Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə34/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

132
zadlı  şərait  böyük  körfəzin  Nərimanabad  və  Liman  qəsəbələri 
sahələrində  qeyd  olunur və görünür bu  hal  hövzənin  ümumi və­
ziyyəti  üçün  böyük  təhlükə  yaratmır.  Çünki,  böyük  körfəzin  85- 
90%  sahəsi  açıqdır və Cənubi Xəzərlə aktiv əlaqədardır.
Böyük  Qızılağac  körfəzində  fitoplankton  il  boyu  aramsız 
inkişaf edir və  hövzədə  avtoxton  xassəli  üzvi  maddələrin  əmələ 
gəlməsi-formalaşması  ərazidə  yosunların  vegetasiya  dövrünə 
uyğun  şəkildə  davam  edir (Hüseynov,  2005).  Maraqlıdır ki,  kiçik 
körfəzdən  fərqli  olaraq,  böyük  körfəzdə  alqofloranın  növ  tərkibi 
ilin  fəsillərindən  asılı  olaraq  aydın  şəkildə  dəyişir və  hər məkan- 
zaman  üçün  müvəqqəti  də  olsa,  dominant  növlər  qeyd  olunur. 
Məsələn,  H.B.Babayevə  görə  (1983)  yaz  aylarında  əsas  dia- 
tomlardan  Rhizosolenia  calcar-avis,  Sceletonema  costatum; 
Chaetoceros  cinsinə  aid  növlərdən  Ch.  paulsenii,  Ch.  subtilis 
yayda  böyük  biokütlə  yaradırlar.  Yaşıl,  göy-yaşıl  yosunlara 
məxsus  taksonlar,  əsasən  çay  vadilərində  intensiv  inkişaf  edir­
lər.  Məsələn, 
Anabaenopsis  bergi,  Anabaenopsis  circularis. 
Həmçinin  ərazidə  ilkin  üzvi  maddələrin  əmələ  gəlməsi  inten­
sivliyi  də  müxtəlifdir.  Özü  də  bu  cür fərqli  cəhət  bütün  fəsillərdə 
qeyd edilir (cədvəl  16).
Cədvəl  16
Böyük Qızılağac körfəzində fitoplanktonun ilkin məhsulunun
(mq  C/l)  2004-cü ildə fəsillər üzrə dəyişilməsi
Stansiya
Qış
Yaz
Yay
Payız
1
0,3±0,012
1,2±0,05
3,2±0,15
4,4±0,21
2
0,4±0,010
2,7 ±0,12
3,6±0,14
4,9±0,22
3
0,6±0,020
2,6±0,11
4,8±0,20
5,3±0,20
4
0,8±0,025
2,9±0,13
5,6±0,23
6,4±0,28
5
0,9±0,040
2,8±0,12
5,4±0,21
7,9±0,31
6
0,7 ±0,028
2,4±0,10
5,3±0,20
7,2±0,30
Orta
0,6
2,4
4,7
6,0
133
Cədvəldən  aydın  olur  ki,  böyük  körfəzdə  minimum  ilkin 
məhsul  qışda  (bir  növ  qanunauyğun  sayılır),  maksimum  isə  -  
payız  aylarında  əmələ  gəlir.  Hövzədə  avtoxton  mənşəli  üzvi 
maddələrin  yaranması  düz  xətt  üzrə  qışdan  payıza  qədər  yük­
səlir.  Beləliklə  məlum  olur  ki,  böyük  körfəzdə  yay  və  payızda 
qış  və  yaza  nisbətən  ilkin  məhsul  2-3  dəfə  çox  sintez  olunur. 
Maraqlıdır  ki,  əgər  kiçik  körfəzdə  ilkin  üzvi  maddələrin  sintezi 
bütün  akvatoriyada  bir  növ  bərabər-oxşar  kəmiyyətlə  səciy­
yələnirsə,  böyük  körfəzdə  il  boyu  hövzənin  şimal  qərb  ak­
vatoriyasında  orta  göstəricilər 2-2,5  dəfə yüksəkdir (bax:  cədvəl 
16,  st.  4,  5,  6).  Fitoplanktonun  yüksək  məhsulu  ilə  seçilən 
ərazilərdən  Lənkəran, 
Nərimanabad-Liman 
məntəqələrinin 
dayazlıqlarını  və  körfəzə  açılan  bütün  çay  məcralarını  gös­
tərmək  olar.  Körfəzdə  il  boyu  sintez  olunan  ilkin  üzvi  mad­
dələrin  70%-dən  çox  hissəsi  payız  və  yay  aylarına  aid  olunur. 
Həmçinin  tədqiqat  müddətində  ərazidə  yayılan  fitoplanktonun 
növ tərkibinin  ümumi  analizinə  əsasən  etiraf etmək  olar  ki,  höv­
zədə  sintez  olunan  ilkin  üzvi  maddələrin  47-50%-i  diatom 
yosunlar  şöbəsinə  məxsus  taksonlar  tərəfindən  sintez  olunur. 
Təkcə  onu  yada  salmaq  lazımdır  ki,  ərazi  sularında  bütün  il 
boyu  Rhizosolenia  calcar-avis dominant vəziyyətdə  inkişaf edir.
2004-cü  ildə,  fəsillər  üzrə  aparılan  tədqiqatların  nəticəsinə 
görə  Böyük  Qızılağac  körfəzində  fitoplankton  tərəfindən  230- 
232  min  ton  ilkin  üzvi  maddə  sintez  olunur.  Bu  da  o  deməkdir 
ki,  körfəzin  hər  kvadratmetrinə  995-1000  q  üzvi  maddə  düşür. 
Məhz  bu göstəriciyə görə  etiraf etmək  olar ki,  böyük  körfəz yük­
sək  dərəcə  evtroflaşan  ərazidir.  Müqayisə  üçün  göstərmək  olar 
ki,  həmin  rəqəm,  antropogen  evtroflaşma gedən  Kürətrafı  akva­
toriyada  müəyyən  edilən  kəmiyyətdən  (560  q/m2)  iki  dəfə  yük­
səkdir (Salmanov,  1987;  1999).
Bütün  Xəzərdə,  o  cümlədən  də  Cənubi  Xəzərin  qərb  şel-


134
fində  son  45  ildə  fəsillər-illər  (təkrar)  üzrə  aparılan  tədqiqat­
lardan  aydın  olmuşdur  ki,  Cənubi  Xəzərin  Kür-Böyük  Qızılağac 
körfəzi  sularında  ilkin  antropogen  evtroflaşma  keçən  əsrin  60-cı 
illərində  qeyd  edilmişdir  (Salmanov,  2003;  1963;  1999;  2003). 
Maraqldır  ki,  böyük  körfəzin  evtroflaşması  səbəbləri  kiçik  kör­
fəzdən  əsaslı  surətdə  fərqlənir.  Ümumi  Xəzər  sularına  qarışan 
alloxton  maddələrin  təsirindən  başqa,  Böyük  Qızılağac  kör­
fəzində  toplanan  sular  aramsız  olaraq  ərazidə  sıx  yerləşən  çay 
suları,  şəhər-qəsəbələrin  çirkabı,  Kür  çayı  ilə  əraziyə  axıdılan 
kənar  maddələrlə  zənginləşir.  Bundan  başqa,  ərazidə  antro­
pogen  evtroflaşma  proseslərinin  intensivləşməsinə  yeni  su­
basar  quru  ərazilərin  aşılaşması  da  müsbət  təsir  göstərmişdir. 
Bununla  belə,  etiraf  etmək  lazımdır  ki,  Böyük  Qızılağac  kör­
fəzində  bioloji  məhsulun  formalaşması,  hövzədə  ümumi  eko­
sistemin  vəziyyəti,  qaz-duz  rejimi və  başqa  proseslərin  təbii ge­
dişi  kiçik  körfəzdən  yaxşıdır.  Buna  baxmayaraq,  hal-hazırda 
böyük  körfəzdə  ekoloji  vəziyyətin  tam  qənaətbəxş  olmasını 
etiraf  etmək  olduqca  şübhəlidir.  Əvvəla,  keçmiş  illərlə  müqa­
yisədə  körfəzdə  suyun  şəffaflığı  0,3-0,4  m  azalmışdır.  Bu  da 
yosunların  və  ümumiyyətlə  bakterioplanktonun  kütləvi  inkişafı 
və  sularda  asılı-bərk  maddələrin  çoxalması  ilə  əlaqədardır. 
Bundan  başqa,  yuxarıda  göstərildiyi  kimi,  ərazi  sularında və  dib 
çöküntülərində  oksigenin  bioloji  məsrəfi  artmışdır  (Hüseynov, 
2005).  Ərazi  sularının  üzvi  maddələrlə  zənginləşməsi  və  ona 
görə  də  oksigen  məsrəfinin  artması  ümumi  üzvi  maddələrin 
hövzədə  biodestruksiya  göstəriciləri  ilə  də  sübut  olunur  (cədvəl 
17).
Körfəzin  su  qatlarında  biodestruksiya  olunan  üzvi  maddələrin 
kəmiyyətcə  hövzədə  paylanması  və  zaman  baxımından  ar­
tması,  ilkin  üzvi  maddələrin  sintez  olunması  ilə 
uyğun  gəlir. 
Səciyyəvidir  ki, 
hövzənin 
şimal-qərb  akvatoriyasında,  ilkin 
məhsulda  olduğu  kimi,  hər  iki  fəsildə  daha  yüksək  göstəricilər
135
qeyd  edilmişdir.  Başa  çatdırılan  tədqiqatların  nəticəsindən  mə­
lum  olur  ki,  böyük  körfəzdə  üzvi  maddələrin  biodestruksiyası  il 
boyu  intensiv  gedir  və  hələlik  mühitin  su  qatlarının  oksigen 
rejimində  gərgin  vəziyyət  yaratmır.  Dib  çöküntüləri  -   lil-qruntda 
isə  -   xüsusilə  təcrid  olunan  akvatoriyalarda  oksigen  çatış- 
mamazlığı  qeyd  olunur (Hüseynov,  2005).
Cədvəl  17
Böyük Qızılağac körfəzində fitoplanktonun ilkin məhsulu 
və suda biodestruksiya olunan  ümumi üzvi maddələrin
miqdarının  fəsillər üzrə dəyişilməsi
Qış
Yaz
Yay
Payız
Stansiya
İm 7
Bd
İm
Bd
İm
Bd
İm
Bd
1
0,3*
0,4
1,2
3,4
3,2
4,1
4,4
4,4
2
0,4
0,6
2,7
4,2
3,6
5,1
*  9
5,2
3
0,6
0,9
2,6
4,1
4,8
5,3
5,3
6,8
4
0,8
1,2
2,9
3,7
5,6
6,4
6,4
7,7
5
0,9
2,1
2,8
3,8
5,4
6,7
7,9
6,4
6
0,7
1,4
2,4
4,1
5,3
Г  6,4
7,2
7,4
Orta
0,6
1,1
2,4
4,0
4,7
5,6
6,0
6,3
Qeyd:1.  İm -  ilkin məhsul; Bd -  biodestruksiya.
2.  *  -  Bütün nəticələr statistik işlənmişdir 
və P  <0,04
Yada  salmaq  lazımdır  ki,  bütün  göstəricilər  üzrə  kiçik  kör­
fəz  həmişə  böyük  körfəzdən  məhsuldar-zəngin  olmuşdur  (Sal­
manov,  2003;  Süleymanov,  1967).  Hal-hazırda  da  bakteri- 
oplanktona  görə,  fitoplanktonun  biokütləsi  və  başqa  paramet­
rlər  yenə  də  kiçik  körfəzdə  yüksək  dərəcədədir.  Lakin,  məhsul­
dar  (produksiya)  və  destruksiya  proseslərinin  yayılma  -   əhatə


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə