184
körfəzi ətrafinda yerləşən onlarlca sututarın hər birində
milyonlarla balıq kürüləmiş, yeni nəsi vermiş, Qızılağac körfəzi
isə onların etibarlı böyümə, örüş yeri kimi fəaliyyət göstərmişdir.
Heç də təsadüfi deyildir ki, XX əsrin əvvəllərində A.Qotvald
demişdir
ki,
«sərvətcə
Xəzər
dünya
dənizlərinin
qızıl
üzüyüdürsə,
Qızılağac
körfəzi
onun
almaz qa-şıdır».
Səciyyəvidir ki, körfəzin fəaliyyətində, onun bioloji məh
suldarlığında əvəzsiz rol oynayan hövzələrin ləğv edilməsi
regionun iqtisadiyyatına, Cənubi Xəzərin balıq ehtiyatına, yerli
fauna-floraya vurduğu ziyanı qiymətləndirmək çox çətindir.
Təkrar da olsa bir daha qeyd etmək lazımdır ki, körfəzdə
yaranan ekoloji təzadların ilk mənbəyi onun çay-göllərlə əla
qəsinin kəsilməsidir.
Keçən əsrin 50-ci illərində körfəzlər bəndlə ayrılanda
(bax:
I
hissə),
nəzərdə
tutulan
məqsədlərin
yerinə
yetirilməsində kiçik körfəzin Viləşçay və Qumbaşı ilə daim
əlaqəsi başlıca şərt kimi qeyd edilmişdir. Təəssüflər olsun ki,
hər iki çay üzərində su an-barları yaradıldı və elmi-praktiki
cəhətdən düzgün hesablanan əlaqələr unuduldu. Körfəzdə
ekosistemin yüzillər ərzində qonşu sututarlarla əlaqədar
formalaşması sayəsində biosenoz möv-cud mühitə uyğun
olaraq ən optimal-əlverişli vəziyyətdə inkişaf etmişdir.
Çox haqlı olaraq Q.K.Gül (1967) Qızılağac körfəzinin ba
lıqçılıqda tutduğu mövqenin körfəzin başqa su hövzələri ilə bila
vasitə əlaqələrə münasibliyindən asılı olmasını göstərir. Əlbəttə,
indi göstərilən əlaqələr yoxdur. Təkcə müasir dövrdə körfəzin,
necə deyərlər əsas su arteriyası Qumbaşı və Viləşçaydır. Onlar
barədə əvvəlki bölmədə məlumat verilir.
Yada salmaq lazımdır ki, Viləşçay regionda ən böyük
çay-dır (uzunluğu 115 km, hövzəsi - 936 km2 ). Çay körfəzə
qarı-şana qədər axım boyu Şaratyuk, Paqar, Seyidrza,
Sallacaq ad-lı, bir-biri ilə əlaqəli, axarlı yarımbataqlıqlar
185
yaratmışdır. Ona gö-rə hər il yaz aylarında çay axarı ilə həmin
sututarlarda milyon-larla balıq kürüləmiş, nəsi vermişdir.
Qumbaşı çayı sularını birbaşa kiçik körfəzə axıtdığı üçün,
Cənubi Xəzərin keçici və yarımkeçici balıqlarının çoxalmasına
xidmət etmişdir. Mənbəyini Boradigə çayından götürən Qum
başı çayının sutoplayan sahəsi Viləşçaydan kiçik olsa da (400
km2), yağmurları ilə səciyyələnən ərazinin yerli çayları - Boladi-
çayın, Şıxəliçayın, Mahmudovarı-Xorçayın sularını qəbul edib,
körfəzə axıtmışdır. Bundan başqa, keçən əsrin 50-ci illərinə
kimi Qumbaşı çayı Göyşaban gölü ilə əlaqədar şəkildə ərazidə
ən məhsuldar (vətəgə əhəmiyyətli balıq sərvətinə görə) hövzə
sayılmışdır. Məsələn, 1940-45-ci illərdə Qumbaşı çayında 30-32
min sentner balıq ovlanmışdır. Qumbaşı hövzəsinin balıq-
çılıqdakı əvvəlki
mövqeyi barədə yazılı məlumatlar çoxdur.
Z.Quliyevə görə (1989) bu çay-hövzə, Cənubi Xəzərin vətəgə
əhəmiyyətli məhsul hasilatında bənzərsiz olmuşdur (cədvəl 36).
Həmçinin, yuxarıda qeyd edildiyi kimi, Aquşa çayı (ağ
quş), Ağçala, Xurşudçala adlı sututarlar, əfsanəvi balıq sərvə
ti ilə məşhur olmuşlar və bu barədə xeyli məlumatlar var
dır. A.Qotvaldın qeydlərinə görə keçən əsrin 10-15-ci illərində
Aquşa çayında təkcə 12 min baş qızılbalıq ovlanmışdır (Gül,
1967). Bundan başqa, Aquşa çayının Beluji (bölgə), Severyuji
(uzunburun) qolları göstərir ki, onlar, ovlanan balıqların sayca
çoxluq təşkil etməsinə görə belə adlandırılmışlar və s. Əlbəttə,
son 45-50 ildə Qızılağac körfəzinin yuxarıda göstərilən höv
zələrlə əlaqəsi kəsildiyi üçün, onun regionun yerli sututarlarının
və Cənubi Xəzərin balıq ehtiyatının sabit saxlanmasında rolu
çox-çox azalmışdır.
186
Cədvəl 36
Kiçik Qızılağac körfəzində ovlanan balıq məhsulunun
illər üzrə dəyişilməsi (sentnerlə) (F. Quliyev, 1989)
İl
Çəki
Külmə
Sıf
Ziyad
Cəmi
Kq/h
1959
101
10,1
4,6
6,2
122
28
1963
203
1,2
132
0,52
333
7,5
1965
602
0,7
8,7
0
615
6,6
1967
109
46
37
0
192
6,2
1969
344
22
36
0
402
31.0
1971
583
88
80
0
740
13,0
1973
160
87
261
0
500
24.0
1975
230
12
3
0
245
17,0
1977
564
15
2,9
0
583
15,0
1979
1,0
6,0
0
0
16
7,3
1981
2,0
17
35
0
54
9,0
1983
148
30
14
0
237
6,6
Məlumdur ki, balıq məhsulu bərpa olunan sərvətlərə
aiddir. Əgər Qızılağac körfəzinin fəaliyyəti sabit saxlansaydı,
şübhəsiz ki, onun, əlavə sərmayəsiz, ekoloji cəhətdən təmiz,
fizioloji ba-xımdan insan orqanizmi üçün dəyərli zülal mənbəyi
kimi qiy-mətli balıq məhsulu yüz minlərlə adamın ehtiyacını
ödəmiş olar-dı. Tədqiqatlarımızın nəticələrinə əsasən demək
olar ki, təkcə Qumbaşı və Viləşçayın axarı normal saxlanarsa,
Qızılağac kör-fəzi daha çox fayda verərdi. Biz heç vaxt Viləşçay
və Qumbaşı çaylarından suvarmada istifadə edilməsinə qarşı
çıxış etməmiş, təkliflər də verməmişik. Lakin, eyni zamanda da
əminik ki, kör-fəzdə şirin sulara tələbatın kritik dövrləri, səviyyə
rejiminin optimal vəziyyətdə saxlanma yolları, keçici-yarımkeçici
balıq növlərinin kürüləmə dövrləri, körpə balıqların aktiv
qidalanma vaxtı və s. məsələlər elmi cəhətdən əsaslandırılaraq
su ilə tə-min olunan vaxtlara uyğunlaşsaydı, çay sularından
məqsəd-yönlü, səmərəli istifadəni təşkil etmək olardı. Etiraf
etmək lazım-dır ki, əgər Kiçik Qızılağac körfəzi təcrid olunandan
187
sonra onun Qumbaşı və Viləşçayla əlaqəsi kəsilməsəydi, hövzə
indiki acınacaqlı vəziyyətə düşməzdi. Bir tərəfdən şirin suların
körfəzə az gəlməsi,
digər tərəfdən
kəskin buxarlanma
sayəsində suyun minerallaşma dərəcəsi artır, həm də dərinlik
azalır. Beləliklə, duz rejiminə görə, şirin sulara məxsus
hidrobiontlar azalır, ya-ranan vəziyyətə görə isə - ali bitkilərin
hövzədə geniş ərazilərə yayılmasına əlverişli şərait yaranır.
Kiçik Qızılağac körfəzində ali bitkilərin son 20 ildə bi-
çilməməsi, hidromeliorativ tədbirlərin aparılmamasında biganə-
qayğıkeşsizlik, əsl mənada, antropogen təsir kimi qiymətlən
dirilə bilər. Heç bir bəhanə - keçid dövrü, maddi-texniki im
kansızlıq və s. körfəzin taleyinə cavabdeh şəxslərə bəraət qa
zandıra bilməz. Tabeçiliyində olan nazirlik, baş idarə və başqa
qurumlar təbii sərvətlərin, ətraf mühitin, növ müxtəlifliyinin və s.
qorunması adı ilə onlarca qrantlar, yardımlar alır. Kiçik və böyük
körfəzin həm quru, həm də subasar sahələri Dövlət qoruğudur.
Öz ümumi mahiyyətinə, iqlim xüsusiyyətlərinə, fauna-flora tər
kibinə, regionun iqtisadi vəziyyətinə, əhalinin zülalla təmin olun
ma probleminə görə Qızılağac körfəzi - Qızılağac Dövlət qoru
ğu əvəzsiz ərazidir - bura həm çay, göl, axmaz, bataqlıq, həm
dəniz, quru, nəm-subtropik iqlimli, düzən, yarım səhra, dağ-
meşə relyef-landşaftlı ərazidir.
Dəfələrlə qeyd edildiyi kimi, körfəzdə yaranan gərgin eko
loji vəziyyət hövzənin su balansı ilə əlaqədardır. Şirin su ehti
yatının azalması və Xəzərdə səviyyənin qalxması ilə dəniz
suyunun çoxalması (dənizdən kiçik körfəzə axır), körfəzin eko
loji vəziyyətini kökündən dəyişdirmişdir. Kiçik körfəzdə duzlu-
luğun çoxalması hidrofaunada suksessiyaya səbəb olmuşdur.
Dayazlaşma prosesi ali bitkilərin hövzədə yeni sahələrə yayıl
masına və beləliklə də sututar ərazilərin ixtisarına, dib çökün
tülərində bitki qalıqlarından - detritdən ibarət sedimentin top
lanmasına, sularda humin turşular xarakterli üzvi maddələrin
Dostları ilə paylaş: |