhayət  yarımsəhralara  xas  olan  dənli-efimer  qrupları  yerləşir. 
Qoruğun  cənub-qərb  hissəsində  müxtəlif otlu-şabdar çəmənlik­
ləri  əmələ  gəlmişdir.  Ərazinin  hündür  yerlərində  böyürtkən,  nar 
kolluqları  üstünlük  təşkil  edir.  Ərazidə  yulğun  cəngəllikləri  də 
böyük  sahələr zəbt etmişdir.
Bitki  qrupları,  demək  olar  ki,  torpağın  duzluluq  (şoranlıq) 
və  nəmişlik  xüsusiyyətinə  əsasən  yayılır.  Məsələn,  quru  ərazi­
lərin,  bataqlıq,  su  ilə  örtülü  sahələrin  üstünlük  təşkil  edən  bitki 
zonaları.  Bundan  başqa,  oxşar  struktura  malik  olan  Böyük  və 
Kiçik  Qızılağac  körfəzlərinin  bitki  qrupları  arasında  da  fərq  var­
dır.  Məsələn,  Böyük  körfəzin  dərin  sulu  sahələrində  kiçik  də- 
nizotu,  dayaz  yerlərində  dib  (bentik)  göy,  diatom  yosunlar  üs­
tünlük  təşkil  edirsə,  kiçik  körfəzin  sulu  yerlərində  su  çiçəkləri, 
buynuzyarpaq,  sulələyi,  dəniz  lığvari,  ciyən  və  b.  bitkilər geniş 
yayılmışdır.
Qızılağac  qoruğunun  bitki  aləmi,  demək  olar  ki,  ərazidə 
bərqərar  olan  fauna  üçün  zəruri  qida,  yem  mənbəyidir.  Biokütlə 
və  tutduğu  ərazi  baxımından  50  növ  dənli-ot  bitkiləri  içərisində 
adi  qamış  üstünlüyə  malikdir.  Qoruğun  bütün  sahil,  dayaz 
zonaları,  kanalları  və  quru  sahəsinin  çox  hissəsini  qamış  örtür. 
Kiçik  körfəzdə  qamışın  boyu  4  m-ə  çatır.  Biokütlə  yaratmasına 
görə  2-ci  yeri  nazikyarpaq  su  qamışı  tutur.  Həmin  bitki  çox 
yerdə  12  növdən  ibarət  cillərlə  (quşotu)  birgə,  qarışıq şəkil­
də bitir.
Bataqlıq  və  yarımbataqlıq  ərazilərin  əsas  florası  üçgül  və 
yumrukök  dəniz  qamışıdır.  Sonuncu  bitkinin  yeraltı  kök  yum­
ruları  boz  qazlar  üçün  mühüm  yemdir.  Yeri  gəlmişkən  qeyd 
etmək  lazımdır  ki,  qoruğun  qiymətli  quşlarından  sayılan  ağalın 
(qaşqa)  və  çığırqan  (harayçı)  qazları  yemlə  təmin  etmək  üçün 
əvvəllər  (60-80-cı  illər)  payızlıq  arpa  əkilirdi.  Həqiqətən,  belə 
ərazilərdə  on  minlərlə  qaz  sürülərinə  rast  gəlmək  adi  hal  idi. 
Böyük  Qızılağac  körfəzinin  dayaz  sahələrində  zostera,  su  sün­
59
bülü  geniş  yayılmışdır  ki,  onlar  qaşqaldağın  əsas  yemi  hesab 
olunurlar.  Həm  şirin,  həm  duzlu  sularda  inkişaf  edən,  bir  çox 
çirkləndirici  maddələrə  davamlı  olan  su  sünbülü  nişasta  ilə  zən­
gindir.  Qoruqda  qışlayan  ördəkkimilər  üçün  bu  bitki  əsas  yem 
olmaqla,  bir çox  su  quşlarının yem  balansında  mühüm  yer tutur.
Qoruğun  ərazisində  qeyd  olunan  nadir  bitkilərdən  biri  -  
həşəratyeyən  adi  qovuqcadır və  bu  bitkiyə  yalnız  kiçik  körfəzdə 
təsadüf edilir.
Qoruğun  quru  və  düzənlik  ərazilərində  iki  növ  cığ  geniş 
yayılmışdır  və  regionun  fəxri  sayılan  turacın,  qırqovulun  əsas 
dəni  hesab  edilir.  Qoruğun  cənub  hissəsində  böyürtkən  və  yıl- 
ğın  geniş  ərazilər  tutur.  Ərazidə  qeyd  olunan  37  növ  paxlalılar 
ailəsinə  mənsub  bitkidən  ən  geniş  yayılanlar  xəşənbül  və  yon­
cadır.  Quru  sahənin  əsas  florası  sayılan  bu  bitkilər  otyeyən 
məməlilər  üçün  əvəzsiz  yem  mənbəyidir.  Qoruğun  bitki  alə­
minin  görkəmi,  formalaşması  quru ərazinin  yaranma müddəti  ilə 
(yaşı) əlaqədardır.  Ona görə,  burda  qeyd  olunan  bitkilərin  əksə­
riyyəti  tez  formalaşan  və  sadə  quruluşlu  (strukturlu)  növlərdir. 
Qoruqda  bitki  aləminin  inkişafı,  sabitliyi  ərazidə  su  rejiminin  də­
yişməsindən  asılıdır.
Qızılağac  körfəzində  son  dəfə  su  səviyyəsinin  aşağı  düş­
məsi,  suyun  duz  rejiminin  dəyişməsi,  ərazidə  üstünlük  təşkil 
edən  zostera  kimi  (su  quşlarının  qiymətli  yemi)  bitkinin  ix­
tisarına,  onun  əvəzinə  isə  daraqlı  dib  yosununun  artmasına 
səbəb  olmuşdur.  Qoruğun  faunası  üçün  ənənəvi  qida,  yem  bit­
kilərinin  qısa  vaxtda  azalması,  başqa  növlərlə  əvəz  olunması 
ərazinin  biotop  xüsusiyyətlərini  kökündən  dəyişir.  Ekoloji  ba­
xımdan  yem  bazasının  dəyişməsi  vaxtı,  sonra  formalaşan  ko- 
nsumentlər  üçün  (qidalanan)  lazım  olan  müddətdən  qısadır. 
Produsentlə  (ilkin  üzvi  maddələri  yaradanlar,  yəni  bitkilər)  kon- 
sumentlər  arasında  mövcud  olan  və  uzun  müddətdə  tənzi­
mlənən  trofik  əlaqələrin  pozulması  regionun  fauna  cəhətdən


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə