Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə43/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

168
üzvi  maddələrin  əsas  kütləsi  fitoplankton  tərəfindən  sintez 
olunur.  Ərazi  üçün  alloxton  mənşəli  üzvi  substratlar  mənbəyi 
əsasən  akvatoriya  ilə  əlaqəli  çaylar  və  sahillərdə  mövcud  olan 
şəhər-qəsəbələrin  çirkab  sularıdır.  Bununla  yanaşı,  su  balansı­
nın  qeyri  sabitliyi  körfəzin  miqyasını,  sututumunu,  dərinliyini,  su 
axını  istiqamətini  və  başqa  xassələrini  dəyişdirmişdir.  Qısa  şə­
kildə  yad  edilən  amillər  körfəzin  su  qatlarında  və  qruntunda 
plankton  və  bentik  orqanizmlərin  ümumi  inkişafına  əlverişli  şə­
rait yaratmışdır.  Körfəzdə səviyyə rejiminin  dəyişməsi  o vaxtdan 
(80-cı  illərin  əvvəli)  indiyə  kimi  mikroorqanizmlərin  ümumi  kütlə­
sinin  2  dəfədən  çox  artması,  hövzədə  maddələr  mübadiləsinin 
intensivliyini  və  bakterioplanktonun  enerji  və  konstruktiv  mad­
dələrlə  kifayət dərəcədə təmin  olunmasını  göstərir.  Körfəzin  su­
yunda  mikrobiotanın  lazımi  ingreditentlərlə  optimum  təmini  sap- 
rofit  bakteriyaların  kəmiyyət  və  keyfiyyət  göstəriciləri  ilə  də  sü­
but olunur (cədvəl  29).
Maraqlıdır  ki,  qış  fəsli  istisna  olmaqla,  ilin  qalan  mövsüm­
lərində saprofit bakteriyaların  miqdarı  4-5  min/ml təşkil edir
Cədvəl 29
Böyük Qızılağac körfəzinin suyunda saprofit bakteriyaların
fəsillər üzrə  ümumi miqdarı (min/ml)
Stansiya
Qış
Yaz
Yay
Payız
1
2,6±0,11
4,2±0,20
5,0+0,24
4,7+0,15
2
1,4+0,05
4,5±0,22
5,1 ±0,23
5,0±0,22
3
1,2±0,04
3,8±0,18
4,7 ±0,17
5,3±0,20 
ı
4
1,3±0,06
3,1+0,15
3,9 ±0,18
4,2±0,19
5
1,0±0,03
4,6+0,23
5,2±0,20
3,1 tQ ,15
6

0,9±0,04
5,8±0,29
5,6±0,25
4,0±0,18
Orta
Г 
1,4
4,3
5,0
4,4
Həmçinin  saprofit  bakteriyaların  hövzənin  hər  yerində  nisbətən
169
bərabər  paylanması  biotoplarda  vəziyyətin  oxşar  olmasını  gös­
tərir.  Bununla  belə  körfəzdə  kəskin  dərəcədə  üzvi  maddələrlə  və 
başqa  pollyutantlarla  zənginləşən-çirklənən  ərazilər  də  var-dır 
(kiçik  sahəli  olsa  da).  Məsələn,  Nərimanabad  qəsəbəsindəki  balıq 
kombinatının  çirkabı,  tullantıları  axıdılan  sahədə  (əsas  kilkə  emalı 
tullantıları),  yəni  balıq  kombinatı,  bənd  və  Liman  qəsəbəsi 
sahəsindəki  sularda  həll  olmuş  oksigen  təyin  edilmə-mişdir  (iyul 
2005,  avqust 2004).  Ərazidən  götürülən  su  nümu-nələrinin  1  ml-də 
saprofitlərin  miqdarı  0,5  mln/ml-dən  çox  ol-muşdur.  Eyni  vəziyyət 
Liman  qəsəbəsinə  qonşu  -   «çimərlik»  adlanan  dayazlıqlarda  da 
mövcuddur.  Saprofit  bakteriyaların  miqdarı-kəmiyyəti  onu  göstərir 
ki, 
hövzədə 
öz-özünə 
təmizlən-mə 
-  
üzvi 
maddələrin 
mineralizasiyası  intensiv  gedir  və  ərazidə  biogen  elementlərin 
regenerasiyası  müsbətdir.  Saprofit  bak-teriyaların  kulturasında 
spor əmələ gətirməyən  formaların  75-80% təşkil  etməsi  isə sularda 
(Kiçik  Qızılağac  körfəzində  ol-duğu  kimi)  asan  mənimsənilən  üzvi 
maddələrin  yüksək  qatı-lıqda  olmasını  göstərir.  Böyük  Qızılağac 
körfəzində  aerob  tənəf-füs  tipinə  aid  fizioloji  qrup  bakteriyaların 
inkişaf  intensivliyi  kiçik  körfəzlə  müqayisədə  çox  yüksəkdir. 
Ehtimal  etmək  olar  ki,  höv-zədə yaranan  optimal  oksigen  rejimi  və 
enerji  materialları  ilə  zənginlik  aerob  heterotrof  bakteriyaların 
generasiyasına  və  fizioloji  aktivliyinə  müsbət  təsir  göstərir.  Bu 
baxımdan  atmosfer  azotunu  fiksə  edən  Clostridium  pasteurianum 
(anaerob) 
və 
Azotobacter 
cinsinə 
aid 
(aerob-heterotrof) 
bakteriyaların  körfə-zin  sularında  yayılması  olduqca  maraqlıdır 
(cədvəl  30).
Cədvəldə  müqayisə  edilən  bakteriyaların  müxtəlif  tənəffüs 
tipinə  aid  olmasına  baxmayaraq,  Clostridium  pasteurianum 
bakteriyasının  su  hövzələrinin  aerasiya  olunan  su  qatlarında 
(xüsusilə  evtrof  hövzələrdə),  fizioloji  cəhətdən  aktiv  formada 
yayılması  bir çox  mütəxəssislər tərəfindən  qeyd  edilir  (Kuznet-sov, 
1942;  1952.


170
Rodina,  1965;  Djon,  1976).  Böyük  körfəzin  hər  yerində  və  il 
bo-yu  fakültativ  anaerob  sayılan  Clostridium  pasteurianum  əldə 
edilməsini  təsadüfi  hadisə  kimi  qəbul  etmək  çətindir.  Hövzədə 
dərinlik  az olsa  da,  su  təbəqələrində oksigen  qıtlığı  qeyd edil-məsə 
də,  Clostridium  pasteurianum-un  azot  dövranında  iştirak  etməsini 
inkar  etmək  olmaz.  Bununla  yanaşı,  Böyük  Qızılağac  körfəzinin 
avtoxton  mənşəli  mineral  azot  birləşmələri  ilə  təmin  olunmasında 
Azotobacter  cinsinə  məxsus  bakteriyaların  müs-bət  rol  oynaması 
şübhə  yaratmır.  Maraqlıdır  ki,  azotmənim-səyən  bakteriyalar  ən 
çox  5  və  6-cı  stansiyalara  aid  akvatoriya-lardan  əldə  edilmişdir. 
Həmçinin  Kür  dili,  Nərimanabad  və  Li-man  qəsəbələrinə  qonşu, 
bitkilərlə  örtülü  dayazlıqlarda  aerob  azotmənimsəyən  bakteriyalar 
geniş  yayılmışdır.  Vaxtilə  A.Q.Ro-dina  (1950;  1965)  və  başqa 
mütəxəssislər  təcrübələrlə  sübut  etmişlər  ki,  su  hövzələrində  -  
Azotobacter -   ali  su  bitkiləri  və  fi-toplanktonla  simbioz  inkişaf edir. 
Ona  görə  etiraf  etmək  olar  ki,  böyük  körfəzdə  də  Azotobacter 
hidroflora  ilə simbiotik əlaqədə inkişaf edir.
Cədvəl 30
Böyük Qızılağac körfəzinin suyunda  Clostridium pasteurianum 
və Azotobacter-lərin ümumi miqdarı
(1  ml-də)
Stansiya
Qış
Yaz
Yay
Payız
A '
Cl.
A.
Cl.
A.
Cl.
A.
Cl.
1
6 0 *
3
110
5
270
22
160
7
2
80
3
126
10
194
34
240
9
3
95
4
210
9
270
46
283
11
4
76
7
141
11
240
34
194
14
5
57
8
162
20
586
48
470
17
6
49
11
140
13
600
55
550
20
Orta
70
5
148
13
360
40
316
13
Qeyd:  * -  bütün nəticələr statistik işlənmişdir
və P  <0,042.
171
Böyük  Qızılağac  körfəzində  azot  dövranında  iştirak  edən 
ümumi  ammonifikatorların,  denitratlaşdırıcıların  və  nitratlaşdırıcı 
bakteriyaların  tədqiqindən  aydın  olmuşdur  ki,  yalnız  denitrat- 
laşdırıcı  bakteriyalar çox  az  miqdarda  müşahidə  olunur.  Hövzə­
də  suların  oksigen  tutumu  qənaətbəxş  olduğu  üçün  nitratlaş- 
dırıcı  bakteriyaların  hövzənin  mineral  azotla  təmin  olunmasında 
rolunu  müsbət saymaq  olar.
Tədqiqatlardan  aydın  olmuşdur  ki,  böyük  körfəzin  suların­
da  sellülozaparçalayan  bakteriyaların  miqdarca  yayılması  (həm 
aerob  və  həm  də  anaerob)  kiçik  körfəzdə  əldə  edilən  nəticə­
lərdən  fərqlənir.  Əgər kiçik  körfəzin  sularında  aerob  və  anaerob 
sellülozaparçalayan  bakteriyaların  orta  illik  göstəriciləri  (380- 
390)  eynilik  təşkil  edirsə,  böyük  körfəzdə  aerob  bakteriyaların 
sayı  anaeroblardan 2  dəfə çoxdur (180-100).
Böyük  Qızılağac  körfəzində  müəyyən  edilən  maraqlı  nəti­
cələrdən  biri  də  ondan  ibarətdir  ki,  sularda  sulfatlaşdırıcı 
bakteriyalar geniş  yayılmamışdır.  Belə  ki,  toplanan  su  nümunə­
lərinin  qış  və  yazda,  müvafiq  olaraq,  40-30%-da  sulfatlaşdırıcı 
bakteriyalara  təsadüf  edilməmiş,  yay  və  payızda  isə  toplanan 
nümunələrdə  sulfatlaşdırıcı  bakteriyaların  sayı  10-12 taksondan 
artıq  olmamışdır.  Beləliklə,  yuxarıda  qeyd  olunan  nəticələrə 
əsasən  etiraf  etmək  olar  ki,  Böyük  Qızılağac  körfəzinin  su 
qatlarında  mikrobiotanın  inkişafı  mühitin  biotik və abiotik  amilləri 
vəhdətində  davam  edir.  Suda  oksigen,  duz  rejimləri  bakte- 
rioplanktonun  maddələr  dövranı  və  bioloji  məhsulun  formalaş­
masında fəal  iştirakı  üçün  təzadlar yaratmır.
Böyük  Qızılağac  körfəzində  qruntun  mikrobioloji  rejimini 
şərh  etməzdən  qabaq,  hövzədə  sediment  materialın  bəzi  fiziki, 
mexaniki  tərkib-xassələri  barədə  qısa  da  olsa  məlumat verilmə­
sini  məqbul  sayırıq.
Əvvəla  etiraf  etmək  lazımdır  ki,  körfəzin  dib  çöküntüləri


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə