172
kiçik körfəzdə olduğu kimi - yumşaq lildən ibarət deyildir. Həm
çinin, böyük körfəzdə qruntda detrit (əsas bitki mənşəli), əsa
sən bitki ilə örtülü dayazlıqlardan əldə edilən nümunələrdə mü
şahidə olunur. Körfəzin su ilə örtülü sahələrinin Kür dilinə qon
şu akvatoriyasında qrunt balıqqulağı qarışıqlı, bərk konsisten-
siyalıdır. Körfəzin cənub - cənub-qərbində qruntda narın dənəli
qum, nisbətən iri alevrit qarışıqlı çöküntülərə təsadüf olunur.
Balıqqulağılı, balıqqulağılı-qumlu lil - yalnız körfəzin nisbətən
dərin (2,3-3 m) yerlərində yayılmışdır. Böyük körfəzin qruntu bir
də onunla səciyyələnir ki, bütün hallarda, çöküntünün üst qatı
nın strukturu pozulmayan (cihazla götürən zaman) nümunələri
nin ən üst təbəqəsində (0,3-0,5 mm) təzə (nailka deyilən)
çöküntüyə təsadüf olunur. Maraqlıdır ki, həmin nailka deyilən
yumşaq çöküntü mikrobiota, ibtidai bentik orqanizmlər, üzvi
maddələrlə ən zəngin təbəqə sayılır (mikrobioloqlar, hidrokim-
yaçı-hidrobioloqlar öz tədqiqatları-təcrübələrində həmin nailka-
dan istifadə etməyə üstünlük verirlər).
Qranulometrik ölçüyə və mexaniki quruluşa görə alevrit-
lərlə zəngin olan qruntda mikrobioloji göstəricilər yüksəkdir (Ro
manenko, 1969). Bu, ilk növbədə qruntda mikroorqanizmlərin
ümumi miqdarında aydın nəzərə çarpır (cədvəl 31).
Cədvəl 31
Böyük Qızılağac körfəzinin qruntunda ümumi mikrobiotanın
_______ sayca (mlrd/q) fəsillər üzrə dəyişilməsi__________
Stansiya
Qış
Yaz
Yay
Payız
1
2,2±0,10
3,4±0,16
4,3±0,20
6,4±0,30
2
1,7 ±0,08
2,2±0,10
2,3±0,10
3,1±0,15
3
0,9±0,04
1,6±0,06
1,9±0,09
2,7±0,13
4
1,8±0,07
2,3±0,11
2,9±0,14
3,3±0,15
5
1,6±0,06
2,3±0,10
2 ,1±0,10
3,2±0,14
6
1,7±0,05
2,6±0,13
2,1 ±0,09
3,3±0,16
Orta
1,6
2,4
4,0
3,7
173
Məlum olmuşdur ki, körfəzin dib çöküntülərində ümumi
mikrobiotanın il boyu inikşafı mövsüm amilləri ilə əlaqəli şəkildə
davam edir. Qış aylarında mikrobiotanın generasiyasının zəiflə
məsi qanunauyğun olaraq birinci növbədə, temperatur amilinə
görə baş verir. Hövzədə ümumi mikrobiotanın yaz aylarında in
kişafı intensivləşərək yayda maksimum həddə çatır. Körfəzdə
yay aylarında evtroflaşma proseslərinin güclənməsinə baxma
yaraq ümumi mikrobiotaya fitonsidlərin mənfi təsiri müşahidə
olunmamışdır. Bundan başqa, qruntda aerob-vegetativ vəziy
yətdə olan mikrosenozun mineralizasiya proseslərində fəal işti
rak etməsi, mühitdə əmələ gələn metabolitik məhsulların da on
lara mənfi təsiri qeyd edilməmişdir. Böyük Qızılağac körfəzinin
qruntunda mikrobiota üçün optimal şəraitin mövcud olması sap-
rofit bakteriyaların sayı və morfoloji növ tərkibi ilə də uyğunlaşır
(cədvəl 32).
Cədvəl 32
Böyük Qızılağac körfəzinin qruntunda saprofit bakteriyaların
miqdarı (mln/q)
Stansiya
Qış
Yaz
Yay
Payız
1
1,3 ±0,06
2,4 ±0,11
3,6 ±0,18
3,1 ±0,15
2
1,2 ±0,04
2,3 ±0,10
4,4 ±0,20
2,4 ±0,11
3
1,3 ±0,05
2,6 ±0,12
4,8 ±0,22
3,3 ±0,15
4
1,4 ±0,06
2,7 ±0,13
4,9 ±0,24
3,4 ±0,16
5
1,6 ±0,07
3,1 ±0,15
4,7 ±0,21
3,6 ±0,17
6
1,7 ±0,08
3,2 ±0,14
5,2 ±0,25
3,8 ±0,16
Orta
1,5
2,8
4,6
3,6
Maraqlıdır ki, saprofit bakteriyaların morfoloji görünüşü kiçik
körfəzdə olduğu kimidir. Burada da spor əmələ gətirməyən
174
formalar əldə edilən kulturanın 75-80%-ni təşkil edir. Ona görə
ehtimal etmək olar ki, böyük körfəzin dib çöküntüləri asan mə
nimsənilən (mikroflora tərəfindən) üzvi maddələrlə zəngindir.
Həqiqətən körfəzin dib çöküntülərində üzvi substratların top
lanması üçün şərait olduqca əlverişlidir.
Yada salmaq lazımdır ki, Y.İ.Sorokinin dəniz-okeanlarda
(1982),
S.İ.Kuznetsovun
daxili
su
hövzələrində
(1970),
M.Ə.Salmanovun (1987; 1999),Mansurov, Salmanovun (1996),
V.İ.Romanenkonun (1985; 1987) su anbarlarında başa çat
dırılan tədqiqatları ilə sübut olunmuşdur ki, su hövzələrinin
dərinliyi artdıqca, onun qruntunda üzvi substratların yüngül frak
siyaları azalır, çünki asan oksidləşən üzvi maddələr su sütu-
nundakı bakterioplankton tərəfindən mənimsənilir. Yuxarıda
qeyd olunmuşdur ki, kiçik körfəzdə maksimum dərinlik 1,0-1,7
m, böyük körfəzdə isə 3-4 m-dən artıq deyildir. Ona görə şübhə
yoxdur ki, il ərzində intensiv inkişaf edən plankton orqanizm
lərin vegetasiyası başa çatandan sonra qrunt üzvi maddələrlə
zənginləşir. Olduqca səciyyəvidir ki, kiçik körfəzdən fərqli ola
raq, böyük körfəzin qruntunda mikro-bakteriosenozun, bizim
tərəfimizdən tədqiq olunan bütün qruplarının inkişafında təzadlı
vəziyyət qeyd edilmir (şəkil 14).
Şəkil 14-dən aydın görünür ki, böyük körfəzin qruntunda
ümumi mikrobiotanın inkişafı üçün şərait optimal vəziyyətdədir.
Qeyd etmək lazımdır ki, su hövzələrində sahə və
dərinlikdən asılı olmayaraq dib çöküntülərində mikrobioloji,
fizikikimyəvi və başqa proseslərin gedişi daha mütəşəkkildir.
Çünki, biotopmühit kimi dib çöküntüləri həm enerji və həm də
konstruktiv materialları ilə daha zəngindir. Ona görə eyni həcm-
miqdar qruntda və suda, daha doğrusu 1q qruntda ümumi
mikrobiotanın
sayı
yüz min,
milyon
dəfə
1ml sudakı
mikroorqanizmlərin miqdarından yüksək olur.
175
qış
yaz
yay
payız
Şəkil 14.
Böyük Qızıl ağac körfəzinin qruntunda
ümumi mikrobiotanın və sa profit
bakteriyaların fəsillər üzrə inkişaf
dinamikası
1- Mikrobiotanın ümumi miqdarı
2- Saprofit bakteriyaların sayı
Bununla yanaşı, dib çöküntülərinin növü, mexaniki tərkib
quruluşu, qranulomerik və başqa xassələrindən asılı olaraq
onlarda müxtəlif yönümlü proseslərin gedişi fərqlidir. Müxtəlif su
hövzələrində aparılan çoxsaylı tədqiqatlardan mə-lum olmuşdur
Dostları ilə paylaş: |