Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə23/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

88
görə  onlar fitofil  sayılırlar.  Lakin,  ziyad  balıqlarının  əsas  yem-qi­
dası  kiçik  molyuskalardır.
Başqa  vətəgə  əhəmiyyətli  balıqlar  kimi  ziyadın  da  sayı 
kəskin  dərəcədə  azalmışdır.  Bu  qiymətli  balığın  ehtiyatını  sax­
lamaq  üçün  bir  neçə  balıqartırma  təsərrüfatları  mövcuddur.  La­
kin,  əsas  ümidverici  tədbir,  Qızılağac  körfəzində  ziyadın  çoxal­
ması  sayılmışdır.  Təəssüflər  olsun  ki,  Qumbaşı  və  Viləşçayın 
körfəzlə  əlaqəsinin  kəsilməsi,  Kiçik Qızılağac  körfəzinin  özündə 
yaradılan  ekoloji  münasibətsizlik,  kürütökmə  vaxtı  kanallarda 
onsuz  da  azlıq  təşkil  edən  törədicilərin  kütləvi  tutulması,  ziyad 
balığının  aqibətinə  hərtərəfli  mənfi  təsir  göstərmişdir.  Azərbay­
can,  ələlxüsus Xəzəryanı  regionlar üçün  ziyad milli  balıq sayılır.
Tarix  boyu ziyad xalqımızın  sevimli  balığı  kimi  Novruz bay­
ramının  ən  əziz sovqatı  olmuşdur.  Həqiqətən,  heç  vaxt gələcək 
nəsil  bizi  bağışlamaz  ki,  ziyad  balığını  qoruyub  saxlaya  bilmə­
mişik.  Acı  və  ağır da olsa,  belə  bir təhlükə mövcuddur!
35  illik  son  müşahidələrimiz  sübut  edir  ki,  hər  il  kütüm  sü­
rüləri  seyrələrək  indi, 
necə 
deyərlər,  tək-tük  vəziyyətə 
düşmüşdür.  Qızılağac  körfəzində,  Lənkəran,  Astara,  Küryanı 
dayazlıqlarda  kiçik  gözlü  torlarla  ildə  10  minlərlə  ziyad  kör­
pələri  ovlanır.  Süfrələr  bəzəyi,  Novruz  sovqatı  olan 
ziyadı 
qorumalıyıq!
Həşam.  Qiymətli  vətəgə  balıqlarına  aid  olan  həşəm  -  Xə­
zər,  Qara,  Azov,  Aral,  Baltik  dənizlərinə  axan  çaylarda  yayılsa 
da,  Cənubi  Xəzərin  özünəməxsus  həşəm  populyasiyası  möv­
cuddur.  Bizim  sularda  məskunlaşan  həşəm,  qırmızıdodaq  adla­
nır.  Onun  əsas  kürüləmə yeri,  Kür çayının  daşlı-çınqıllı və  qumlu 
yerləridir.  Həşəm  3-5  ildə  cinsi  yetkinliyə  çatır,  350-400  minə 
qədər  kürü  verir.  Həşəm  Xəzərin  25-40  m  dərinliyi  olan  ərazi­
lərində  yayılmışdır.  Təbiətcə  bu  balıqlar  yırtıcılara  aiddirlər.  Kür 
çayında  ovlanan  həşəmin  uzunluğu  50-85  sm,  çəkisi  isə  5-8 
(bəzən  10-12)  kq-a  çatır.  Səciyyəvidir  ki,  Azərbaycanın  bir  çox
89
bölgələrində  bu  və  ya  başqa  növ  balıqlar,  ənənəvi  nemət sayı­
lırlar.  Bu  baxımdan  bakılılar  üçün  həşəm  daha  çox  arzuolu- 
nanlardan sayılmışdır.
Həşəmin  də  populyasiyası  kəskin  dərəcədə  azalmışdır.  Zi­
yad  kimi  bu  balığın  da  ehtiyatının  bərpasına  böyük  ehtiyac  var­
dır.
Sıf.  Öncə  yada  salmaq  lazımdır  ki,  həşəm  kimi  dəniz  sıfı 
da Abşeronda  sevilən  balıqlardan  biri  olmuşdur.  Çox güman  ki, 
indiki  cavan  nəsil  ötəri  yada  saldığımız  yerli  balıq  növlərinin  ya­
xın  keçmişlərdə  soy-köklərimiz  tərəfindən  səciyyələndirilməsin­
dən  xəbərsizdirlər.  Xəzərdə  3  növ  sıf balığı  qeyd  olunur.  Lakin, 
onların  əsas arealı  Orta və  Cənubi  Xəzərin  bərk  qruntlu,  xüsusi 
ilə  Bakı,  Abşeron  arxipelaqına  aid  adaların  əhatə  sularıdır.  Bu 
baxımdan,  50-ci  illərə  kimi  Cilov,  Neft Daşları  akvatoriyaları  sıfın 
ən  geniş  yayılan  sahələri  sayılmışdır.  Sıf  cinsi  yetkinliyə  3-5 
yaşlarında  çatır,  40-50  min  kürü  verir,  uzunluğu  20-45  sm,  çə­
kisi  0,25-2  kq olur.  Sıf balığı  dənizdə  çoxalır,  ancaq  bu  balıqlara 
çaylarda  da təsadüf olunur.
Qeyd  etmək  lazımdır ki,  sıf çirklənməyə  qarşı  çox  davam- 
sız  sayılır.  Xəzərdə  bu  balığın  tam  yoxa  çıxması  ehtimal  olunur, 
çünki,  onun  əsas  kürüləmə və  böyümə  əraziləri  kəskin  dərəcə­
də  çirklənmişdir.  Məsələn,  bu  balıqların  əsas  məskəni  sayılan 
Neft Daşlarında xeyli vaxtdır sıf görünmür.
Şamayı. Xəzərdə bu  balığın bir növü -  Kür şamayısı və bir 
yarımnövü  qeyd  olunur  (Lənkəran  şamayısı).  Şamayı  əsasən 
Cənubi  Xəzərin  qərb  sahillərində  məskunlaşır  və  kürüləmə 
üçün  Talış  bölgəsinin  çaylarına  qalxır.  Kür şamayısı  nisbətən  iri 
olur  və  Kür  çayı  tənzim  olunana  kimi  Ağstafa  rayonu 
ərazisindəki  Soyuqbulaq  çayına  və  başqa  axarlara  kürü 
tökməyə  gələrdi.  Şamayı  cinsi  yetişkənliyə  2-5  yaşlarında  çatır, 
26  minə  qədər  kürü  verir.  Lənkəran  şamayısının  uzunluğu  10- 
20  sm,  çəkisi  30-200  qram  olur.  Kür  şamayısının  müvafiq


90
ölçüləri -  35-40 sm və 800  q-a çatır.
Şamayı  yarımkeçici  balıqlara  aiddir.  Maraqlıdır  ki,  Kür çayı 
bəndlə  kəsiləndən  sonra  Mingəçevir  su  anbarında  bir  növ  tam 
şirin  sulara  alışan,  nəsil  verib  böyüyən  «yerli»  şamayı  popul- 
yasiyası  əmələ gəlmişdir.  Səciyyəvidir ki,  su  anbarında yaşayan 
şamayı,  öz  «əcdadlarına»  nisbətən  iri  olurlar.  Onların  yağlılıq 
dərəcəsi,  əzələ  kütləsi  artıq  və  keyfiyyətlidir.  Bununla  belə, 
Qızılağac  körfəzinin  əsas  balıq  sərvətlərindən  sayılan  şama- 
yının  başlıca  ehtiyatı  məhz  Kür  mənsəbindən  cənuba  doğru 
yerləşən  akvatoriyadır.
Kiçik  Qızılağac  körfəzinə  axan  çayların  quruması,  şama- 
yının  artıb-çoxalması  imkanını  azaltmış,  ildən-ilə  körfəzə  keçən 
sürülər seyrəkləşmişdir.
Qarasol.  Qiymətli  və  yarımkeçici  balıqlara  aid  olan  qara- 
sol,  əsasən  Orta  və  Cənubi  Xəzərin  qərb  sahillərində geniş  ya­
yılmışdır.  Qızılağac  körfəzi  akvatoriyasına  məxsus  qarasol 
sürüləri  -   Viləşçay,  Qumbaşı,  Lənkərançay  və  kiçik  körfəzdə 
artıb-çoxalır,  İran  İslam  Respublikası  ərazisində  olan  çaylara  da 
keçir.  Cinsi  yetişkənlik  üçün  2-4  il  tələb  olunur.  Qarasolun 
kürüləməsi  hissə-hissə  baş  verir.  Ona  görə,  yetkin  balıqlar­
da  müxtəlif dərəcəli  yetişmiş  kürü  olur.  Qarasolun  uzunluğu  12- 
19 sm,  çəkisi  120-300  q-a çatır.
Qarasol  və  şamayı  balıqlarının  kürüləmə  əraziləri,  demək 
olar ki,  eynidir.  Lakin,  şamayının  kütləvi  kürüləmə vaxtı  qarasol- 
dan  qabaq  başlayır.  Əgər  hava  şəraiti,  suyun  temeraturu  ilə 
əlaqədar olaraq  şamayının  şirin  sulara  gəlməsi  yubanırsa,  onda 
hər  iki  növ  balıq  sürüləri  birgə  körfəzə  istiqamət alır.  Ancaq,  ək­
sər  hallarda  qarasolun  kürüləmə  müddəti  may  ayına  təsadüf 
edir.
Qızılağac körfəzi  balıqlarını  müfəssəl  tədqiq  edən  Z.M.Qu­
liyev  göstərir  ki,  kiçik  körfəzdə  kanallar  sisteminin  şlyuzlarla 
tənzimlənməsi  rejimi,  qarasolun  bioloji  yolla,  təbii  şəraitdə  kürü-
91
ləməsinə  uyğun  gəlmir.  Belə  ki,  başqa  növ  balıqların  kürüləmə 
vaxtı  başa  çatandan  sonra  (fevral-aprel),  şlyuzlar  bağlanır.  Be­
ləliklə,  qarasol  kanallarda  toplanır,  orda  da  kürü  tökür.  Bir tərəf­
dən  qarasol  brakonyerlər  tərəfindən  ovlanır,  digər  tərəfdən  kü­
rülərin  əksəriyyəti  məhv  olur,  «macal  tapıb»  dünyaya  göz  açan 
körpələr  isə  müxtəlif  yırtıcıların  (su  quşları,  suda-quruda  ya­
şayanlar və s.)  şikarına çevrilirlər.
Çaki.  Yarımkeçici  balıqlara  aid  olan  çəki  Xəzərdə,  o  cüm­
lədən  də  Kürətrafı  və  Qızılağac  körfəzi  akvatoriyalarında  geniş 
yayılmışdır.  Yerli  əhali  tərəfindən  qəbul  edilmiş  Xəzər  və  Kür 
çəki  populyasiyaları,  Azərbaycanın  başqa  su  hövzələrindəki  çə­
kilərdən  dadına,  rənginə  və  s.  xüsusiyyətlərinə  görə  müxtəlif 
dərəcədə  qiymətləndirilir.  Qızılağac  körfəzinə  məxsus  populya- 
siya,  cinsi  yetişkənliyə  3-4  yaşında  çatır.  Bir balıq  0,6-2  milyona 
qədər  kürü  tökür.  Körfəzdə  tutulan  çəkinin  yaşından  asılı  ola­
raq,  onun  uzunluğu və  çəkisi  dəyişir.  Kürüləmə  dövrü  ovlanan  7 
yaşlı  balığın  uzunluğu  70 sm,  çəkisi  isə  6  kq  olmuşdur1.
Başqa  balıqlara  nisbətən  çəki  davamlı  və  yemə  (keyfiy­
yətinə  görə)  az  tələbkardır.  Belə  ki,  o,  detritlə,  dib  heyvanları 
(bentos)  və  zooplanktonla  da  qidalanır.  Çəki  balıqlarının 
kürüləmə  əraziləri  azaldığı  və  korlandığı  üçün,  onun  zavod  şə­
raitində artırılması  davam  olunur.
Çəki  vətəgə  əhəmiyyətli  balıqdır.  Bununla  belə,  onun  (son 
30-35  ildə)  populyasiyası  ixtisara  meyl  edir  və  1960-cı  ilə  nis­
bətən  1985-ci  ildə  cəmi  0,4  min  sent,  çəki  ovlanmışdır  ki,  bu  da 
əvvəlkindən  28-30  dəfə azdır.
Çəkinin  Kiçik  Qızılağac  körfəzində  çoxalması  üçün  ən  kə­
səri  əngəl  -   brakonyerlikdir.  Körfəzdə  ekoloji  sabitliyin  pozul­
ması  da  çəkinin  artmasına  maneçilik törədir.
Külm ə.  Yarımkeçiricilərdən  olan  külmə  Cənubi  Xəzərin
1 Qeyd: 
Başqa  hövzələrdə  uzunluğu  1-1,3  m.,  çəkisi  isə  20-24  kq-a  çatan
çəkilərə  rast gəlinir.


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə