Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə51/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

202
lükəli  əngəl  törətmişdir.  Elə  təbii  proseslər,  coğrafi  landşafalar 
və  ekoloji  sistemlər  vardır  ki,  onların  bərpasına,  necə  deyərlər, 
bir  ömr  kifayət  etməz.  Həmçinin  bu  və  ya  başqa  biotopun, 
akvatoriyanın  normal  fəaliyyətini  əvvəlki  məcraya  yönəltmək 
üçün  həyata  keçirilən  tədbirlərin  miqyası,  kəsərliliyindən  v ə  
bərpa  olunan  ekoloji  sistemin  deqradasiya  dərəcəsindən  asılı 
olaraq  yekun  hasil  olur.  Bu  baxımdan  da  Kiçik  Qızılağac  körfə­
zində xeyli  imkan  itirilmişdir.
Qızılağac  körfəzinə  qarşı  qəddarlıq  o  dərəcəyə  çatmışdır 
ki,  hər iki  çayın  məcrasını  ayrı  istiqamətlərə yönəltməklə  kifayət­
lənməyib,  əlavə  olaraq  körfəzin  öz  suyunu  güclü  nasoslarla 
sormağa  başladılar.  Bu  minvalla,  təkcə  1969-1972-ci  illərin  ya y 
aylarında,  kələm  və  pomidor  «qızdırmasının»  tüğyan  etdiyi  3 
ildə  körfəzin  su  tutumu  60%  azaldı.  Beləliklə,  körfəzdə  ali  su 
bitkilərinin,  akvatoriyanın  40%  ərazisini  zəbt  etməsinə  zəmin 
yaradıldı.  Qızılağac  körfəzi  şəraitində  ali  su  bitkilərinin  artması 
hövzədə  arzuolunmaz  proseslərin  yaranmasına  səbəb  olmuş­
dur.  Belə  ki,  yem  kimi  qamış  çox  az  miqdar  heyvanlar  tərə­
findən  istifadə  edilir.  Lakin,  illər  boyu  toplanan  bitki  qalıqları 
fitobentosun  inkişafına  maneçilik  törədir  və  su  bitkiləri  ilə 
qidalanan  quşların  sayını  azaldır.  Məhz  bu  dövrlərdə  (yay  ay­
larında)  körfəzin  dayazlaşan  yerlərində  kiçik  sahəli  göllər, 
axmazlar,  çalalarda  qalan  sularda  duzluluq  18-21  promilə  çatır 
(qara  dənizdə  -   16-17  promildir,  Xəzərdə  isə  -   13).  Körfəzin 
açıq,  nisbətən  dərin  yerlərində  şorluluq 4-5  dəfə  artır.  Həmçinin, 
suyun  digər  fiziki-kimyəvi  xassələri  də  kökündən  dəyişir.  Gö­
ründüyü  kimi,  təbiətcə  şirin  su  mühitinə  aid  olan  fauna-flora  öz 
«məhvərindən  çıxır»,  formalaşa  bilmir.  Mürəkkəb  xüsusiyyətli 
proseslərlə  yanaşı,  körfəzdə  lilləşmə  prosesi  intensivləşdiyinə 
görə,  hövzənin  sututumu  iki  dəfə  kiçilmişdir.  Adi  gözlə  baxanda 
su  səthinin  əvvəlki  «çərçivədə»  bərqərar  olması  nəzərə  çarpır, 
əslində  isə  elə  deyil.  Dərinliyi,  sututumu  azalan  körfəzdə  istər
203
plankton,  istərsə  də  bentik  canlıların  ekoloji  baryerlər  üzrə  yer­
ləşmə  sahəsi  kiçilir,  hövzənin  isə  ümumi  bioloji  məhsuldarlığı 
kəskin  dərəcədə  azalır.  Bu  baxımdan  körfəzdə  pelagial  torofik 
əlaqə  də  pozulmuşdur.  Hesablamalara  görə,  hazırda  yağmurlar 
və  kiçik  arxlar,  çaylar  vasitəsi  ilə  körfəzə  25-30%  az  su  daxil 
olur.  Bununla  belə,  kiçik  körfəz  payızın  sonunda  «dolur»,  yazın 
əvvəllərində  isə  «daşır».  Əksər  hallarda  Kiçik  Qızılağac  kör­
fəzində  də  böyük  körfəzdə  olduğu  kimi  suyun  artması, 
çoxalması  zənn  edilir.  Məhz  kiçik  körfəzin  sututumu  azaldığına 
görə,  hətta  normadan  da  az  toplanan  su  öz  əvvəlki  «qabına 
sığmır»,  şlyuzları,  bəndləri  dağıdır.
Qəribə  təzadlı  vəziyyət  yaranmışdır:  Xəzərdə  su  səviy­
yəsinin  artması  ilə  əlaqədar  olaraq  çox  vaxt  (xüsusi  ilə  cənub- 
şərq  küləkləri  əsən  zaman)  böyük  körfəzin  suyu  kiçik  körfəzə 
axır.  Çünki,  Xəzərdən  kanallara  dolan  suyun  səviyyəsi  şlyuz- 
lardan  hündür  olur.  Digər tərəfdən,  şimal-qərb  küləkləri  əsəndə 
isə,  kiçik  körfəzin  suyu  böyük  körfəzə  axır.  Yada  salaq  ki, 
layihəyə  görə  (yuxarıda  qeyd  olunur)  kürüləmə  dövrü  kiçik 
körfəzdən  axan  şirin  su  keçici  və  yarımkeçici  vətəgə  balıqlarını 
«cəlb»  etməlidir,  indii  isə  kanallarla  Xəzərin  suyu  əks  is­
tiqamətə  axır  və  şirin  su  «izi,  yolu»  itir.  Beləliklə,  hövzədə 
Cənubi  Xəzərin  keçici  balıqlarının  nəsi  vermək  imkanından 
məhrum  olmaq  təhlükəsi  yaranır.
Xəzərdə  su  səviyyəsinin  artması,  ilk  növbədə  Qızılağac 
dövlət  qoruğunun  quru  sahəsinin  bir  daha  ixtisarına,  bitki  və 
heyvanat  aləminin  yaşama,  yayılma  arealının  əsaslı  şəkildə 
dəyişməsinə  səbəb  olacaq  və  burada  sözsüz  ki,  yeni  yaranan 
ekoloji  şəraitə  uyğün  fauna-flora  formalaşacaq.  Biz  bunu  təbii 
fəlakət  kimi  qəbul  etməliyik.  Bununla  belə,  hazırki  canlı  aləmi 
də  nəzarətsiz  qoymaq  olmaz.  Əsas  qayğı  -  qoruğun  qoruq  kimi 
saxlanması  üçün  zəruri tədbirlərin  ön  plana  çəkilməsidir.
Şübhə  etmək  olmaz  ki,  yeraltı,  qrunt  suların  üst,  münbit


204
qata  qalxması  bitki  aləminə  təsir  göstərəcək.  Subasar  ərazilər­
də  isə  müvafiq  su  bitkiləri  yaranacaq.  Ona  görə  su  və  bataqlıq 
quşlarının  sayca  çoxalması  ehtimalı  artır.  Qoruğun  yeganə  cüt- 
dırnaqlı sakini  - vəhşi  donuzların  başqa  ərazilərə  miqrasiyası,  ilk 
dövrlərdə  isə  onların  populyasiyasının  azalması  baş  verə  bilər. 
Bildiyimiz  kimi,  hər  hansı  ərazinin  canlı  aləmi  trofik  əlaqələr 
prinsiplərinə  görə  bərqərar  olur.  Bu  baxımdan  qoruğun  ərazi­
sində  müxtəlif  növlərə  məxsus  olan  sürünənlər,  gəmiricilər, 
yırtıcılar və  başqa  heyvanlar  arasında  da  kəmiyyət,  keyfiyyətcə 
dəyişmə  gözlənilə  bilər.  Həmçinin  məlumdur  ki,  təbiət  boşluğu 
sevmir,  bu  və  ya  başqa  səbəbdən  ekoloji  baryeri  tərk  edən 
canlıları,  özgələri,  yaranan  şəraitə,  mühitə  uyğun  orqanizmlər 
əvəz  edir.  Xəzərdə  səviyyə  rejiminin  transreqressiyası  ardıcıl 
davam  edərsə,  yenə  də  Böyük  Qızılağac  körfəzi  Kiçik  Qızılağac 
körfəzi  ilə  birləşə  bilər.  Regionun  inkişaf  tarixinə  nəzər  salsaq, 
məlum  olar  ki,  bu  cür  baş verən  təbii  hadisə  yeni  deyil  və  məhz 
Xəzərin  təbii  xislətinə  məxsus  olan  keyfiyyətdir.  Əgər  ehtimal 
olunan  vəziyyət  yaranarsa,  onda  Qızılağac  körfəzinin,  cənubi 
Xəzərin  balıq  sürüləri  üçün  «otlama»,  böyümə arealı  artar.  Bun­
dan  başqa,  Xəzərin  özündə  artıb-çoxalan,  məsələn,  siyənəklər, 
kefal  və  başqa  balıqların  bioloji  məhsuldarlığının  artmasını  da 
inkar etmək olmaz.
Xəzərdə  su  səviyyəsinin  artması,  sahil  zonalarda  böyük 
itkilərə səbəb  olur,  onsuz  da  maddi,  iqtisadi  çətinliyə düçar olan 
on  minlərlə  əhali  üçün  məşəqqətlər törədir.  Yaranan  vəziyyətin 
biosferə  görə  mahiyyəti  son  məqamda  qanunauyğun  sayılsa 
da,  ekoloji  baxımdan,  iqtisadi  cəhətdən  arzuolunmazdır.  Bəli, 
bir  daha  dərk  etmək  lazımdır  ki,  təbii,  biosfer  qanunlarına  riayət 
olunmazsa,  cəmiyyət  özü  ziyan  çəkir.  Xəzərin  su  səviyyəsi  ilə 
əlaqədar  olaraq,  bir  daha  Kiçik  Qızılağac  körfəzinin  keçici  və 
yarımkeçici  vətəgə  balıqlarının  ehtiyatının  qorunması  üçün  kəsb 
etdiyi  əvvəlki  məramı  yada  salaq.  Biz  əvvəlki  izahatlarda  bu  cür
205
balıqların  təbii  kürüiəmə  ərazilərinin  əsaslı  surətdə  ixtisar  olun­
masını  qeyd  etmişik.  Hətta,  bu  məqsədlə  xüsusi  balıqartırma 
zavodlarının  tam  fəaliyyəti  dövründə  də  keçici  və  yarımkeçici 
pullu  balıqların  getdikcə  azalmağa  meyl  etməsini  yəqin  etmişik. 
Nəzərə  alsaq  ki,  məlum  səbəblərə  görə  balıq  körpələrini  artır­
maq  üçün  indii  adları  qalan  zavodlar son  15  ildə  tutarlı  fəaliyyət 
göstərməmiş və ən  azı  2-3 yeni  nəsi  vermək  qabiliyyətinə  malik 
olan  balıq  nəsli  yetişdirilməmişdir,  onda  ərazi  sularımızda 
«qalan»  balıq  ehtiyatının  nə  vəziyyətdə  olmasını  təsəvvür  et­
məkdə çətinlik çəkmərik.
Yada  salmaq  lazımdır  ki,  Mingəçevir  su  qurşağının  qurul­
masından  sonra  Qızılağac  körfəzi  balıqçılıq  təsərrüfatının  ahən­
gdar  fəaliyyətini  təmin  etmək  üçün  bir  neçə  hidromeliorativ 
tədbirlər  təklif  olunmuşdur.  Bu  layihələrdə  Kür  suyundan  isti­
fadə  məsələləri  əsas  şərt sayılmışdır.  Məqsəd Ağçala  ilə  Xurşu- 
dçalanın  əlaqəsini  bərpa  edib,  onları  Kiçik  Qızılağac  körfəzinə 
gələn  balıqların  kürüiəmə  ərazisinə  çevirməkdən  ibarət  olmuş­
dur.  Layihədə  iki  variant  nəzərdə  tutulmuşdur:  birinci  variantda, 
su  Kür  çayından  Ağçalaya  və  oradan  25  km  kanalla  Xurşud- 
çalaya  axıdılması  idi.  Xurşudçala  dolandan  sonra  artıq  suyu 
körfəzin  şimal  hissəsinə ötürmək  nəzərdə tutulurdu.
ikinci  variantda  isə  su  Kürdən  Ağçalaya,  sonra  isə  52  km 
kanal  vasitəsilə  Ağçaladan  Xurşudçalaya  və  kiçik  körfəzə 
ayrıca  axıdılmalıdır.  Bu  variantda  Ağçala,  Xurşudçala  və  kiçik 
körfəzi  su  ilə  təmin  edəndən  sonra,  onları  birləşdirən  kanaldan 
Aquşa  çayının  «uzunburun»  və  «ağbalıq»  qollarına  su  nəql  et­
mək  gözlənilirdi.  Bu  məqsədlə  gərək  uzunluğu  22  km  olan 
ayrıca kanal  çəkiləydi.
Biz  bilərəkdən  45-50  il  öncə  düşünülən  təşəbbüsü  qısa 
qeyd  etdik.  Bəlkə  də  öz  dövrü  üçün  göstərilən  xoşniyyətli  tək­
liflər  məqbul  sayılmışdır.  Bununla  belə,  onlar  həyata  keçiril­
məmişdir.  Səbəbləri  araşdırmadan  qeyd  etmək  lazımdır  ki,  o


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə