188
çoxalmasına (Kuznetsov, 1952; 1970), fitoplanktonun çiçəklən
mə səviyyəsində vegetasiyasına, oksigen məsrəfinin sürət
lənməsinə, anaerobiozun-zamorun əmələ gəlməsinə zəmin
yaratmışdır. Adları çəkilən proseslərin hər biri özü-özlüyündə bir
problemdir. Onların içərisində ən sadə - xatasız, ziyansız «gö
rünən» dayazlaşma - dərinliyin azalmasına nəzər salaq.
Öncə qeyd etmək lazımdır ki, ilk baxışda su səthinin
əvvəlki (20-25 il qabaq) «çərçivədə» olması nəzərə çarpır.
Əslində isə elə deyil, çünki hövzədə dərinlik 2 dəfə azalmış və
körfəzin isə sututumu müvafiq olaraq azalmışdir. Belə olduğu
halda körfəzdəki istər plankton, istərsə də bentik orqanizmlərin
ekoloji faktorlar, biotoplar üzrə yerləşmə sahəsi - təbəqə kiçilir,
pelagial trofik əlaqələr pozulur və nəticədə bioloji məhsuldarlıq
azalır.
Fitoplanktonun intensiv inkişafı hövzədə antropogen ev-
troflaşma ilə nəticələnir. Beləliklə, külli miqdarda sintez edilən
ilkin üzvi maddələr bakterioplanktonun sıçrayışla inkişafına tə
kan verir. Asan mənimsənilən üzvi maddələrin biodestruksiyası
mühitdə həll olmuş oksigenin sərfini sürətləndirir. Asssimil-
yasiya və dissimilyasiya prosesləri ardıcıl davam etdiyi üçün
mühitdə oksigen azalır və anaerob şərait yaranır.
Hövzədə oksigenin sərfinin ilkin üzvi maddələrin intensiv
sintezi ilə əlaqədar olması, apardığımız təcrübələrlə sübut
edilmişdir (şəkil 16).
Şəkildən aydın görünür ki, suda olan 8,3 mq Ог/I təcrübə
zamanı 14 saat müddətində mikrobiota tərəfindən tam sərf
olunmuşdur.
Kiçik Qızılağac körfəzində ekoloji qəza səviyyəsində möv
cud olan vəziyyətin səbəblərindən biri - nəticə kimi oksigen re
jiminin pozulmasını dəfələrlə qeyd etmişik. Bu vacib məsələnin
də illər üzrə dəyişməsini müəyyən etmək üçün körfəzin mərkəz
hissəsində, həm əvvəlki illərdə (Salmanov, Süleymanov, 1966;
189
1970), həm də hazırda tərəfimizdən alınan nəticələrin müqa
yisəsi göstərmişdir ki, son 20 ildə suyun dib qatında oksi
gen biodestruksiyanın oksigen məsrəfi tutumu 50%-dən də çox
azalmışdır.
Şəkil 16.
Kiçik Qızılağac körfəzində suyun
çiçəklənməsi zamanı (avqust)
190
Yosunların intensiv inkişafına baxmayaraq suyun üst təbəqə
sində də oksigenlə təminat azalmışdır (şəkil 17).
Körfəzdə oksigen rejimində əmələ gələn kəskin dəyişgən-
lik, çox təəssüflər olsun ki, müvəqqəti xarakter daşımır. Şəkil
dən aydın görünür ki, suyun hər iki qatında son 40 ildə oksi
genin qatılığı azalır. Beləliklə, məlum olur ki, hövzədə oksigen
rejimində yaranan çatışmamazlığa (hər hansı səbəbdənsə)
həm də təbii olaraq sularda oksigenin az həll olması da təsir
edir. Bu vəziyyət isə, yəni hövzədə ümumi oksigen qıtlığı, bir
çox antropogen təsirin yekunu kimi olduqca ağır hadisələrə sə
bəb olur. Mühitdə sərbəst oksigenin isə canlı aləmin həyatında
əvəzsiz rolu (anaeroblardan başqa) çoxdan məlumdur.
Kiçik Qızılağac körfəzində oksigen çatmamazlığının sə
bəbləri yuxarıda qeyd edilmişdir. Buna baxmayaraq oksigenin,
üzvi maddələrlə zəngin mühit-biotoplarda məsrəfi iki istiqamət
də artır və ona görə onun miqdarı qısa müddətdə tükənir və
bərpa olunması isə əksər halda ləng gedir (Donetskaya, 2001).
Qeyd etmək lazımdır ki, bu və ya başqa su hövzələrində
oksigenin bioloji sərfi bir neçə amillərlə əlaqədar olaraq artır.
Bu baxımdan da körfəzdə lazımi təcrübələr aparılmışdır. Kör
fəzdə anaerobioz hadisəsi zamanı suyun zəhərlənməsində
əsas mənbə sayılan hidrogen sulfidin yaranmasının desulfat-
laşdırıcı bakteriyaların sayı ilə əlaqədar olması müəyyən edil
mişdir (Salmanov, 1999).
191
10
1
2
0
1964
1974
1984
1994
2004
Şəkil 17.
Kiçik Qızılağac körfəzində suda
oksigenin miqdarı
1- suyun üst təbəqəsi
2- suyun dib qatı
Körfəzin lil-qruntundan əldə edilən təmiz kulturanın sutka ər
zində 2,8 mq/l hidrogen sulfid əmələ gətirməsi müəyyən
edil
mişdir. Ona görə hövzədə anaerobioz zamanı əmələ gələn me-
tabolitlər içərisində hidrogen sulfid daha təhlükəli toksikant sa
yılır.
192
Təcrübələrlə sübut olunmuşdur ki, hidrogen sulfid canlı aləm
üçün iki cəhətdən təhlükəli sayılır (Banzaksayeva, 2003; Soko-
Iskiy, 2002). Birincisi - bu qaz az miqdarda oksigen qarışığı ilə
canlı aləmin tənəffüs sistemini iflic edir; ikincisi - hidrogen sul
fid suda həll olan sərbəst oksigenlə kimyəvi reaksiyaya qoşula
raq sulfidə-sulfata çevrilir və yenidən biosintez sayəsində üzvi
maddəyə çevrilir, substrat kimi təkrar parçalanır və proses
aramsız təkrar olunur.
Araşdırmalardan aydın olmuşdur ki, təbiətdə hidrogen sul
fid əmələ gətirən bakteriyaların inkişafı, artıb çoxalması və bio-
kimyəvi aktivliyi üçün üç əsas şərtin olması vacibdir (Kuznet
sov, 1970). Onlardan biri - mühitdə kifayət qədər asan mənim
sənilən üzvi maddələrin, ikincisi - sulfat-sulfid duzlarının olması
və nəhayət, üçüncü şərt - mühitdə oksigenin olmaması. Maraq
lıdır ki, təbiətdə hidrogen sulfid qıcqırmasına əlverişli şərait
birinci şərtlə, daha doğrusu üzvi maddələr bolluğu ilə daha sıx
əlaqədardır. Apardığımız çoxsahəli tədqiqatlara əsasən demək
olar ki, Kiçik Qızılağac körfəzində göstərilən hər üç şərt möv
cuddur və son illər daimi xarakter alan zamor hadisələrini təsa
düfi hal saymaq olmaz. Saprofit bakteriyaların su hövzələri
üçün bir növ bioloji indikator hesab edilməsi yuxarıda qeyd
olunmuşdur. Kiçik Qızılağac körfəzində yaranan oksigen azlığı,
birinci növbədə saprofit bakteriyaların kəmiyyət-keyfiyyət göstə
riciləri ilə asan müəyyən olunur. Əvvəlki bölmələrdə kiçik körfə
zin dib çöküntülərində vegetativ, sayca, bioloji mahiyyətcə ən
aktiv, vacib mikrosenoz-saprofit-heterotrofların deqradasiyaya
meyl etməsi qeyd olunur. Bununla belə, hövzədə üzvi subs-
tratın izafi qatılıq dərəcəsinə çatdığı dövrdə saprofit bakteriya-
ların ixtisar olunması ekosistem üçün təhlükəli vəziyyətin yaran
masını göstərir (şəkil 18).
Körfəzin dib çöküntülərində saprofit bakteriyaların yay
aylarında yaz və payız fəsillərinə nisbətən 2-2,5 dəfə azalması
narahatlıq yaradan nəticədir. Çünki, yay fəsli hövzədə bioloji,
xüsusilə vətəgə əhəmiyyətli balıqların (əsasən körpələrin) fəal
qidalanma-böyümə dövrüdür.
193
qış
yaz
yay
payız
Şəkil 18.
Kiçik Qızılağac körfəzinin qruntunda
saprofit bakteriyaların illər-fəsillər
üzrə dəyişilməsi
1 - 1985-ci il
2 - 2004-cü il
Hövzədə dərinlik azaldığına görə sularda pelagial
qidalanma ti-pinə aid balıqların qidalanma arealı kəskin
dərəcədə ixtisar olunur. Dib çöküntüləri - qruntda isə
anaerobioz hadisəsi ilə əlaqədar olaraq bento-fauna kütləvi
qırğına məruz qalır. De-məli, bentofaq balıqların qidalanması
Dostları ilə paylaş: |