Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə45/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

176
ki,  dib  çöküntülərində  ən  fəal  assimilyasiya-dissimilyasiya  onun 
ən  üst,  su  ilə  kontaktda  olan  təbəqə-qatında  gedir.  Körfəzin 
qruntunda  ümumi  mikrobiota  ilə  heterotrof  bak-teriyaların 
mühitdə  formalaşan  amillərə  müvafiq  inkişafı  ekoloji  cəhətdən 
narahatlıq  yaratmır.  Böyük  körfəzin  qruntunda,  xüsu-silə  yay 
aylarında, 
anaerob 
mikrobiotanın 
inkişafı 
aerobların  fə­
aliyyətinə  maneçilik  törətmir.  Kiçik  körfəzin  dib  çöküntülərində 
mövcud  ekstremal  vəziyyətin  maddələr  mübadiləsində  əsasən 
anaeroblar  üçün  əlverişli  olmasını  böyük  körfəzdəki  vəziyyətlə 
müqayisədən  daha  aydın  görmək  olar  (şəkil  15).  Şəkildən  gö­
rünür  ki,  hər  iki  körfəzdə  ilin  nisbətən  soyuq-sərin  aylarında 
əsas  biodestruktorlar sayılan  saprofit  bakteriyaların  inkişafı,  bio- 
kimyəvi  aktivliyində  ciddi  fərq  yoxdur.  Lakin,  fito-bakteriplan- 
ktonun  başlıca  vegetasiya  dövrü  sayılan  yay  aylarında  Kiçik 
Qızılağac  körfəzinin  dib  çöküntülərində  mineralizasiya  proses­
lərində  başlıca  olaraq  anaerob  bakteriyalar  iştirak  edir ki,  bu  da 
öz-özünə təmizlənmə  proseslərinin zəif getməsini sübut edir.
Böyük  Qızılağac  körfəzinin  sahil  dayazlıqlarında  ali  su  bit­
kilərinin  inkişafı  hövzədə  fitoplankton-fitobentosun  intensiv  ve- 
getasiyası  ilə  əlaqədar  olaraq,  hövzənin  suları  və  qruntunda 
bitki  mənşəli  qalıqların  stasionar  substrat  kimi  toplanmasını  nə­
zərə  alaraq  sellülozaparçalayan  bakteriyaların  öyrənilməsi  ma­
raq  doğurur.  Bundan  başqa,  böyük  körfəzdə  bitki  mənşəli  üzvi 
substratların  çoxalmasına,  şübhəsiz  ki,  kiçik  körfəzin  suları  da 
səbəb  olur.  Körfəzin  qruntunda  sellülozaparçalayan  (həm 
aerob,  həm  də  anaerob)  bakteriyaların  geniş  yayılması,  həmin 
substratların  intensiv  biodestruksiyasında  müsbət  əlamət  kimi 
qiymətləndirilə bilər (cədvəl  33).
Maraqlıdır  ki,  hər  iki  qrup  bakteriyanın  qış  fəslində  fəaliy­
yəti  xeyli  zəifləyir.  Görünür temperatur amili  ilə yanaşı  bakterio- 
planktonun  qruntda  vegetasiya  generasiyasının  zəifləməsinə  -  
həmçinin  asan  mənimsənilən  il-kin  üzvi  maddələrin  zəif
177
biosintezi  də təsir edir.
6
2
0
qış 
yaz 
yay 
payız
Şəkil  15. 
Böyük və Kiçik Qızılağac körfəzlərinin 
qruntunda saprofit bakteriyaların fəsillər 
üzrə dəyişilməsinin müqayisəli 
öyrənilməsi
1- Kiçik körfəzdə
2- Böyük körfəzdə


178
Cədvəl 33
Böyük Qızılağac körfəzinin qruntunda aerob və anaerob 
sellülozaparçalayan bateriyaların miqdarı  (min/q)
Stansiya
Qış
Yaz
Yay 

Payız
A
An
A
An
A
An
A
An
1
8*
3
13
3
44
4
52
6
2
7
2
12
3
32
6
46
8
3
4
3
14
3
28
9
33
7
4
5
2
12
3
32
7
44
9
5
6
2
11
4
24
8
37
10 
\
6
7
3
13
4
32
9
50
11 
|
Orta
6
3
12
3
32
7
46
8
Qeyd:  1.  A -  aerob; An -  anaerob bakteriyalar. 
2.  *  -  bütün nəticələr statistik işlənmişdir 
və P  <0,04
Bununla  belə,  yaz,  yay  və  payızda  qruntda  sellülozanın 
mikrobiota 
tərəfindən  parçalanması  şübhə  doğurmur. 
Maraqlıdır  ki,  körfəzin  qrun-tunda  olan  sellüloza  tərkibli  bitki 
qalıqlarının 
biodestruk-siyasında 
başlıca 
olaraq 
aerob 
sellülozaparça-layanlar  iştirak  edirlər.  Həmçinin  səciyyəvidir  ki, 
sellülozanın  intensiv  minerali-zasiyası  maksimal  dərəcə  payıza 
təsadüf  edir  ki,  bu  da  qanuna-uyğundur.  Çünki,  bitki  aləminin 
kütləvi 
vegetasiyasının 
sonu 
məhz 
payıza 
düşür. 
Sellülozaparçalayan 
bakteriyalarla 
yanaşı, 
mühitdəki 
filtr 
kağızları  üzərində  ibtidai  göbələklərin  nümayən-dələrinin  də 
inkişafı 
qeyd  edilir. 
Xüsusilə, 
kiçik 
körfəzdə  topla-nan 
nümunələrdə  göbələklərə,  böyük  körfəzə  nisbətən  2  dəfə-dən 
çox  təsadüf  olunmuşdur  (15-18%).  Xüsusi  tədqiqat  ap-ar­
masaq  da,  mikromisetlərin  bitki  qalıqları  ilə  zəngin  dayaz 
sularda  və  lil-qruntda  intensiv  inkişaf  etməsini  məqbul  sayma­
lıyıq.  A.Ə.Manafovanın  Mingəçevir  və  Varvara  su  anbarlarının 
bitki  qalıqları  toplanan  sahələrində  ibtidai  göbələklərin  sellülo- 
zanın  mineralizasiyasında  əsas  bioloji  amil  kimi  iştirakını  təcrü-
179
bələrlə sübut etmişdir  (Manafova,  1986;  1988).
Körfəzdən  əldə  edilən  bütün  qrunt  nümunələrindən  sulfat- 
laşdırıcı  bakteriyalar əldə  edilmişdir.  Müəyyən  edilmişdir  ki,  kör­
fəzin  qruntunda  desulfatlaşdırıcı  bakteriyaların  miqdarı  qruntun 
mexaniki  tərkibi,  qranulometrik  xüsusiyyəti,  fiziki  xassəsindən 
asılı  olaraq  dəyişir.  Belə  ki,  ən  az  sayda  desulfatlaşdırıcı  bak­
teriyalar  qum  qarışıqlı  çöküntülərdə,  maksimum  miqdarda  isə 
lil-rakuşa  qarışıqlı  qruntdan  əldə edilmişdir.
Mövsüm-fəsil  amillərindən  qış  aylarında  əsas temperaturla 
əlaqədar  desulfatlaşdırıcılar  minimum  miqdarda  qeyd  edilir 
(cədvəl  34).
Cədvəl 34
Böyük Qızılağac körfəzinin qruntunda 
desulfatlaşdırıcı bakteriyaların sayı (min/q) 
______
Stan­
siya
Qruntun  xarakteri
Qış
Yaz
Yay
Payız
1
İri alevritli rakuşalı qrunt
3*
4
8
6
2
Rakuşa,  qumm qarışıqla lil
4
6
13
7
3
Z ə if lil qarışıqlı qumm
2
4
11
8
4
Qumlu lil
3
7
17
10
5
Tünd,  rakuşalı lil
10
16
26
14
6
Qara rənqli lil,  detritlə
12
20
30
24
Orta
6
9
18
11
Qeyd:  * -  Bütün nəticələr statistik işlənmişdir  və P  <0,045.
Su  qatlarından  fərqli  olaraq  desulfatlaşdırıcı  bakteriyalar 
körfəzin  hər  biotopun-da  qeyd  edilir  Bununla  belə,  onların  dib 
çöküntülərində 
miqdarı 
kiçik 
körfəzin 
qruntundakı 
desulfatlaşdırıcı  bakteriya-ların  sayın-dan  on  dəfələrlə  azdır. 
Ona  görə  ehtimal  etmək  olar ki,  Böyük  Qızılağac  körfəzinin  dib 
çöküntülərində  hidrogen  sulfid  qazı  ilə  bentofaunanın  kütləvi 
qırğını  üçün  təhlükə gözlənilmir.  Bu  da  bi-rinci  növbədə suda və 
dib  çöküntülərində oksigen  rejimi  ilə  əla-qədardır.


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə