Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə24/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

92
qərb  sahillərində geniş  yayılmaqla,  əsrlər boyu  əhalinin  gün-gü­
zəranında,  iqtisadiyyatında  müstəsna  əhəmiyyət kəsb  edən  ba­
lıqlardan  olmuşdur.  Təsadüfi  deyildir  ki,  külməni  «hamı  üçün» 
əldə  edilməsi  mümkün  olan  balıq  saymışlar.  Külmənin  əsas  sü­
rüləri  Qızılağac  körfəzi  akvatoriyasında  məskunlaşmışdır  və 
onun  kütləvi  ovlanması  da  bu ərazilərdə  aparılmışdır1.  Külmənin 
də  Sara  və  Kür  populyasiyaları  olmuşdur.  Həmişə  Sara  popul- 
yasiyası  üstünlük təşkil  etmişdir.  A.N.Derjavinə  görə  (1929)  Kür 
hövzəsindəki  Muğan  su  daşqınları  ilə  əlaqədar  olan  göllərin 
quruması,  Kürdəki  külmə  vətəgələrinin  ləğv  edilməsinə  səbəb 
olmuşdur.  Cinsi  yetişkənliyi  üçün  2-3  il  tələb  olunan  külmə  ba­
lığı  (bir  ilə  də  cinsi  yetişkənliyə  çatan  fərdlərə  təsadüf  olunur), 
6-130  min  kürü  tökür.  Onun  uzunluğu  15-30  sm,  çəkisi  310- 
400  q-a  (bəzən  600  q)  çatır.
Başqa  növ  balıqlar  kimi,  külmənin  də  tədarük  edilməsinə 
dair  göstəricilər  kəskin  dərəcədə  fərqlənir.  Külmə  əsasən  Bö­
yük  Qızılağac körfəzində  ovlanmışdır.
Siyənək.  Xəzərdə  qeyd  olunan  siyənəklər  həm  keçici  və 
həm  də  dənizdə  artıb-çoxalan  növlərə  bölünür  (cəmi  8  növ  və 
yarım  növ;  Z.M.Quliyev,  1989).
Müşahidələrə  görə  Böyük  Qızılağac  körfəzində  siyənək 
dəstələri  daimi  məskənləşmirlər.  Bununla  belə,  bu  balıqlar  Cə­
nubi  Xəzərin  qərb  sahillərində  geniş  yayılmışdır  və  külli  miq­
darda  ovlanır.  Təsadüfi  deyildir  ki,  Kürətrafı  dayazlıqlarda  ovla­
nan  siyənəklər  daha  qiymətli  sayılmışdır.  Bu  yerlərdə  ovlanan 
qarabel  siyənək  balığı,  bəzən  1,2-1,5  kq-a  çatmış,  «Kür  zalo- 
mu»  adı  ilə şöhrətlənmişdir.
Səciyyəvidir  ki,  dünyada  bir  çox  hövzələrdə  ovlanan  siyə­
nəklər  içərisində  Xəzər  siyənəyi  ən  yüksək  qiymətləndirilmişdir 
(rəhmətlik  H.Z.Tağıyevin  Parisdə  açdığı  «Xəzər  zalomu»  düka­
1 Qeyd: 
Azərbaycanın  bütün  su  hövzələrində ovlanan  bölgənin  95%-i  Sara
yarımadası sahillərinə  məxsus  olmuşdur.
93
nı  böyük şöhrət qazanmış və deyilənlərə görə,  həmin  ad altında 
o mağaza indi  də işləyir).
Siyənəklərin  balıq  sənayesində tutduğu  yeri  dolğun  təsəv­
vür etmək üçün  bir neçə  rəqəm göstərək.
1923-cü  ildə  N.Knipoviç  yazmışdır  ki,  siyənək  vətəgəsi 
Xəzərin  başlıca  balıq  təsərrüfatıdır,  belə  ki,  təkcə  Volqada  bir 
ildə  1  milyard 480  min  baş  siyənək  ovlanmışdır  (256  min  sent.). 
1930-cu  ildə  Giləzi  sahillərində  birdəfəlik  süzmə  torla  tutulan 
balıqları  yığıb-yığışdırmaq  üçün  200  adam  işləmiş,  ovlanan  sər­
vəti  daşımaq  üçün  isə,  hər  biri  12-15  ton  yük  götürən  18 vaqon 
lazım  olmuşdur (Knipoviç,  1928;  Derjavin,  1956).
Nərə.  Xəzərdə  onun  əsas  iki  yarımnövü  qeyd  olunur -  rus 
nərəsi  və  Kür  nərəsi.  Onların  başlıca  fərqi  rənglərinə  görədir. 
Bundan  başqa,  tutduqları  ərazilər  cəhətdən  də  səciyyələnirlər. 
Bəzən  balıqçılar  arasında  Kür  nərəsini  fars  nərəsi  kimi  də  ad­
landırırlar.  Kür  nərəsinin  həyatı  Kür  hövzəsi  ilə  əlaqədardır  və 
bəzi  dəstələri  Orta  Xəzərin  qərb  sahillərinə  miqrasiya  edir.  Kür 
nərəsi  16-19 yaşında  nəsil  verir və  80  kq  çəkiyə çatır.  Onlar 50- 
55 il ömür süsürlər.
Kür  çayında  nərənin  xüsusi  vətəgələri  olmuş  və  il  boyu 
min  sentnerlərlə  balıq  ovlanmışdır.  Nərə  balıqlarının  emalı,  kürü 
tədarükü  üçün  Bankə  qəsəbəsində  xüsusi  kombinat  yaradıl­
mışdır.  Kür  çayında  tədarük  olunan  məhsullar  həmişə  yüksək 
qiymətləndirilmişdir.  Təəssüflər  olsun  ki,  son  50  ildə  nərənin 
tədarükü  yox  dərəcəsinə  enmişdir və  Kür çayında  nərə  balıqları 
körpələrinin  artırılması  üçün  fəaliyyət göstərən  zavodlara  lazımi 
törədicilərin  belə  vaxtında  tədarük  edilməsi  böyük  problemə 
çevrilmişdir  (Son  vaxtlar  Neftçala  rayonunda  müasir  tələblərə 
uyğun  yaradılan  balıqartırma  zavodunda  törədicilərlə  tam  tə­
minat  problemə  çevrilmişdir).
Kələm o  və  U zunburun.  Hər  iki  növ  balıq  nərə  kimi  bioloji 
xüsusiyyətlərə  malikdir  və  Kür  çayına  keçən,  böyük  vətəgə  və


94
iqtisadi  əhəmiyyətə  malik  balıq  sayılır.  Kələmo  Kür  və  Xəzər 
yarımnövləri  kimi  qeyd  olunur.  Ən  çox  Kür  çayı  və  Sefidrud 
(iran)  çayında  kürüləyir.  Dişi  kələmo  12-14,  erkək  isə  6-9 
yaşında  nəsil  verir,  25-20  il  yaşayır,  1  mln-a  qədər  kürü  tökür. 
Uzunluğu  2  m-ə  qədər,  çəkisi  isə  9-60  kq-a  çatır.  Kürütökmə 
əraziləri  ixtisar olunduğu  üçün  Kür  nərə  balıqları  zavodunda  sü­
ni  olaraq  kələmo  körpələri  yetişdirilir.
Uzunburun  balığın  əsas  növü  Şimali  Xəzər,  yarımnövü  isə 
Kür  uzunburunu  kimi  qeyd  olunur.  Kür  uzunburunu  əsasən  Kür 
və  İran  çaylarında  çoxalır.  Böyümə  yerləri  isə  Cənubi  Xəzərdir. 
Kür  uzunburununun  çəkisi  8-18  kq,  uzunluğu  isə  2-2,2  m-ə  ça­
tır.  20-500  min  kürü  tökür.  Kələmo  kimi  Kür uzunburunu  da süni 
surətdə  çoxaldılır.  Qeyd  etmək  lazımdır  ki,  Xəzərdə  məskun­
laşan  nərə  balıqlarının  4  növünün  hamısı  Kür  və  Sara  yarım­
adasında  həmişə  vətəgə  əhəmiyyətli  balıqlar  sayılmışlar.  Mə­
lum  səbəblərə  görə,  bu  qiymətli  balıqların  ehtiyatı  ilbəil  azalmış 
və  hazırda  onların  tədarükü  kəskin  dərəcədə  ixtisar  edilmişdir. 
Aydın  olmaq  üçün  göstərmək  olar  ki,  1937,  1947,  1957  və 
1964-cü  illərdə  Sara  balıq  kombinatının  əhatə  etdiyi  vətəgə­
lərdə,  müvafiq  olaraq,  12867,  6635,  7842  və  29  sentner  nərə 
balıqları  ovlanmış və  366,  429,  398,  2  sentner  kürü  tədarük 
edilmişdir (Gül,  1967).
K ilkə.  Öncə  qeyd  etmək  lazımdır  ki,  kilkə  Qızılağac  kör­
fəzinə məxsus  balıqlara  aid olmasa  da,  onun  balıq  sənayesində 
mühüm  rol  oynaması  ilə  əlaqədar  olaraq,  kilkə  barədə  qısa 
məlumat verməyi zəruri  sayırıq.
Kilkə  siyənəklər  ailəsinə  aiddir  və  onun  Xəzərdə  iki  növü 
və  bir yarımnövü  qeyd  olunur:  adi,  ançaus və yekəgöz  kilkə.  Bu 
balıqların  adı  «Kil»  sözündən  götürülmüşdür.  Kil -  gəmilərin  bu­
run  hissəsinin  itiləşmiş  vəziyyətini,  formasını  vurğulayır.  Həqi­
qətən,  kilkə  balığının  boğaz nahiyyəsindən  anal  yoluna  kimi  his­
səsi  itiləşmiş  formadadır.  Vətəgə  balıqlarının  ən  kiçik  nümayən­
95
dəsi  olan  kilkələr,  sayca  çoxluq  təşkil  edirlər.  Səciyyəvidir ki,  bi- 
okütləcə  böyük  olmayan  kilkələrin  məhsuldarlığı  çox  yüksəkdir. 
Kilkənin  cinsi  yetişkənliyi  1-2  ildir,  uzunluğu  5-14  sm,  çəkisi  isə 
5-19  q-a  çatır.  Bir  kilkə  20-60  min  kürü  tökür.  Kütləsinin  kürüyə 
görə  nisbəti  bir  çox  vətəgə  balıqlarından,  məsələn,  uzunburun- 
dan  100  dəfə  yüksəkdir.  Kilkənin  Xəzərdə  su  qatlarında  çoxal­
ması,  onların  məhsuldarlığına  müsbət təsir göstərir.
Maraqlıdır  ki,  başqa  iri  vətəgə  balıqlarından  fərqli  olaraq, 
kilkənin  hər  növü  üçün  Xəzər  sularında  «xüsusi»  ekoloji  taxça 
vardır.  Bu  xüsusiyyət  həmin  balıqların  mühitin  qida-yem  baza­
sından  maksimum,  özü  də  qohum  növlə  rəqabətsiz  istifadə  et­
məyə  imkan  verir.  Məsələn,  adi  kilkə  müxtəlif  duzluluğa  malik 
sularda  çoxaldığı  halda,  ançaus  8-9  promildən  az suları  sevmir. 
Həmçinin,  adi  kilkə  sərin,  ançaus  isə  əksinə,  daha  həlim-isti 
sularda  məskunlaşır.  Bunlar  dərinliyə  münasibət  cəhətdən  də 
fərqlənirlər.  Belə  ki,  ançaus  400  m  dərinlikdə  özünü  sərbəst 
hiss  edir,  adi  kilkə  isə  bu  cür  dərin  yerlərə  miqrasiya  etmir.  Adi 
kilkə  ançausa  nisbətən  daha  «gəzəyəndir».  Görünür  ki,  adi  kil­
kənin  bu  xüsusiyyəti,  suyun  temperatur  və  duzluluğuna  görə­
dir.  Lakin,  Cənubi  Xəzərin  daha  duzlu  və  isti  yerlərində  də  adi 
kilkənin  iri  sürüləri  məskunlaşır.  Məhz  ona  görə,  adi  kilkə  evri- 
qal  balıqlar qrupuna  daxildir1.
Yekəgöz  kilkə  əsas  Orta  və  Cənubi  Xəzərdədir,  çünki 
onun  artıb-çoxalması  üçün  duzluluq  əsas  şərtlərdən  biridir  (12- 
14  promil).  Bu  növ,  əvvəlki  iki  növə  nisbətən  «oturaq  həyata» 
alışmışdır.  Çoxalma,  qışlama  və  böyümə  arealları  qısa  müddət­
də  dəyişsə  də,  hər  üç  növ  kilkənin  ən  iri  sürüləri  Cənubi  Xəzər­
dədir.  Xüsusi  ilə Azərbaycanın  əhatə sularında  kilkə  ehtiyatı  bö­
yükdür.  Ehtimal  olunur  ki,  təkcə  ançaus  kilkəsinin  ehtiyatı  get­
dikcə  azalır.  Prof.  Z.Quliyevin  araşdırmalarına  əsasən  Xəzərdə
1 Qeyd: 
Evriqal  canlılar  müxtəlif  duzluğa  malik  (məsələn,  5-35  promil)
sularda  yaşayanlara  deyilir.


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə