Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə39/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

152
Şəkil  10.  Kiçik Qızıl ağac körfəzinin qruntunda 
saprofit bakteriyaların illər üzrə sayca 
dəyişilməsi (yay fəsli)
Cədvəl 21
Kiçik Qızılağac körfəzinin lil-qruntunda saprofit bakteriyaların
miqdarı  (mln/q)
Stansiya
Qış
Yaz
Yay
Payız
1
1,2+0,05
3,8±0,17
1,3±0,06
3,4±0,15
2
1,1±0,04
3,7 ±0,16
1,1 ±0,03
4,6±0,21
3
2,1+0,10
3,8±0,18
2,3±0,10
3,5±0,15
4
2,9±0,13
3,9±0,15
1,6±0,07
5,0±0,21
5
2,6±0,11
4,8±0,20
1,9±0,08
8,1 ±0,39
6
2,0±0,1
5,3±0,22
2,8±0,11
4,2±0,20
Orta
1,9
4,2
1,8
4,8
Yuxarıda  göstərilən  məsələlərin  mikrobioloji  mahiyyətinə 
aydın-lıq  gətirmək  üçün  körfəzdə  fizioloji  qrupa  mənsub 
bakteriyaların  öyrənilməsi  olduqca  maraqlı  və  aktualdır.  Yeri 
gəlmişkən,  qeyd  etmək  lazımdır  ki,  əksər  su  hövzə-lərində 
mikrobioloji  tədqiqatlar  (ümumi  mikrobiologiya)  əsas  eti-barilə 
üç  məqsədlə  aparılır.  Yəni,  su  və  dib  çöküntülərində  ümumi 
say-miqdar  dedikdə  nümunədə  olan  bütün  mikrobiota  nəzərdə 
tutulur 
ki, 
bura 
sporlar, 
sporsuzlar, 
ibtidai 
göbələklər, 
aktinomisetlər,  diri  olmayan  hüceyrə  və  s.  daxil  edilir.  Su  və 
lildə  mikroorqanizmlərin  ümumi  miqdarı,  onların  üzvi,  qeyri  üzvi 
maddələr,  eləcə  də  başqa  substratlarla  təchiz  olunma  dərəcə­
sini,  həmçinin,  mühitin  bakteriosenozun  inkişafı  üçün  mövcud 
vəziyyətini  qiymətləndirməyə  imkan  verir.  Saprofit  bakteriya- 
ların  kəmiyyət-keyfiyyəti  isə,  hövzədə  üzvi  maddələr  dövranının 
intensivliyi,  üzvi  substratların  xarakteri,  mineralizasiya  dərəcəsi, 
sututarın  saprobluq,  trofik  tipi  və  başqa  cəhətlərə  aydınlıq  gə­
153
tirir.  Nəhayət,  üçüncü  məqsəd -  hövzədə fizioloji  qrupa  aid  edi­
lən,  xüsusi  maddə-birləşmələrin  assimilyasiya  və  dissimilya- 
siyasında  iştirak  edən  bakteriya  qrupları  haqqında  məlumatlar, 
mühitdə əsasən  biogen  elementlərin  bəsidləşməsi,  oksidləşmə- 
bərpa  olunması  kimi  hadisələrin  gedişini  işıqlandırır.  Məsələn, 
azotun,  kükürdün,  karbonun  dövranı  və  s.  (Hietanen  Susanna, 
2002;  Kolm,  2002,  Sanzone,  2001;  Zhend,  2002).
Şərh edilən  proseslərin  mahiyyəti və onların  əsas -  fəal  iş­
tirakçıları  olan  aerob  mikrobiota  barədə  kifayət  qədər  məlumat 
verilmişdir.  Həmçinin,  suyun  dib  qatı,  xüsusilə  də  dib  çöküntü­
ləri-lil-qruntda  mikrobiotanın  aerob  tənəffüs  tipinə  aid  olan 
qruplarının  passiv  inkişafı  da  qeyd  olunmuşdur.  Təkrar  etmə­
mək  şərtilə  onu  demək  kifayətdir  ki,  körfəzdə  mikrobiota  üçün 
əlverişli  şəraitin  olmamasının  əsas  səbəbi  -   oksigen,  biogen 
elementlər  çatışmamazlığı  və  mühitin  metabolitik  məhsullarla 
zənginləşməsi  göstərilmişdir.  Məhz fizioloji  qrupa  aid  bakteriya- 
lardan  anaerob  tənəffüslü  taksonların  say  tərkibinin  ildən  ilə 
çoxalması  bizim yuxarıda  dəfələrlə  qeyd etdiyimiz ekoloji təzad­
ları  əsaslandırır (cədvəl  22).
Başqa  qruplardan  fərqli  olaraq  (ümumi  mikrobiota,  sap- 
rofitlər)  fizioloji  qrupa  aid  bakteriyaların  inkişafında  mövsüm 
amillərinin  təsiri  hiss  olunur.  Məsələn,  desulfatlaşdırıcı-denit- 
ratlaşdırıcı  bakteriyalarının  miqdarı  yayda  qışa  məxsus  kəmiy­
yətdən  8-10  dəfə  yüksəkdir.  Cədvəl  22-dən  aydın  görünür  ki, 
hər  üç xarakterik  anaerob  bakteriyaların  inkişafı  qışda  süstləşir, 
yaz  aylarında  onların  aktivliyi  temperatura  ilə  tam  uzlaşır  və 
nəhayət,  yayda  maksimuma  çatır.
Yuxarıda  qeyd  edilmişdir  ki,  Kiçik  Qızılağac  körfəzi  dayaz 
hövzələrə  aiddir.  Bununla  belə,  suyun  üst  və  dib  qatları  arasın­
da  dərinliyin  çox olmamasına  baxmayaraq,  suyun  üst  qatına  aid 
sularda  desulfatlaşdırıcıların  5-6  yüz,  denitlaşdırıcıların  -   6-8 
yüz,  nəhayət  metan  əmələ  gətirən  bakteriyaların  isə  sayca  1-


154
1,4  min/ml-ə çatması  onu  göstərir  ki,  hövzədə  oksigen  rejimi  ilin 
8-9 ayında gərgin vəziyyətdədir.
Cədvəl 22
Kiçik Qızılağac körfəzinin suyunda anaerob bakteriyaların  bir 
neçə qrupuna məxsus  taksonların miqdarca fəsillər üzrə 
dəyişilməsi  (min/ml)
s
D e s u lfa tla ş d ırıc ıla r
D e n itra tla ş d ırıc ıla r
M e ta n   ə m ə lə  g ə tirə n lə r
<0
C
<0
Q ış
Y az
Y a y
P a -
Q ış
Y a z
Y a y
P a -
Qış
Yaz
Yay
Pa-
со
y ız
y ız
yız
1
0,01
0,1
0 ,3
0 ,2
0 ,0 4
0,1
0,4
0 ,3
0,3
0,4
1,0
0,9
2
0,1
0,1
0 ,4
0 ,5
0,1
0,1
0,6
0 ,4
0,3
0,4
1,2
0,4
3
0,1
0,1
0 ,6
0 ,4
0,1
0,1
0 ,8
0 ,6
0,4
0,5
1,0
0,7
4
0,0 1
0,01
0 ,3
0 ,2
0,1
0,1
0,4
0 ,3
0,3
0,4
0,9
0,7
5
0,0 1
0 ,3
0 ,5
0 ,3
0 ,0 1
0,1
0,4
0 ,3
0,3
0,5
1,4
0,8
6
0 0
0 ,2
0 ,4
0 ,2
0,1
0,1
0 ,3
0 ,2
0,4
0 ,6
1,2
0,7
Qeyd:  * -  bütün  nəticələr statistik işlənmişdir 
və P  <0,047.
Məhz  hər  üç  qrupa  məxsus  bakteriosenozun  ciddi 
heterotrof və obliqat anaeroblara  aid  olmasını  nəzərə  alaraq,  bir 
daha  etiraf etmək  olar ki,  Kiçik  Qızılağac körfəzi  trofik  baxımdan 
hiper-evtrof  su  hövzələrinə  aiddir.  Ona  görə  hövzənin  üzvi 
maddələrlə  zənginləşməsi  məs-ləhət  deyil  -   arzu  olunmazdır. 
Mülayim-isti  -   subtropik  iqlim  şə-raiti,  güclü  günəş  şüaları  ilə 
işıqlanan  su  təbəqələri  və  əsasən  də  dib  çöküntülərində  il  boyu 
mineralizasiya  prosesləri  intensiv  gedir,  oksigen  məsrəfi 
güclənir,  su 
qatları 
metabolitiki  məhsul-larla  zənginləşir. 
Bununla 
yanaşı, 
hövzədə 
çoxluq 
təşkil 
edən 
aerob 
mikrobiotanın  vegetativ  formalarının  inkişafı  zəiflədiyinə  görə, 
su  və  dib  çöküntülərində  öz-özünə  təmizləmə  olduqca  ləng 
gedir,  mühitdə  üzvi  maddə  qalıqları  toplanır,  bir  növ  üzvi
155
çirklənmə  güclənir.  Çoxsaylı  təcrübələr və  müşahidələrdən  mə­
lum  olmuşdur  ki,  su  hövzələrində  bioloji  məhsulun  formalaş­
masında  azot  və  fosfor  birləşmələri  biogen  elementlərin 
əksəriyyətindən  fərqli  olaraq  ən  vacib  -  limitləşdirici  amil  sayılır 
(Rodina,  1950;  Sorokin  və  b.,  1996).  Hidroekosistemdə  azot və 
fosfor  birləşmələrinə  olan  tələbat  bir  növ  daimi  xarakter  daşıyır. 
Həmçinin  aydın  olmuşdur  ki,  kənardan  daxil  olan  -   alloxton 
mənşəli  biogen  elementlər  hövzənin  avtotrof  florasına  bütün 
vegetasiya  müddətində  kifayət  etmir.  Ona  görə  ekosistemdə 
üzvi  maddələrin  biodestruksiyası  zamanı  bəsidləşən  kimyəvi 
birləşmələrlə  yanaşı,  azot,  fosfor,  kükürd,  karbon,  dəmir  və 
başqa  maddələrin  dövranında  iştirak  edən  bakteriyaların  bərpa 
etdikləri  mineral  azot,  fosfor  kimi  elementlər  hesabına  ödənilir 
(Kristiansen,  2002;  Stzepek,  2004;  Zemke,  1999;  Zuna,  2004). 
Göstərilən  qanunauyğunluğu  nəzərə  alaraq  Qızılağac  körfə­
zində  azotun,  kükürd  və  karbonun  (xüsusilə  sellüloza)  döv­
ranında  iştirak  edən  bakteriyaların  (xüsusilə,  sellülozanın 
parçalanmasında  iştirak  edən)  öyrənilməsinə  xüsusi  fikir  veril­
mişdir.
Yada  salmaq  lazımdır  ki,  azotun  dövranı  bir  neçə  mər­
hələdə  davam  edir  və  hər  mərhələdə  xüsusi  mikrobiota  iştirak 
edir.  Üzvi  maddələr,  xüsusilə  zülal  xassəli  birləşmələr  mikro­
biota  -   yəni  ammonifikatorlar  tərəfindən  mineralizə  olunan  za­
man  amonyak  qazı  əmələ  gəlir.  Mühitdə  əmələ  gələn  həmin 
qaz  nitratlaşdırıcı  bakteriyalar  tərəfindən  oksidləşərək  nitritə, 
nitrifikasiyanın  II  mərhələsində  isə  nitrit-nitrata  çevrilir.  Sonuncu 
birləşmələr  isə  fito-bakterioplankton  tərəfindən  mənimsənilərək 
yenidən  sintez  olunan  ilkin  üzvi  maddələrdə  cəmləşir.  Maraq­
lıdır  ki,  amonifikatorlar  heterotrof,  nitrifikator bakteriyalar  isə  av­
totrof canlılara aiddirlər.
Su  hövzələrində  mineral  azotla  təmin  olunma  proses­
lərindən  biri  də  -   atmosfer  havasında  olan  azotun  sərbəst  ya­


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə