Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə54/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   49   50   51   52   53   54   55   56   57

214
şamayını,  yaşılbaşı,  səhləbi,  hibrid  qovağını  və  b.  mühafizə 
edib,  gələcək  nəsillərə  «təhvil  verməyi»  əməli  iş,  vətəndaşlıq 
borcu  saymalıyıq.  Bir  vacib  məsələni  də  qeyd  etmək  lazımdır. 
Yarandığı  ildən  Qızılağac  qoruğunda,  körfəzdə,  demək  olar  ki, 
bütün  təbiət elmləri  üzrə tədqiqatlar,  təcrübələr  aparılmışdır.  Bu 
barədə  də  Qızılağac  əsil  təcrübə-tədqiqatlar  «Məkkə»sidir.  Hə­
lim  Xəzərin  qoynunda,  səxavətli,  təvazökar,  gözdən-nəzərdən 
kənar,  zəhmətsevər  adamlara  məskən  sayılan  yarımada, 
Azərbaycanın  neçə-neçə  alim  oğluna-qızına  xidmət  edəcəkdir. 
İndi  özümüzə  məxsus  olan  Qızılağac  körfəzini  dünya  şöhrətli 
qoruqlar  səviyyəsinə  yüksəltmək  üçün  heç  bir  yadellidən  icazə 
almaq  lazım  deyil,  zəhmət  və  qayğımızla  onu  milli  sərvət  kimi 
dünya  elminə  təqdim  edə  bilərik:  bu  həm  vətənimizə  şöhrət 
gətirər,  doğma  diyara  hüsn-rəğbət  qazandırar  və  həm  də  ina­
nırıq  ki,  iqtisadi  xeyir  də  verər!  Həmçinin  bir  daha  yada  salmaq 
lazımdır  ki,  Zaqafqaziyada  balıqçılığın  inkişafı,  balıq  vətə­
gələrinin  yaradılması,  ümumiyyətlə  balıqçılıq  sənayesi  tarix  bo­
yu  Azərbaycanda  mümkün  olmuşdur.  Xəzərin  Azərbaycana  aid 
sahillərindən  başqa,  Kür-Araz  çayları  və onların  daşqın  suları  ilə 
qidalanan  gölləri,  əsrlər  boyu  gen-bol  balıq  məhsulu  ərsə  gə­
tirmiş  və  xalqın  gün-güzəranına  xidmət  etmişdir.  Respub­
likamızın  su  hövzələri  və  Xəzər  dənizində  qeyd  edilən  ixtiofau- 
nanı,  xüsusilə  vətəgə  əhəmiyyətli  balıq  növlərini  elmi  və  tətbiqi 
baxımdan  əsaslı  -  uzun  illərdən  bəri  tədqiq  edən,  prof.  Z.M.Qu­
liyev  (2009)  qeyd  edir  ki,  ölkəmizin  mövcud  gölləri  içərisində  16 
min  ha  sahəsi  olan  Kiçik  Qızılağac körfəzi  balıq təsərrüfatı  üçün 
ən  əhəmiyyətli  sututardır.  Xüsusilə  Kür  (1953)  və  Araz  (1972) 
çayları  üzərində  bəndlər  yaradılandan  sonra,  Hacıqabul,  Sarısu 
göllər  sistemi  -  Ağgöl,  Mehman,  Şilyan  və  b.  hövzələr  Cənubi 
Xəzərin  keçici  və  yarımkeçici  vətəcə  balıqlarının  inkişaf 
imkanlarını  məhdudlaşdırdı.  Ona  görə  Kiçik  Qızılağac  şirin  sulu 
hövzə  kimi  regionda  balıq  ehtiyatının  saxlanması  üçün  böyük
215
əhəmiyyət  kəsb  etdi.  Kiçik  körfəz  uzun  müddət,  xüsusilə  50-60- 
cı  illərdə  (XX  əsr)  Azərbaycanın  əsas  qiymətli  vətəgə  balıqları  -  
kütüm  (ziyad),  çapaq,  çəki,  sıf,  külmə,  qarasol,  şamayı  və  b. 
balıq  növlərinin  kürüləmə,  artıb-çoxalma  və  ovlanması  imkan­
larına  layiqincə  xidmət  etmişdir.  Məsələn,  35-40  il  qabaq  Xə­
zərlə  (Böyük  Qızılağac  körfəzi)  Kiçik  körfəzi  əlaqələndirən  ka­
nallardan  hər  il  800  ton  (7868  s)  kütüm,  1200-1300  ton  (12870 
s)  külmə,  1100  ton  (11600 s)  çəki  və 200  tondan  çox  ayrı  balıq­
lar  (qarasol,  çapaq,  şamayı)  ovlanmışdır.  Sonrakı  illərdə  kürü 
tökmək  üçün  körfəzə  miqrasiya  edən  balıqların  kanallarda  in­
tensiv,  kütləvi  ovlanması,  hövzədə  su  balansının  kəskin  dəyiş­
məsi  (əvvəlki  bölmələrdə  dəfələrlə  qeyd  edilir)  və  b.  Səbəb­
lərdən  körfəz indiki  müşkül vəziyyətə  düşmüşdür.
Ərazi  sularımızın  balıq  sarıdan  kasadlaşması,  haqqında 
uzun  illərdən  bəri  səngimək  bilməyən  həyəcan  təbili  çalınan 
brakonyerliklə  bilavasitə  əlaqədardır.  Kağız-sənədlərdə  çin-çin 
göstərilən  mühafizə,  qorumaq,  rəsmi,  inzibati,  hər  dürlü  idarə- 
ofis,  nə  bilək  daha  necə  adlanan  qurumların  olmasına  baxma­
yaraq,  brakonyerlik  sularımızda  at  çapır,  meydan  «sulayır». 
Əgər,  yüzlərlə  «bir  dəri-bir  sümük»  olan  nərə  balığı  körpələri 
bazarlarda  açıq  satılırsa,  hər  bir  acgöz  brakonyer  əlaqədar 
rəsmilərdən  «yer»  satın  alırsa  (daha  doğrusu  sulu  sahə),  tor- 
qayıq,  dərinlik,  müddət-vaxt  hesabı  üçün  rüsum  qoyulursa,  ən 
sağlam  sulu  göllərimizdə  də  balıq  adlı  məxluq  «görünməzə» 
düçar olacaq.  Lakin,  bu  heç  də  o  demək  deyildir  ki,  təslim  olaq 
və  sonalı  göllərimizin  qayğısına  qalmayaq.
Kitabda  verilən  və mövzuya görə 
geniş işlənən  terminlərin 
LÜĞƏTİ
Avtoxton 
-Y u n a n   sözüdür,  yerli,  əraziyə,  hövzəyə
məxsus  deməkdir.
Ammonifikasiya 
-T ərikbində  azot  olan  üzvi  maddələrin  mik- 
roorqanizmlər 
tərəfindən 
parçalanması


216
Alloxton
Adaptasiya
Anaerobioz
Antropogen
Areal
Biogen
Biosfer
Biotop
Biosenoz
Hidrobiologiya
Hidroqrafiya
(zülallar,  sidik  cövhəri).
-Y u n a n c a   -   yer  mənası  versə  də,  həmin 
əraziyə,  hövzəyə  kənardan  gəlmək  demək­
dir.
-   Latınca  -   uyğunlaşma,  məskunlaşma  de­
məkdir.  Hər  hansı  canlının,  növün  həyat 
funksiyalarını  dəyişən  xarici  şəraitə  davam­
lılığını  səfərbər edən  reaksiyaların vəhdəti.
-   Yunanca  «an»  -   inkar,  «aer»  -   hava, 
«bios»  -   həyat  deməkdir.  Sərbəst  oksi- 
gensiz  mühitdə  yaşama  qabiliyyəti  olan 
canlı  məxluq  (bakteriyalar,  göbələklər,  ma­
yalar).
-   Antropo  -   yunanca  adam-insan,  «gen»-tö- 
rəmə  deməkdir.  İnsanın  fəaliyyəti  sayə­
sində təbiətə təsir.
-   Area -  latınca  sahə,  miqyas  deməkdir.  Sis­
tematik 
qrup 
heyvanların 
(canlıların) 
məskunlaşıb  artıb-çoxalma 
ərazisi 
(növ, 
cins  və  s.).
-   Fotosintez  sayəsində 
üzvi 
maddələrin 
əmələ  gəlməsi  üçün  zəruri  sayılan  kimyəvi 
elementlər  (karbon,  azot,  fosfor,  oksigen, 
hidrogen  və  s.).  Canlı  aləmin  tərkibində  ol­
maqla,  həyatiliyini təmin  edən.
-   Canlı 
aləmin 
mövcudluğu 
(yaşaması) 
mümkün  olan  quru,  hava,  su  mühiti.
-   Oxşar  mühitə  alışan  canlı  orqanizmlərin 
quru  və  su  hövzələrinin  müəyyən  ərazi­
sində məskunlaşması -  yaşayış  yeri.
-   Eyni  biotopda  məskunlaşan  orqanizmlərin 
cəmi-vəhdəti  (bitkilər,  mikroblar,  heyvan­
lar).
-   Hidro  -   su,  bios  -   həyat,  logiya  -   elm  de­
məkdir.  Su  mühitində  yaşayan  canlı  aləmi 
öyrənən  elmdir.
-   Hidro -  su,  qrafiya -  yazmaq,  təsvir etmək, 
şəklini,  cizgisini  çəkmək deməkdir.
217
Halofit
Deqradasiya
Detrit
Denitrifikasiya
Destruksiya
Destruktor
Ekologiya
Endemik
Endogen
İnvaziya
Ingibitor
İndikator
İntroduksiya
  Yunanca  -   hale  -   duz,  fiton  -   bitki  de­
məkdir.  Duzluluğa  davamlı  bitki.
-   Tədricən  pisləşmə,  əvvəlki  keyfiyyətin  aşa­
ğı  düşməsi  və  ya tam  itirilməsi.
-   Latınca  -   əzilmiş,  döyülmüş,  üyüdülmüş 
deməkdir.  Üzvi  maddə  qalıqlarının  (his­
səciklərinin)  su  qatlarında  yayılması,  lilə 
(qrunt) çökməsi  sayəsində toplanan  kütlə.
-   Nitrat,  nitrit  şoralarının  mikroblar  tərəfindən 
sərbəst azota  çevrilməsi  prosesi.
-   Latınca  -   pozulmaq,  dəyişmək  deməkdir. 
Maddə-əşyanın  normal  quruluşunun  tərkib- 
cə  dəyişməsi,  bəsidləşməsi  (çürüməsi).
-   Destruksiya  prosesində  iştirak  edən  (üzvi 
maddələri  parçalayan  mikroorqanizmlər).
-   Oykos  -  yunanca  ev,  daxma,  yaşayış  yeri, 
logiya  -   elm  deməkdir.  Bitki  və  heyvanat 
aləminin  yaratdıqları  vəhdətin  bir-birinə 
münasibəti  və  xarici  mühitlə  onların  əla­
qəsini  öyrənən  elm.
-   Latınca  -   yerli  sakin  deməkdir.  Bu  və  ya 
başqa  ərazidə  (kiçik)  kökləşən  bitki,  hey­
van  növləri  (konkret əraziyə  məxsus).
-   Daxili  mənşəli  orqanizmin  daxili  mühitinə 
müvafiq,  uyğun  olaraq  əmələ gələn.
-   İn  -   latınca  -   daxili,  həm  də  inkar  etmək 
mənasında  işlədilir.  Sirayətedici  (infeksiya) 
xassəyə  malik  olmayan  xəstəliklər.  Müəy­
yən  ərazilərin  orqanizmlər  tərəfindən  zəbt 
edilməsi.
-   inhibeo  -   latınca  -   saxlayıram,  dayan­
dırıram  deməkdir.  Floranın  inkişafını  və  boy 
atmasını  müvəqqəti  dayandıran  maddələr 
(birləşmələr).
-   Latınca  -   induko  -   göstərirəm,  müəyyən 
edirəm  deməkdir.  Biosferin  ekoloji  vəziy­
yətini göstərən  bitki-heyvan  növləri.
-   Hövzələrə  kənardan  gətirilən  fauna-flora


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə