Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə53/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   49   50   51   52   53   54   55   56   57

210
qruplarının  sayı  son  20  ildə  2  dəfə  çoxalmışdır.  Saprofit 
bakteriyalar  hövzədə  bərabər  paylanmış  və  yaz,  yay,  payızda 
4-5  min/ml  təşkil  edir.  Hər  iki  hövzədə  saprofit  bakteriyaların 
80%-ni  spor  əmələ  gətir-məyən  formalar  təşkil  edir  ki,  bu  da 
suların  üzvi  maddələrlə zəngin  olmasını  göstərir.
5.  Kiçik  Qızılağac  körfəzinin  qruntunda  mikrobiotanın 
ümumi  miqdarı  2-4  mlrd/q  təşkil  edir  ki,  bu  da  Xəzərin  şelfində 
qeyd  edilən  orta  göstəricidən  2  dəfə  azdır.  Qruntda  qış-yay 
gös-təriciləri  eynidir  ki,  bu  da  bir  növ  mühitdə  mövcud  olan 
ekstremal  vəziyyəti  göstərir.  Sübut  olunmuşdur  ki,  kiçik  kör­
fəzin  detritlə  zəngin  dib  çöküntülərində  isti  aylarda  anaerob 
şərait  yaranır.  Ona  görə  lildə  saprofit  bakteriyaların  sayı  yay-da 
(1,8  mln/q),  qış  aylarında  əldə  edilən  saprofitlərin  miq-darından 
azdır  (2  mln/q).  Körfəzin  dib  çöküntülərində  izafi  qatılıqda  olan 
üzvi  maddələr  az  vaxtda  oksigen  məsrəfini  ar-tırır,  anaerob 
bakteriyalardan 
1-1,5 
mln/q-a 
çatan 
desul-fatlaşdırıcı, 
denitratlaşdırıcı,  metan  əmələ  gətirən  və  b.  Bak-teriyaların  küt­
ləvi  inkişafına  səbəb  olur.  Su  qatları  hidrogen  sulfid  və  başqa 
metabolitlərlə  zəhərlənərək,  plankton  və  bentik  orqanizmlərin 
kütləvi  qırğınına səbəb olur.
6.  Böyük  Qızılağac  körfəzinin  qruntunda  mikroorqa- 
nizmlərin  ümumi  sayı  1,6  (qış)  -   4  (yay)  mlrd/q  bərabərdir. 
Saprofit  bakteriyaların  inkişaf  dinamikası  temperatur  amili  və 
ilkin  üzvi  maddələrin  sintezi  dinamikasına  uyğun  gəlir:  qışda  -  
1,5;  yazda -  2,8;  yayda -  4,0 və payızda -  3,6  mln/q təşkil  edir. 
Fizioloji 
qruplara 
aid 
bakteriyalardan 
desulfatlaşdırıcı- 
denitratlaşdırıcı  və  b.  anaerobların  miqdarı  35-50  min/q  təşkil 
edir ki,  bu  da kiçik körfəzdəki göstəricilərdən  50-80  dəfə azdır.
7.  Kiçik  Qızılağac  körfəzində  ali  su  bitkilərinin  intensiv 
inkişafı,  lilləşmə  proseslərinin  güclənməsi,  dib  çöküntülərində 
detritin  toplanması,  mühitdə  oksigen  məsrəfinə,  metabolitik 
məh-sulun  (H
2
S;  CR4;  R
2
  və  S.),  humin  turşusu  xassəli  üzvi
211
mad-dələrin  generasiyasına  səbəb  olur.  Ona  görə,  hövzə  öz 
əv-vəlki  statusunu  dəyişərək  distrof  tipli,  yarıbataqlıq  xassəli 
gölə çevrilmişdir.
8. 
Məlumdur  ki,  dövlət  qoruqları  adlı  ərazi-sahələrin 
özlərinə  məxsus  statusları,  qayda-qanunları  mövcuddur  və 
onlara  əsasən  də  fəaliyyət  göstərirlər.  Onlardan  biri  də  -   elmi 
iş-lərin  və  müşahidələrin  ardıcıl  aparılmasıdır.  Bunun  üçün 
xüsusi  ləvazimatlarla,  optiki  cihazlarla,  reaktivlərlə,  nəqliyyat 
vasitələri  ilə,  mütəxəssislərlə  və  s.  ilə  təmin  olunmaq  gərək-dir. 
Çox  təəssüflər  olsun  ki,  qoruq-yasaqlıq,  Milli  parklarımı-zın 
«Patriarxı»  sayılan  Qızılağac  qoruğunda  göstərilən  va-sitə- 
imkanlar  demək  olar  ki,  yoxdur.  100  min  hektara  qədər  sahəsi 
olan,  su,  bataqlıq,  keçilməz  qamış,  böyürtkən,  cil-kolluqlarla 
seçilən  ərazidə  adi  nəzarət  aparmaq  üçün  şərait-vasitə 
kifayətedici  deyildir.  Kiçik  körfəzin  həyatiliyi  adi  su  tələb  edir, 
hövzənin  bərpası  texniki  vasitəyə  möhtacdır.  Qoruq  üçün  ən 
vacib  tələb  olunanlardan  -  nəqliyyat,  meli-orativ  vasitələri  qeyd 
etmək  lazımdır.  Məsələn,  qoruğun  1990-cı  il  hesabatında 
müxtəlif  marka  -   Qaz  maşını  (yük)  8  ədəd,  minik  maşını  -  
(UAZ)  3  ədəd,  traktorlar -   8  ədəd,  mühərrikli  qayıq  -   12  ədəd, 
avtobus,  radiostansiya  -  3 və  s.  göstərilir.  Qızılağac  qoruğunda 
vaxtilə  Milli  Elmlər Akade-miyasının  bioloq,  botanik,  coğraf və  b. 
ixtisaslı  alimləri  geniş  miqyasda,  olduqca  ciddi  və  əsaslı  elmi 
işlər  aparmışlar.  Hə-mişə  başa  çatdırılan  işlərin  nəticələri 
Ekoloji  Komitədə  müzakirə  olunardı,  birgə  tədbirlər  həyata 
keçirilərdi.  İndi,  daha  doğrusu  ETSN  yaradılandan  sonra  birgə 
tədqiqatlar,  müzakirələr  unudulmuşdur.  Axı  keçən  əsrin  60-80- 
cı  illərin-də  Qızılağac  qoruğu-körfəzi  elmi  işlərin  əsil  mənada 
po-liqonu  olmuşdur.  Bu  qiymətli  ənənə-əlaqəni  bərpa  etmək  la­
zımdır.


212
SON SÖZ ƏVƏZİ
Xəzər  kimi  xəzinə,  onun  Qızılağac  körfəzi  adlı  qiymətsiz 
incisi  barədə  son  sözü  demək  çox  da  asan  iş  deyil.  Bununla 
belə,  çalışdıq  ki,  körfəzin  dünəninə  aid  mümkün  qədər  tutarlı 
məlumat  verək,  onun  bu  gününün  iştirakçısı  kimi  əhatəli  dəlil- 
sübutlar  göstərək  və  sabahına  münasibətimizi  bəyan  edək. 
Körfəzin  mahiyyəti,  vacibliyi,  əhəmiyyəti  və  başqa  cəhətləri  dəf­
ələrlə  vurğulanıb.  Bununla  belə,  təqdim  olunan  toplunun  qüsur­
suz  olmasını  yəqin  etmək  insafsızlıq  olar.  Sözsüz,  Qızılağac 
körfəzini  hərtərəfli  səciyyələndirmək  bir  neçə  sanballı  toplunun 
köməyi  ilə  mümkün  ola  bilər.
Xalqımızın,  millətimizin  yüzillərdən  bəri  arzu-diləyi  çin  olub 
-  müstəqil  Azərbaycan  dövləti  yaranıb,  öz ərazisinə,  onda  cəm­
ləşən  bütün  sərvətlərə  nəhayət  ki,  sahib  olub.  Tale  bizlərə  bən­
zərsiz  diyar,  Vətən  bəxş  edib.  Nəyi  yoxdur  bu  dilbər  guşənin? 
indiyə  kimi  özgələr  çəkib  ölçüsüz  nemətlərimizin  səfasını,  nə 
buyurublarsa,  mütiliklə  əməl  etmişik,  alt-üst  -   nəyimiz  olubsa 
talan  ediblər,  qalıb  qalaq-qalaq  tullantı:  zəhərlər  səpiblər  (öz 
əllərimizlə)  torpağımıza,  çirkablar  axıdıblar  sularımıza,  kül  püs­
kürüblər  səmamıza.  Çox  günahımız  var  təbiətimizin  qarşısında. 
Təəssüflər olsun  ki,  çox-çoxumuz  hələ  də  tam  dərk  edə  bilmirik 
ki,  doğma  diyarın  hər  guşəsinə  qayğı  göstərməli,  onun  ya­
ralarını  sağaltmalı  və  dərdlərinə  əlac  etməliyik.  Bəli,  çox  ağır 
ekoloji  yüklü  miras  qalıb  bizlərə.  Ona  görə,  indi  Azərbaycanda 
sağlam  torpaq,  su  və  təmiz  hava  demək  olar  ki,  çox  az  qalıb. 
Ekoloji  böhran  respublikamızın  hər  guşəsinə  yol  tapıb.  Biz 
onları  bərpa  etməliyik.  Yada  salmaq  lazımdır  ki,  ölkəmizdə  eko­
loji  sabitliyin  bərpası,  təbii  sərvətlərin  qorunması  barədə  döv­
lətin  xüsusi  qərar-qətnaməsi var.  Məsələn,  2010-cu  il  ekologiya 
ili  kimi  qəbul  edilsə  də,  çoxsaylı  qeyri-dövlət təşkilatları  (ekoloji) 
yaransa  da,  hələlik  bu  zəruri  təşəbbüsün  lazımınca  vüsət  al­
213
ması  aydın  nəzərə  çarpmır.  Vətənin  ölüm-dirim  mübarizəsi  20 
ildir  sovumaq  bilmir,  hər  qarış  torpağımıza  oğul  qanı  tökülür, 
ana-bacılarımızın  daş  dələn  göz  yaşları  çilənir.  Torpağı  azğın 
qəsbkarlardan  qorumaq  ülvi,  müqəddəs  borc  olduğu  kimi,  onu 
ekoloji  «ölümdən»  də  xilas  etmək  vətəndaşlıq  münasibəti  kimi 
qiymətləndirilir.  Qan  bahasına  qorunan  torpaq  zəhərlənirsə, 
bəhər  vermirsə,  əksinə,  onun  qoynunda  böyüyən  nəsil  sağlam 
olmursa,  şikəstlik  ildən-ilə  çoxalırsa,  kimə  lazımdır  belə  torpaq, 
belə su?
Bir  sözlə,  təbiətimizin,  milli  sərvətlərimizin  ekoloji  böhran 
adlı  «topsuz—tüfəngsiz»,  gözlə  görünməyən,  geniş  əhatəli  təh­
lükəsinə  qarşı  hamılıqla  səfərbər  olmağın  məqamı  çoxdan  çatıb. 
Biz  onlardan  biri  -   Qızılağac  körfəzi  barədə  olub-keçəni,  zəruri 
vəzifə  və 
görülməsi 
vacib 
saydığımız  işlərlə 
əlaqədar 
düşüncələrimizi  açıqladıq.
Hazırda  Azərbaycanda  mövcud  olan  qoruqların  hamısı Və­
tənimizin  gərəkli  sahələridir və  onların  qayğıya,  yardıma  böyük 
ehtiyacları  var.  Bununla  belə,  Qızılağac  körfəzinin  öz  yeri  var. 
Tutduğu  mövqeyə,  iqlim,  fiziki-coğrafi  cəhətlərinə  görə  Qı- 
zılağac  körfəzi  bənzərsizdir.  Qoruqlarımızın  əhəmiyyətinə  xələl 
gətirmədən  bir daha  yada salmaq  lazımdır ki,  bu gözəl  diyar en- 
demiklər  məskənidir,  burada  nadir,  incə,  zərif,  təbiətin  inciləri 
cərgəsində  layiqli  yer  tutan  fauna-flora  əl  çatan,  ün  yetəndir. 
Təbiət,  bu  analoqu  olmayan  ərazidə  biosferin  hər  üç tərkib  his­
səsinə  məxsus  məxluqları  cəmləşdirib.  Yer  kürəsində  buna 
bənzər  ərazi  çətin  tapılar  ki,  orada  dəniz,  dağ,  dağətəyi,  çay, 
göl,  meşə,  səhra,  yarımsəhra,  quru,  yaş  (nəmişli)  subtropik  qur­
şaqlara  mənsub  canlılar toplanmış  olsun!
Bəli,  fərəhlə,  fəxrlə  etiraf  etmək  olar  ki,  yoxdur  kürreyi- 
ərzdə  ikinci  belə  bir  guşə!  Bununla  belə,  Qızılağac  körfəzinin 
müşkül  vəziyyətdə  olmasını  unutmağa  haqqımız  yoxdur.  Unut­
mamaq  azdır,  onu  xilas  etmək,  turacı,  sultan  toyuğunu,  ziyadı,


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə