Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə48/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

188
çoxalmasına  (Kuznetsov,  1952;  1970),  fitoplanktonun  çiçəklən­
mə  səviyyəsində  vegetasiyasına,  oksigen  məsrəfinin  sürət­
lənməsinə,  anaerobiozun-zamorun  əmələ  gəlməsinə  zəmin 
yaratmışdır.  Adları  çəkilən  proseslərin  hər biri  özü-özlüyündə  bir 
problemdir.  Onların  içərisində  ən  sadə  -   xatasız,  ziyansız  «gö­
rünən»  dayazlaşma -  dərinliyin  azalmasına  nəzər salaq.
Öncə  qeyd  etmək  lazımdır  ki,  ilk  baxışda  su  səthinin 
əvvəlki  (20-25  il  qabaq)  «çərçivədə»  olması  nəzərə  çarpır. 
Əslində  isə  elə  deyil,  çünki  hövzədə  dərinlik  2  dəfə  azalmış  və 
körfəzin  isə  sututumu  müvafiq  olaraq  azalmışdir.  Belə  olduğu 
halda  körfəzdəki  istər  plankton,  istərsə  də  bentik  orqanizmlərin 
ekoloji  faktorlar,  biotoplar  üzrə  yerləşmə  sahəsi  -  təbəqə  kiçilir, 
pelagial  trofik  əlaqələr  pozulur  və  nəticədə  bioloji  məhsuldarlıq 
azalır.
Fitoplanktonun  intensiv  inkişafı  hövzədə  antropogen  ev- 
troflaşma  ilə  nəticələnir.  Beləliklə,  külli  miqdarda  sintez  edilən 
ilkin  üzvi  maddələr  bakterioplanktonun  sıçrayışla  inkişafına  tə­
kan  verir.  Asan  mənimsənilən  üzvi  maddələrin  biodestruksiyası 
mühitdə  həll  olmuş  oksigenin  sərfini  sürətləndirir.  Asssimil- 
yasiya  və  dissimilyasiya  prosesləri  ardıcıl  davam  etdiyi  üçün 
mühitdə  oksigen  azalır və anaerob şərait yaranır.
Hövzədə  oksigenin  sərfinin  ilkin  üzvi  maddələrin  intensiv 
sintezi  ilə  əlaqədar  olması,  apardığımız  təcrübələrlə  sübut 
edilmişdir (şəkil  16).
Şəkildən  aydın  görünür  ki,  suda  olan  8,3  mq  Ог/I  təcrübə 
zamanı  14  saat  müddətində  mikrobiota  tərəfindən  tam  sərf 
olunmuşdur.
Kiçik  Qızılağac  körfəzində  ekoloji  qəza  səviyyəsində  möv­
cud  olan  vəziyyətin  səbəblərindən  biri  -   nəticə  kimi  oksigen  re­
jiminin  pozulmasını  dəfələrlə  qeyd  etmişik.  Bu  vacib  məsələnin 
də  illər üzrə  dəyişməsini  müəyyən  etmək  üçün  körfəzin  mərkəz 
hissəsində,  həm  əvvəlki  illərdə  (Salmanov,  Süleymanov,  1966;
189
1970),  həm  də  hazırda  tərəfimizdən  alınan  nəticələrin  müqa­
yisəsi  göstərmişdir  ki,  son  20  ildə  suyun  dib  qatında  oksi­
gen  biodestruksiyanın  oksigen  məsrəfi tutumu  50%-dən  də  çox 
azalmışdır.
Şəkil  16. 
Kiçik Qızılağac körfəzində suyun 
çiçəklənməsi zamanı (avqust)


190
Yosunların  intensiv  inkişafına  baxmayaraq  suyun  üst  təbəqə­
sində də oksigenlə təminat azalmışdır (şəkil  17).
Körfəzdə  oksigen  rejimində  əmələ  gələn  kəskin  dəyişgən- 
lik,  çox  təəssüflər  olsun  ki,  müvəqqəti  xarakter  daşımır.  Şəkil­
dən  aydın  görünür  ki,  suyun  hər  iki  qatında  son  40  ildə  oksi­
genin  qatılığı  azalır.  Beləliklə,  məlum  olur  ki,  hövzədə  oksigen 
rejimində  yaranan  çatışmamazlığa  (hər  hansı  səbəbdənsə) 
həm  də  təbii  olaraq  sularda  oksigenin  az  həll  olması  da  təsir 
edir.  Bu  vəziyyət  isə,  yəni  hövzədə  ümumi  oksigen  qıtlığı,  bir 
çox  antropogen  təsirin  yekunu  kimi  olduqca  ağır  hadisələrə  sə­
bəb  olur.  Mühitdə  sərbəst  oksigenin  isə  canlı  aləmin  həyatında 
əvəzsiz rolu  (anaeroblardan  başqa)  çoxdan  məlumdur.
Kiçik  Qızılağac  körfəzində  oksigen  çatmamazlığının  sə­
bəbləri  yuxarıda  qeyd  edilmişdir.  Buna  baxmayaraq  oksigenin, 
üzvi  maddələrlə  zəngin  mühit-biotoplarda  məsrəfi  iki  istiqamət­
də  artır  və  ona  görə  onun  miqdarı  qısa  müddətdə  tükənir  və 
bərpa olunması  isə əksər halda  ləng  gedir (Donetskaya,  2001).
Qeyd  etmək  lazımdır  ki,  bu  və  ya  başqa  su  hövzələrində 
oksigenin  bioloji  sərfi  bir  neçə  amillərlə  əlaqədar  olaraq  artır. 
Bu  baxımdan  da  körfəzdə  lazımi  təcrübələr aparılmışdır.  Kör­
fəzdə  anaerobioz  hadisəsi  zamanı  suyun  zəhərlənməsində 
əsas  mənbə  sayılan  hidrogen  sulfidin  yaranmasının  desulfat- 
laşdırıcı  bakteriyaların  sayı  ilə  əlaqədar  olması  müəyyən  edil­
mişdir (Salmanov,  1999).
191
10
1
2
0
1964 
1974 
1984 
1994 
2004
Şəkil  17. 
Kiçik Qızılağac körfəzində suda 
oksigenin miqdarı
1- suyun üst təbəqəsi
2- suyun dib qatı
Körfəzin  lil-qruntundan  əldə  edilən  təmiz  kulturanın  sutka  ər­
zində  2,8  mq/l  hidrogen  sulfid  əmələ  gətirməsi  müəyyən 
edil­
mişdir.  Ona  görə  hövzədə  anaerobioz zamanı  əmələ gələn  me- 
tabolitlər  içərisində  hidrogen  sulfid  daha  təhlükəli  toksikant  sa­
yılır.


192
Təcrübələrlə  sübut  olunmuşdur  ki,  hidrogen  sulfid  canlı  aləm 
üçün  iki  cəhətdən  təhlükəli  sayılır  (Banzaksayeva,  2003;  Soko- 
Iskiy,  2002).  Birincisi  -   bu  qaz  az  miqdarda  oksigen  qarışığı  ilə 
canlı  aləmin  tənəffüs  sistemini  iflic  edir;  ikincisi  -  hidrogen  sul­
fid  suda  həll  olan  sərbəst  oksigenlə  kimyəvi  reaksiyaya  qoşula­
raq  sulfidə-sulfata  çevrilir  və  yenidən  biosintez  sayəsində  üzvi 
maddəyə  çevrilir,  substrat  kimi  təkrar  parçalanır  və  proses 
aramsız təkrar olunur.
Araşdırmalardan  aydın  olmuşdur  ki,  təbiətdə  hidrogen  sul­
fid  əmələ  gətirən  bakteriyaların  inkişafı,  artıb  çoxalması  və  bio- 
kimyəvi  aktivliyi  üçün  üç  əsas  şərtin  olması  vacibdir  (Kuznet­
sov,  1970).  Onlardan  biri  -   mühitdə  kifayət  qədər  asan  mənim­
sənilən  üzvi  maddələrin,  ikincisi  -  sulfat-sulfid  duzlarının  olması 
və  nəhayət,  üçüncü  şərt -  mühitdə oksigenin olmaması.  Maraq­
lıdır  ki,  təbiətdə  hidrogen  sulfid  qıcqırmasına  əlverişli  şərait 
birinci  şərtlə,  daha  doğrusu  üzvi  maddələr  bolluğu  ilə  daha  sıx 
əlaqədardır.  Apardığımız  çoxsahəli  tədqiqatlara  əsasən  demək 
olar  ki,  Kiçik  Qızılağac  körfəzində  göstərilən  hər  üç  şərt  möv­
cuddur və  son  illər  daimi  xarakter  alan  zamor  hadisələrini  təsa­
düfi  hal  saymaq  olmaz.  Saprofit  bakteriyaların  su  hövzələri 
üçün  bir  növ  bioloji  indikator  hesab  edilməsi  yuxarıda  qeyd 
olunmuşdur.  Kiçik  Qızılağac  körfəzində  yaranan  oksigen  azlığı, 
birinci  növbədə  saprofit bakteriyaların  kəmiyyət-keyfiyyət göstə­
riciləri  ilə  asan  müəyyən  olunur.  Əvvəlki  bölmələrdə  kiçik  körfə­
zin  dib  çöküntülərində  vegetativ,  sayca,  bioloji  mahiyyətcə  ən 
aktiv,  vacib  mikrosenoz-saprofit-heterotrofların  deqradasiyaya 
meyl  etməsi  qeyd  olunur.  Bununla  belə,  hövzədə  üzvi  subs- 
tratın  izafi  qatılıq  dərəcəsinə  çatdığı  dövrdə  saprofit  bakteriya- 
ların  ixtisar olunması  ekosistem  üçün  təhlükəli vəziyyətin  yaran­
masını göstərir (şəkil  18).
Körfəzin  dib  çöküntülərində  saprofit  bakteriyaların  yay 
aylarında  yaz  və  payız  fəsillərinə  nisbətən  2-2,5  dəfə  azalması 
narahatlıq  yaradan  nəticədir.  Çünki,  yay fəsli  hövzədə  bioloji, 
xüsusilə  vətəgə  əhəmiyyətli  balıqların  (əsasən  körpələrin) fəal 
qidalanma-böyümə  dövrüdür.
193
qış 
yaz 
yay 
payız
Şəkil  18. 
Kiçik  Qızılağac körfəzinin qruntunda 
saprofit bakteriyaların illər-fəsillər 
üzrə dəyişilməsi
1  -  1985-ci il
2 - 2004-cü il
Hövzədə  dərinlik  azaldığına  görə  sularda  pelagial 
qidalanma  ti-pinə  aid  balıqların  qidalanma  arealı  kəskin 
dərəcədə  ixtisar  olunur.  Dib  çöküntüləri  -   qruntda  isə 
anaerobioz  hadisəsi  ilə  əlaqədar  olaraq  bento-fauna  kütləvi 
qırğına  məruz  qalır.  De-məli,  bentofaq  balıqların  qidalanması


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə