Zakir bayramli


onun adı  RXMŞ-nin Metodkabinetində



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə157/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   153   154   155   156   157   158   159   160   ...   348
2018-997

onun adı 
RXMŞ-nin Metodkabinetində
Şərəf lövhəsinə
daxil edilib. 
Ağabəy Quliyevin yüksək bilik və bacarığı, eləcə də təşkilat-
çılıq qabiliyyəti nəzərə alınaraq 1973-cü ildə o, rayon rəhbərliyinin 
təklifi ilə Dəvəçi RXMŞ-nin inspektoru vəzifəsinə irəli çəkilib. O, 
yüksək bilik və qabiliyyəti, eləcə də öz səmərəli əməyi sayəsində 
ona 
tapşırılan bu vəzifənin öhdəsindən layiqincə gəlib. 
 
1977-
ci ildə isə Ağabəy müəllim ciddi ehtiyaca görə Dəvəçi 
şəhər 2 №-li orta məktəbə müəllim köçürülüb. 
Bundan sonra
kı əmək fəaliyyəti dövründə o, rayonun Beynəl-
miləl kənd orta məktəbində direktor, Dəvəçi 2 və 3 saylı orta mək-
təblərdə direktor müavini vəzifələrində çalışıb. Axırıncı iş yeri isə 
rayonun Çölquşçu kənd orta məktəbi olub. 
Ağabəy müəllim harada işləyirsə- işləsin, hansı vəzifəni icra 
edirsə- etsin o, həmişə var gücü ilə ona tapşırılan işin öhdəsindən 
layiqincə gəlməyə çalışıb. Rayonumuzun ən çalışqan və ən savadlı 
fizika müəllimlərindən olub. O, daim öz üzərində çalışmaqla yanaşı 
rayon məktəblərinin fizikanın tədrisi sahəsində gördüyü işi və 


232 
təcrübəni keçmiş Sovet İttifaqı səviyyəsində tanınmasına və yayıl-
masına səy göstərib. Məhz ona görə də Ağabəy müəllimin uzun illər 
pedaqoji sahədə sərf etdiyi əmək hədər getməyərək öz dəyərli 
qiymətini ala bilib. 
1973-
cü ildə Ağabəy Quliyev işlədiyi rayon məktəblərində 
fizika fənnini ən müasir pedaqoji üsullarla tədris edərək yüksək 
nəticə qazandığına və
təhsil sahəsində göstərdiyi digər səmərəli 
xid
mətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif 
edilib

K
eçmiş SSRİ vaxtında nüfuzlu qəzet və jurnallarda Ağabəy 
müəllim haqqında çoxlu məqalələr dərc olunub. Moskvada çap 
olunan “Fizika v şkole” və “Kvant” adlı nüfuzlu jurnallarda onun 
tədrisə aid silsilə elmi yazıları dərc olunub. Müəllimin iş təcrübəsi 
ölkə miqyasında geniş yayılıb və təbliğ edilib.

Ağabəy müəllim 5 övlad atası olub. 


Oğlu Balabəy özünə atasının peşəsini seçib. Hal-hazırda kənd 
orta 
məktəbində müəllim işləyir. M.F.Axundov adına Rus - dili və 
Ədəbiyyatı İnstitutunu bitirərək ali təhsil üzrə diplom alıb. Rayonda 
müxtəlif vəzifələrdə, o cümlədən Şabran Rayon İcra Hakimiy-
yətində ümumi şöbənin müdiri, Rayon Xalq Maarif Şöbəsində 
metodist vəzifələrində işləyib. Ailəlidir, iki övladı vardır. 
Oğlu Valeh Ç.İldırım adına Politexnik İnstitutunun Avtomobil 
Nəqliyyatının İstismarı fakültəsini bitirib. Ali təhsilli mühəndisdir. 
Hal-
hazırda Yol Təsərrüfatı İdarəsində mühəndis vəzifəsində çalışır. 
Ailəlidir, iki övladı vardır. 
Oğlu Elman Donetsk Ali Hərbi məktəbini bitirib və uzun 
müddət orduda qulluq edib. Hal-hazırda istefada olan zabitdir. Sahə 
rəisi vəzifəsində işləyir. Ailəlidir, 1 övladı vardır. 
Oğlu Elxan özünün çox sevdiyi biznes sahəsini seçib. 
Ailəlidir, 2 övladı vardır. 
Oğlu Mehman Şabran Qaz Təsərrüfatı İdarəsində nəzarətçi 
vəzifəsində işləyir. Ailəlidir, 1 övladı vardır. 
Ağabəy Quliyevin 8 nəvəsi, 2 nəticəsi vardır. Nəvələrindən 
biri Tural 
artıq ali təhsilli mühəndis ixtisasına yiyələnib. 
Ailənin ən kiçik övladı Mehman isə oğluna atası Ağabəy 
müəllimin adını qoyub. Balaca Ağabəyin valideynləri ümid edirlər 


233 
ki, bu 
kiçik nəvə Ağabəy gələcəkdə babasının adını uca tutacaq, bu 
adı babasının adına layiq yaşamasına səy göstərəcəkdir. 
Təcrübəli və hörmətli fizika müəllimi, bacarıqlı təhsil işçisi, 
gözəl insanı keyfiyyətləri ilə yadda qalan ziyalı Ağabəy müəllim 
1987-
ci ildə ömrünün 59-cu ilində dünyadan köçdü. Dünyadan 
erkən köçən bu təhsil fədaisi hazırda aramızda olmasa da, onun 
sözü-
söhbəti, özündən sonra qoyub getdiyi yaxşı işi və əməlləri 
indi də yaşayır. Ağabəy Quliyevin bu gün də övladları, qohumları, 
müəllim yoldaşları, ən başlıcası isə dərs dediyi keçmiş məzunları 
tərəfindən tez-tez yad edilir və vaxtaşırı xatırlanır.

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə