Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə50/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

198
Körfəzdə  geniş  miqyasda  hidromeliorativ  işlər-tədbirlər 
gö-rülməlidir.  ilk  növbədə  çay  vadiləri  təmizlənməlidir,  məcra 
arıtlanmalı-dərinləşdirilməlidir.  Belə  olmasa,  payız-yaz  yağmur­
ları  zamanı  çayla  gələn  su  körfəzə  axmaq  əvəzinə,  yenə  də 
qonşu  kəndlərin  əkin  sahələrinə  yayılacaq,  aqrar  təsərrüfata 
zərər  verəcək.  Məlumdur  ki,  Xəzərdə  su  səviyyəsinin  artması 
ilə  əlaqədar  olaraq,  güclü  küləklər  əsən  zaman,  dənizin  suyu 
kiçik  körfəzə  axır  (tənzimlənməyən,  uçub-dağılan  kanallarla). 
Bu  da  öz  növbəsində  suların  minerallaşmasını  artırır və  şirin  s u ­
lara  məxsus hidrofauna-floranın  inkişafına  mənfi  təsir edir.  Ə gər 
kiçik  körfəzin  şirin  sulu  hövzə  kimi  fəaliyyəti  bərpa  olunmasa, 
onda  Cənubi  Xəzərin,  Kürətrafı  regionun  vətəgə  əhəmiyyətli 
ixtiofaunasının  kürüləmə,  artıb-çoxalma  sahəsi  ixtisar  ediləcək 
ki,  buna  qətiyyən  yol  vermək  olmaz.  Azərbaycana  məxsus 
Xəzər  sularını  balıqsız  təsəvvür  etmək  olduqca  çətindir,  axı, 
regionda  balıq  ehtiyatının,  hidrofauna-floranın,  ümumi  növ  müx­
təlifliyinin  sabit saxlanmasında  kiçik  körfəzin  rolu  əvəzsizdir.
Körfəzdə  aparılmalı  əməli  tədbirlərdən  biri  də  ali  su 
bitkilərinin  yayılmasına  qarşı  tədbirlər  görülməli,  xüsusilə,  kör­
fəzin  mərkəz  hissəsində  qamış-cil  adacıqlarının  yaranmasının 
qarşısı  vaxtında  alınmalı  və  mövcud  «cəngəlliklər»  ləğv  edilmə­
lidir.  Qızılağac  körfəzində  «bitkilərlə  mübarizə»  tədbirləri  keçən 
əsrin  60-70-ci  illərində  planlı  şəkildə aparılmışdır.
Bir  vacib  məsələyə  toxunmaq  lazımdır  ki,  o  da  hövzədə 
bi-çilən  (gələcəkdə)  bitki  kütləsinin  taleyi  ilə  əlaqədardır.
Ədəbiyyatdan  məlumdur  ki,  bir çox göl-balıqçılığında,  xü­
susilə  Rusiya  şəraitində,  hövzədə  qida  silsiləsini  yaxşılaş­
dırmaq  məqsədilə  «yaşıl  kütlə»  -  bitki  kompostru  tətbiq  edilir 
(Yelovenko,  2004;  Korelyakova,  1977;  Panteley,  2005;  Kwan- 
drans,  2005).  Bu  məqsədlə  hələ  30-40  il  qabaq  kiçik  körfəzdə 
«qamışbiçənlə»  çalınan  kütlə  suda  qalardı  və  hər  dəfə  bitki  qa­
lıqlarının  kütləvi  çürüyən  ərazisində,  müvəqqəti  də  olsa,  kiçik
199
miqyasda  anaerobioz  müşahidə  olunmuşdur.  Məsələnin  mahiy­
yətini  aydınlaşdırmaq  üçün  keçən  əsrin  70-ci  illərində  M.Sal- 
manov  tərəfindən  kiçik  körfəzdə  təcrübələr  aparılmışdır  (1987). 
Məlum  olmuşdur  ki,  Kiçik  Qızılağac  körfəzi  evtrof  hövzələrə  aid 
olduğuna  görə,  onun  «yaşıl  gübrə»yə  ehtiyacı  yoxdur.  Ona  gö­
rə  hövzədə  biçilən-çalınan  bitki  kütləsi  mütləq  kənara  -   sahilə 
çıxarılmalıdır.  Həqiqətən  də  üzvi  maddələrlə zəngin  olan  körfəz­
də  hal-hazırki  vəziyyətdə  qaz-duz  rejimlərində  əmələ  gələn 
ekoloji  təzadlar  barədə  bütün  bölmələrdə  nəticələrə  toxunul­
muşdur.  Regionda  balıqçılığın  inkişafına  aid,  ixtiologiya  barədə 
xüsusi  tədqiqatlar  aparmasaq  da,  Qızılağac  körfəzində  başa 
çatdırılan  müşahidələr  ekosistemdə  fauna-floranın  inkişafı  üçün 
hövzədə  mövcud  ekoloji  vəziyyəti  araşdırmağa  həsr  edilmişdir. 
Ona görə  məntiqi  olaraq  biz öz tədqiqatlarımızda  və  alınan  nəti­
cələrin  müzakirəsində  kiçik  körfəzdə  ixtiofaunanın  inkişafı  üçün 
şəraitin  əlverişli  olmamasını  dəfələrlə  qeyd  etmişik.
Bildiyimiz  kimi,  körfəzin  əsas  funksiyalarından  biri  məhz 
balıq  ehtiyatının  sabit  saxlanmasından  ibarət  olmuşdur.  Bu 
məqsədlə  də  2-ci  Nərimanabad  qəsəbəsində  xüsusi  balıqçılıq 
təsərrüfatı,  balıqartırma  zavodu  ilə  birgə  fəaliyyət  göstərmiş  və 
hər  il  milyonlarla  balıq  körpələri  böyüdülüb  böyük  körfəzə -  Xə­
zərə  buraxılmışdır.  Cənubi  Xəzərdə  balıq  ehtiyatının  qorunub- 
saxlanması  və  vətəgə  əhəmiyyətli  balıq  məhsulunun  alınması 
üçün  balıqartırma  zavodunun  bərpası  olduqca faydalı  olardı.
Qızılağac  körfəzi  çoxsahəli  hövzədir.  Öz  coğrafi  mövqe- 
iqlim  şəraitinə  görə,  dənizlə,  çaylarla,  axmaz-bataqlıqlarla  əla­
qəsi,  fauna-flora  ilə  zəngin  olması  və  s.  xüsusiyyətlərinə  görə, 
Qızılağac  körfəzi  təbiət-biosfer  elmlərinin  inkişafı  üçün  əsl  «uni­
versitetdir»: 
burada 
biologiyanın  (geniş  mənada), 
hidro­
logiyanın,  okeanologiya-okeanoqrafiyanın,  limnologiyanın,  hid- 
rokimya-toksikologiyanın  və  s.  elm  sahələrinə  aid  eksperiment- 
təcrübələrin  aparılması  üçün  geniş  imkanlar  vardır.  Nəhayət,


200
eyni  adlı  -  Gızılağac  Dövlət  qoruğu  Azərbaycanın  qoruq,  yasa­
qlıqlarının  ən  böyüyü  (sahəsinə görə)  və  «ağsaqqalıdır».  Körfəz 
yüzillərdən  bəri  köçəri,  bataqlıq-göl  quşlarının  etibarlı  qışlama, 
artıb-çoxalma  ərazisidir.  Qızılağac  körfəzi  müxtəlif  elm  aləminə 
çoxdan  məlumdur  və  ona  olan  maraq  heç  vaxt  azalmamışdır. 
Körfəzin  özü  kimi  qoruğun  da  bərpa  işlərinə,  texniki  təchizata, 
nəqliyyat vasitələrinə,  elmi  işlərin  yerinə yetirilməsi  üçün  heç ol­
masa  adi  ləvazimatlarla  təmin  olunmasına  böyük  ehtiyacı 
vardır.  Qoruğun  əsl  mənada  statusu  təmin  edilərsə,  o  təbiət- 
sevərlərin  məşhur  turizm  mərkəzinə  çevrilər  və  Azərbaycanın 
təbii zənginliyi -  gözəlliyi  şərəfini  çoxlarına  tanıdar (xüsusi  m öv­
zudur).
201
Qızılağac körfəzinin  ekoloji vəziyyətinin 
proqnozlaşdırılmasının  əsaslan
Bir  daha  qeyd  etmək  lazımdır  ki,  bəlli  olan  yazılı  mənbələr 
(Gül,  1967;  Quliyev,  1961,  1989;  Salmanov,  1963,  1999)  və 
şəxsi  müşahidələrimizin  qənaətlərinə  əsaslanaraq,  Qızılağac 
körfəzinin  nisbətən  uzaq  keçmişi  və  bu  günkü  vəziyyəti  barədə 
əvvəlki  bölmələrdə kifayət  qədər  məlumatlar verilmişdir.  Bunun­
la  belə,  haqlı  olaraq  soruşula  bilər:  bəs  körfəzin  sabahını  necə 
təsəvvür etmək olar?
Qızılağac  körfəzlərinin  sabit  fəaliyyətinin  bərpası  üçün 
hansı  tədbirlərin  həyata  keçirilməsi  zəruri  sayılır?  Qızılağac  kör­
fəzinin  sabahı  qayğısına  qalmaq  üçün,  onun  müasir  müşkül 
vəziyyətinin  bir  neçə  cəhətlərinə  nəzər  salmaq  lazımdır.  Məhz 
yaranan  təzadların  fonunda  körfəzin  ekoloji  vəziyyətinin  bərpa­
sının  nə dərəcədə mümkün  olmasını  dərk  etmək olar.  İlk  növbə­
də  etiraf etmək  lazımdır  ki,  Qızılağac  körfəzinin  gələcək  aqibəti 
onun  bu  gününə  aid  ekoloji  təməl  üzərində  qurulacaq.  Çünki, 
körfəz  və  onun  yerləşdiyi  region  mürəkkəb  xarakterli  hidroge- 
omorfoloji,  iqlim,  fiziki-coğrafi,  xüsusiləşdirilmiş  kənd  təsərrüfatı 
və  başqa sahələrlə  bağlı  olan  ekoloji  sistemdir.
Bir  anlığa  Kiçik  Qızılağac  körfəzinin,  əsrimizin  əvvəlindəki 
vəziyyətini  göz  qabağına  gətirək.  Bu  əfsanəvi  hövzənin  şərqə 
yönü  Xəzər,  şimal,  qərb  və  cənub  qonşuluqları  -  hər  üç  tərəf­
dən göllər,  mərdolar və  çaylardır,  indi  onların  çoxu,  daha  doğru­
su  hamısı,  ya  tam  ləğv  olunub,  ya  da  öz  əvvəlki  əhəmiyyətini 
(körfəzə  görə)  itirmişdir.  Əgər  maddi,  texniki  imkanlar  onların 
bərpasını  mümkün  edərsə,  bəs  əvvəlki  çay  silsiləsini,  onların 
sututumunu  və  ən  ümdə  -  suların  öz  təbii  keyfiyyətini,  xassə­
sini,  bərpa  edə  bilərikmi?  Beləliklə,  bir daha  aydın  olur ki,  təbi­
ətə  kor-koranə  müdaxilə,  Qızılağac  körfəzi  üçün  nə  qədər  təh-


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə