Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə46/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

180
Böyük  Qızılağac  körfəzinin  qruntunda  azot  dövranında  iş­
tirak  edən  bakteriyalardan  sərbəst  atmosfer  azotunu  mənimsə­
yənlərdən  Azotobacter  və  Clostridium  pasteurianum  cinslərinə 
aid bakteriyalar və denitratlaşdırıcı  bakteriyalar öyrənilmişdir.
Tədqiqatlardan  aydın  olmuşdur  ki,  Azotobacter  -   əsasən 
lil  qarışıqlı,  xüsusifə  detritlə  zəngin  nümunələrdən  əldə  edilir. 
Qış  və  yaz  fəsillərində  onların  sayı  8-10  min/q-dan  artıq  olmur. 
Yay  (xüsusilə)  və  payızda  Azotobakter-lərin  sayı  1-1,5  dəfə 
çoxalır  və  az  da  olsa,  qumlu,  iri  dənəli  alevritli  qruntdan  əldə 
edilir.  Körfəzdə  yayılmasına,  say  tərkibinə  görə  ehtimal  etmək 
olar  ki,  körfəzin  su  və  qruntunda  mineral  azotla  təmin  edilmə 
proseslərində  aerob  azotmənimsəyən  bakteriyaların  rolu  müs­
bət  qiymətləndirilə  bilər.  Hövzədə  müsbət  oksigen  rejiminin  sa­
bit  saxlanması,  üzvi  maddələrin  intensiv  mineralizasiyası,  sap- 
rofit-heterotrof  bakteriyaların  sayca  il  boyu  yüksək  səviyyədə 
qalması  onu  göstərir  ki,  hövzədə  nitrifikasiya  prosesləri  üçün 
əlverişli  şərait mövcuddur.  Bu  da  o  deməkdir ki,  ammonifikator- 
denitratlaşdırıcı  bakteriyaların  metabolitik  məhsulu  olan  amon- 
yak  biotopun  özündə  nitratlaşdırıcı  bakteriyaların  iştirakı  ilə  nit- 
rat-nitritə  çevrilir.
Qeyd  etmək  lazımdır  ki,  kiçik  körfəzdən  fərqli  olaraq,  bö­
yük  körfəzin  suyunda  biogen  elementlərdən  azot və fosfor  duz­
ları  il  boyu  təyin  edilir  (Semenov,  1978).  Bununla  belə,  hər  iki 
maddənin  analitik  qatılıq  həddi  əsasən  yay aylarında görünür ki, 
bu  da,  çox  güman  ki,  fitoplanktonun  kütləvi  inkişafı  ilə  əlaqə­
dardır.  Həmçinin  razılaşmaq  olar  ki,  Böyük  Qızılağac  körfəzinin 
mineral  azot,  fosfor  və  başqa  biogen  elementlərlə  təmin  olun­
ması  yerli  çay  suları,  subasar  sahillərin  aşılanması  ilə  də  əla­
qədardır.
Anaerob  şəraitdə  atmosfer  azotunu  mənimsəyən  Clos-tridium 
pasteurianum  və  onun  əksinə  olaraq  üzvi  azot  birləş-mələrini 
molekulyar  azota  çevirən  Vibrio  denitrificans  cinsinə  məxsus
181
bakteriyaların  körfəzin  qruntunda  həm  kəmiyyəti,  həm  də 
yayılması  göstəricilərində  oxşar  cəhətlər  aşkar  edilmişdir. 
Səciyyəvidir  ki,  hər  iki  qrup  bakteriya  tənəffüsə  görə  anaerob- 
dur.  Onlardan  Clostridium  pasteurianum  mühiti  nitrat-nitritlə 
zənginləşdirir,  digəri  -  Vibrio  denitrificans  isə  əksinə,  nitrat-nit- 
riti  ISİ
2
-yə  çevirir.  Deməli,  birinci  halda  mühit  biogen  azotla  zən­
ginləşir,  ikinci  halda  isə,  mühitdə azot azalır-tükənir.  Böyük  kör­
fəzdə  oksigen  rejimində  təzadlar  olmadığına  görə  denit- 
ratlaşdırcı  bakteriyaların  həyat-fəaliyyəti  ilə  əlaqədar  yaranan 
ammonyak  həmin  ekoloji  baryerdəki  nitratlaşdırıcı  bakteriyalar 
tərəfindən  yenidən  nitrit-nitrata  çevrilir və  mühitdə  mineral  azot 
itkisi  baş vermir.  Hər iki  qrupa  aid  tədqiqatların  nəticəsi  göstərir 
ki,  mühitin  aerob  olmasına  baxmayaraq,  körfəzin  qruntunda 
mikrobiotanın  enerji  və  konstraktiv  maddələrlə  təmin  edilməsi 
optimal  vəziyyətdədir.  Başqa  qrup  bakteriyalar  kimi  denitrat- 
laşdırcı  və  Clostridium 
pasteurianum  bakteriyaların  miqdarı 
fəsillər üzrə  dəyişir (cədvəl  35).
Cədvəl 35
Böyük  Qızılağac  körfəzinin  qruntunda  denitratlaşdırıcı  və 
Clostridium pasteurianum  bakteriyalarının miqdarı 
____  
(min/q) 
_________
Stan­
siya
Qış
Yaz
Yay
Payız
D.
Cl.  p.
D.
Cl.  p.
D.
Cl.  p.
D.
Cl.  p.
1
*
7
6
14
16
20
12
10
2
6
9
11
19
20
31
-
12
3
4
8
13
21
19
28
13
14
4
7
11
14
20
20
29
12
11
5
9
13
17
22
24
30
-
-
6
10
14
19
21
25
33
18
19
Qeyd:  1.  D 
-  denitratlaşdırıcı bakteriyalar;
C/,  p -  Clostridium  pasterurianum.
2.  * 
-  Bütün nəticələr statistik işlənmişdir
və P  <0,040.


182
Cədvəldən  məlum  olur ki,  hər iki  qrupa  aid anaerob  bak- 
teriyaların  sayı,  orta  hesabla,  anaerob  desulfatlaşdırıcılardan  və 
sellülozaparçalayanlardan  1,5-2 dəfə çoxdur.
Böyük 
Qızılağac 
körfəzinin 
su 
və 
qruntunda
mikrobiotanın  müfəssəl  tədqiq  olunması  -   mikrosenozun 
yayılması,  fəsillər  üzrə  dəyişməsi  morfoloji  növ  müxtəlifliyinin 
araşdırılması, 
ayrı-ayrı 
taksonomik 
qrupların 
maddələr
dövranında  fizioloji  aktivli-yinin  öyrənilməsi  nəticəsində  etiraf 
etmək 
olar 
ki, 
hövzədə 
məh-suldarlıq-produksiya 
və 
destruksiya  prosesləri  intensiv  gedir,  trofik  piramidada  iştirak 
edən  hidrobiontların  normal  inkişafı  üçün  körfəzdə  optimal 
şərait  vardır  (hal-hazırkı  dövrdə).  Bunun-la  yanaşı,  Böyük 
Qızılağac 
körfəzində 
evtroflaşma 
prosesinin 
ildən-ilə 
intensivləşməsi  və  onunla  əlaqədar  olaraq  bakteriop-lanktonun 
kütləvi  inkişaf  etməsi,  oksigen  məsrəfinin  artması,  suyun 
şəffaflığının  azalması  və  başqa  əlamətlər  hövzəyə  məx-sus 
ekosistemdə  ekoloji  sabitliyin  tam  bərqərar  olmamasını  sü-but 
edir.  Əslində  başqa  cür  ola  bilməz,  çünki  böyük  körfəz  Cə-nubi 
Xəzərlə,  kiçik  körfəzlə,  yerli  çaylarla  və  nəhayət,  hövzədə 
yerləşən  şəhər-qəsəbələrlə  bilavasitə əlaqədardır.
183
VI  HİSSƏ
Qızılağac körfəzinin ekoloji vəziyyəti və hövzədə 
ekosistemin  sabitliyinin bərpa olunması zəruriyyəti
İlk  növbədə  qeyd  etmək  lazımdır  ki,  Qızılağac  körfəzinin 
müasir  ekoloji  vəziyyəti  ilə  əlaqədar  olan  məsələlərin  bir  çoxu 
barədə  əvvəlki  fəsillərdə  məlumatlar  verilmişdir.  Başqa  sözlə, 
bəlli  olan  yazılı  mənbələrin  və  şəxsi  müşahidələrimizin  nəticə­
lərinə  əsasən  körfəzin  yaxın  keçmişi  və  bu  günü  ilə  tanış  ol­
muşuq.  Bununla  belə,  təkrara yol  verməmək şərtilə,  körfəzin  re­
gion  -  Xəzər  üçün,  ölkəmizin  fauna-florası  və  başqa  cəhətlərlə 
bağlı  əhəmiyyətini  qısa  şəkildə  qeyd  etməkdə  məqsəd  ondan 
ibarətdir ki,  onun  qədir-qiyməti  daha  aydın  dərk olunsun.  Bir da­
ha  nəzər-diqqətə  çatdırmaq  lazımdır  ki,  körfəzin  son  50-60  ildə 
ən  kəskin  antropogen  təsirlərə  məruz  qalan  sahəsi  -   kiçik  kör­
fəzdir.  Ona  görə  aşağıda  başlıca  olaraq  onun  barəsində  izahat 
verilir.
Qızılağac  körfəzinin  əsrlər  boyu  regionun  hidrogeoloji 
xü-susiyyətlərinə  əsasən  formalaşması,  təbiətin  ən  optimal 
(həm  insanlar,  həm  də  fauna-floraya  görə)  vəziyyətdə  fəaliyyət 
gös-tərməsinə  imkan  vermiş,  şərait  yaratmışdır.  Körfəzin 
keçmiş  marsolar,  çaylar,  mərdolarla  əlaqəsini  bərpa  etmək 
mümkün 
deyildir, 
çünki 
onların 
çoxu 
ləğv 
olunmuş, 
qurudulmuşdur.  Hə-qiqətən,  indi  Gamışovanı,  Cil  gölünü, 
Alxovkanı,  Xurşudçalanı  və  başqa  sututarları  necə  bərpa 
edəsən?  N.Knipoviç  (1923-1930),  A.Derjavin  (1940;  1947; 
1951;  1956),  Q.Gül  (1967),  Z.Quliyev (1989;  2002)  və başqaları 
Qızılağac  körfəzini  Cənubi  Xəzərin  balıq  sərvətinin  əsas  artıb- 
çoxalma  akvatoriyası  hesab  etmişlər.  Xəzər  hövzəsinə  aid 
buxta-körfəzlərin  heç  biri  Qı-zılağac  körfəzi  kimi  çay,  göl, 
marso,  axmazlarla  bilavasitə  əlaqəli  olmamışdır.  Qızılağac


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə