Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə47/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

184
körfəzi  ətrafinda  yerləşən  onlarlca  sututarın  hər  birində 
milyonlarla  balıq  kürüləmiş,  yeni  nəsi  vermiş,  Qızılağac  körfəzi 
isə  onların  etibarlı  böyümə,  örüş yeri  kimi fəaliyyət göstərmişdir. 
Heç  də  təsadüfi  deyildir  ki,  XX  əsrin  əvvəllərində  A.Qotvald 
demişdir 
ki, 
«sərvətcə 
Xəzər 
dünya 
dənizlərinin 
qızıl 
üzüyüdürsə, 
Qızılağac 
körfəzi 
onun 
almaz  qa-şıdır». 
Səciyyəvidir  ki,  körfəzin  fəaliyyətində,  onun  bioloji  məh­
suldarlığında  əvəzsiz  rol  oynayan  hövzələrin  ləğv  edilməsi 
regionun  iqtisadiyyatına,  Cənubi  Xəzərin  balıq  ehtiyatına,  yerli 
fauna-floraya vurduğu ziyanı  qiymətləndirmək çox çətindir.
Təkrar da olsa  bir daha  qeyd  etmək  lazımdır ki,  körfəzdə 
yaranan  ekoloji  təzadların  ilk  mənbəyi  onun  çay-göllərlə  əla­
qəsinin  kəsilməsidir.
Keçən  əsrin  50-ci  illərində  körfəzlər  bəndlə  ayrılanda 
(bax: 

hissə), 
nəzərdə 
tutulan 
məqsədlərin 
yerinə
yetirilməsində  kiçik  körfəzin  Viləşçay  və  Qumbaşı  ilə  daim 
əlaqəsi  başlıca  şərt  kimi  qeyd  edilmişdir.  Təəssüflər  olsun  ki, 
hər  iki  çay  üzərində  su  an-barları  yaradıldı  və  elmi-praktiki 
cəhətdən  düzgün  hesablanan  əlaqələr  unuduldu.  Körfəzdə 
ekosistemin  yüzillər  ərzində  qonşu  sututarlarla  əlaqədar 
formalaşması  sayəsində  biosenoz  möv-cud  mühitə  uyğun 
olaraq ən  optimal-əlverişli vəziyyətdə  inkişaf etmişdir.
Çox haqlı  olaraq  Q.K.Gül  (1967)  Qızılağac körfəzinin  ba­
lıqçılıqda tutduğu  mövqenin  körfəzin  başqa su  hövzələri  ilə  bila­
vasitə əlaqələrə  münasibliyindən  asılı  olmasını  göstərir.  Əlbəttə, 
indi  göstərilən  əlaqələr  yoxdur.  Təkcə  müasir  dövrdə  körfəzin, 
necə  deyərlər əsas  su  arteriyası  Qumbaşı  və Viləşçaydır.  Onlar 
barədə əvvəlki  bölmədə  məlumat verilir.
Yada  salmaq  lazımdır  ki,  Viləşçay  regionda  ən  böyük 
çay-dır  (uzunluğu  115  km,  hövzəsi  -   936  km2  ).  Çay  körfəzə 
qarı-şana  qədər  axım  boyu  Şaratyuk,  Paqar,  Seyidrza, 
Sallacaq  ad-lı,  bir-biri  ilə  əlaqəli,  axarlı  yarımbataqlıqlar
185
yaratmışdır.  Ona  gö-rə  hər  il  yaz  aylarında  çay  axarı  ilə  həmin 
sututarlarda  milyon-larla  balıq  kürüləmiş,  nəsi  vermişdir.
Qumbaşı  çayı  sularını  birbaşa  kiçik  körfəzə  axıtdığı  üçün, 
Cənubi  Xəzərin  keçici  və  yarımkeçici  balıqlarının  çoxalmasına 
xidmət  etmişdir.  Mənbəyini  Boradigə  çayından  götürən  Qum­
başı  çayının  sutoplayan  sahəsi  Viləşçaydan  kiçik  olsa  da  (400 
km2),  yağmurları  ilə  səciyyələnən  ərazinin  yerli  çayları  -   Boladi- 
çayın,  Şıxəliçayın,  Mahmudovarı-Xorçayın  sularını  qəbul  edib, 
körfəzə  axıtmışdır.  Bundan  başqa,  keçən  əsrin  50-ci  illərinə 
kimi  Qumbaşı  çayı  Göyşaban  gölü  ilə  əlaqədar  şəkildə  ərazidə 
ən  məhsuldar  (vətəgə  əhəmiyyətli  balıq  sərvətinə  görə)  hövzə 
sayılmışdır.  Məsələn,  1940-45-ci  illərdə Qumbaşı  çayında  30-32 
min  sentner  balıq  ovlanmışdır.  Qumbaşı  hövzəsinin  balıq- 
çılıqdakı  əvvəlki 
mövqeyi  barədə  yazılı  məlumatlar  çoxdur. 
Z.Quliyevə  görə  (1989)  bu  çay-hövzə,  Cənubi  Xəzərin  vətəgə 
əhəmiyyətli  məhsul  hasilatında  bənzərsiz olmuşdur (cədvəl  36).
Həmçinin,  yuxarıda  qeyd  edildiyi  kimi,  Aquşa  çayı  (ağ 
quş),  Ağçala,  Xurşudçala  adlı  sututarlar,  əfsanəvi  balıq  sərvə­
ti  ilə  məşhur  olmuşlar  və  bu  barədə  xeyli  məlumatlar  var­
dır.  A.Qotvaldın  qeydlərinə  görə  keçən  əsrin  10-15-ci  illərində 
Aquşa  çayında  təkcə  12  min  baş  qızılbalıq  ovlanmışdır  (Gül, 
1967).  Bundan  başqa,  Aquşa  çayının  Beluji  (bölgə),  Severyuji 
(uzunburun)  qolları  göstərir  ki,  onlar,  ovlanan  balıqların  sayca 
çoxluq  təşkil  etməsinə  görə  belə  adlandırılmışlar  və  s.  Əlbəttə, 
son  45-50  ildə  Qızılağac  körfəzinin  yuxarıda  göstərilən  höv­
zələrlə  əlaqəsi  kəsildiyi  üçün,  onun  regionun  yerli  sututarlarının 
və  Cənubi  Xəzərin  balıq  ehtiyatının  sabit  saxlanmasında  rolu 
çox-çox azalmışdır.


186
Cədvəl 36
Kiçik Qızılağac körfəzində ovlanan balıq məhsulunun
illər üzrə dəyişilməsi (sentnerlə) (F. Quliyev,  1989)
İl
Çəki
Külmə
Sıf
Ziyad
Cəmi
Kq/h
1959
101
10,1
4,6
6,2
122
28
1963
203
1,2
132
0,52
333
7,5
1965
602
0,7
8,7
0
615
6,6
1967
109
46
37
0
192
6,2
1969
344
22
36
0
402
31.0
1971
583
88
80
0
740
13,0
1973
160
87
261
0
500
24.0
1975
230
12
3
0
245
17,0
1977
564
15
2,9
0
583
15,0
1979
1,0
6,0
0
0
16
7,3
1981
2,0
17
35
0
54
9,0
1983
148
30
14
0
237
6,6
Məlumdur  ki,  balıq  məhsulu  bərpa  olunan  sərvətlərə 
aiddir.  Əgər  Qızılağac  körfəzinin  fəaliyyəti  sabit  saxlansaydı, 
şübhəsiz  ki,  onun,  əlavə  sərmayəsiz,  ekoloji  cəhətdən  təmiz, 
fizioloji  ba-xımdan  insan  orqanizmi  üçün  dəyərli  zülal  mənbəyi 
kimi  qiy-mətli  balıq  məhsulu  yüz  minlərlə  adamın  ehtiyacını 
ödəmiş  olar-dı.  Tədqiqatlarımızın  nəticələrinə  əsasən  demək 
olar  ki,  təkcə  Qumbaşı  və  Viləşçayın  axarı  normal  saxlanarsa, 
Qızılağac  kör-fəzi  daha  çox fayda  verərdi.  Biz  heç vaxt Viləşçay 
və  Qumbaşı  çaylarından  suvarmada  istifadə  edilməsinə  qarşı 
çıxış  etməmiş,  təkliflər  də  verməmişik.  Lakin,  eyni  zamanda  da 
əminik  ki,  kör-fəzdə  şirin  sulara  tələbatın  kritik  dövrləri,  səviyyə 
rejiminin  optimal  vəziyyətdə  saxlanma  yolları,  keçici-yarımkeçici 
balıq  növlərinin  kürüləmə  dövrləri,  körpə  balıqların  aktiv 
qidalanma  vaxtı  və  s.  məsələlər  elmi  cəhətdən  əsaslandırılaraq 
su  ilə  tə-min  olunan  vaxtlara  uyğunlaşsaydı,  çay  sularından 
məqsəd-yönlü,  səmərəli  istifadəni  təşkil  etmək  olardı.  Etiraf 
etmək  lazım-dır ki,  əgər Kiçik  Qızılağac  körfəzi  təcrid  olunandan
187
sonra onun  Qumbaşı  və Viləşçayla əlaqəsi  kəsilməsəydi,  hövzə 
indiki  acınacaqlı  vəziyyətə  düşməzdi.  Bir  tərəfdən  şirin  suların 
körfəzə  az  gəlməsi, 
digər  tərəfdən 
kəskin  buxarlanma 
sayəsində  suyun  minerallaşma  dərəcəsi  artır,  həm  də  dərinlik 
azalır.  Beləliklə,  duz  rejiminə  görə,  şirin  sulara  məxsus 
hidrobiontlar  azalır,  ya-ranan  vəziyyətə  görə  isə  -   ali  bitkilərin 
hövzədə geniş  ərazilərə yayılmasına  əlverişli  şərait yaranır.
Kiçik  Qızılağac  körfəzində  ali  bitkilərin  son  20  ildə  bi- 
çilməməsi,  hidromeliorativ  tədbirlərin  aparılmamasında  biganə- 
qayğıkeşsizlik,  əsl  mənada,  antropogen  təsir  kimi  qiymətlən­
dirilə  bilər.  Heç  bir  bəhanə  -   keçid  dövrü,  maddi-texniki  im­
kansızlıq  və  s.  körfəzin  taleyinə  cavabdeh  şəxslərə  bəraət  qa­
zandıra  bilməz.  Tabeçiliyində  olan  nazirlik,  baş  idarə  və  başqa 
qurumlar təbii  sərvətlərin,  ətraf mühitin,  növ  müxtəlifliyinin  və  s. 
qorunması  adı  ilə  onlarca  qrantlar,  yardımlar alır.  Kiçik və  böyük 
körfəzin  həm  quru,  həm  də  subasar sahələri  Dövlət  qoruğudur. 
Öz  ümumi  mahiyyətinə,  iqlim  xüsusiyyətlərinə,  fauna-flora  tər­
kibinə,  regionun  iqtisadi  vəziyyətinə,  əhalinin  zülalla  təmin  olun­
ma  probleminə  görə  Qızılağac  körfəzi  -   Qızılağac  Dövlət  qoru­
ğu  əvəzsiz  ərazidir -   bura  həm  çay,  göl,  axmaz,  bataqlıq,  həm 
dəniz,  quru,  nəm-subtropik  iqlimli,  düzən,  yarım  səhra,  dağ- 
meşə  relyef-landşaftlı  ərazidir.
Dəfələrlə  qeyd  edildiyi  kimi,  körfəzdə  yaranan  gərgin  eko­
loji  vəziyyət  hövzənin  su  balansı  ilə  əlaqədardır.  Şirin  su  ehti­
yatının  azalması  və  Xəzərdə  səviyyənin  qalxması  ilə  dəniz 
suyunun  çoxalması  (dənizdən  kiçik  körfəzə  axır),  körfəzin  eko­
loji  vəziyyətini  kökündən  dəyişdirmişdir.  Kiçik  körfəzdə  duzlu- 
luğun  çoxalması  hidrofaunada  suksessiyaya  səbəb  olmuşdur. 
Dayazlaşma  prosesi  ali  bitkilərin  hövzədə  yeni  sahələrə  yayıl­
masına  və  beləliklə  də  sututar  ərazilərin  ixtisarına,  dib  çökün­
tülərində  bitki  qalıqlarından  -   detritdən  ibarət  sedimentin  top­
lanmasına,  sularda  humin  turşular  xarakterli  üzvi  maddələrin


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə