Zakir bayramli


AĞABƏY QULİYEV - RAYONUMUZDA FİZİKA FƏNNİNİN



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə154/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   150   151   152   153   154   155   156   157   ...   348
2018-997

AĞABƏY QULİYEV - RAYONUMUZDA FİZİKA FƏNNİNİN 
TƏDRİSİNƏ TÖHFƏLƏR VERMİŞ BACARIQLI MÜƏLLİM 
 
Şabran (keçmiş Dəvəçi) rayonun məktəblərində çoxlu sayda 
ixtisaslı, təcrübəli və bacarıqlı fizika müəllimi işləyir. Bu say ildən-ilə 
nə qədər artıb çoxalsa da, hər dəfə bu ixtisas müəllimlərinin siyahısı 
təzələnsə də, yenə həmişə söz-söhbət zamanı Ağabəy müəllimin adı 
bu fənn müəllimlərinin siyahısında birincilər sırasında çəkilir. 
70-
ci illərdə mən təhsilin aparatında baş mühasib vəzifəsində 
işləyərkən o, RXMŞ məktəb inspektoru vəzifəsinə yeni təyin 
edil
mişdi. Lakin Ağabəy müəllim orta məktəbdə mənə dərs 
deməmişdi. Mən yalnız onunla keçmiş Dəvəçi RXMŞ-nin aparatında 
birgə işlədiyimiz zamanlarda tanış olmuşdum. 
Cox 
mülayim, səmimi və həlim xasiyyəti var idi Ağabəy 
müəllimin. Söhbət zamanı tərəf müqabilini diqqətlə izləyən, onu 
axıra kimi dinləməyi bacaran bir insan idi. Ola bilsin fizika müəllimi 
olduğuna və fiziki qanunları yaxşı bildiyinə görə sinifdə dərsi izah 
edəndə, başqa müəllimlər kimi heç vaxt səsini ucaltmazdı. Asta-asta 
danışmaq onun “şakəri” idi. Müzakirə olunan məsələyə sakitliklə və 
tələsmədən geniş izahat verər, səsini bir tonda saxlamağı bacarardı. 
O, 
məndən 20 yaş böyük idi. Ancaq özünü elə sadə aparardı ki, 
sanki elə mənimlə tay-tuş idi. Başqa vəzifə sahibləri kimi lovğa və 
təkəbbürlü deyildi. Ağızından çıxan hər sözə həmişə ciddi nəzarət 
edərdi. Elə bil ali məktəbdə ona fizikanı və başqa texniki fənnləri 
deyil, ancaq psixologiya

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə