Zakir bayramli


öz səmərəli və yaradıcı fəaliyyəti ilə daha da parladı. Həmin



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə161/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   157   158   159   160   161   162   163   164   ...   348
2018-997

öz səmərəli və yaradıcı fəaliyyəti ilə daha da parladı. Həmin 
vaxtlarda onun həyat və əmək salnaməsi demək olar ki, özünün 
ən yüksək inkişaf mərhələsini yaşadı. 
Açığını deyim ki, Babak müəllim haqqında mənim yaddaşım 
saysız şirin xatirələrlə, ürəklərə məlhəm olan maraqlı söz-söhbətlə 
doludur. 
Lakin söhbəti çox uzadıb oxucuları yormaq istəmirəm. 
İndi də gəlin gözəl pedaqoq, yaradıcı 
ziyalı, vətənpərvər insan, mehriban 
valideyn 
Babək müəllimin həyat və 
əmək fəaliyyəti ilə sizi daha yaxından 
tanış edim: 
Babək Ələkbər oğlu Xubyarov
10 dekabr 1953-
cü ildə Şabran (keçmiş 
Dəvəçi) rayonunun Rəhimli kəndində 
müəllim ailəsində dünyaya gəlib. 
Atası Ələkbər İsmayıl oğlu 
Xubyarov 1923-
cü ildə Şabran (keçmiş 
Dəvəçi) rayonunun Qələgah kəndində 


236 
anadan olub. Gəncliyinin ən məhsuldar dövrü müharibə illərinə 
düşüb. 18 yaşı tamam olan kimi o, cəbhəyə gedib.1941-1945-ci 
illərdə II Dünya müharibəsində fəal iştirak edərək orden və medal-
lara Vətənə qayıdıb. Ələkbər Xubyarovun əmək fəaliyyəti pedaqoji 
işdə keçib. Qələgah kənd 8-illik məktəbində müəllim və direktor
Rəhimli və Şahnazərli kənd orta məktəbində direktor vəzifəsində 
çalışıb. 38 yaşında, yəni ömrünün ən axar-baxarlı çağında dünya-
dan köçüb. 
1960-
cı ildə balaca Babək ındiki Şabran (keçmiş Dəvəçi) 
T.Abbasov adına 1 saylı tam orta məktəbin I sinfində ilk təhsilə 
başlayıb. Elə orta təhsilini də bu təhsil ocağında bitirib. Orta 
ümumtəhsil məktəbdəki təhsil illərində hümanitar fənlərdən yüksək 
bilik nümayiş etdirdiyinə görə yaxın qohumları, eləcə də müəllim-
ləri gənc Babəkə hüquqşünas olmağı məsləhət bilsələr də, o, “tarix 
müəllimi olmaq arzusundayam” - deyə onlara cavab vermişdi. 
Atalar demişkən “Niyyətin hara, mənzilin ora”. Qəlbindəki 
həmin möhtəşəm arzu ilə gənc Babək təhsil sənədlərini Bakı Dövlət 
Universitetinin 
tələbə qəbulu komisiyyasına verib. Həyəcan dolu və 
yüksək gərginlik şəraitində keçən qəbul imtahanlarında öz bilik və 
bacarığını uğurla nümayiş etdirib. Yüksək balla ali məktəbə qəbul 
olunaraq tarix fakü
ltəsinin tələbəsi olub.
Bir-
birindən gözəl, həyəcan və sevinc dolu ali məktəb illəri 
həmişə Babək müəllimin söz-söhbətinin “mübtədası” idi. O, dövr-
ləri böyük həvəslə, özü də sevinc dolu xatirələrlə xatırlayardı. 
Gənc Babək 1977-ci ildə ADU-nun tarix fakültəsini yüksək 
nailiyyətlərlə bitirərək ali təhsil haqqında diplom alıb. Onun təyinatı 
anadan olduğu Dəvəçi rayonuna göndərilib. Payon Xalq Maarif 
Şöbəsinin əmrinə əsasən o, Dəvəçi şəhər keçmiş M.Nəzirov adına
1 nömrəli səkkizillik məktəbinə tarıx müəllimi göndərilib. 
Babək Xubyarov 22 il bu məktəbdə tarix müəllimi işlədi. O, 
indiki 
Şabran şəhər M.Nəzirov adına 4 saylı tam orta məktəbdə 
müəllim işləməklə yanaşı, ehtiyaca görə əvəzçilik yolu ilə Şabran 
(keç
miş Dəvəçi) şəhər Azərbaycanın Milli Qəhrəmanı Roman Yusi-
fov adına 2№- li texniki fənlər təmayüllü məktəb -liseydə də tarix 
fənnini ürəkdən sevə-sevə dərs dediyi şagirdlərə öyrədib. Burada 
əvəzçiliklə işləsə də, bu məktəbə öz doğma evi, ocağı kimi baxıb. 


237 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə