Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə37/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

b
a
k
te
ri
y
a
la

n
 
s
a
y
ı
144
bakterioplanktonun  başqa  qrup  nümayəndələri  üçün  də  kəsərli 
vasitədir.  Mühitin  ekstremal  vəziyyət  kimi  mikrobiotanın  bioloji 
aktivliyinə  təsiri,  körfəzdə  saprofit  bakteriyaların  fəsillər  üzrə 
kəmiyyətcə  dəyişməsində  də  aydın  nəzərə  çarpır (şəkil  9).
1964
1972
1989 
2004
Şəikl 8. 
Kiçik Qızılağac körfəzində yay fəslində 
saprofit bakteriyaların suda  (min/1ml)  və 
qruntda  (mln/1q) sayının  dəyişilməsi
1  -  lil-qruntda;
2 -  suda.
145
Şəkil 9.  Kiçik Qızılağac körfəzində suda saprofit 
bakteriyaların sayca  fəsillər üzrə 
dəyişilməsi
Körfəzdə  saprofitlərin  illik  inkişaf  dinamikasında  iki  mini­
mum  və  iki  maksimum  qeyd  edilir.  Lakin,  qış  və  yay  mövsüm­
lərində  əmələ  gələn  minimumların  səbəbini  eyni  cür  qəbul  et­
mək  çətindir.  Əgər  qış  minimumu,  dövr  üçün  xarakterik  olan  və 
başlıca  amil  kimi  temperatura  ilə  əlaqədardırsa,  bəs  yayda  su­


146
147
yun  temperaturu  30°C-dən  də  yüksək  olduğu  halda  yaranan 
minimum  miqdar  nə  ilə  əlaqədardır?  Çox  güman  ki,  yaranmış 
vəziyyət,  yuxarıda  dəfələrlə  qeyd  edildiyi  kimi,  hövzənin, 
əsasən,  qaz və  duz rejimi  ilə əlaqədardır.
Qeyd  etmək  lazımdır  ki,  müəyyən  fiziki  qanunlara  əsasən 
suların  mikron  qalınlığına  bərabər  olan  üst təbəqəsində -   hipo- 
neystonda  suda  ərimiş  üzvi  maddələrin  konsentrasiyası, 
biogen-mikroelementlərin  miqdarı,  həll  olan  oksigen və s.  Mad­
dələr  üst  təbəqədən  cəmi  3-10  sm  dərinlikdə  qeyd  edilən 
göstəricilərdən  10-100  dəfələrlə  çoxdur.  Məhz  həmin,  mikron- 
larla  ölçülən  üst-nazik  təbəqədə  V.Romanenko  (1985,  1987), 
İ.Tsiban  (1976) və  başqaları,  milli  litr suda  milyard  bakteriya  hü­
ceyrəsi  ayırd  etmişlər.  Həmçinin  məlum  olmuşdur  ki,  hipo- 
neyston  təbəqə  su  axınları,  cərəyanı  zəif  olan,  az  dalğalanan 
sularda  daha  davamlı  olur.  Maraqlıdır  ki,  həmin  təbəqədən  hər 
iki  körfəzdən  nümunə  toplanmış  və  analiz  aparılmışdır.  Aydın 
olmuşdur  ki,  kiçik  körfəzin  hiponeyston  təbəqəsində  ümumi 
mikrobiotanın  sayı,  böyük  körfəzdə  formalaşan  təbəqədəki 
mikrosenozun  miqdarından  3-10  dəfə  çoxdur.  Görünür,  bunun 
da  əsas  səbəbi  -   Böyük  Qızılağac  körfəzində  açıq  suların 
demək  olar  ki,  il  boyu  küləklərlə  dalğalanması,  yerli  axın-cərə­
yanın  olmasıdır  ki,  həmin  amillər  hiponeystonun  sabitliyini  po­
zur.  Mikro-ekoloji  baryer  kimi  su  hövzələrinin  mürəkkəb  lim- 
noloji-proseslərində  mikrohiponeyston  təbəqəsində  gedən  bio- 
kimyəvi  reaksiyalar  müəyyən  rol  oynasa  da,  əsas  assimilyasiya 
və  dissimilyasiya  prosesləri  suların  ilk  növbədə  evfotik  qatında 
gedir.  Dərinlik  artdıqca  həm  su  qatları  və  həm  də  dib  çökün­
tülərində  bioloji  proseslər süstləşir,  yavaşıyır.
Kiçik  Qızılağac  körfəzində  dərinlik  1,7  m-dən  yüksək  deyil­
dir  (bizim  tədqiqat  apardığımız  il-fəsillərdə  hövzənin  bütün  fərqli 
biotoplarında  dərinlik  tərəfimizdən  ölçülmüşdür).  Hövzənin  su 
qatları  və  dib  çöküntülərində  asan  mənimsənilən  üzvi  maddə­
lərin  kifayət  qədər olması,  məhz saprofit  bakteriyaların  morfoloji 
tərkibi  ilə  də  asan  müəyyən  olunur.  Mühitdə  enerji  mənbəyi 
sayılan  üzvi  maddələrin  tərkib  quruluşu  və  başqa  cəhətlərindən 
asılı  olaraq  inkişaf edən  saprofit  bakteriyaların  spor əmələ  gəti­
rən  və spor əmələ gətirməyən formalarının  nisbiliyi  dəyişir.  Hələ 
keçən  əsrin  40-50-ci  illərində  prof.  S.İ.Kuznetsov  və  başqaları 
sübut etmişlər  ki,  asan  mənimsənilən  üzvi  maddələr  olan  şəra­
itdə  spor  əmələ  gətirməyən  formalar  üstünlük  təşkil  edir  (Kuz­
netsov,  1972;  Salmanov,  1999;  Gotkowska,  2003;  Groske, 
2003).  Bu,  bir  növ  ekoloji  «indikator»  sayılan  göstərici  son  30- 
35  ildə  kiçik  körfəzdə  kəskin  dərəcədə  dəyişmişdir.  Məsələn, 
ərazi  sularında  əldə  edilən  saprofit  bakteriyaların,  keçən  əsrin 
60-cı,  80-cı  və  90-cı  illərində,  müvafiq  olaraq  24,3,  16,0  və 
8,2%-ni  spor  əmələ  gətirənlər  təşkil  etmişdirsə,  2004-cü  ildə 
həmin  göstərici  4,1%-dən  çox  olmamışdır.  Kiçik  Qızılağac  kör­
fəzinin  lil-qrunt-dib  çöküntülərinin  mikrobioloji  rejimini  şərh  et­
məkdən  qabaq  həmin  substantın  bəzi  fiziki  xassələrini  səciy­
yələndirmək  məqsədəuyğun  hesab  olunur.
Məsələ  ondadır  ki,  körfəzin  dib  çöküntülərini  əsl  qrunt-lil 
adlandırmaq  çətindir.  Hövzədə  uzun  illərdən  bəri  yüz  min  ton­
larla  əmələ  gələn  (hər  il)  bitki  qalıqları,  su  ilə  örtülən  sahələrin 
dibində,  süngərə  bənzər,  ovuntunu  xatırladan  örtük-təbəqə  ya­
ratmışdır.  Körfəzin  bitki  ilə  örtülən  ərazilərində  analiz  üçün  əsl 
qrunt  əldə  etmək  çox  müşkül  məsələdir.  Viləşçay,  Qumbaşı 
çayları  vadisində  geniş  sahəli  dayazlıqlarda  dib  çöküntülərinin 
45-60%-ni  (çəki  hesabı  ilə)  bitki  mənşəli  detrit  təşkil  edir. 
Körfəzin  açıq-mərkəz -   nisbətən  dərin  sahələrində  isə  olduqca 
yumşaq  konsistensiyalı  lilli  qrunt  toplanmışdır.  Səciyyəvidir  ki, 
hövzənin  bütün  biotoplarından  götürülən  qrunt  nümunələri 
tünd-qara  rəngdə  olmaqla,  xarakterik  hidrogen  sulfid  iyi  verir. 
Hidrogen  sulfid  və  başqa  anaerob  proseslərin  aralıq  məhsulları 
ilə  zəngin  dib  çöküntüləri  qəza  kanalı,  bəndə yaxın,  çay vadiləri


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə