Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə42/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

164
А
В
400 
2
qış 
yaz 
yay 
payız
35
25
15
5
Şəkil  13.  Kiçik Qızılağac körfəzində suyun 
temperaturu  və desulfatlaşdırıcı 
bakteriyaların fəsillər üzrə sayca 
dəyişilməsi
A -  sulfatlaşdırıcı bakteriyalar 
(1 m l suda)  və 
В -  temperatur (°C ilə)
1.  Suyun temperaturu
2.  Desulfatlaşdırıcı bakteriyalar.
Cədvəl 25
165
Cədvəldəki  rəqəmlər  körfəzin  qruntunda  anaerob  proses­
lərin  yaz  aylarından  payızn  sonuna  kimi  intensiv  davam  et­
məsini  aydın  göstərir.  Yuxarıda  dəfələrlə  qeyd  olunan,  çox  gü­
man  ki,  növbəti  bəhslərdə  təkrar  edilməsinə  yol  verilməsi  eh­
timalını  yad  edirik:  cədvəl  25-də  göstərilən  nəticələr  kiçik  kör­
fəzdə  yaranan  ekoloji  təzadları  yaradan  başlca  səbəb-amil­
lərdən  hesab  edilə  bilər.  Kiçik  Qızılağac  körfəzinin  lil-qruntunda 
ən  geniş  yayılan  qruplardan  biri  də  anaerob  sellülozapar- 
çalayan  bakteriyalardır.  Anaerob  sellülozaparçalayan  qrup  bak- 
teriyaların  suda  geniş  yayılması,  hətta  onların  suda  həll  olan 
oksigenə  münasibəti  barədə  əvvəlki  bölmədə  ətraflı  məlumat 
verilmişdir  (bax:  cədvəl  23,  şəkil  12).  Kiçik  Qızılağac  körfəzində 
fitoplanktonun  çiçəklənməsini,  il  boyu  yüksək  biokütlə  yaradan, 
körfəzin  50%-dən  çox  sahəsini  zəbt  edən  ali  su  bitkilərinin  in­
tensiv  inkişaf  etməsini  nəzərə  alsaq,  onda  hövzədə  öz 
kütləsinə  görə  başlıca  üzvi  substrat  sayılan  bitki  qalıqlarını  mi­
neralize  edən  -   sellülozaparçalayan  mikroorqanizmlərin  geniş 
yayılmasını  qanunauyğun  vəziyyət  kimi  qiymətləndirmək  olar. 
Kiçik  körfəzin  qruntunda  anaerob  sellülozaparçalayan  bakte- 
riyaların  2004-cü  il  ərzində  miqdarı  və  fəsillər  üzrə  dəyişmə  di­
namikası  cədvəl  26-da təqdim edilir.
Cədvəl 26
Kiçik Qızılağac körfəzinin qruntunda anaerob
sellülozaparçalayan bakteriyaların miqdarı (mln/q)
Stansiya
Qış
Yaz
Yay
Payız
1
0,6±0,2
0,9±0,045
1,9±0,09
1,7±0,08
2
0,8±0,03
1,2±0,060
2,3+0,11
2,1 ±0,10
3
0,7±0,03
1,4±0,060
2,2±0,10
2,0±0,09
4
0,4±0,01
1,5±0,050
2 ,7±0,12
0,9±0,04
5
0,7±0,02
1,7±0,055
1,9±0,08
1,4±0,06
6
0,8±0,02
1,4±0,030
1.8±0,07
1,2±0,04
Orta
0,6
1,4
2,1
1,5


166
Kiçik  körfəzin  qruntunda  yayılan  anaerob  bakteriyalar  içə­
risində  sellülozaparçalayanlar  daha  çox  inkişaf  etmişdir.  Xü­
susilə,  yay  fəslində  sulfatlaşdırıcı  və  denitratlaşdırıcı  bakteriya- 
larla  müqayisədə  sellülozaparçalayanların  miqdarı  2  dəfə  yük­
səkdir.  Körfəzdə  bitki  qalıqlarının  mineralizasiyasında  ayrı  qrup 
-   məsələn  ibtidai  göbələklərin  də  fəal  iştirak  etməsini  inkar et­
mək  olmaz.  Çox  güman  ki,  hövzədə  suların  humin  turşuları  ti­
pinə  aid  üzvi  maddələrlə  zənginləşməsində  ayrı  qrupa  məxsus 
heterotroflar da  iştirak edirlər.
Böyük Qızıl ağ ac körfəzinin su və dib çöküntüləri
Körfəzin  mikrobioloji  rejimini  səciyyələndirməzdən  qabaq 
qeyd  etmək  lazımdır  ki,  hövzədə  bizim  tərəfimizdən  öyrənilən 
bütün  mikrobioloji  proseslər  kiçik  körfəzdən  əsaslı  surətdə  fər­
qlənir  və  tamamilə  ayrı  məcraya  yönəldilmişdir.  Bir  daha  etiraf 
etməyə ehtiyac vardır  ki,  eyni  hövzə sayılsa  da,  fiziki-coğrafi  cə­
hətdən  fərqlənməsələr  də,  bioloji  proseslərin  intensivliyi,  eyni 
qrupa  mənsub  bakteriyalarn  bioloji  fəaliyyətində  fərqli  cəhətlər 
kifayət  qədərdir.  Keçən  əsrin  60-80-cı  illərdə  aparılan  tədqiqat­
larda  aydın  göstərilir  ki,  kiçik  körfəzin  su  qatları  və  dib  çökün­
tülərində  mikrobiotanın  bütün  qruplarına  aid  mikrosenozun  həm 
miqdarı,  həm  də  biokütləsi  böyük  körfəzdə  əldə  edilən  nəticə­
lərdən  3-5  dəfə  yüksəkdir  (Salmanov,  1966).  Həmçinin  25-30  il 
qabaq  kiçik  körfəzin  həm  su,  həm  də  qruntunda  anaerob  bak- 
teriyaların  kütləvi  inkişafı  da qeyd edilməmişdir.
Olduqca  maraqlıdır  ki,  kiçik  körfəzdə  inkişafı  zəifləyən 
bakteriya  qruplarının  böyük  körfəz  sularında  intensiv  inkişaf  et­
məsi  aydın  hiss olunur (cədvəl  27).
Cədvəldən  məlum  olur  ki,  keçən  40  ilə  yaxın  müddətdə 
suda  mikrobiotanın  miqdarının  ardıcıl  olaraq  artması  müşahidə 
edilir.  Kiçik  Qzılağac  körfəzindən  fərqli  olaraq  böyük  körfəzdə
167
mikroorqanizmlərin  su  qatlarında  fəsillər  üzrə  dəyişməsində  mi­
nimum-maksimum  göstəricilər dəqiq  seçilir (cədvəl  28).
Cədvəl 27
Böyük Qızılağac körfəzinin suyunda mikrobiotanın ümumi 
miqdarının yay fəslində illər üzrə dəyişilməsi (mln/ml)
Stansiya
1962
1972
1990
2004
1
2,3*
3,7
5,1
8,6±0,40
2
2,4
4,2
5,5
5,6±0,25
3
2,4
3,6
4,0
5,2±0,23
4
1,8
4,2
4,2
4,4±0,20
5
2,3
3,3
5,1
5,5±0,21
6
1,2
3,2
6,3
6,1 ±0,30
Orta
2,0
3,7
5,0
6,3
Cədvəl  28
Böyük Qızılağac körfəzinin suyunda  ümumi mikrobiolanın 
fəsillər üzrə sayca dəyişilməsi (mln/ml)
Stansiya
Qış
Yaz
Yay
Payız
1
1,9±0,09
3,8±0,18
8,6±0,40
6,4+0,30
2
2,1 ±0,10
2,6±0,11
5,6±0,25
4,1 ±0,20
3
2,2±0,08
2,4±0,10
5,2±0,23
3,7+0,15
4
1,6±0,06
2,2±0,09
4,4±0,20
3,3±0,16
5
2,1 ±0,09
3,4±0,15
5,5±0,21
3,2±0,14
6
2,2 ±0,08
3,3±0,166
6,1 ±0,30
3,4±0,16
Orta
2,0
3,0
6,3
4,1
Qeyd etmək  lazımdır ki,  Böyük  Qızılağac  körfəzində ekoloji 
sabitliyə  ən  kəsərli  təsir edən  amil -  səviyyə  rejiminin  dəyişmə­
si  sayəsində  subasar  ərazilərdən  hövzəyə  yüz  min  tonlarla  al- 
loxton  mənşəli  üzvi  və  qeyri-üzvi  maddələrin  daxil  olmasıdır.  Ki­
çik  körfəzdən  fərqli  olaraq,  böyük  körfəzdə  avtoxton  mənşəli


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə