Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə19/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

72
(Məmmədov  və  b.),  son  5-6  ildə  Qızılağac  körfəzi  ərazisində 
qar  yağması,  suyun  donması  müşahidə  edilmişdir.  Ə gər  su 
səthinin  buzla  örtülməsi  su-bataqlıq  heyvanlarının  ilk  növbədə 
qidalanmasında  problem  yaradırsa,  quru  sahələrin 
qarla 
örtülməsi  də  quru  ərazidə  məskunlaşan  heyvanat  alə-minin 
çətin  vəziyyətinə  səbəb  olur  (şəkil  2).  Quru  ərazinin  qarla 
örtülməsi,  qoruğun  qiymətli  sakinlərindən  biri  sayılan,  quşlar 
aləmində  gözəlliyi  ilə  seçilən  turacın  həyatında  arzuolunmaz 
gərginlik  yaradır.
M əm əlilər.  Yuxarıda  göstərildiyi  kimi,  Qızılağac  qoruğun­
da  23  növ  məməli  və  12  növ  suda-quruda  yaşayan  heyvan 
məskunlaşmışdır.  Onların  bəziləri
Şəkil 2.  Qızılağac qoruğunda qarlı qış (2009-cu il) 
barədə  bəhsin  əvvəlində  müəyyən  anlayışlar  verilsə  də,  qoru­
ğun  mahiyyətini  qismən  tam  dərk  etmək  üçün  aşağıda  bir  neçə 
növə  mənsub  heyvanların  yayılma  və  həyat  tərzi  xüsusiyyət­
lərinə ötəri  nəzər salmaq faydasız olmaz.
Qoruqda  qeyd olunan  məməlilər sinfi  7  dəstəyə ayrılır.
73
Həşəratyeyənlər  dəstəsinə  iki  növ  kirpi  daxildir:  uzunquy- 
ruq1 və Qafqaz ağdişliləri.
Qoruqda  əliqanadlılar  dəstəsi  də  2  növ  könlücəni  -   nat- 
zius və  dəriyəbənzər könlücələri  təmsil  edir.
Dovşankimilər  dəstəsinə  məxsus yalnız boz dovşan 
müşahidə  olunmuşdur  və  qoruğun  hər  yerində  onlara  təsadüf 
edilir.  Növ tərkibinə görə gəmiricilər dəstəsi  çoxluq təşkil  edir (9 
növ).  Onlardan  ərəb  dovşanı,  qırmızıquyruq  quşluca  (qum  siç­
anı)  qoruqda  geniş  yayılmış  gəmiricilərdəndir.  Bu  heyvanlar 
taun  xəstəliyi  törədicilərini  yayırlar.  Ərazidə  qara  siçovul  və  ev 
siçanı  populyasiya  baxımından  çoxluq  təşkil  edənlərə  aid  olu­
nurlar.
Kiçik  Qızılağac  körfəzinin  bataqlıq  sahələri,  Kalinin  limanı, 
Lo-patin  və  Aquşa  subasar  əraziləri,  su  çölsiçanının  geniş  ya­
yılan  biotoplarıdır.  Qoruğun  quru  sahələrində  isə  adi  çölsiçanı 
geniş  yayılmışdır.  Son  illər  hər  iki  növ  heyvanın  qoruqda  geniş 
ərazilərə  yayılması  qeyd  olunur.  Məsələn,  1987-ci  ildə  qoruğun 
şimal  hissəsində 9  min  ha  sahədə su və adi  çölsiçanlarının  çox­
saylı və geniş sahəli  koloniyaları  qeyd edilmişdir.
Qoruqda  məskunlaşan  gəmiricilərin  ən  irisi  bataqlıq  qun­
duzudur  (nutriya).  Bu  qiymətli  xəz  dərili  heyvanın  qoruqda  pey­
da olması  barədə  qısa  arayış verək.
İlk  dəfə  Qızılağac  qoruğuna  1931-1932-ci  illərdə  80  baş 
qunduz  gətirilmişdir.  Lakin,  4  ildən  sonra,  yəni  1935-ci  ilin  şax­
talı  qış  mövsümündə  bütün  sürü  məhv  olmuşdur.  1959-cu  ildə 
ikinci  dəfə  qoruğa  396  baş  qunduz  buraxıldı.  Təxminən  on  il 
müddətində  qunduzlar sürətlə artaraq,  sərfəli  və  məhsuldar  ob­
yekt  kimi,  xüsusi  qunduzçuluq  təsərrüfatına  çevrildi.  Statistik 
məlumatlara  görə  (1990-cı  il  üçün)  elə  mövsümlər olub  ki,  qun­
duzçuluq təsərrüfatı  15,  17,  hətta 20 min  xəz tədarük etmişdir.
1 Qeyd: 
Bəzi  ədəbi  mənbələrdə  uzunquyruq  ağdiş  kirpi  fars  (persidskiy)
kirpisi  adı  ilə də  qeyd  edilir.


74
Qunduzların  əsil  qənimi  şaxtalı  qışdır.  Su  səthinin  buzla 
örtülməsi,  bu  heyvanları  qida-yem  mənbələrindən  məhrum  edir. 
Çünki,  qunduzlar  əsasən  su  bitkiləri,  təzə  qamış  zoğları-kökləri 
ilə  qidalanırlar.  Qış  fəslində  su  bitkilərinin  vegetasiyası  süstləş­
diyi  üçün,  qunduzların  yem  vahidinin  əsasını  onların  kök  sistem­
ləri  təşkil  edir.  Suyun  üzü  buz  bağladıqda  qunduz  yem  tapmaq 
imkanını  itirir.
Qeyd  etmək  lazımdır  ki,  son  35  ildə  (1960-1995)  qunduz­
ların  həyatında  bir  neçə  dəfə  təhlükəli  qış  günləri  olmuşdur. 
Məsələn,  1969-1970,  1971-1972,  1975-1976,  nəhayət,  1993- 
1994-cü  illərdə  qoruqda  şaxtalı-çovğunlu  günlərdə  qunduzlar 
arasında  kütləvi  qırğın  baş  vermişdir.  Ancaq  qoruğun,  qun- 
duzçuluq təsərrüfatı  işçilərinin fədakar  əməyi,  onların  ikinci  dəfə 
tamamilə  məhv  olmasının  qarşısını  almışdır.  Qunduzların  sürət­
lə  nəsilvermə  qabiliyyətinə  malik  olması,  Kiçik  Qızılağac  körfə­
zinin  bitki  örtüyü  sahələrinin  böyüməsi-genişlənməsi,  bu  hey­
vanların  sayca  artmasına  müsbət  təsir  göstərmişdir.  Təsadüfi 
deyildir  ki,  1989-cu  ildən  sonra  qunduz  ailələri  Kiçik  Qızılağac 
körfəzi  ərazisindən,  necə  deyərlər,  kənara  çıxıb,  Kalinin  limanı, 
Aquşa  subasarlarında  məskunlaşmışdır.  Yeri  gəlmişkən  qeyd 
etmək  lazımdır  ki,  qunduzların  sayca  artırılması  üçün  Kiçik 
Qızılağac  körfəzinin  imkanları  çox  genişdir,  ilk  növbədə,  kifayət 
qədər  yem  bazası  və  ərazinin  böyüklüyü  müasir  tələblərə  ca­
vab  verən,  iqtisadi  baxımdan  olduqca  sərfəli  təsərrüfat  yarat­
mağa  imkan  versə  də,  təəssüflər  olsun  ki,  son  20  ildir  bu  vacib 
sahədə  işlərə son  qoyulmuşdur.
Qoruqda  kürəkayaqlılar  dəstəsinin  bircə  nümayəndəsi  -  
Xəzər  suitisinə  təsadüf  olunur.  Əksərən  balıq  sürülərini  izləyən 
suitilər,  Böyük  Qızılağac  körfəzində  görünür  və  çox  vaxt  suiti 
dəstəsində 4-6  baş heyvan  olur.
Qoruqdakı  dırnaqlılar  dəstəsinin  bir  növ  nümayəndəsi  -  
çöl  donuzu  məskunlaşıb.  Bu  heyvanların  inkişafı  üçün  qoruqda
75
şərait  olduqca  əlverişlidir.  Hesablamalara  görə  (1989-cu  il),  qo­
ruqda  çöl  donuzlarının  sayı  700-750  başa  çatırdı.
Başqa  regionlardan  fərqli  olaraq  qoruqda  yaşayan  do­
nuzlar,  demək  olar  ki,  oturaq  həyat  keçirirlər.  Həqiqətən,  yaşa­
maq  üçün  əlverişli  şəraitlə  (iqlim,  yem,  münasib  yer-ərazi)  tə­
min  olunduqları  üçün  onların  miqrasiyasına  ehtiyac qalmır.
Çöl  donuzu  qarğı-qamış  cəngəlliklərinin  sakini  sayılır.  Hət­
ta,  onların  bədən  quruluşu  təkamül  dövründə  bu  cür  çətin  keçi­
lən  ot-ormana uyğun  şəkildə formalaşmışdır.  Çöl  donuzu  xüsusi 
ilə,  erkək  donuz  güclü  heyvandır.  Çöl  donuzları  sürü  şəklində 
həyat  sürürlər.  Hər  sürüdə  bir  erkək  başçı,  2-3  dişi  donuz, 
keçən  ildə  və  bu  ildə  doğulan  balalar  olur.  Bu  heyvanların  cüt- 
ləşmə  dövrü  payız,  dölvermə  dövrü  isə  yazın  əvvəllərinə  aiddir. 
Bala  doğmamışdan  qabaq,  ana  donuz  sürüdən  yayınıb  xüsusi 
yer-yataq  hazırlayır.  Bunun  üçün  o,  quru  qarğıları  dişləri  ilə  sın­
dırır  (sanki  dəstə-dəstə  biçir).  Sonra  onları  daşıyıb  bir  yerə  top­
layır.  Kifayət  qədər  quru  qamış  toplanandan  sonra  heyvan  onu 
tapdalayır.  Sonrakı  mərhələdə  başı  ilə  bir  növ  tunel-yuva 
yaradır.  Doğum  üçün  seçilən  yer  kanal  sahili,  bənd  kənarı  və 
özü  də  mütləq  quru  olmalıdır.  Balalar  dünyaya  gələndən  sonra 
ana  donuz  10-12  gün  körpələri  tərk  etmədən  onların  keşiyini 
çəkir.  Çöl  donuzları  gündüzlər  sıx  qamışlıqda  olur,  şər  qarı­
şanda  və  şavaq  vuranda  (sübh  çağı)  otlamağa  çıxırlar. 
Ağcaqanad,  mozalan  və  başqa  qansorucu  həşəratlardan  qoru­
nmaq  üçün  çox  vaxt  onlar  yayda  camış  kimi  suda  dincəlirlər. 
Onların  əsas  yemi  qamış,  qarğı  kökləri  və  başqa  tərəvəz-bos­
tan  bitkiləridir.  Ümumiyyətlə,  çöl  donuzları  hər  şey  yeyən  hey- 
vanlardandır:  yağış  qurdları,  soxulcan,  həşərat  sürfələri,  su 
ilanı,  koramal,  kərtənkələ  və  s.  imtina  etmirlər.  Sübut  olunmuş­
dur  ki,  çöl  donuzları  quş  balalarını,  quş  yumurtalarını  (yerdə 
olan  yuvalardan)  öz rasionlarından  kənar hesab  etmirlər.
Qoruq  ərazisində  məskunlaşan  məməli  heyvanlar  içəri­


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə