Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə36/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

140
о
1964 
1975 
1985 
1995 
2004
Şəkil  7. 
Kiçik Qızılağac körfəzinin suyunda 
mikrobiotanın miqdarca illər üzrə 
dəyişilməsi
(32-33  mln/rnl),  son  10  ildə  həmin  kəmiyyət  iki  dəfə  ixtisar 
olunmuşdur.  Beləliklə,  hövzədə  nisbətən  az  vaxtda  mikrobi- 
otanın  iki  dəfə  azalması,  körfəzdə  (mühitdə)  ekoloji  cəhətdən 
davamlı  ekstremal  vəziyyətin  mövcud  olmasını  sübut  edir.  İlk 
baxışda  elə  zənn  olunur  ki,  kiçik  körfəzin  suyu  o  dərəcədə  ya­
141
rarsız  vəziyyətdədir  ki,  təbiətdə-biosferdə  mövcud  olan  biotik, 
abiotik  və  antropogen  amillərə  qarşı  ən  davamlı-dözümlü  sa­
yılan  mikrobiota  körfəzdə  deqradasiyaya uğrayır.
Təcrübələrlə  sübut  olunmuşdur  ki,  su  hövzələrində  mik- 
robiotanın  inkişafı  bir  çox  kimyəvi  maddələrin,  məsələn  ağır 
metal  duzlarının,  mürəkkəb  tərkibli  karbohidrogenlərin  -   fenol- 
benzopirenlərin,  qatı  turşu  və  aşılayıcı  maddələrin  bilavasitə 
təsirindən  eliminasiya  olunur  (Mazmanidi,  1997;  Mironov,  Tar- 
xova,  1975;  Roske,  2002;  Khosmanesh  Aaram,  2002;  İlinski, 
1999;  Ribakova,  2002;  2003;  Tkebukava,  2002;  Brexovskix, 
Vişnevskaya,  1998).  Bununla  belə,  Kiçik  Qızılağac  körfəzində 
suyun  yuxarıda  göstərilən  pollyutantla  çirklənməsi  üçün  heç  bir 
tutarlı  mənbə  yoxdur.  Çünki,  hövzə  ətrafında  kənd-qəsəbədən 
başqa  sənaye  obyektləri  yoxdur.  Əgər  Viləşçay,  Qumbaşı 
çayları 
ilə 
az  miqdarda  axan  sularda  olan,  Nərimanabad 
qəsəbəsi,  Təzəkənd  və  başqa  yaşayış  məntəqələrinin  çirkabı 
ilə  daxil  olan  alloxton  maddələri  nəzərə  alsaq,  yenə  də  onların 
içində  kimyəvi  toksiki  maddələrlə  zəhərlənmə  mümkün  deyildir. 
Haqlı  olaraq  sual  yaranır:  bəs  nə  səbəbə görə  körfəzin  suyunda 
ümumi  mikrobiotanın  sayı  azalmışdır?  Əlbəttə,  bu  haqlı  suala 
hər  tərəfli,  əsaslandırılan,  düzgün  cavab  vermək  olduqca  çətin­
dir.  Əvvəla  uzun  illərdir  hövzədə  hidrokimyəvi,  hidro-toksikoloji 
tədqiqatlar  aparılmamışdır,  ikinci  növbədə,  suda  olan  üzvi 
maddə-substratların  çeşidi-növü  və  mühitin  (su,  qrunt)  özündə 
il  boyu  yaranan  aralıq  məhsulları  və  metabolitlərin  kəmiyyət- 
keyfiyyəti  araşdırılmamışdır  (əlbəttə,  göstərilən  məsələlərin 
dəqiq  öyrənilməsi  xüsusi  mövzudur).  Bununla  belə,  bizim 
kompleks  xarakterli  tədqiqatların  nəticələrinə  əsasən  ehtimal 
etmək  olar  ki,  Kiçik  Qızılağac  körfəzində  mikrobiotanın  fizioloji- 
biokimyəvi  aktivliyinə  mənfi  təsir edən  əsas  amillər -  suda  duz- 
luluq  dərəcəsinin  yüksəlməsi,  mühitin  fitonsidlərlə,  metabolitik 
məhsullarla  zənginləşməsi,  oksidləşmə-bərpaolunma  proses­


142
lərində  enerji  potensialının  pozulmasıdır.  Təkcə  əvvəlki  illərlə 
müqayisədə  son  10  ildə  suyun  oksigen  tutumunun  azalmasının 
hövzədə  biodestruksiya  proseslərinə  təsiri  əvvəlki  bölmədə 
qeyd  edilmişdir.
Məlum  həqiqətdir  ki,  təbiətdə  mövcud  olan  canlılar  içəri­
sində  mikrobiota  yeganə  qrupdur  ki,  onların  həyatı  üçün  zəruri 
sayılan  enerji  mənbəyi  olduqca  çoxçeşidlidir.  Həmçinin  saprofit 
bakteriyaların  kəmiyyət  və  keyfiyyəti  ilə  də  aydın  etmək  olur  ki, 
kiçik  körfəz  suyunda  asan  oksidləşən,  bakterioplankton  tərəfin­
dən  mənimsənilən  üzvi  maddə  yüksək  qatılıqdadır  (Sorokin  və 
b.,  2003;  Parfenova,  Belxova,  2003).  Kiçik  Qızılağac  körfəzində 
üzvi  maddələr  kompleksinin  biodeqradasiya  dərəcəsi  yüksək 
göstəricilərə  aid  edilir.  Bununla  belə,  körfəzdə  iqlim  şəraitinin, 
günəş  şüalarının  insolyasia  intensivliyinin  müsbət  mövqeyini, 
ilkin  üzvi  maddələr  balansına  görə  hiper-evtrof hövzə sayıldığını 
nəzərə  alsaq,  etiraf  etməliyik  ki,  hövzədə  bioloji  deqradasiya 
mövcuddur.  Ona  görə,  təəssüflə  qeyd  etmək  lazımdır  ki,  Kiçik 
Qızılağac  körfəzində  üzvi  maddələrlə  zənginləşən  suda  vətəgə 
əhəmiyyətli  bioloji  məhsulun  formalaşması  üçün  optimal  sayılan 
trofik  əlaqələrdə  qanunauyğunluq  sabit  deyildir  (aşağıda  izah 
olunur).  Saprofit  bakteriyaların  su  qatlarında  yayılması,  morfoloji 
növ tərkibi  kiçik  körfəzdə  daha  kəskin  dəyişmişdir (cədvəl  19). 
Cədvəldən  görünür  ki,  il  ərzində  suda  saprofit bakteriya- 
ların  miqdarı,  orta  hesabla,  1,8-4,8  min/ml  arasında  dəyişir. 
Maraqlıdır 
ki, 
yay 
fəslində 
saprofit 
bakteriyalar  bütün 
stansiyalara  aid  akvatoriyada  minimum  miq-darı  ilə  başqa 
fəsillərdən  fərqlənir.  Hətta  temperatur  fərqinin  22-26°-dən  çox 
olmasına  baxmayaraq,qış  aylarında  saprofitlərin  miqdarı  yay 
aylarında  qeyd  edilən  kəmiyyətdən  yüksəkdir.  Ill  fə-sildə  qeyd 
edildiyi  kimi,  kiçik  körfəzdə  fito-bakterioplanktonun  fəaliyyəti  ilə 
əlaqədar  olan  aerob  proseslərin  əksəriyyətində  az-alma-ixtisar 
qeyd  olunur.  Bununla  belə,  suda  saprofitlərin son  40 ildə kəskin
143
tərəddüd  etməsi  daha  kontrastlıq  təşkil  edir  (şəkil  8).
Cədvəl  19
Kiçik Qızılağac körfəzinin suyunda saprofit 
bakteriyaların fəsillər üzrə miqdarı  (min/ml)
Stansiya
Qış
Yaz
Yay
Payız
1
1,4±0,05
4,0±0,19
1,2±0,05
3,7 ±0,18
2
1,4±0,04
4,0±0,17
1,2±0,04
4,2±0,20
3
2,3±0,11
4 ,1±0,18
2.1 ±0,10
3,8±0,15
4
3,1 ±0,13
4,0±0,16
1,2±0,05
4,7 ±0,22
5
2,3±0,11
5,6±0,22
3,1 ±0,14
8,2±0,30
6
2,2±0,10
5,4±0,25
2,2±0,10
4,3±0,20
Orta
2,0
4,5
1,8
4,8
Şəkildən  aydın  görünür  ki,  saprofit  bakteriyaların  həm  su,  həm 
də  lil-qruntda  azalması  dinamikası  oxşar olsa  da,  onların  deq­
radasiyası  qruntda  daha  kəskin  nəzərə  çarpır.  İlk  baxışdan  elə 
təsəvvür  yaranır  ki,  Kiçik  Qızılağac  körfəzində,  özü  də  üzvi 
maddələrə  daha  həssas  olan  saprofit  bakteriyaların  son  15-17 
ildə  iki  dəfədən  də  çox  azalması,  hövzədə  asan  mənimsənilən 
enerji  materialının  qıt  olması  ilə  əlaqədardır.  Əslində  isə  elə 
deyil.  Çünki  həmin  biotoplarda  ilkin  üzvi  maddələrin  miqdarı, 
yuxarıda  qeyd  edildiyi  kimi,  bir  çox  evtrof  tipinə  aid  olan 
hövzələrdəki  göstəricilərdən  də  yüksəkdir.  Saprofit  bakteriya- 
ların  inkişafı-generasiyasında  əmələ  gələn  təzadlı  vəziyyəti  tö­
rədən  səbəblər  sözsüz  ki,  mövcuddur.  Hövzədə  fito-bakteriop­
lanktonun  inkişafını,  biokütlə  və  biokimyəvi  aktivliyini  səciy­
yələndirən  nəticələrə  əsasən,  yenə  də  ehtimal  etmək  olar  ki, 
körfəzin  qaz-duz  rejimləri  biodestruksiya  proseslərinin  əsas  və 
başlıca  iştirakçıları  sayılan,  öz-özünə  təmizlənmə  hadisəsinin 
indikator göstəricisi  hesab  olunan  saprofit  bakteriyaların  normal 
fəaliyyəti  üçün  əlverişli  deyildir.  Görünür,  qeyd  edilən  vəziyyət


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə