Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə16/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

60
kasadlaşmasına  səbəb  olur.  Ona  görə,  Xəzərin  su  səviyyəsinin 
dəyişməsi,  yəni  son  50  ildə  aşağı  düşüb-qalxması,  Qızılağac 
qoruğuna  böyük  ziyanlar  vurmuşdur.  Əlbəttə,  Qızılağac  b ö l­
gəsinin  bioloji  məhsuldarlığının  azalması  səbəbləri  çoxdur.  L a ­
kin,  bir  daha  etiraf etmək  lazımdır  ki,  təbii  amillərlə  yanaşı,  a n t­
ropogen  faktorlar  yaranmış  uyğunsuzluqda  daha  kəsərli  am il 
sayılır.
Qızılağac  qoruğunun  mərkəzində  ayrıca  dəvətikanı  və 
yovşan  sahələri  vardır.  Yovşanla  örtülən  ərazilər  bəzgəklərin 
əsas  qışlama  yeridir.
Ümumiyyətlə,  iqlim  və  fiziki-coğrafi  xüsusiyyəti  ilə  əla­
qədar  olaraq,  qoruğun  ərazisində  üstünlük  təşkil  edən  bitkilər 
efimerlərə  aiddirlər.  Ona  görə,  bu  bitkilər  qoruqda  payız  yağ­
murları  ilə  «oyanır»,  qışda  «mürgüləyir»,  yazda  isə sıçrayışla  in­
kişaf edib  göz oxşayan  mənzərə yaradırlar.  Qoruğun  ərazisində 
söyüd,  qovaq,  nar,  əncir  və  b.  ağac-meyvə  növlərinə  də  rast 
gəlinir  (əksəri  əllə  əkilib).  Qoruğun  bitki  aləminin  tacı  -   qırmızı 
kitaba düşən  qəşəng  səhləbdir (orxidey).
Qızılağac  körfəzinin  bitki  aləmi  barədə  yuxarıda  ümumi 
şəkildə  məlumat  verilsə  də,  etiraf  etmək  lazımdır  ki,  ərazidə 
məskunlaşan  bütün  prototrof-konsument  fauna  üçün  əsas  en­
erji  mənbəyi  sayılan  ibtidai  və  ali  bitkilərin  qənaətbəxş  elmi 
izahı  xüsusi  toplunun  mövzusudur.  Bununla  belə,  son  məlu­
matlara  istinad  etməklə  (Hacıyev,  Yusifov,  2003),  hövzənin  su 
ilə  örtülü  və  quru  sahəsində  təsadüf  olunan  bitkilər,  fəsilə  ba­
xımından  aşağıda  yad edilir:
Göy-yaşıl  yosun şöbəsinə  məxsus  (Cyanophuta)  iki fəsilə -  
Rivulyar və Ostsillator,
Yaşıl  yosun  şöbəsindən  4  fəsilə  -   Ultrixlər,  Kladoforlar, 
Spirogirlər və Ziqnemlər,
Xara yosun  (Charophyta)  şöbəsi -  xara fəsiləsi;
Şibyələrdən  {Lichenes)-  Teloşistlər fəsiləsi;
61
Qıjıkimilər  (Moxovignia)  -   (Bryophyta)  şöbəsi  -   Trixos- 
tomlar; Funarilər;  Briyerlər və  Braxiteslər fəsiləsi.
Qeyd  etmək  lazımdır  ki,  oduncaqlı  bitkilər  əlimizdəki  son 
mənbədə  daha  geniş  təqdim-təsvir  olunur  -  66  fəsilə,  215  cins 
və  346  növə  məxsus  bitkilər.  Onlardan  fəsilələr 
sıra  sayı 
ilə: 
1.  Salviniya  (Saiviniaceae);  2.  Marsiliya  (Marsileaceae)]  3.
Acılıq  (Ephedraceae);  4. 
Çiyən 
(Typhaceae)]  5. 
Dənizotu
Zosteraceae);  6.  Suçiçəyi  (Polamegetonaceae);  7.  Ruppiya  (Rup- 
piaceae);  8.  Zannikelliya  (Zannichenliaceae)',  9.  Bağavər  (AIis- 
mataceae),  10.  Suoxu  (Butomaceae);  11.  Taxıllar  (Poaceae  Barn­
hart)  -   Bu  fəsilə  aid  45  növ  qeyd  edilir.;  12.  Cil  (Cypera
ceae)\  13.  Su  gülü  (Lenmaceae)',  14.  Cığ  (.hmcaceae);  15.  Zambaq 
(AUiaceae)', 
16. 
Quşüzümü 
(A sparagaceae); 
17. 
Səhləb
Orchidaceae);  18.  Söyüd  (Sa/iqaceae)',  19.  Qarağac  (ll/maceae); 
20.  Tut  (Moraceae);  21.  Gicitkan  ((/rticaceae)]  22.  Qırxbuğum 
(Polygonaceae)]  23.  Tərçiçəklilər  (Chenopodiaceae)',  24.  Pencər 
(Amaranthaceae);  25. 
Qərənfil  ((iaryopillaceae),
26.  Buynuzyarpaq 
(Ceraiophyllaceae)',
 
27.  Qaymaqçiçəklilər 
(Ranııncnlaceae),
 
28.  Lalə  (
Papaveraceae)',
 
Şahtərə 
(Tııma-
riaceae
);  30.  Xaççiçəklilər  (
Brassicacea
);  31.  Qızılgül 
(Rosa- 
ceae)\
 
32.  Dovşan  kələmi  (
('rassnlaceae
);  33.  Paxlalılar 
( l a ha- 
се ae) 
  Taxıllar  fasiləsindən  sonra  Paxlalılar  2-ci  yerdədir  -   42 
növ;  34.  Ətirşah  (
Geraniaceae
);  35.  Zəyrək  (
Linaceae
);  36.  Həl- 
məl  (
Zygophyllaceae
);  37.  Südləyən 
(Enphorbiaceae)',
 
38.  Su  ul­
duzu  (
Callitrichaceae
);  39.  Əməköməci 
{Malvaceae)',
 
40.  Darı 
(Hyper/caceae)',
 
41.  Frankeniya 
{Frankeniaceae)\
 
42.  Yulğun 
(Ta­
mar icaceae),
 
43.  Arlarot 
(Lythraceae)\
 
44.  Nar 
(Pinicaceae Horan), 
45.  Onaqra  (
ünaqraceae
);  46.  Filgilə 
(Haloraqaceae)', 
A l.  Çətir- 
çiçəklilər  (
Artaceae
);  48.  Novruzçiçəyi  (
Primulaceae
);  49.  Dəvə- 
yağı  (
Limoniaceae
);  50.  Qurşunçiçəklilər  (
Limoniaceae 
Ser.)',
51.Acıotu  (
Centianaceae
);  52.  Kəndir 
(Apocynaceae)]
 
53.  Acı- 
otu 
(Asclepiadaceae)
,  54.  Sarmaşıq  (
Corıvolvulaceae
); 
55.  Sü-


62
mürgərı  (Boraginaceae);  56.  Minaçiçəyi  (Verbenaceae)\  57.  D o- 
daqçiçəklilər  (Lomiaceae);  Quşüzümü  (Solanaceae);  59.  Pərxim 
(,Scrophulariaceae); 
60.  Orabanş  (Orobaııchaceae);  61.  Qovuq-
ca  {Lentibıtlariaceae);  62.  Bağayarpağı  (Plantaginaceae);  63.  B o- 
yaqotu  (Rııbiaceae)]  64.  Pişikotu  ( Valerianaceae);  65.  Balqabaq 
(Cnaırbitaceae)] 
və  66.  Mürəkkəbçiçəklilər  {Asteraceae)  fa s i­
lələri .
Qızılağac körfəzinə  aid  müəyyən  edilən  floranın  coğrafi,  ekoloji, 
iqtisadi  və  başqa  cəhətlərdən  analiz  edilməsi,  qiym ətlən­
dirilməsi  V.Hacıyev,  E.Yusifov  tərəfindən  yerinə  yetirilm işdir 
(2003).  Aydın  olmuşdur  ki,  körfəzin  sahəsində  müxtəlif  biotop- 
yaşayış  məskəni  formalaşdığına  görə,  həmin  ekoloji  taxçalarda 
da  müxtəlif  fauna-flora  inkişaf  edir.  Həmçinin  etiraf  edilir  ki, 
qoruq-körfəzdəki  mövcud  şəraitdə  canlı  aləmin  yaşaması  üçün 
başlıca  amil,  nəmişlik  və  duzluluğa  uyğunlaşmadır.  Məhz,  n ə ­
mişliyə  görə  sahənin  florası  qidrofit  (18  növ),  qiqrofit  (29  növ), 
mezofit  (191  növ)  və  kserofit  (108  növ)  qruplara  aid  edilir.  Son 
30  ildə  hövzədə  baş verən  ekoloji fəsadlar,  ərazidə canlı  aləmin 
sabitliyini  dəyişmişdir  ki,  onlardan  floranın  inkişafı  xüsusilə  ay­
dın  nəzərə  çarpır (bu  barədə xüsusi  qeyd edilir).
K örfəzin  faunası.  Qızılağac  körfəzinin  faunasında  ibtida- 
ilər-onurğasızlar  həm  sayca,  həm  də  növə  görə  üstünlük  təşkil 
edirlər.  Əldə  olan  son  məlumatlara  görə  (Əliyev,  1993;  Mirzə- 
yev,  1993).  Böyük  Qızılağac  körfəzində  205  növ  onurğasız  aş­
kar  edilmişdir.  Onlardan  30  növ  zooplanktona,  109  növ  mikro- 
zoobentosa  və  66  növ  makrozoobentosa  aiddir.  Zooplanktonda 
kladosera  (46,7%),  mikrozoobentosda  infuzorlar  (82,5%),  mak- 
rozoobentosda  isə  molyuskalar (42,4%)  üstünlük təşkil  edir.
Kiçik  Qızılağac körfəzində 453  növ onurğasız  qeyd  olunur. 
Onlardan  69  növ zooplankton,  164  növ  mikrozoobentos və 220 
növ makrozoobentos təşkil  edir.  Göründüyü  kimi,  kiçik  körfəzdə 
ibtidai  canlıların  növ  sayı  Böyük  körfəzdən  2  dəfə  çoxdur.  Ma­
63
raqlıdır  ki,  kiçik  körfəzdə  qeyd  olunan  ibtidailərdən  128  növ  fito- 
fil  (bitkisevər) xassəyə  malik  növlərdir.  Həmçinin,  Böyük  körfəz­
dən  fərqli  olaraq,  kiçik  körfəzin  zooplanktonunda  kolovratkalar 
birinci  yer  tutur.  Əlbəttə,  Qızılağac  körfəzlərində  məskunlaşan 
onurğasızlar  ilk  növbədə  yaşadıqları  mühitin  xüsusiyyətləri  ilə 
əlaqədardırlar.  Göstərilən  canlılar  mühitin  duzluluq,  dib  çökün­
tülərinin  morfoloji,  mexaniki  və  başqa  xassələrinə  müvafiq  ola­
raq inkişaf edirlər.
Qızılağac  körfəzlərində  qeyd  olunan  onurğasızlar  ekoloji 
sistemin  fəal  biosenozlarıdır  və  onlar  müxtəlif  növə  mənsub  fa­
unaların,  o  cümlədən  də  balıqların  qida  mənbəyi,  yem  bazası 
sayılırlar.  Bundan  başqa,  onurğasız  canlılar  həm  su  qatlarında 
(planktonlar),  həm  də  dib  çöküntülərində  (bentos)  üzvi  mad­
dələrin,  detritin  və  başqa  substratların  deqradasiyasında  (par­
çalanma,  bəsidləşmə)  mühüm  rol  oynayırlar.  Səciyyəvidir  ki, 
onurğasızların  bir  neçə  növü,  su  hövzələrinin  saprobluq  dərə­
cəsini,  yəni  çirklənməsini  təyin  etməyə  imkan  yaradır.  Hətta,  elə 
növlər  vardır  ki,  onların  sularda  aşkar  edilməsi  sanitar  xid­
mətində  əsas  göstərici  kimi  istifadə  olunur.  Bu  qismə  aid  onur- 
ğasızlar  bioloji  indikatorlar  adlanırlar.  Bu  baxımdan  indikator or­
qanizmlər  əsasən  iki  cür  çirklənmədə  -   kimyəvi  və  bioloji  çir­
klənmələrdə etibarlı  göstərici  sayılır.
Qeyd  etmək  lazımdır  ki,  Qızılağac  körfəzi  qoruğunun  nis­
bətən  ali  sayılan  heyvanat  aləminin  növ  xüsusiyyətinə  dair elmi 
mənbələrdə  müxtəlif  rəqəmlər  göstərilir.  Xüsusi  ilə  quşlara  dair 
məlumatlar  arasında  xeyli  fərq  tapmaq  olar.  Bununla  belə, 
mümkün  qədər  son  illərə  aid  dəlillərə  əsaslanaraq  (Vorobyova, 
1979;  Əliyev,  Həsənov,  1993)  göstərmək  olar  ki,  hazırda  qoruq 
ərazisində  380  növə  mənsub  onurğalı  heyvan  məskunlaş­
mışdır.  Onların  23  növü  məməlilər,  270  növü  quşlar,  12  növü 
suda-quruda yaşayanlar,  75  növü isə  balıqlardır (47 növ  Böyük, 
31  növ  kiçik  körfəzdə).


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə