Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə38/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

148
akvatoriyalarına  aid  sahələrdə  müşahidə  olunur.  Maraqlıdır  ki, 
bütün  fəsillərdə  müşahidə  aparan  və  nümunələr  toplayan  za­
man  hidrogen  sulfid  iyi  verməyən  qrunta  təsadüf  edilməmişdir. 
Onə görə  də xüsusi  analizlər aparmadan  etiraf etmək olur ki,  ki­
çik  körfəzin  bütün  dib  çöküntüləri  -   lil-qruntda  anaerob  proses­
lər,  o  cümlədən  də  hidrogen  sulfid  qıcqırması  gedir.
Məlumdur  ki,  anaerob  proseslərdən  təkcə  desulfatlaşdırıcı 
bakteriyaların  əmələ  gətirdikləri  hidrogen  sulfid  (H2S),  mühitdə 
aerob  və  vegetativ  mikroorqanizmlərin  fəaliyyətini  çətinləşdirir, 
daha  ali  faunanı  tam  zəhərləyib  məhv  edir.  Kiçik  Qızılağac 
körfəzinin  qruntunda  mikrobiotanın  sayca  azalması  sübut  edir 
ki,  üzvi  maddələrlə  zəngin  olmasına  baxmayaraq  dib  çökün­
tülərində  mikrofloranın  inkişafı  üçün  şərait əlverişli  deyildir.
Kiçik  Qızılağac  körfəzinin  lil-qruntunda  mikrobiotanın 
kəmiyyət  və  keyfiyyəti  zaman  və  məkan  baxımından  daha  kəs­
kin  dərəcədə  dəyişir.  Maraqlıdır  ki,  son  40  ildə  -   60-cı  illərdən 
90-cı  illərə  kimi  dib  çöküntülərində  ümumi  mikrobiotada  art­
mağa  meyli  qeyd  edilir.  Lakin  son  17-18  ildə,  lil-qruntda  ümumi 
mikrosenozun vegetativ formaları  azalmışdır.
2004-cü  ilin  fəsilləri  üzrə  körfəzin  lil-qruntunda  mikro- 
biotanın  ümumi  miqdarı  2,1  (qış)  və  4  mlrd/q  (payız)  arasında 
dəyişir (cədvəl 20).
Cədvəldən  aydın  olur  ki,  su  qatlarından  fərqli  olaraq  (bax: 
cədvəl  18)  körfəzin  dib  çöküntülərində  ümumi  mikrosenozun 
inkişafı  üçün  mövsüm-sezon  amilləri  əsas  rol  oynamır.  Əgər su­
da  payız  mövsümündə  mikroorqanizmlərin  sayı  qış  fəslinə  nis­
bətən  4-5  dəfə  yüksək  olmuşdursa,  lil-qruntda  həmin  fərq  2 
dəfə  təşkil  edir.  Bundan  başqa,  qışdan  payıza  kimi  artım  çox 
zəif  gedir.  Maraqlıdır  ki,  dərinlik  az  olduğu  üçün  kiçik  körfəzin 
sularında  temperaturla  əlaqədar  stratifikasiya  əmələ  gəlmir. 
Ona  görə  də  su  ilə  lil-qruntun  temperatur  göstəricilərində  fərq, 
demək  olar  ki,  nəzərə  çarpmır.  Cədvəldən  aydın  görünür  ki,
149
Kiçik  Qızılağac  körfəzində  lil-qruntda  mikrobiotanın  miqdarı 
(temperatur  fərqi  20-24°C  olsa  da)  qış  və  yayda  eynidir.  Əl­
bəttə,  bu vəziyyət  bir  növ  paradoks  kimi  nəzərə  çarpır,  səbəbini 
dəqiq  aydınlaşdırmaq  çətin  olsa  da,  fakt  olduğu  kimi  qalır. 
Mikrobiosenozun  başqa  nümunələrinin  də  yay  aylarında  süs- 
tləşməsi,  qış  aylarındakı  nəticələrə  uyğun  gəlməsi,  əvvəlki  fəsil­
də  də  dəfələrlə  qeyd  edilmişdir.
Cədvəl 20
Kiçik Qızılağac körfəzində lil-qruntda mikrobiotanın 
ümumi sayının fəsillər üzrə  dəyişilməsi (mlrd/q)
Stansiya
Qış
Yaz
Yay
Payız
1
2,2±0,10
3,4±0,15
2,1 ±0,10
4,4±0,22
2
3,0±0,12
4,4±0,20
1,2±0,055
2,4±0,10
3
1,9±0,08
2,6±0,12
2,1 ±0,095
4,4±0,18
4
1,6±0,06
2,3±0,90
2 ,7±0,13
4,6±0,21
5
2,1 ±0,09
3,7 ±0,17
2,1±0,10
3,4±0,15
6
2,3±0,11
4,5±0,21
2,4±0,115
3,8±0,16
Orta
2,1
3,4
2,2
4,0
Yada  salmaq  lazımdır  ki,  su  qatlarından fərqli  olaraq  qrunt, 
mühit  kimi  dinamik  deyildir.  Ona  görə  su  ilə  əlaqə  və  mübadilə 
əksər halda  qruntun  lap  üst təbəqəsinə  məxsus olur.  Bu  səbəb­
dən  də  qruntun  üst səthindən  2-5 sm  dərində  toplanan  metabo- 
litik  məhsullar  uzunmüddət  sulara  diffuz  olunmur  və  çox  gec 
neytrallaşır  (Haseqava  Tom,  2004).  Körfəzin  qruntunda  ümumi 
mikrobiotanın  miqdarca  az  olmasını  təsəvvür  etmək  üçün  yada 
salmaq  lazımdır  ki,  Xəzərin  Kür  vadisindəki  qruntda  mikrobi- 
otanın  miqdarı  kiçik  körfəzin  qruntunda  qeyd  edilən  kəmiyyə­
tdən  2,5-3  dəfə  çoxdur.  Qruntda  olan  üzvi  maddələrin  miqdarı 
isə  körfəzdə  17,  Kür vadisində  isə  6,8  q/kq-a  bərabərdir.  Belə­
liklə,  aydın  olur  ki,  körfəzin  qruntunda  üzvi  maddələrin  çox  ol­


150
ması  mikrobiotanın  say tərkibinə müsbət təsir göstərmir.
Saprofit  bakteriyaların  təbiətdə,  həmçinin  su  hövzələrində  rolu 
barədə yuxarıda  kifayət qədər məlumat verilmişdir.  Bununla be­
lə,  Kiçik  Qızılağac  körfəzinin  qruntunda  il  ərzində  saprofit  bak- 
teriyaların  maksimum  miqdarının  5  mln/q-dan  artıq  olmaması 
onu  göstərir  ki,  hövzənin  qruntunda  aerob-vegetativ  saprofit- 
lərin  həyat  fəaliyyəti  üçün  mövcud  şərait  əlverişli  deyildir  (bu 
vəziyyəti  biz  əvvəlki  mətnlərdə  dəfələrlə  qeyd  etmişik).  Kiçik 
körfəzin  qruntunda  olan  şəraitin  təzadlı  olmasını  dərk  etmək 
üçün  son  40  ildə  təkrar  olunan  tədqiqatların  (yayda)  nəticələri 
şəkil  10-da  müqayisə  edilir.  Şəkildən  aydın  görünür  ki,  körfəzin 
qruntunda  25  ildə  (1964-1989)  saprofitlərin  sayı  yüksələn  xətt 
ilə  10  dəfədən  çox  artdığı  halda,  son  15  ildə  isə həmin  qaydada 
saprofit bakteriyaların  ümumi  miqdarı  3,5-4  dəfə azalmışdır.  Sə­
ciyyəvidir ki,  bizdən  öncə tədqiqat aparan  mütəxəssislər tərəfin­
dən  körfəzin  qruntunda  başdan  başa  hidrogen  sulfid  izi-iyinin 
yayılması  qeyd  edilməmişdir.
Kiçik  Qızılağac  körfəzinin  qruntunda  aerob  tənəffüz  tipinə 
aid  mikrobiotanın  inkişafı  üçün  bir  növ  ekstremal  şəraitin  möv­
cud  olması  saprofit bakteriyaların  yayılmasında  da  aydın  nəzərə 
çarpır  (cədvəl  21).
Etiraf  etmək  lazımdır  ki,  körfəzdə  mikrobiotanın  kəmiyyət 
göstəriciləri  hövzənin  trofık  tipinə  uyğun  gəlmir.  Yay ayları,  hid- 
rofauna-floranın  intensiv  vegetasiyası  və  biokimyəvi  aktiv  dövrü 
olmasına  baxmayaraq,  əsas  biodestruktorlar  sayılan  saprofit 
bakteriyaların  sayının  qış  fəslinə  aid  göstəricilərdən  də  az  ol­
ması  Cənubi  Xəzər  akvatoriyasında  görünən  nadir  hadisədir. 
Cənubi  Xəzərin  qərb  şelfində,  o  cümlədən  də  Böyük  Qızılağac 
körfəzində  uzunmüddətli  tədqiqatlardan  məlum  olmuşdur  ki, 
hövzədə  mikrobioloji  proseslər  yay  aylarında  xüsusilə  aktiv 
gedir  (Romanenko,  1999).  Kiçik  körfəzin  qruntunda  yaranan 
vəziyyətin  özü  də  onu  göstərir  ki,  fizioloji  xüsusiyyətindən  asılı
151
olaraq  bir  qrup  mikroorqanizmlərin  biodeqradasiyaya  uğraması, 
başqa  qrup  mikrosenozun  həyat  fəaliyyətinin  aktivləşməsi  sa­
yəsində  baş  verir.  Başqa  sözlə  desək,  kiçik  körfəzdəki  vəziy­
yətin  bir qrup  bakteriyalar  üçün  əlverişsiz olması,  mühitin  özün­
də  mövcud  olan  başqa  qrup  mikrosenoz  yaratmış  olur  ki,  bu  da 
təbii  proses  olmaqla  məhsuldarlıq  ilə  biodestruksiya  proses­
lərində  antropogen  təsirlərdən  yaranan  uyğunsuzluq  nəticəsin­
də formalaşır və nəticədə  ümumi  bioloji  məhsul  kəskin  azalır.
o
1964
1972
1989
2004


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə